Azərbaycanın Uzaq Şərqlə
yaxın
münasibətlərinin inkişaf yolu
Azərbaycan bazarının əsas xüsusiyyətlərinin nədən ibarət olması ilə ölkənin zəngin təbii ehtiyatlara, böyük sənaye və kənd təsərrüfatı potensialına malik olması, Şərq və Qərbin, Şimal və Cənubun qovuşuğunda mühüm geosiyasi və iqtisadi əhəmiyyətli ərazidə yerləşdiyini, dünya iqtisadiyyatına inteqrasiyası, enerji bazarında əhəmiyyətli iştirakçıya çevrilməsi, Azərbaycana böyük xarici sərmayələrin cəlb olunması, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin infrastrukturun müasirləşdirilməsi istiqamətində böyük işlərin görüldüyünü etiraf etməyin zamanı çatmışdır. Ölkəmizə yatırılan sərmayələrin
həcminin 230 milyard ABŞ dollarını
ötdüyünü, bunun yarısının xarici sərmayələrin
payına düşdüyünü və hazırda Azərbaycan
iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən
çoxunu təşkil edir.
Şərq-Qərb
əlaqələrinin tənzimlənməsi
Son illərdə
ölkəmizdə önəmli iqtisadi islahatların həyata
keçirildiyini, Davos İqtisadi Forumunun qiymətləndirməsinə
görə, Azərbaycan iqtisadiyyatının rəqabətlilik
qabiliyyətinə əsasən iki pillə irəliləyərək
dünya miqyasında 35-ci yerdə qərarlaşdığını
və bu göstəriciyə görə MDB məkanında
lider dövlət olduğunu, sabitlik və təhlükəsizliyin
bu nəticələrin əldə olunması və uzun
müddətli dayanıqlı inkişafın təmin edilməsi
üçün əsas amillərdən biridir.
Azərbaycanın iqtisadi perspektivləri ilə
bağlı ölkəmizin ümumi daxili məhsulunda
qeyri-neft sektorunun payının 70 faiz olduğunu və
hazırda qeyri-neft məhsullarının ixracının
artırılması prioritetlərdən birdir. Azərbaycanın Şərq-Qərb
və Şimal-Cənub dəhlizlərinin inkişafında mərkəzi
rol oynaması, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə
başlaması, Şimal-Cənub nəqliyyat dəhlizi və
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə
işlərin davam etməsi, bütün bunların Uzaq Şərq
və Avropa arasında birbaşa, qısa, davamlı və
etibarlı nəqliyyatı təmin edəcəyini və Azərbaycanın
yeni “Böyük İpək Yolu” layihəsinin fundamental həlqəsini
təşkil etdiyini sübut edir. Azərbaycanda enerji sektorunun
uzun müddət üçün önəmli rol oynayacaq . Bu xüsusda Xəzərin Azərbaycan
sektorundakı Azəri-Çıraq-Günəşli neft
yataqlarının 2050-ci ilə qədər işlənilməsi
üzrə yeni kontrakt bağlanması, “Cənub Qaz Dəhlizi”
layihəsinin həyata keçirilməsi ilə Avropanın
enerji təhlükəsizliyində qaz ixracatçısı
kimi də Azərbaycanın rolunun güclənəcəyi,
neft-kimya sektorunun inkişaf etməsi, bu sahəyə italyan
şirkətlərinin də cəlb olunduğu önəmli
layihələrin həyata keçirilməsi, yaxın illərdə
ölkəmizin neft və qaz məhsullarının ixracı
potensialının artacağını göstərir. Bütün bunlar ölkəmizin beynəlxalq iqtisadi
əlaqələrdə fəal rol oynamasına gətirib
çıxaracaq və Azərbaycanın davamlı
inkişafını təmin edəcək.
Azərbaycanda sərmayə imkanlarına görə
ölkəmiz xarici sərmayələr üçün əlverişli
iqlim şəraitinə malikdir və biz müştərək
müəssisələr çərçivəsində sənaye
layihələrinin həyata keçirilməsi
üçün sərmayələrin qoyulmasında
maraqlı tərəf kimi çıxış edir. Ölkəmizdə
yaradılan sənaye parklarında maraqlı sərmayə
imkanları mövcuddur. Nəqliyyat, enerji,
yüksək texnologiyalar, tikinti, kənd təsərrüfatı
və turizm sahələrinin inkişaf
yaşadığını və xarici tərəfdaşlar
ilə əməkdaşlıq üçün böyük
perspektivlərə malikdir. Ölkəmizin coğrafi və
logistik üstünlükləri regionda ən böyük hava
limanı, dəniz limanı və inkişaf etmiş dəmir
yolu şəbəkəsi ilə logistik mərkəz olan Azərbaycandan
270 milyon istehlakçısı olan MDB bazarlarına rahat
çıxış əldə etmək, cəmi 4 saatlıq
uçuşla dünya istehlakçılarının təxminən
50 faizinin yaşadığı 50 ölkəyə getmək
mümkündür. Qeyd olunan səbəblərdən
də, xarici şirkətlər Azərbaycana sərmayə
yatırmaqla bütün bu bazarlara asan və əlverişli
çıxış əldə edə bilirlər. Azərbaycanın çoxmədəniyyətli
ölkə və dünyəvi dövlət olduğuna
görə xarici şirkətlər ölkəmizə
asanlıqla uyğunlaşa bilirlər. Əhalinin təxminən
yarısının iqtisadi cəhətdən fəallığı
və savadlılıq dərəcəsinin yüksək
olması (99,8 faiz), çoxsaylı tədqiqat
və inkişaf mərkəzlərinin, ali təhsil müəssisələrinin
fəaliyyət göstərməsi bunların iqtisadi
inkişafın elmi komponentini və insan resurslarını təmin
etməsinə nümunədir.
“İpək
Yolu”nun coğrafiyası və Azərbaycan
Rəsmi Bakı dəfələrlə
açıqlayıb ki, Azərbaycanın xarici siyasəti
çoxşaxəlidir. Bu siyasət dünyada gedən proseslərə
təsir imkanları olan hər bir beynəlxalq təşkilatla
əməkdaşlığı, ölkələrlə
qarşılıqlı münasibətlərin
qurulmasını və inkişafını özündə
ehtiva edir. Azərbaycanın Qərbi Avropa
dövlətləri ilə münasibətləri xüsusi əhəmiyyət
kəsb edir. Bu münasibətlərin
inkişafı dövlət və özəl sektorda əsaslı
islahatların həyata keçirilməsinə, eləcə də
müasir bazar iqtisadiyyatı və xarici sərmayələrin
cəlb edilməsinə müsbət təsir göstərir.
Qərbi Avropa ölkələri Azərbaycan
üçün ixrac bazarı kimi çıxış edir.
Bundan əlavə, Azərbaycan özünün
yüksək səviyyəli mülki cəmiyyətinin təşəkkülü
prosesində Qərbi Avropa ölkələri ilə faydalı
əməkdaşlıqdan bəhrələnir. Azərbaycan Qərblə yanaşı, Şərqlə
də müxtəlif sahələrdə səmərəli əməkdaşlıqlar
qurmağa çalışır. Uzaq
Şərqin qabaqcıl dövlətləri olan Çin və
Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığı
qeyd etmək olar. Bu ölkələrlə
əməkdaşlığın inkişafının zəruriliyi
Azərbaycanı "İpək Yolu" layihəsinin
gerçəkləşdirilməsində daha iradəli
olmağa sövq edib. Çinin artan beynəlxalq
nüfuzu və Avrasiyada mövqelərinin möhkəmlənməsi
Azərbaycan-Çin münasibətlərinin intensivləşməsinə
təkan verib. Yaponiyanın Azərbaycandakı
iqtisadi layihələrə fəal qoşulması və ikitərəfli
əməkdaşlığın daha da dərinləşməsinə
olan qarşılıqlı maraq Azərbaycan-Yaponiya münasibətlərinin
zəngin potensialının müntəzəm əsasda
açılması üçün əlverişli zəmin
yaradıb. Prezident İlham Əliyevin
Şərqi və Cənub-Şərqi Asiya regionuna baş
tutan səfəri və bu çərçivədə
keçirdiyi görüşlər Azərbaycanın regionla
siyasi, iqtisadi, humanitar əlaqələrinin inkişafına əlavə
imkanların yaratdığı söylənilir.
Rabitə
və yüksək texnologiyalar nazirliyinin Çindəki
Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində
iştirakı həm də yeni texnologiyaların, elmi-texniki
nailiyyətlərin iqtisadiyyatda tətbiqi, innovativ
sahibkarlıq, İKT-nin inkişafı, yüksək
texnologiyaların iqtisadi inkişafa təsiri və bu sahələrdə
hökumətin rolu kimi məsələlər müzakirələrdə
iştirak edibdir. Malayziyanın baş naziri
Mohammad Najib Tun Abdul Razak da Bakıya rəsmi səfərə
gəlməsi və ikitərəfli, beynəlxalq və
qarşılıqlı maraq doğuran məsələlər
barədə anlaşama imzalaması mühüm hadisə
oldu. Həm də bir sıra siyasi, enerji təhlükəsizliyi
və regional təhlükəsizliklə bağlı
müzakirələr açıqlamalar verildi. Anlaşma Memorandumu imzalandı. Prezident
İlham Əliyev bildirdi ki, iki ölkə arasında enerji sahəsində
çox ətraflı müzakirələr aparılıb:
"Bu sahədə əməkdaşlığımız
üçün çox böyük perspektivlər var. Bu səbəbdən
də SOCAR və "Petroliam Nasional Berhad" şirkətləri
arasında imzalanmış Anlaşma Memorandumu gözəl bir
əməkdaşlıq çərçivəsi yaradır.
Malayziya
dünyada bizim üçün mühüm tərəfdaş
və dost ölkələrdəndir. Biz
İslam həmrəyliyinin gücləndirilməsi
üçün birgə tədbirlər həyata
keçiririk, səylər göstəririk. Biz İƏT çərçivəsində
çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də
sosial inkişaf baxımından böyük nailiyyətlər
əldə edib. Bu, bir çox ölkələr
üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistem və
güclü iqtisadi zəminin yaradılması
baxımından böyük nailiyyətləri var. Biz əməkdaşlığımızdan
çox razıyıq. Düşünürəm
ki, bugünkü səfər əməkdaşlığımızın
yeni səhifəsini açır".
"Asiya
qitəsinin bütün dövlətləri ilə ikitərəfli
və çoxtərəfli əlaqələrimiz var"
Azərbaycanın yerləşdiyi məkandan, kontingentindən
asılı olmayaraq, bütün dövlətlərlə əməkdaşlığı
mümkündür. İstənilən sahədə səmərəli
əməkdaşlıq mümkündür. Ölkəmiz dünya dövlətləri ilə
ticarət, bank, enerji sektorunda əməkdaşlıq
mövcuddur və inkişaf edir. Azərbaycan
bütün sahələrdə inkişaf etmiş dövlətdir.
Dövlət rəsmilərinin
qarşılıqlı səfərlərinin, əlbəttə
ki, ikitərəfli münasibətlərin yaranması və
inkişafı arzuolunandır. Azərbaycanın
xarici siyasətində Asiya qitəsinin bütün dövlətləri
ilə ikitərəfli və çoxtərəfli əlaqələr,
bu regionda yaradılmış və müxtəlif sahələr
üzrə fəaliyyət göstərən beynəlxalq və
regional qurumlarla münasibətlər var. Qitə ölkələri
ilə Azərbaycanın münasibətləri və əlaqələri
bir neçə istiqamət üzrə mövcuddur.
Müxtəlif
sahələrdə əlaqələrin qurulması
üçün potensial imkanlar
Qlobal miqyasda rolu və nüfuzu artan Azərbaycan
dünyanın ən müxtəlif regionlarındakı
dövlətlərlə ikitərəfli əlaqələrini
genişləndirməkdədir. Bildiyimiz kimi, son illərdə
Latın Amerikası, Afrika regionu dövlətləri ilə
yanaşı, Azərbaycan Uzaq Şərq dövlətləri
ilə də qarşılıqlı maraqlara əsaslanan
münasibətlərini inkişaf etdirməkdədir.
Asiyanın bəzi dövlətləri ilə sıx partnyorluq
münasibətləri yaranıb və onunla hərtərəfli
əməkdaşlıq edir, digərləri ölkəmizlə
diplomatik münasibətlər qurmuş və tərəfdaşlıq
istiqamətində hərtərəfli iş aparırlar. Faktiki olaraq, bu gün Avropa, Amerika, Afrika ölkələri
ilə yanaşı, Asiya ölkələri ilə də səmərəli
əməkdaşlıq qurulub.
Azərbaycan mövcud tarixində ilk dəfədir ki, Asiya ölkələri ilə münasibətlərini ən yüksək və keyfiyyətli səviyyədə qura bilibdir. Cənub-Şərqi və Cənubi Asiyada yeni iqtisadi və siyasi güc mərkəzlərinin təşəkkülü Azərbaycanın xarici siyasətinin bu istiqamətə marağının artmasına səbəb olub. Burada dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu ədalətli mövqeyi beynəlxalq səviyyədə tam dəstəkləyən Pakistanla olan münasibətlərinin tərəfdaşlıq, Hindistanla isə əməkdaşlıq səviyyəsinə gəlib çatmasını qeyd etmək lazımdır. Pakistan Azərbaycanın strateji tərəfdaşıdır. Pakistan Ermənistanın işğalçı siyasətinə qarşı olaraq bu ölkə ilə diplomatik münasibətləri kəsib. Malayziya kimi inkişaf etmiş dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Bu ölkə ilə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru sahəsində də əlaqələrin olması potensialı var. Uzaq Şərq və Asiya dövlətləri ilə qarşılıqlı iqtisadi, ticarət və maliyyə əlaqələrinin inkişafı həm də ölkəmizin beynəlxalq miqyasda mövqelərinin güclənməsinə xidmət edir. Bu da öz növbəsində Azərbaycana olan marağın artması, işğal altında olan ərazilərimizin azad edilməsi məsələsində beynəlxalq həmrəyliyə doğru atılan strateji addımlardan biridir.
Azərbaycanın Uzaq Şərq və Asiya dövlətləri ilə əlaqələrinin gücləndirilməsi, beynəlxalq iqtisadi münasibətlərin daha geniş mənada inkişafına xidmət edir. Artıq Çin, Yaponiya, Malayziya, İndoneziya, Cənubi Koreya, Sinqapur, Hindistan və digər dövlətlərin ölkəmiz haqqında maraqlarının güclənməsi və iqtisadi münasibətlərdə tam sərbəst olmaları üçün zəmin yaratmışdır. Bu ölkələrdən sadəcə şirkətlər deyil, həm də turizm axınlarının başlanması da daxili iqtisadiyyatımızın inkişafına böyük təkandır.
Hürriyyət.- 2019.- 14 may.- S.12.