“Məncə, Yavər Hüseynbəyli
müasir dövrün
Nəsimisi idi”
Məşhur qəzəlxan-şair Arif Buzovnalı: “Çox
təəssüflər ki, Yavər bəy
böyük potensialını ortaya qoyduğu vaxt əcələ rast gəldi”
“…Kifayət qədər
millətçi və vətənpərvər olmasına baxmayaraq, geniş
miqyaslı təfəkkürü onu
ümumbəşəri dəyərlərin təbliğatçısına,
mənəviyyat carçısına çevirmişdi”
“…Verilişdən
sonra zəngləşdik, təbrik etdim onu. Biz
bir-birimizə "dostum" deyə
müraciət edərdik. Mən də ona
"əla idi, dostum"
dedim. İki gün sonra dəhsətli
xəbər...”
Yeddi il əvvəl haqq
dünyasına qovuşan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından
olan, fəlsəfə-muğam üzrə
tədqiqatçı Yavər Hüseynbəylinin vəfatından
danışmaq, onu tanıyan dostları və
sevənləri üçün bu acını yaşamaq olduqca ağırdır. Çünki
Yavər Hüseynbəyli mükəmməl biliyə malik insan olmaqla
yanaşı, həm də gözəl dost,
ruhu təmiz bir
sirdaşımız idi.
Müxtəlif mövzular ətrafında Yavər bəylə söhbət aparmaq insana zövq verirdi və üstəlik, onunla söhbət etməkdən doymaq olmurdu. İnsan onunla söhbətin gec qurtarmasını və zamanın dayanmasını istəyirdi. Məzh belə kefiyyətlərə malik olan insanın haqq dünyasına qovuşması dostları üçün çətindir.
Təkcə özünün rəhbəri olduğu "Cahargah" Ailəvi İstirahət Mərkəzi dünya azərbaycanlılarının sevimli ocağı sayılırdı. Xaricdən gələn yüzlərlə soydaşımız “Cahargah" Ailəvi İstirahət Mərkəzini ziyarət etməyi özünə mənəvi borc sayar və onunla müxtəlif mövuzlar ətrafında söhbətlər aparardılar. Onun vəfat xəbəri ilə bağlı dünyanın müxtəlif yerlərində yaşayan onlarla soydaşımız mənə yazdıqları elektron məktublarında Yavər bəyin necə insan olduğunu və ölüm xəbərinə inana bilmədiklərini qeyd edirdilər. Deməli, bu onu göstərir ki, Yavər bəy sağlığında rəhmət qazanan insanlardan idi.
Nə etmək olar, ölüm haqdan gələn
hökmdür. Bir gün yaranan bir insan, bir
gün də bu dünyadan köçməlidir. Əsas odur ki, hər bir insan
yaşadığı boyu
bu dünyada gözəl və əməlisaleh işlər
görməli, torpağını
sevməli və ona bağlı olmalıdır. Sadalığımız bu amillər mərhum dostumuz Yavər bəy şəxsiyyətində birləşmişdi.
Belə vətənpərvər insanlarımız
hər zaman xatırlanmalı və onlardan nələrsə öyrənməliyik. Onu da əlavə
edək ki, mərhum Yavər Hüseynbəyi vəfatından
bir neçə gün əvvəl "Təzadlar" qəzetinə
Nəsimi fəlsəfəsi,
Hürufilik mövzusunda
müsahibə vermişdi.
Çox təəssüflər
ki, belə ziyalı insanımız həyatdan çox tez köçdü...
Beləliklə, mərhumun yaxın
dostu, məşhur qəzəlxan-şair Arif
Buzovnalı ilə Yavər Hüseynbəyli şəxsiyyəti haqda etdiyimiz söhbəti oxuculara təqdim edirik:
- Arif bəy, fəlsəfə üzrə tədqiqatçı
Yavər Hüseynbəyli
şəxsiyyəti haqqında
nə deyə bilərsiniz?
- Əvvəla, çox
əfsus ki, bu əvəzsiz insan barəsində keçmiş zamanda danışmalı oluruq. Yavər Hüseynbəyli
mənim aləmimdə
bir mədəniyyət
meyarı idi. İstər mədəniyyət tariximizin
bilicisi kimi, istərsə onun daşıyıcı kimi.
Böyük ziyalı bir
nəsildən gəlməyi
ilə yanaşı, eyni zamanda dərin
savada və analitik ağıla malik insan idi.
Şəxsiyyəti bəşəri dəyərlər formalaşdırır,
kifayyət qədər
millətçi və
vətənpərvər olmasına
baxmayaraq, geniş miqyaslı təfəkkürü
onu ümumbəşəri
dəyərlərin təbliğatçısına,
mənəviyyat carçısına
çevirmişdi.
Son bir ildə Yavər bəy sanki fiziki dünyadan
kənarda mövcud idi. Günü Nəsimi,
Füzulu yaradıcılığını
oxumaq və onarı dərindən öyrənməklə keçirdi.
Mənimlə qızğın ədəbi mübahisələri
olurdu. Bəzən saatlarla bir mövzunu incələyirdik,
doymurdu, usanmırdı,
nəsə axtarırdı.
Texniki elmləri yüksək səviyyədə bilirdi.
Bəlkə elə bu səbəbdən ədəbiyyata
fərqli baxmağa cəhd edirdi. Yanaşmaları daha zərif,
daha ölçülü
idi. Elə bil illərlə
içində sıxıb
saxladığı, üzə
çıxmasına mane olduğu
bir istedadı vulkan kimi püskürməyə
başlamışdı.
Demək olar ki, hər
gün bir qəzəli uzun-uzadı şərh edir, təhlil edir, fikir soruşur, sonra isə həmin şeiri hissiyyatında qəbul etdiyi kimi musiqi
üzərinə köçürürdü. Heyrətamiz səsi,
özünəməxsus yorumu
vardı. Hər səsyazmadan
sonra mənə dinlədirdi və gözünü qırpmadan
üzümə baxaraq
sanki gizlətmək istədiklərimi də oxumaq istəyirdi. Seçdiyi şeirlər də, adətən, qəmgin olardı. Optimist kimi tanıdığımız,
heç vaxt hissə qapılmadan soyuqqanlı və ümidli proqnozlar verən Yavər bəy şeirlərdə
dünyadan doymuş, bezmiş çirkinliklərə,
ədalətsizliklərə qarşı hayqıran bir Nəsimiyə çevrilirdi. Məncə, Yavər bəy müasir dövrün Nəsimisi idi.
- Onun muğama belə bağlı olması ilə nə ilə əlaqədar idi?
- İçinə qapalı
bir insan idi, amma zahirən
belə idi. Əslində, o, demək istədiklərini
şeirlərlə, muğamlarla
deyirdi. Muğam onun üçün
özünü realizə
idi. Üsyankar ruhunu muğam
sakitləşdirirdi. Bir xanəndə
muğamın qəzəlini
səhv desəydi, ya qəzəli yarımçıq desəydi,
özünəməxsus təbəssümü
ilə etirazını
bildirərdi, köks oturub baş yellədərdi. Muğamda
min il əvvəl
dünyadan getmişlərlə
sanki əlaqə yaradırdı, musiq onunçün zamanlar arası rabitə idi. Sazı çox sevirdi,
təbii ki, saz havalarını da. Musiqi Yavər bəyin
dərdböləni idi.
Fikri var idi ki,
bir muğam və poeziya klubu yaratsın. Layihəni beynində formalaşdırmışdı,
ən böyük arzusu onu gerçələşdirmək
idi.
Təəssüf ki, bu mümkün
olmadı, təkcə
onunçün deyil, hələ də qəzəlləri və dolayı yolla muğamları şikəst
edən xanəndələri,
başqa cür desək, Azərbaycanın
musiqi mədəniyyəti
üçün vacib
idi.
- Vəfatından
bir neçə gün öncə Güney Azərbaycan Televiziyasında "Milli şüurun inkişafında
incəsənətin rolu"
mövzusunda maraqlı
çıxış etmişdi.
2 saata yaxın
çəkən verilişdə
olduqca maraqlı yanaşmalar ortaya qoymuşdu. Sizcə, belə hərtərəfli
dünyagörüşə malik insan nə
üçün özünü
ictimaiyyətləşdirmədi?
- O verilişə mən də baxdım, qürur duydum. Ortaya qoyduğu və həlli yollarını söylədiyi problemlər
bu gün və gələcək üçün çox aktualdır. Verilişdən sonra zəngləşdik, təbrik etdim onu. Biz bir-birimizə
"dostum" deyə
müraciət edərdik.
Mən də ona "əla idi, dostum" dedim. İki gün sonra dəhsətli xəbər...
Məncə, insan kamillik yoluna qədəm basmadan ictimai aləmə daxil ola bilməz.
Yavər
bəy böyük bir ömür yolu keçərək, təcrübə yığaraq,
qazandıqlarını cəmiyyətə
ötürmə metodlarını
öyrənərək ictimailəşmək
istəyirdi. Əslində o buna çoxdan hazır idi, amma həm məsuliyyətli,
həm də təvazökarlığı bu
prosesi geçikdirmişdi.
Bir də Yavər bəy kimi böyük
mədəniyyət və
incə əxlaqı olanlar heç vaxt özünü gözə soxmaz, reklam etməz, güclə ictimailəşməz.
Çox
təəssüflər ki,
Yavər bəy böyük potensialını
ortaya qoyduğu vaxt əcələ rast gəldi. Bu onu tanıyanlar
üçün doğmasını
itirmik qədər böyük itki oldu. Təsəllimiz budur ki, biz əsl insanı tanımışıq, onunla
dostluq etmişik, onun təcrübəsindən
faydalanmışıq. Ruhun şad olsun, dostum!
Elnur Eltürk
P.S: Bundan sonra Yavər Hüseynbəylinin özü
tərəfindən "yutub"
kanalına yüklədiyi
yüzlərlə səsləndirdiyi
qəzəl və şeirlərinə qulaq asdıqca onu xatırlayacağıq!
Hürriyyət.- 2019.- 23 may.- S.13.