“Elə bil Dubayda idik…”
Samaralı turistlərin Bakı
təəssüratları, yaxud “natersən?”
Rusiyanın Samara vilayətində nəşr olunan “Samarskaya qazeta” “Millətlər xəritəsi” layihəsi
çərçivəsində Azərbaycanın zəngin turizm potensialı ilə bağlı məqalə
dərc edib.
Virtualaz.org xəbər
verir ki, məqalədə
Azərbaycana gələcək samaralı turistlər üçün ölkəmizin turizm potensialı, zəngin tarixi-mədəni
irsi, əlverişli təbii-coğrafi
şəraiti, milli koloriti
ilə yaxından tanış olmaq
imkanı yaradılır.
Məqalədə qeyd olunur ki, tətil mövsümü yaxınlaşır, bir çoxu ənənəvi dəniz səfərlərini planlaşdırır. Əksəriyyət isə, nədənsə Qara dənizə üz tutur, Xəzər sahillərinə səyahət arxa plana keçir.
Müəllif qeyd edir ki, əslində hələ Sovet dövründən Abşeron yarımadasının ucsuz-bucaqsız qumlu çimərliklərinin şöhrəti bütün ölkəyə yayılmışdı. Bu çimərliklər indi də qalır, heç yerə getməyiblər. Həmin çimərliklər müasir dövrün tələblərinə uyğun yenilənib, hətta bəziləri Aralıq dənizinin çimərliklərindən heç də geri qalmır. Yəni, Azərbaycana bir səfər planlamaq olar.
Həm də məqalədə xüsusi olaraq vurğulanır ki, Rusiya vətəndaşlarına ölkəmizi ziyarət etmək üçün təkcə xarici pasport yetərlidir. Üstəlik heç təyyarə biletinə də ehtiyac yoxdur, Samaradan Bakıya birbaşa reys avtobusu işləyir.
Ötən ilin yayında samaralılardan ibarət 13 nəfərlik qrupla Azərbaycanda istirahət edən Lyudmila Pak ölkəmizlə bağlı xatirələrini bölüşür: “Adətən, getdiyimiz yerləri öyrənmək və pəncərədən müxtəlif təbii zonaları görmək üçün qatarla gedirik. Amma Bakıya birbaşa qatar yoxdur, əvəzində biz Samaranın Mərkəzi Avtovağzalında üzərində “Bakı” yazılmış sütunü gördük. Məlum oldu ki, hər həftə Azərbaycanın paytaxtına birbaşa avtobus reysi var. Sürücülərlə görüşdük, suallarımıza ətraflı cavablar aldıq və bütün şübhələrimizi adladıq. Yol da yorucu olmadı, əksinə, yolüstü çox maraqlı hadisələrlə qarşılaşdıq. Üçüncü gün artıq biz öz əzəməti, möhtəşəm tikililəri, koloriti, səliqəli köhnə məhəllələri və bir də İrandan dəstə-dəstə gəlmiş çadralı turistləri olan Bakıdaydıq. Nədənsə bizdə belə bir hiss var idi ki, biz sanki Birləşmiş Ərəb Əmirliklərinə gəlmişdik”.
Məqalədə Azərbaycana səfər edən turistlər üçün azərbaycanca-rusca danışıq “lüğəti” də yer alır. Bildirilir ki, turistlərin onların dilində danışmağa cəhd etmələri yerli əhaliyə çox xoş gəlir.
Həmin
“lüğət” belədir:
Salam-zdravstvuyte
Sağ olun-do svidaniya
Natersen?-kak dela?
Zehmet olmasa-pojaluysta
Teşekkur – spasibo
Xahiş
edirəm, baqışlayın
– izvinite
Adınız nedir?- kak vas zovut?
“Bakı ilə tanışlıq üçün
bir gün kifayət deyil. Bu şəhərə çoxlu
vaxt ayırmağa dəyər. Şəhərdə muzeylərin sayı kifayət qədərdir.
Gəzinti üçün ən gözəl yer dəniz sahilidir. Şəhərin qədim hissəsinin
dar küçələrini
saatlarla dolaşmaq olar. Milli və Avropa
mətbəxinin yeməklərini
təklif edən kiçik restoranlar var. Mərkəzdən 10 dəqiqəlik
məsafədə çox
ucuz hostellər tapmaq olar. Amma nəzərə alın ki, Rusiya rubllarını
yerli valyutaya dəyişmək yalnız
banklarda mümkündür.
Burada valyutadəyişmə məntəqələri
qanuna zidd olduğuna görə fəaliyyət göstərmir.
Yaxşı olar ki, valyuta dəyişmə məsələsini şəhər
mərkəzindən kənarda
həll edəsiniz”, –
məqalədə qeyd
olunur.
Yazıda həmçinin vurğulanır
ki, şəhərdə
heç də hamı rus dilində
danışa bilmir. Daha yaxşı
olar ki, hansısa məsələ
barədə soruşmaq
üçün orta yaşlı və yaşlı insanlara müraciət olunsun, çünki onlar sovet dövründə yaşayıblar, rus dilini bilirlər. Amma gənclər ingilis, ərəb dilini öyrənməyə üstünlük
verir. Samaralı turistlər bir
də məsləhət
görürlər ki,
yaxşı olar turistlər Azərbaycan-Ermənistan
münaqişəsinə toxunmasın,
çünki bu azərbaycanlıları narahat
edən məsələdir.
“Bakının
içərisində yaxşı
çimərlik axtarmayın.
Onlar Abşeron yarımadasında
və paytaxtdan cənubda yerləşir.
Orada su daha təmizdir,
neft ləkələri
yoxdur və dənəvər qumluq
var. Şıxov çimərliyi
Azərbaycanın ən
yaxşı çimərliklərindən
biridir. Sahildə möhtəşəm akvapark yerləşir.
Su çox təmiz
və dayazdır, daş yoxdur. Mərdəkan çimərliyi də uzun müddətdir
ki, çimərliklər
arasında öz liderliyini saxlayır.
Bilgəh, Novxanı çimərlikləri
də əksər turistlərin xoşuna gəlir. Bəzi turistlər isə
ölkənin cənubuna
– Lənkərana üz
tuturlar. Ora subtropik
iqlimi olan, mineral sularla zəngin ərazidir”, – müəllif
qeyd edir.
Məqalədə həmçinin “Samara vilayətindəki
azərbaycanlıların “Vətən”
milli-mədəni muxtariyyəti
İctimai Birliyinin sədri Rafiq Qəmbərovun da fikirləri yer alıb. O, azərbaycanlıları qonaqpərvər, əməksevər,
öz adət-ənənələrinə,
soy-kökünə bağlı
xalq kimi xarakterizə edir.
“Nə vaxt Azərbaycana getməyə
hazırlaşsanız, birinci
növbədə xatırlayın
ki, bura dənizdə birinci müasir neft quyusunun vətənidir və ən qədim neft platformasının vətəni
kimi Ginnesin “Rekordlar” kitabına düşüb. Ona görə bu
mövzuya diqqəti ayırmaq mütləq lazımdır. Bakının sahiliylə gedəndə siz uzaqda – dənizdə
bir çox neft qülləsi görəcəksiniz. Məndən Azərbaycanda ən çox nəyin xoşuma gəldiyini soruşanda mən fikirləşmədən cavab
verirəm ki, təbiət. Çünki o, qeyri-adidir, elə bir yerdir ki,
onu nə iləsə müqayisə
etmək mümkün
deyil, təkrarolunmazdir.
Amma mənim ən sevimli yerim ölkənin
qərb hissəsində
yerləşən Kəpəz
dağının ətəyindəki
Göy göldür.
O, dəniz səviyyəsindən
1 500 metr hündürlükdə
yerləşir, orta dərinliyi 30 metrdir. Bu gölün dəqiq
yaranma tarixi var – 30 sentyabr 1139-cu ildə yaranıb”, R. Qəmbərov deyir.
R. Qəmbərov Azərbaycanın
digər görməli
yerlərindən də
söhbət açır,
“Yanardağ”, Qobustan, Atəşgah və digər tarixi ərazilər haqqında məlumat verir, turistləri bu gözəllikləri görməyə
dəvət edir.
Hürriyyət.- 2019.- 21 may.- S.16.