Tərtibat əsərləri

plagiatdan istisna deyil

 

Bəzən belə bir fikir irəli sürürlər ki, lüğət tərtibat işi olduğundan orada hər hansı bir plagiatdan söhbət gedə bilməz. Bu, tamamilə yanlış fikirdir. Əgər lüğətlərin yazılması heç bir yaradıcı fəaliyyət tələb etmirsə, bəs onda lüğətlərin tərtibində keyfiyyət göstəricisi nədir?

22 fevral 1969-cu ildə Mişel Fuko Fransız Fəlsəfə Cəmiyyətinin yığıncağında etdiyiMüəllif nədir?” məruzəsində bir sıra maraqlı məqamları üzə çıxarıb. O, ədəbiyyat, fəlsəfə elm tarixində ideyaların, biliklərin müəllifinin müəyyən edilməsinin zəruriliyini diqqətə çatdırıb. Bu gün irəli sürülən müddəa fikirlər ilkin müəllif əsərlərin ikinci dərəcəli (birinciyə əsaslanan) davamı kimi görünür. Müəllif axtarışı orijinallıq axtarışından irəli gəlir. Hələ qədim dövrlərə nəzər saldıqda görürük ki, bir çox qəhrəmanlar məhz əbədiləşmək (qələmə düşmək) naminə şücaət göstəriblər. Təsadüfi deyil ki, C.Viko tarix fəlsəfəsini yaradarkən allahlar, qəhrəmanlar insanlar (filosoflar) dövrünü müəyyənləşdirib. Belə demək mümkünsə, qədim dövrün qəhrəmanlarını müasir dövrdə məhz müəlliflər əvəz edir.

Müəllif anlayışının müəyyənləşməsində yazı formasının fərdiliyi xüsusi rol oynayır. Həmin yazıda müəllif diskursu formalaşır bu damüəllifanlayışını apriori təyin edir. Müəllifin adı təkcə onun özünə işarə etmir. Aristotel dedikdəanalitik müəllif”, “ontologiya müəllifi s. kimi deskriptiv meyarlar ortaya çıxır. Deməli, müəllif funksiyası mövcudiyyət forması kimi xarakterizə oluna bilər.

Müasir Qərb ədəbi tənqidində müəllifin müəyyən edilməsi prinsipi xristian ekzegetikasına (ekzegetikadini mətnlərin şərhi) əsaslanır. Ekzegetikaya əsasən, mətnin dəyəri müəllifin müqəddəsliyi ilə ölçülür. Burada müəllif anlayışı təkcə onun denominasiyası ilə kifayətlənmir, həmçinin vahid yazı prinsipini, üslubunu xarakterizə edir. Tarixdə eyni təxəllüslə yazan müxtəlif müəlliflərin olduğu məlumdur. Onları bir-birindən fərqləndirməyin yeganə yolu mətn üslubu yazı prinsipidir.

Son zamanlar edilən diskussiyalarda tez-tez rastlaşdığımız tərtibat ( ya kompilyasiya) işi , mahiyyət etibarilə, müəllif işidir. Çünki, o öz sahibinə kompilyasiya olunmuş əsər üzərində müəlliflik hüququ verir. Kompilyasiya (compīlātio) – latın sözü olub ilkin mənasıoğurluq, qarətdeməkdir. Lüğətlərdə bu söz aşağıdakı kimi mənalandırılır: 1) məlumatların siyahıya alınması; 2) orijinallığa iddia etmədən materialların toplanması, seçilməsi sistemə salınması. Kompilyasiya edən şəxs, yəni tərtibçibir ya bir-neçə müəllifin əsərlərini toplayır, onlar üzərində işləyir. Qeyd edək ki, kompilyasiyanın növlərindən asılı olaraq bu terminin kibernetikada klassik kompilyator, kross-kompilyator, binar-kompilyator, dinamik kompilyator s. olaraq funksional bölgüsü aparılmışdır.

Kompilyasiya əsəri həm qeyri-kompilyasiyaəsərlərindən toplanır, yaxud ayrı-ayrı müəlliflərin fikirləri əsasında sistemli şəkildə tərtib olunur. Belə əsərlərə müxtəlif müəlliflərə məxsus mətnlər əsasında toplanılan anlayışların daxil olduğu ensiklopediyalar, eyni mövzulu ədəbi əsər ya şeir külliyatları, dərsliklər dərs vəsaitləri, bioqrafik məlumatlara əsaslanan əsərlər s. aiddir. Ensiklopediyaların tərtibçiləri onun müəllifi sayılır, lakin onlar burada başqa müəllifdən gətirilən sitat ya tezislərin müəllifi sayılmır. Buna görə , gətirilən hər bir sitata, nümunəyə dair istinadın göstərilməsi zəruridir. Çünki, anlayışların sayı, təqdimat forması, şərhlərin strukturu üslubu, mətnlərin tərtibçi tərəfindən yenidənemalıartıq MÜƏLLİF işi hesab olunur eyni şəkildə başqa müəllif tərəfindən təkrar nəşr oluna bilməz.

Lüğət tərtibçilərinə gəlincə, onlar lüğətin həm müəllifi hesab olunurlar. Cünki, lüğətlərdə siyahıya alma prosesinin özü tərtibat (kompliyasiya) əməliyyatını təkrarlayır.

R.Mekançi yazırdı ki, plagiatlıq ittihamı leksikoqrafiya tarixinin ən kədərli səhifələrindəndir. Bəzən ən məsum leksikoqraf da argumentum ad hominem formasında tədqiqatçıların iti nəzərindən yan keçməmişdir.

Lüğətlərdə plagiatlıq xoşagəlməz hal kimi daim qınaq obyekti olub. N.E.Osselton qeyd edirdi ki, lüğət tərtibçilərininplagiatlıq vərdişlərilüğətlərin inkişafını ləngitmiş bunun nəticəsində lüğətlərdə hələ ağırlığı qeyri-praktikliyi ilə seçilənkabus-sözlər” (ghost-words) qalmaqdadır. Lüğətçinin intellektual bacarığını, məlumatlılığını, adaptiv qabiliyyətinin olmasını üzə çıxarmaq üçün detallı müşahidə aparmaq zəruridir.

Lüğətlərdə müəllifliyin əhəmiyyəti o qədər böyükdür ki, hətta tərtib olunan lüğətlər müəlliflərinin adı ilə tanınmışdır. XV əsrin ortalarında çapın kəşfi lüğətlərin geniş kütləyə yayılmasına imkan verdi. 1502-ci ildə italyan Ambrocio Kalepio tərəfindən Dictionarium latinum lüğəti nəşr olundu. Lüğət o qədər şöhrət qazanır ki, özündən sonrakı lüğətlər üçün örnək olur. Hətta bu gün italyan dilində həmin müəllifin soyadı (yəni calepinokalepino”) lüğət mənasında işlənir.

Yenilikçi ideyalara əsalanmayan lüğətlər çox vaxt ciddi tənqidlərlə qarşılanmışdır. Məsələn, italyanca Kruska lüğətinin tərtib modeli köhnəldiyindən öz funksionallığını itirmiş hesab olunduğundan Təhsil Nazirliyi tərəfindən çapı dayandırılmışdır. Müasir dövrün leksikoqrafları olan N.Zinqarelli, F.Palatsi, A.Pantsini, T.de Mauro digərlərinin lüğətləri öz yenilənmiş leksik fondu baxımından diqqətəlayiqdir.

Bəziləri iddia edir ki, lüğət tərtibat işi olduğundan orada hər hansı bir plagiatdan söhbət gedə bilməz. Bu, tamamilə yanlış fikirdir. Əgər lüğətlərin yazılması heç bir yaradıcı fəaliyyət tələb etmirsə, bəs onda lüğətlərin tərtibində keyfiyyət göstəricisi nədir? Yaxud lüğət tərtibçisinin elmi fəaliyyəti nədən ibarətdir? S.Ceyms qeyd edir ki, ciddi əmək sərf etməklə müxtəlif mənbələrdən yararlanıb yeni bir ərsəyə gətirmək, əmək sərf etmədən başqasının intellektual mülkiyyətini cüzi dəyişiklik etməklə mənimsəməkdən fərqlənir. Əlbəttə, başqasının əməyini mənimsəyənleksikoqrafqeyri-qanuni fəaliyyətlə məşğuldur. Deməli, hətta kompilyasiya işinin özü yaradıcı əməyi istisna etmir. Bu işdə dəqiq istinadların göstərilməsi vacibdir.

Bir məqamı da qeyd etmək istərdik ki, müəllif ya tərtibçi tərəfindən ərsəyə gətirilməsindən asılı olmayaraq hər bir əsər nəşr olunduğu andan etibarən digər tədqiqatçılar üçün fikir müzakirəyə açıq olmalıdır. Dünyanın aparıcı ölkələrində elmi debatların, diskussiyaların aparılmasında jurnalistlərin rolu böyükdür. Əsər ya onun hər hansı bir hissəsinin həqiqiliyi sual altına qoyularsa, müəllif, tərtibçi ya redaktor irəli sürülən iddialara cavab verir həmin naqisliyin dərhal aradan qaldırılmasını təmin edir. Hətta redaktor bu zaman işin ləğv olunması ya yenidən hazırlanmasına da qərar verə bilər. Hər bir oxucu, tədqiqatçı, mütəxəssis ya qeyri-mütəxəssis elmi iradlar irəli sürə bilər. Bu zaman əks tərəf dərhal reaksiya verməli, ən xırda iradı belə, cavablandırmalıdır.

Son zamanların müşahidələri göstərir ki, dünya ölkələrindən fərqli olaraq ölkəmizdə elmi debatlar üçün təşviq mexanizmlərində çatışmazlıqlar mövcuddur. Bir çox hallarda elmi tənqid sağlam açıq debatlara şərait yaratmaq əvəzinə, şəxsi münasibət istiqamətinə yönəldilir. Tənqidi şüurun inkişafı, sağlam elmi müzakirə istiqamətində maarifləndirmənin aparılması müəllif tərtibçilərdə məsuliyyət özünütəhlil mexanizminin işə düşməsinə şərait yarada bilər. Bu isə elmin parlaq zirvəsinə aparan yeganə yoldur.

Sonda 2019-cu il Ümumdünya Müəlliflik Hüququ gününə həsr olunmuş müraciətdə YUNESKO-nun baş direktoru Odri Azulenin sözlərini xatırlatmaq istərdik: “Kitablar bəşəriyyətin ümumi keçmişi, tarixi mədəni irsi ilə ümumi gələcəyin qurulması naminə vahid ailədə birləşməyə kömək edir. O ailədə insani istəklərin nəhəng xorunda hər birimizin aydın səsi eşidiləcəkdir!”

 

Günel Bayramova,

İtalyanşünas, filologiya üzrə fəlsəfə doktoru

 

Hürriyyət.- 2019.- 21 may.- S.13.