Müasir sivilizasiyalararası dialoq,

multikulturalizmin inkişafı və Azərbaycan

 

Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub. Ölkəmiz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri ölkəmizdə sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olub. “Multikulturalizmsözü mövcud olmadığı bir zamanda belə həmin ideyalar yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasisosial vəziyyətə baxmayaraq bu sərvəti qoruyub saxlayıb. Bu, dövlətimizin multikulturalizm dövlət siyasətidir. Ölkəmizdə hər iki ildən bir Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Mütəmadi olaraq Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Burada da əsas məqsəd müxtəlif dinlərin nümayəndələrinin bir araya gətirilməsindən, aramızda daha mühüm qarşılıqlı anlaşmanın yaradılmasından ibarətdir. Dialoq yolu ilə böyük uğurlara doğru Azərbaycan dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin Zirvə toplantısına ev sahibliyi edib. Bu mövzu bu gün dünyanın gündəliyində duran ən mühüm məsələlərdəndir və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. 2008-ci ildə biz “Bakı Prosesinin təşəbbüskarı olduq ki, bu da mədəniyyətlərarası dialoq üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm islam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda təşkil edilmiş toplantısına islam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən çox nazir ilk dəfə Bakıda bir araya gəldi. 2009-cu ildə Azərbaycan islam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini bir arada topladı və Avropa dövlətlərinin mədəniyyət nazirlərini Bakıya dəvət olundu. Bu proses “Bakı Prosesi” adlandırıldı. Bu proses inkişaf edir və getdikcə daha çox dəstəklənir. O, qlobal təşəbbüsə çevrilir, həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. 2016-cı il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ilielan edilib. Nəticədə milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaqyaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlanıb. 2016-cı il aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən çox iştirakçı qatılıb. Forumun mövzuları davamlı inkişaf üçün inklüziv cəmiyyətlərin əsas komponenti kimi təşviq edilməsinin də daxil olduğu Davamlı İnkişaf üzrə 2030 Gündəliyini özündə əks etdirib. Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrı-seçkilik, düşmənçilik və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı. Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoqmultikulturalizmin zorakılıq, ekstremizmksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməkdədir. Azərbaycan “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən etibarən hər iki ildən bir keçirilən Beynəlxalq Mədəniyyətlərarası Dialoq üzrə 4-cü Dünya Forumuna ev sahibliyi etdi. Roma Papası Fransiskin bu il oktyabrın 2-də Azərbaycana pastoral səfəri ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa verdiyi töhfənin mühüm nümunəsi idi. Mədəni, humanitaridman diplomatiyasının davam etdirilməsi Paytaxt Bakı artıq dünya miqyasında siyasi, mədəni, idmanbiznes təyinatlı mötəbər tədbirlərin keçirildiyi məkandır. Bir tərəfdən ölkəmizin və Bakı şəhərinin infrastrukturu, digər tərəfdən isə dövlətimizin xoşməramlı siyasəti bu kimi tədbirlərin keçirilməsi üçün mühüm zəmin yaradır. Birinci Avropa Oyunlarının ardınca “Formula-1” Avropa Qranprisinin Bakıda keçirilməsi prosesini 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunları tamamladı. O da bəllidir ki, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və mədəni-humanitar əsaslarda Azərbaycanın tərəfdaşlığının genişləndirilməsi üçün mühüm işlər görülür. Ölkə daxilində inkişaf hüququnun reallaşdırılması məqsədilə müvafiq tədbirlər görməklə yanaşı, respublikamız xüsusilə Heydər Əliyev Fondu və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə beynəlxalq inkişaf səylərində fəal rol oynayır. Yeni donor ölkə kimi Azərbaycan inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitarsosial-iqtisadi çağırışlara AIDA və digər kanallar vasitəsilə cavab verir. Azərbaycan artıq dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, silahlı qarşıdurmalar və təbii fəlakətlər nəticəsində kütləvi şəkildə yaşayış yerlərini dəyişməyə məcbur qalmış insanlara da yardım göstərir. Buna misal olaraq, İordaniyada məskunlaşmış suriyalı qaçqınlara, eləcə də Pakistanda daşqınlar nəticəsində ziyan dəymiş 25 min insanaAfrika ölkələrində “Ebola" epidemiyasından əziyyət çəkmiş əhaliyə ayrılan yardımı, göstərmək olar. BMT-nin iqtisadiSosial Şurasının yeni seçilmiş üzvü kimi Azərbaycan Şuraya üzvlüyü ərzində İnkişaf Hüququ Bəyannaməsinin reallaşdırılmasına kömək edəcək. Dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara göstərilən konsul xidmətinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatikkonsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyətdir. 2015-ci il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, qarşılaşdıqları çətinliklərin həlli və bu məqsədlə xarici dövlətlərlə konsulluq sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində əsaslı tədbirlər görülüb. Xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi, onların Azərbaycanda olduqları müddət ərzində hüquqi vəziyyətlərini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi və soydaşlarımıza müvafiq imtiyazların tətbiq edilməsi imkanlarının araşdırılması istiqamətində fəaliyyət həyata keçirilir. Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayında çıxış edən prezident İlham Əliyev ölkəmizin xarici siyasətimizin çox uğurlu, çox fəal olduğunu, Azərbaycanın beynəlxalq təşkilatlarda çox önəmli yer tutduğunu, mövqelərimizin möhkəmləndiyini və Azərbaycanın addımlarının bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələr verdiyini qeyd edərək, diaspor fəaliyyətinin gücləndirilməsi, diplomatik nümayəndəliklərlə əlaqələndirmənin artırılması və diasporumuzun təşkilatlanması ilə əlaqədar qarşıya konkret vəzifələrdən biri olduğunu bildiribdir. Sivilizasisyalararası dialoqlar və Azərbaycan Qeyd edək ki, Sivilizasiyalar Alyansı dünyada etimadanlaşma yaradır. Onun layihələri gənc innovatorları dəstəkləyir, jurnalistləri resurslarla təmin edirdialoqu dəstəkləyən liderlərə hörmət edir. Gəlin, həmçinin zamanımızın çağırışları ilə üzləşdiyimiz bir vaxtda bu qiymətli Alyansı gücləndirək, - deyən BMT-nin baş katibi Pan Gi Mun Forum iştirakçılarına nümayiş etdirilən video-müraciətində dedi: “Bölünmə və təcrid ekstremistlərə sərf edir. Onların atdığı bombalar binaları hədəfə alır. Lakin onların əslində məhv etmək istədiyi bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də Forumunİnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmasını alqışlayıram. Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə irqçilik, diskriminasiya, ksenofobiya və zorakılığın digər formaları üzündən uzun müddət təcrid olunmuş insanlar üçündür. Alyans heç kimin unudulmaması və hamıya ləyaqətli həyat təmin etmək üçün bu qlobal planı reallaşdırmağa kömək edir. Mən BMT-nin bu qurumunu tam dəstəkləyirəm”. Bu, BMT baş katibi cənab Pan Gi Munun Bakı Forumuna davamlı dəstəyini ifadə edən bəyanatı idi. Bu bəyanat bir daha təsdiq etdi ki, dünya liderlərinin münaqişələrin əsas səbəbləri ilə məşğul olaraq diqqəti onların qarşısının alınmasına cəmləşdirməsi vacibdirçox əhəmiyyətlidir. Alyans radikallaşma və qütbləşmənin qarşısını almaqla, daha böyük mədəniyyətlərarası anlaşmanı həvəsləndirməklə, eləcə də bu məqsədləri irəliyə doğru aparan layihə və proqramlarda iştirak etməklə daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün formalaşdırılmış zərif qüvvə mexanizmi rolunu oynayır. Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan prezident İlham Əliyev bildirib ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülükmultikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizmsözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çox millətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın Şamaxıda 743-cü ildə inşa edilmişdir. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslavkatolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasisosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlamışdır”. Dözümsüzlüyə, ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq tərəfdarları dini dəyərləri təhrif etməklə yaratdıqları utopiyalarla gənc nəsillərə təsir göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə inancları, ədaləti, bərabərliyi əsas götürərək həqiqi mesajları ən doğru şəkildə öyrətməliyik. Müxtəlif dinlərin nümayəndələri olaraq bunu bacardığımızda dünyanın hamımızın birlikdə yaşaya biləcəyi yer-olduğu daha yaxşı anlaşılacaq.  

 

Hürriyyət. – 2019. – 21 may. - S. 12.