Azərbaycanın hava məkanını
LANZA qoruyacaq"
Bütün dünyada məşhur olan İspaniyanın "Indra
Sistemas" şirkəti
müdafiə sənayesi
sahəsində fəaliyyət
üzrə təxminən
yarım əsrlik təcrübəyə malikdir. "Indra Sistemas" İspaniyada bütün müdafiə
sənayesi üçün
inkişaf istiqamətlərini
formalaşdıran nüfuzlu
şirkət hesab edilir.
Bu sahədə şirkətin
əsas rəqibləri
"Northrop Grumman Corporation", "Raytheon Company",
"Thales Group", "Airbus Defense and Space", "BAE
Systems", "Israel Aerospace Industries", "Honeywell International",
"SAAB Group", "ELTA Systems Ltd. ", "Leonardo S.p.A.", "Harris Corporation", ASELSAN,
"Reutech Radar Systems" şirkətləri
hesab edilir.
"Indra Sistemas"- informasiya texnologiyaları,
avtomatlaşdırılmış sınaq avadanlıqları
və müdafiə sənayesi sistemlərinin inkişafı istiqamətində
fəaliyyət göstərən
nəhəng İspaniya
şirkətlərindən biridir. Şirkət Madrid Fond Birjasında siyahıya alınıb və IBEX 35 indeksinin tərkib hissəsidir.
Şirkətin fəaliyyət istiqqamətləri
"Indra Sistemas" şirkətinin fəaliyyət
istiqamətləri aşağıdakılardır:
- Hava nəqliyyatının
idarəetmə sistemiləri
(dünyanın ən
böyük layihə
inkişafçılarından biridir);
- Madrid, Barselona, Paris, Lissabon, Şanxay, Afina, Buenos-Ayres və Santyaqo kimi böyük şəhərlərində istifadə
olunan metro bilet sistemləri;
- Enerji layihələri;
- Seçki prosesinin avtomatlaşdırılması;
- Aviasiya stimulyatorları;
- Müdafiə sənayesi məhsulları;
- Səhiyyə informasiya sistemləri.
Şirkətin mütəxəssisləri tərəfindən təqdim
edilən REM taktiki sistemləri, minaların uzaqdan partladılmasına
qarşı mübarizə
vasitələri, termal
atəşi idarəetmə
sistemləri (AMX-30, "Leopard", T-72,
M-48, M-60 tanklarında və
"Pizarro" PDM-də), silah
və hərbi texnikanın avtomatik sınaq sistemləri, təyyarə və atıcı silahların təlim kompleksləri də kifayət qədər diqqətəlayiq
avadanlıqlar hesab edilir.
Şirkətin imkanları və
strukturu
2018-ci ilin maliyyə ilində "Indra Sistemas" şirkətinin
gəlirləri 3 milyard
104 milyon avro olub, onun 46 ölkədə
nümayəndəliyi mövcuddur.
Şirkət kecən
il 140-dan çox ölkədə
30 törəmə şirkəti
vasitəsilə təxminən
20 min layihə və kommersiya əməliyyatları
həyata keçirib.
Şirkətdə 40 millətdən
ibarət 43 mindən çox mütəxəssis
çalışır, onların
83%-i bakalavr, magistr və elmlər doktoru dərəcələrinə malikdir.
"Indra Sistemas"
120-dən çox universitet
və tədqiqat mərkəzləri ilə
sıx əməkdaşlıq
edir.
Indra Sistemas müxtəlif platformalı məhsulları
İspan şirkəti "Indra Sistemas" təyyarə və helikopterləri daşınan zenit raket komplekslərindən qorumaq üçün lazer sistemlərinin hazırlanmasını da həyata keçirir.
Bu RLS-lərin ARIES ailəsi
isə sahil radar aşkarlanma sistemlərinin
və dəniz dairəvi müşahidə
sisteminin əsasını
təşkil edir. Onlar çox
aşağı gücə
malik olduğu üçün yüksək
qətnamə ilə xarakterizə olunur və siqnallarının düşmən tərəfindən
ələ keçirilməsi
ehtimalı əhəmiyyətli
dərəcədə aşağıdır.
Radar sistemləri sahilyanı zonalarda, dəniz platformalarında,
sərhədlərin təhlükəsizliyi
və ya aviasiyanın hərəkətinin
yerdə idarə olunmasında istifadə üçün nəzərdə
tutulur. Universal vasitələrin və proqram təminatlarının
inkişafı, müxtəlif
hərbi məqsədli
bir çox ARIES radar modeli yaratmağa imkan verir.
"Indra Sistemas" şirkətinin dəniz
RLS-ləri
- Ən əhəmiyyətli
hərbi inkişaflardan
biri, İspaniyanın
"Juan Carlos I" desant gəmisində
yerləşdirilən dəniz
radiolokasiya sistemidir.
- Onun tərkibinə daxildir:
- ARIES RLS
bazasında hava nəqliyyatının idarəetmə
sistemləri;
- LANZA-N
3D uzaqmənzilli və
çoxrejimli RLS-i;
- CIT-25D
IFF "özümün-özgənin"
tanınma sisteminin qəbuledici-ötürücü transponderi;
- Suüstü hədəflərinin
aşkarlanması üçün
ARIES NAV naviqasiya radarı;
- Gəminin limana yaxınlaşmasını tənzimləyən
yüksək dəqiqlikli
RLS;
- Müxtəlif radar sistemlərindən
daxil olan məlumatları birləşdirən
avadanlıqlara nəzarət
edən RLS.
"Indra Sistemas" şirkətinin hava RLS-ləri
"Indra Sistemas" tərəfində yaradılan
"özümün-özgənin" tanınma sistemi "Eurocopter", "NH-Eurocopter",
"Tiger HAD" helikopterlərində, sualtı qayıq əleyhinə R-3 "Orion" təyyarələrində, "Airbus" A400
hərbi nəqliyyat təyyarələrində istifadə
edilir.
"Battlefield
Target Recognition System" (BTID - döyüş
meydanında hədəflərin
tanınma sistemi), özünün və müttəfiqlərinin vasitələrinə
atəş açmaq
ehtimalını azaldır
və bununla da "dost atəşi"ndən
döyüş itkilərinin
qarşısını almağa
imkan verir. Bu sistem millimetr
dalğada fəaliyyət
göstərir və hədəf tanınma səhvlərini minimuma endirərək məhsuldarlığın
artması ilə xarakterizə olunur. Özünün və ya müttəfiq qüvvələrin
fəaliyyətlərini izləmək
üçün cihazları
avtonom şəbəkəyə
birləşdirmək də
mümkündür.
"Indra Sistemas" məhsullarının istifadəçiləri
NATO-nun üstünlük verdiyi radar təchizatçısı,
dünyanın 5 qitəsinin
müxtəlif ölkələrini
50 ədədə qədər
radar ilə təmin edib və bəzi
ölkələrə təchizat
davam edir. Onların arasında
həm hərbi, həm də ikili təyinatlı RLS-lər mövcuddur. Şirkət
müxtəlif siniflərdən
olan 20 radar üçün
sifariş portfelinə
malikdir.
Şirkətin son 5 ildə imzaladığı
və yerinə yetirdiyi bəzi müqavilələrə nəzər
salaq:
2014-cü ildə Gürcüstan
"Eurocontrol" sisteminə
qoşuldu və ölkənin naviqasiya sistemlərini Avropa standartlarına tam uyğunlaşdırmaq
üçün İspaniya
şirkəti ilə dünyanın ən yaxşı naviqasiya sistemlərindən birinin əldə edilməsi barədə müqavilə
imzaladı. Gürcüstan tərəfi bu layihəyə 15 milyon lari (6,5 mln
dollar) sərmayə yatırdı.
2015-ci ildə isə
Azərbaycan da eyni sistemə qoşuldu. Həm ölkənin hava
məkanında, həm
də paytaxtdakı Heydər Əliyev Beynəlxalq Hava Limanının manevr zonalarında təyyarələrin
hərəkətinin daha
səmərəli idarə
edilməsinə imkan verən və RLS ilə təchiz olunan yeni qüllə
istifadəyə verildi.
Bir çoxları "Indra Sistemas" şirkətindən
RLS əldə edildiyini,
bəziləri onun hərbi, bəziləri isə yeni qüllənin
təchizatında istifadə
edildiyini iddia etdilər. Sonra görüntülərdən məlum oldu ki, Avropada unikal
sistem kimi tanınan hava nəqliyyatının idarə
edilməsi qülləsi,
"Thales" şirkətinin S diapazonunda çalışan
RSM 970 S radiolokasiya stansiyası
ilə təchiz edilib. Bununla da "Indra
Sistemas" şirkətindən
əldə olunduğu
iddia edilən radiolokasiya stansiyasının
(Bu RLS və qüllə
üçün alınan
digər ispan məhsulları barədə
daha sonra geniş məlumat veriləcək) sırf Hərbi Hava Qüvvələrinin tələbatını
ödəmək məqsədi
ilə alındığı
göründü.
2015-сi ilin may ayının 13-də İspaniya
şirkətinin 3 ədəd
LANZA 3D radarını NATO-nun inteqrasiya olunan HHM/RƏM sistemi üçün ixrac edəcəyi məlum oldu. Müqavilənin dəyərinin
22 milyon avro olması, hər bir radar üçün 7,3 milyon avro
ödənildiyini göstərir.
Sonradan alınacaq əlavə 1 ədəd radar və digər avadanlıqlar üçün toplam 36 milyon avro ödənildi.
Müqavilə 36 ay ərzində tam icra edildi.
10 ədəd yerüstü
və 2 ədəd suüstü versiyada olan RLS son illərdə İspaniya Silahlı Qüvvələrinin silahlanmasına
daxil edilib. Sonuncu versiyanın
1 ədəd radarı
L-61 "Juan Carlos I" universal desant gəmisində yerləşdirilib.
Bu tip RLS-lər ən
azı 12 ölkə və 2 NATO strukturu tərəfindən əldə
edilib.
Hazırda İspaniya HHQ LANZA radarlarını
"Integrado de Mando y
Control System" (SIMCA) proqramı çərçivəsində istifadə edir. NATO layihəsi Portuqaliya HHQ üçün 1 ədəd
3D uzaqmənzilli LANZA əldə
etməsinə şərait
yaratdı. Oman sultanlığı HHQ üçün
inteqrasiya edilən hava hücumundan erkən xəbərdarlıq
sisteminin bir hissəsi kimi bir neçə ədəd LANZA radarına
sahibdir. Mərkəzi Amerika və Afrika ölkələri isə təyyarələrinin
hərəkətinə nəzarət
üçün radarın
ARSR versiyasına sahibdir.
Bundan əlavə,
İspaniya HHQ üçün
radarın LANZA LTR-25 yeni
uzaqmənzilli taktiki versiyası, hərbi dəniz qüvvələri
üçün isə
digər modeli əldə edilib.
2018-ci ilin iyulun 20-də Ordu.az
"Indra Sistemas" şirkəti ilə İspaniya Hərbi Hava Qüvvələri üçün helikoter, təyyarə, PUA və s.
istehsalı ilə bağlı razılıq
əldə edildiyini və bu layihənin
2019-2022-ci illəri əhatə
edəcəyi barədə
məlumat vermişdi.
Layihə çərçivəsində
şirkət İspaniya
Ordusu üçün
ümumi dəyəri
865 milyon dollar təşkil
edən NH-90, CH-47F, EC-665, EC-135, AS532,
AS332, UH-1H, AB-212 helikopterləri, PASI kəşfiyyat PUA-sı və "Raven" hücum
PUA-sını istehsal
etməlidir.
Birləşmiş Krallığın Müdafiə Nazirliyi 2019-cu il aprelin 24-də "Military Contracts Bulletin" (Hərbi Müqavilələr Bülleteni) adlı sənəddə İspaniyanın "Indra Sistemas" şirkəti ilə 13,6 milyon funt sterlinlik müqavilə imzaladığını bildirdi. Bu müqaviləyə əsasən Kral HHQ hava hədəflərini aşkar etmək və hava nəqliyyatını idarə etmək üçün şirkətdən MRR versiyasında bir ədəd yerüstü mobil üçkoordinatlı LANZA 3D stansiyasını əldə edəcək. Bu radar 2019-cu ilin dekabr ayının sonuna qədər çatdırılmalıdır və Britaniyanın Kiprdə yerləşən Akrotiri hava limanında yerləşdiriləcək. Bu Kral HHQ üçün LANZA radarının ilk satın alınmasıdır. Hazırda ingilislər Hərbi Hava Qüvvələrində "Lockheed Martin" tərəfindən inkişaf etdirilən və "BAE Systems" tərəfindən istehsal edilən AN/TPS-77 radarının 101 və 102 tipli yerüstü radarlarından istifadə edir. Daha öncə Böyük Britaniyanın HHM sisteminin bir ədəd 101 radarı Akrotiridə rotasiya qaydasında yerləşirdisə, indi isə onu daimi LANZA PLS-i əvəz etməlidir.
Hazırda İspaniya HDQ-nin S-70 sualtı qayıqlarında "Indra Sistemas" şirkətinin peyk rabitə sisteminə bağlı radarları uğurla istifadə olunur. Hazırda onların təkmilləşdirilən versiyası U-212 sualtılarına və Almaniya HDQ-nin iki F-122 (Bremen və Augsburg) freqatlarına da quraşdırılıb.
Məlumatları 3 sm-lik (5200-1000 MHz) diapazonda ötürmək qabiliyyətinə malik radarlar, NATO-nun sualtı qayıqlarının idarəetmə mərkəzi ilə əlaqəsinin etibarlılığını artıran yeganə vasitələrdir.
Hürriyyət.- 2019.- 28 may.- S.12.