Bağırovun imzası ilə...

 

Bundan əvvəlki məqaləmdə tarixçilərə və jurnalistlərə bilmədiklərini yazıb camaatı çaşdırmamağı məsləhət görmüşdüm. Yenə görürəm Mir Cəfər Bağırova aid heç bir məlumatı olmayanlar, ağızlardan eşitmiş olduqları məlumatları dəqiq məlumatlar kimi təqdim edirlər. Guya arxivlərdə olublar. İran və Türkiyədən o tərəfə keçməyib Avropa və Amerika kitabxana arxivlərindən dəm vururlar.

Bu yaxınlarda 83 yaşlı ağsaqqalımız şair, tərcüməçi, yazıçı, tarixçi, filosof, fəlsəfə doktoru Əlisa Nicatın bir iradını oxudum. O da bacarıqsız adamlara məsləhət görür ki, özlərini bacardıqları sahədə sınasınlar. Əlisa müəllim 50 cildlik küllüyatın, 5 fəlsəfə antologiyasının, 5 cildlik fəlsəfə esselərinin və saysız – hesabsız elmi məqalələrin müəllifidir. Öz dililə desək, bu dahi insan dünyanın ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini altını üstünə çevirib. Bununla belə hər hansı mövzuya hazırlıqsız toxunmur. Onun lap balaca yazısını oxuyanda zövq alırsan.

 

(Əvvəli ötən sayımızda)

 

Kitabın rus dilində olduğunu nəzərə alıb redaktor, Azərbaycanın Əməkdar Jurnalisti Əlirza Balayevin yazdığı “Ön söz”ü öz dilimizdə oxuculara təqdim edirəm:

20-ci əsr Rusiya imperiyasında - Sovet İttifaqı adlanan nəhəng ölkədə əlinə qələm alan hər kəs üçün Lenindən, daha çox Stalindən sitat gətirmək tələbi mövcud idi. Tarixçilər, tarix yazanlar da bu tələbə riayət etmək məcburiyyətində idilər və tez - tez Stalindən bu sitatı gətirirdilər: “Èñòîðèþ, - ó÷èò òîâàðèù Ñòàëèí, - íåëüçÿ íè óëó÷øàòü, íè óõóäøàòü. Âñÿêèå ïîïûòêè íàðóøèòü èñòîðè÷åñêóþ ïðàâäó åñòü ïðÿìîé îòõîä îò ëåíèíèçìà. Ðàâíûì îáðàçîì íå äîïóñòèìî îòñòóïëåíèå îò èñòîðè÷åñêîé ïðàâäû...”

Halbuku, tarixin ən çox saxtakarlığa məruz qaldığı məkan da elə Tiranın ölkəsi idi. Lakin tək Tiranınmı ölkəsində belə idi?

Düzgün, obyektiv tarixin yazıla biləcəyini ehtimal etmək adi məntiqlə bir araya sığan şey deyil. 20-ci əsrin bəşər tarixində ən fövqəladə hadisə olan Birinci Dünya müharibəsi, o cümlədən Böyük Vətən müharibəsinin tarixinə nəzər salmaq kifayətdir. Böyük Vətən müharibsinin iki əsas iştirakçısının yazdığı tarix bir - birinə ziddir. Hətta Rusiyanın müttəfiqləri olmuş İngiltərə və ABŞ-da yazılmış tarixlər də fərqlidir. Beşinci, onuncu, iyirminci tərəflərin də yazdığı tarix düzgün olmayacaq; çünki onların da hərəsinin öz mənafeyi var.Və tarixin dərinliklərinə getdikcə falsifikasiya üçün imkanlar da artır. Və təbiidir ki, qədimdən indiyədək hələ elə bir tarixi hadisə tapmaq olmaz ki, bir cür yazılsın. Siseronun "tarixin atası" adlandırdığı, bəşəriyyət tarixində ilk tam miqyaslı tarix traktatının (“Tarix”) müəllifi olan Herodot da bunun şahidi olmuşdu. Traktatının başlanğıcında da elə - belə bir cümlə var: “Farslar danışırlar ki, beləliklə, İo gedib Misirə düşmüşdür, ellinlər isə bunu başqa cür söyləyirlər” (“Tarix”, Birinci kitab, 2-ci bənd). Bu tipli (yəni eyni hadisəyə ikili münasibət) cümlələr Herodotun kitabında minlərlədir. Gün işığı kimi aydın olan bu məntiqin ziddinə olaraq, hərə öz yazdığını hamı üçün düzgün sayır. Hər ölkə, hər xalq yazdığı tarixin yalnız özü üçün doğru olduğunu qəbul etmiş olsaydı – bu, düzgün və ədalətli yanaşma olardı. Eyni hadisənin tarixinin müxtəlif cür yazılmaslndan əlavə, konkret məkanda eyni dövrün tarixi də sonradan bir neçə cür yazılır. Azərbaycanlı oxucunun heç də uzağa getməsinə ehtiyac yoxdur. Son yüz ilin Azərbaycan tarixinə nəzər salmaq kifayətdir. Bəs ortada arxiv sənədləri varsa, onda neçə? Burada da məsələ heç də sadə deyil.

Birincisi, ona görə ki, arxivə saxta sənədlər quraşdırılıb, yerləşdirilə bilər. Kəşfiyyat tarixindən belə faktlar məlumdur.

İkincisi, ona görə ki, arxiv sənədləri gizlədilə bilir. Ribbentrop - Molotov paktı belə olmuşdu. Qorbaçov SSRİ xalq qurultayında faktı gizlətmək məqsədilə arxivdə belə sənədin olmadığını elan edəndən sonra həmin pakt “tapılmışdı”.

Üçüncüsü, ona görə ki, sənədləri arxivdən çıxarmaq mümkündür. Beriya özünə aid sənədləri Bakı arxivindən belə aparmışdı. Böyük Sovet Ensiklopediyasının baş redaktoru Suren Şaumyanın öz dəstəsi ilə birlikdə, məhkəmə sənədlərinin dili lə desək, Bakı arxivlərini ələk - vələk edib, communist pərdəsi altında daşnakların azərbaycanlılara qarşı törətdikləri cinayətlərə, banklardan və evlərdən talan edib oğurladıqları sərvətlərə aid sənədləri aradan çıxarmaq istəyəndə, Bağırovun əmri ilə öz dəstəsi ilə birlikdə 24 saat ərzində

Azərbaycandan qovulmuşdu.

Dördüncüsü, ona görə ki, arxiv sənədləri də müxtəlif dövlətlər, qurumlar və ya müəlliflər tərəfindən, mənafe nəzərə alınaraq, müxtəlif şəkildə şərh və təqdim edilə bilər. Bununla belə, arxiv sənədləri olduqca mühüm əhəmiyyət kəsb edir. Arxiv sənədlərinin də kitab halında təqdim olunmasında müxtəlif formalardan istifadə olunur. Adətən, sənədlər mövzular üzrə sistemli şəkildə toplanır, müəllif şərhi ilə müşayiət olunur ki, bu zaman yuxarıda qeyd etdiyimiz kimi, müəllif mövqeyi özünü göstərir. Ðóäîëüô Èâàíîâun Nəriman Nərimanovun həyat və fəaliyyətinə həsr olunmuş “Ñìåðòåëüíàÿ ñõâàòêà” adlı çox dəyərli kitabını misal göstərmək olar.

Azərbaycanın görkəmli şairi, nasiri, dramaturqu və tarix tədqiqatçısı Teyyub Qurban tərtib etdiyi kitabda arxiv sənədlərinə heç bir şərh, izah vermədən onu oxuculara təqdim edir, yəni kitab yalnız arxiv sənədlərindən ibarətdir. Beləliklə, hər bir sənədi və ya sənədlər toplusunu necə anlamağı, necə dərk etməyi oxucunun öhdəsinə buraxır. Yalnız arxiv sənədlərindən ibarət olması etibarilə Azərbaycanda ilk dəfə belə kitab çap olunur. Müasir Azərbaycan yazıçıları arasında Teyyub Qurban kimi ən müxtəlif mövzularda qələm çalan ikinci ədib tapmaq çətindir. Onun yaradıcılığı məzmun etibarilə ədəbi - bədii sahədən savayı siyasət, tarix və mədəniyyət mövzularını, janr etibarilə poeziya, proza, dramaturgiya, publisistik və tarixi - publisistik əsərləri ehtiva edir.

Teyyub Qurban 20 ildən artıqdır ki, Azərbaycanın görkəmli dövlət xadimi Mir Cəfər Bağırovun fəaliyyətini arxiv sənədləri əsasında araşdırmaqdadır. Bu möhtəşəm zəhməti sayəsində “Düşmənlərindən güclü şəxsiyyət” adlı çoxcildliyinin iri həcmli üç cildi çapdan çıxmış, dördüncü cildi çapa hazırlanmaqdadır. Qeyd etmək lazımdır ki, həmin kitablar əsl bestsellerə çevrilmiş, dəfələrlə təkrar çap olunmuşdur. Bu kitabda toplanmış sənədlər ibrət dərsi verə bilər. Ən başlıcası, Mir Cəfər Bağırov elə idarə üsulu, idarə etmə sistemi qura bilmişdi ki, Azərbaycanı ovcunun içi kimi görürdü. Təbii ki, idarə etmə üsullarında yox, idarə etmə prinsiplərində öyrəniləsi çox şey var. Ən mühümü, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan qopardılmasına və ermənilərin digər təxribatlarına qarşı kəskin mübarizə, ölkədə və cəmiyyətdə baş verənlərə vaxtında və prinsipial qiymət verilməsi, vətəndaşların təklifinə, müraciətinə, şikayətinə, hətta imzasız məktublara belə ən diqqətli, məsuliyyətli yanaşma mövcud idi. M. C. Bağırovun xalqla təması rəsmi tədbirlərlə məhdudlaşmırdı, o özü əhalinin müxtəlif zümrələri ilə şəxsən, hakimiyyət qurumlarının iştirakı olmadan təmas qururdu və bir çox həqiqətləri öyrənə bilir və tədbir görürdü. Vətəndaşları özü də qəbul edir, onların şikayətlərini dinləyir, qəti göstərşlər verirdi. Rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparırdı və buna görə də bu bəla bütün cəmiyyətə sirayət edə bilmirdi.

Hər bir məmur şər əməlinə görə dərhal cəzalanacağını bilirdi və özbaşınalıq halları ən minimum dərəcədə idi. Oxucular bu məsələlərlə əlaqədar çoxlu arxiv sənədləri ilə tanış olacaqlar.

Annotasiyada deyildiyi kimi, kitabdakı materiallar Teyyub Qurbanın Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivindən toplayaraq, öz əsərlərində istifadə etdiyi sənədlərdir və onların verilməsində hansısa ardıcıllıq və sistem yoxdur və qarşıya belə məqsəd qoyulmamışdır. Sənədlər xronoloji ardıcıllıqla düzülmuş və nömrələnmişdir. Bu mənada tədqiqatçılar üçün zəngin material var və əlavə maraqlandıqları sənədlərlə arxivdə tanış ola bilərlər. Sənədlərin dili ilə əlaqədar qeyd etməliyik ki, həmin dövrdə Azərbaycan KP MK- da sənədlər Azərbaycan dilində, hətta ərəb əlifbası ilə də qəbul olunduğu halda, rus dilində yazmaq qaydası mövcud idi və hər kəs rus dilini bildiyi səviyyədə yazırdı.

Sənədlərin, xüsusən məktubların üzərində redaktə işi aparılmamışdır. Yalnız fikirlər anlaşılmayan hallarda redaktə işi aparılmışdır.Əminik ki, Teyyub Qurbanın tərtib etdiyi bu kitab da oxucuların və mütəxəssislərin dərin marağına səbəb olacaqdır.

 

Füzuli Baratov,

Əməkdar jurnalist

 

Hürriyyət.- 2019.- 30 may.- S.14.