Müstəqilliyin əldə olunması uğrunda mücadilə

 

Azərbaycan Xalq Cümhuriyyəti – 101

 

əvvəli ötən sayımızda

 

Cümhuriyyətin qurulması

 

1918-ci il 28 mayda Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. İlk Hökumətdə vəzifələr aşağıdakı kimi bölüşdürülmüşdü: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri; Xosrov bəy Sultanov - hərbi nazir; Məmmədhəsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə və xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Məmməd Yusif Cəfərov - ticarət və sənaye naziri; Əkbər ağa Şeyxülislamov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar, poçtteleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarəti naziri.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu. Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa buya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi. Parlament iclaslarının gündəliyindən xeyli hissəsi bu məsələlərə həsr edilmişbu barədə xüsusi qərarlar qəbul olunmuşdu.

Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. İkinci Hökumətə Fətəli xan Xoyskidən başqa Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov, Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov və Musa bəy Rəfiyev daxil oldular.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən sonra, 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci Hökumətdə dəyişikliklər edildi və vəzifələr aşağıdakı qaydada yenidən bölüşdürüldü. Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri; Behbud xan Cavanşir - daxili işlər naziri vəzifəsi ilə yanaşı ticarət və sənaye naziri vəzifəsini də icra edir; Əlimərdan bəy Topçubaşov - xarici işlər naziri; Məmməd Həsən Hacınski - maliyyə naziri; Nəsib bəy Yusifbəyli - xalq maarifi naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Ağa Aşurov - poçtteleqraf naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Xudadat bəy Rəfibəyli - xalq səhiyyəsi naziri; Musa bəy Rəfiyev - himayədarlıq və dini etiqad naziri; İsmayıl xan Ziyadxanov - hərbi işlər üzrə müvəkkil; Əbdüləli bəy Əmircanov - dövlət müfəttişi.

 

Gəncədə Xalq Cümhuriyyəti binası

 

Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət kabinəsində Xəlil bəy Xasməmmədov - daxili işlər naziri; İ.Protasov - maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli - maarifdini etiqad naziri; Aslan bəy Səfikürdski - poçt-teleqraf və əmək naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Rüstəm xan Xoyski — himayədarlıq naziri; Yevsey Gindes - xalq səhiyyəsi naziri; Mirzə Əsədullayev - ticarət və sənaye naziri; Məmmədhəsən Hacınski -dövlət nəzarəti naziri; Konstantin Lizqar - ərzaq naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Teymur bəy Makinski - ədliyyə naziri vəzifələrini tutdular.

Dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il martın 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu. Digər vəzifələr aşağıdakı kimi bölündü: Əlağa Həsənov - maliyyə naziri; Ağa Əminov - ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Camo bəy Hacınski - poçtteleqraf naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Viktor Klenevski - himayədarlıq naziri; Abram Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarifdini etiqad naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət əmlakı naziri; Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.

1920-ci il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarifdini etiqad naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri); Camo bəy Hacınski - poçtteleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzarəti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski — ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov -maarifdini etiqad naziri vəzifələrini tutmuşlar.

 

Bakıda Qızıl Ordunun və zəhmətkeşlərin etiraz nümayişi

 

Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi.

F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.

Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar". Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi.

Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdiMüsavat Partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər.

Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökümətin dağılmasına gətirib çıxartdı.

XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı. Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi.

Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q.Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdiyol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı.

Süvari - dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı. Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər. Sonuncu qısamüddətli döyüş Xırdalan və Biləcəri stansiyaları arasında baş verdibundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər.

Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarıldı. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı. Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.

 

Məmməd MİRZƏLİYEV

 

Hürriyyət.- 2019.- 31 may.- S.14.