Azərbaycan
bayrağı
Şənini vəsf etməyə yetər,
qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər
ötər,
Hər rəngində “ya qazı, ya
şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət
sancağı –
Azərbaycan bayrağı!
Yağının min hiyləsi
küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min
ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən
keçər,
Göylərin nur yağmuru, yerlərin
göy qurşağı-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin
buluduna bələndin,
Dərbəndin dərd
hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda
Şah dağı,
Azərbaycan bayrağı !
Cəngidə cövlan yerim,
cövlanda can yerimsən,
Barışda gül çələngim,
savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim
iman yerimsən,
Dalğalı ləngərlərin
yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı !
Sənsən Azadlıq eşqim, sənsən
Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə
şeir deyəcəyəm,
Şuşada sən qonduğun
daşa pir deyəcəyəm,(?!)
Çəkəcəyəm
gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı !
Ramiz Qusarçaylı
Hürriyyət.-
2019.- 9-13 noyabr.- S.13.