ƏBÜLFƏS QARAYEVİN “ERMƏNİ SEVDASI”

 

Vaxtilə Heydər Əliyev ləğv etsə də, “Bakı Konqres Mərkəzi”ndə ermənilər konsert verəcəklər

 

İxtisasca ingilis dili müəllimi olan, “rusdilli kadrkimi keçmişLenin Komsomolunun zəfər bayraqlarının carçısı olan Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsinə təyin olunanda özü gərək bundan imtina edəydi. Neçə illərdir bu mühüm strateji vəzifədə işləyir və mədəniyyətin nə demək olduğundan xəbəri yoxdur. Olsaydı, istedadsız aktyorları teatrlara direktor təyin etməzdi. Milli teatırmızın üz qarası “Yuğ Teatrı”nda çalışan bəzi aktyorlara dövlət titullarının verilməsinə imkan yaratmazdı. Milli konumuzun bataqlığa yuvarlanmasının qarşısını ala bilməyən, Azərbaycan milli mədəniyyətinin yeni düzəndə inkişaf fəlsəfəsindən xəbəri olmayan Əbülfəs Qarayev 2006-cı ildən bu günə kimi nazir maaşı alır. Onun “erməni sevgisi”nə şəxsi fikir olaraq göz yummaq da olar. Ancaq daşıdığı strateji vəzifəsinə görə əsla susmaq olmaz.

 

Heydər Əliyevin ləğv etdirdiyi konsert

 

1997-ci il oktyabr-noyabr-dekabr aylarında başkənd Bakının küçə və meydanlarında, o dövrdə ən çox izlənilən “AZTV”də, rusdilli mətbu orqanlarda erməni mənşəli ortabab manıs Filipp Kirkorovun 18 dekabr tarixində ölkənin bir nömrəli dövlət tədbirlərinin və konsertlərin keçirildiyiRespublika Sarayı”nda mədəniyyət naziri Polad Bülbüloğlunun da dəstək verdiyi konserti təşkil edilmişdi. Avrasiya” qəzetinin ünlü yazarları Qafar Çaxmaqlı, Sahib Alıyev, Nazim Mustafa, Ziyadxan Əliyev, Səməd Məlikov, Qənbər Yusif və Ənvər Börüsoyun silsilə yazıları sayəsində mədəniyyət nazirinin bu təşəbbüsü iflasa uğradı. Qəzetin araşdırmalarına görə, Filipp Kirkorov iki konsertin sayəsində 500 min dollar qazanc əldə edəcəkdi. Prezident Heydər Əliyev bütün bunlardan xəbər tutan kimi, dərhal Polad Bülbüloğluna və Bakı şəhər Mədəniyyət İdarəsinə, “Respublika Sarayı”nın rəhbərliyinə və bu konsertin gizli təşkilatçısı olananonim” şirkətə əməlli başlı qulaqburması verdi. “AZTV”-nin rəhbərliyində isə kadr dəyişiklikləri etdi. Beləliklə də beş manat xeyrinə görə “erməni sevdalısı” olan məmurlar, KİV-lər sankiqurbağa gölünə atılan daşkimi səssizlik içində batdılar. Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev mərhum Heydər Əliyev haqqında ağızdolusu bülbül kimi ötsə də, keçmiş komsomol illərində olduğu kimi, “erməni sevadılısı” kimi nihilistcəsinə “Bakı Konqres Mərkəzi”ndə ortabab manıs erməni Filipp Kirkoorovun konsertinə izin verib. Aradan 22 il ötməsinə baxmayaraq, erməniyə iki günlük ön sırada olmaq fürsətini qazandırıb. Nə var... nə var... ortada para olacaq, ermənipərəstlər də kef çəkəcəklər. Nazirliyin cibi dolacaq. Bəli, istənilən şirkət konsert təşkil etmək hüququna sahibdir. Halbuki, onlar bunun üçün mədəniyyət nazirliyinə para ödəyib “lisenziya” alırlar. Nazirlik də onların fəaliyətinə dolayı yolla nəzarət edir.

 

Başkənd kimin əlindədirsə, dövlət də onun əlindədir

 

Azərbaycan dövlətinin uğurlu addımlardan biri də beynəlxalq səviyyədə tolerantlıq və multikulturalizm mövzularında keçirdiyi tədbirlərdir. Yəni ölkəmizdə dinlərarası dialoq, xalqlararası isti münasibətlər dövlət siyasətinin aparıcı ünsürüdür. Bütün bunlardan indiki məqamda təkcə yararlanan erməni həyasızlığıdır. Onlar müxtəlif cildlərdə bizim içimizə heç nə olmamış kimi daxil olmağı, gələcək strateji hədəflərini konseptual şəkildə sərgiləməyi heç də gizlətmirlər. Bunun üçün nihilist kadrların vasitəsilə həmin hədəfləri addım-addım həyata keçirirlər. Belə bir strateji uzantıların əsil səbəbi başkənd Bakını ələ keçirməkdir. Keçmiş Çarlıq Rusiyası və Sovetlər Birliyi dönəmində Bakı, Alma-Ata, Daşkənd, Cövhərqala (Qroznı), Kazan, Ufa, Bişkek, Aşqabad və digər Türk Dünyasına aid başkəndlərdə əhalinin əksəriyyəti yerli deyil, başqa xalqların sayca üstün olması dövlət siyasətinin strateji hədəflərindən biri idi. Ona görə də Bakı Azərbaycanın ulusal (milli) şəhərinə çevrilə bilmirdi. Çünki, zahirən bizdən olan, düşüncə baxımından isə, qafaları nihilizm qazanında bişmiş kadrların sayəsində bütün bunlar tətbiq olunurdu. Özəlliklə də humanitar sahələrdə (mədəniyyət, təhsil və s.) həmin kadrların üstünlük təşkil etməsi dəhşət idi. Çünki, həmin kadrların əsas vəzifəsi Azərbaycanı milli dövlət olmaqdan yayındırmaq idi. Ona görə də, 1828-ci ildən 1991-ci ilə kimi Çarlıq Rusiyası və Sovetlər Birliyi Moskva mərkəzli siyasətin sayəsində Azərbaycan çökdürülmüşdü. Bizim tarixi torpaqlarımızda Ermənistan və qondarma “Dağlıq Qarabağ” yaradıldı. Filipp Kirkorov kimi ortabab manısların Bakıda konsertlərinin təşkilinin əsil gizli səbəbləri isə odur ki, cəmiyyətimizdə yeni nəslin qafası yuyulsun. Mədəniyyətin və sənətin dili ilə qafaların yuyulması bəşəriyyətin ən böyük bəlalarından biridir. Özüçox ucuz başa gələn strateji hədəflərdən biri kimi. Mədəniyyət naziri Əbülfəs Qarayev məhz nihilizmin tüğyan etdiyi keçmiş komsomolun təfəkkür tərzi ilə bu addımları atır. Bütün bunlar azmış kimi, özü kimi düşüncələrə malik olanları nazirliyin bütün sahələrində yerləşdiribdir. Ona görə görəçağdaş Azərbaycan mədəniyyəti iflas durumunu yaşamaq zorunda qalıb.

 

Filipp Kirkorov dilemması

 

Onun atası Bedros Kirkorov (Kirkoryan) 1932-ci ildə Bolqarıstanın Varna şəhərində anadan olub. Qardaşı Harri məşhur biznesmendir. Bacısı Mariya Kirkoryan uzun illər Bolqarıstanın “Sofiya Operası”nın solisti olub və hazırda ABŞ-da yaşayır. Bedros Kirkorov 1962-ci ildə erməni bəstəkarı Arno Babacanyanın dəstəyi ilə Sovetlər Birliyinə köçübdür. Kirkoryanlar ailəsinin “Kirkorova çevrilməsinin əsil səbəbi II Dünya Savaşı sonucu olaraq, Bolarstanda Moskvanın dəstəyi ilə ifrat şəkildə yürüdülən “bolqarçılıq” və “panslavyanizm” ideyası idi. Bu siyasət 1991-ci ilə kimi davam etdi. Ölkədə yaşayan türk, yunan, qaraçı, qaqouz, rumın, erməni, alban, polyak, çex və digər xalqları zorla “bolqarlaşdırma” kimi hədəflər dövlət siyasətinin bir parçası idi. Kirkoryanlar ailəsi də beləcə dönüb oldular Kirkorov. Bedros Kirkorov Rusiyanın Novqorod şəhərində ilk dəfə olaraq erməni kilsəsi inşa edilib. O, hər il aprel ayında Krasnodar, RostovRusiyada yaşayan digər erməni icmalarının çoxluq təşkil etdiyi şəhərlərdə humanitar məqsədlə konsert proqramları ilə çıxış edir və əldə etdiyi gəlirlərlə “Rusiya Erməni Apostol Kilsəsi”nə yardımlar edir. Mədəniyyət naziri Əbülfəs Qarayevin menyüsünə bu videoları izləməyi təklif edirik:

filmId=17479569558575388030&text=ôèëèïï+êèðêîðîâ+ÿ+àðìÿíèí&noreask=1&path=wizard&parent-reqid=1569648189261924-692880881663716555000107-sas1-5629&redircnt=1569648216.1,https://yandex.ru/video/preview/?filmId=15946607653696487345&text=ôèëèïï+êèðêîðîâ+ÿ+àðìÿíèí&noreask=1&path=wizard&parent-reqid=1569648189261924-692880881663716555000107-sas1-5629&redircnt=1569648216.1. Bu videolarda Filipp Kirkorov və atası Bedros erməni olduqlarını etiraf edirlər.

Unutmaq olmaz ki, erməni siyasətinin bir neçə qatı var. Mədəniyyət Nazirliyində bunu bilmirlərsə, ölkəmizdə çoxsaylı mütəxəssislərə müraciət etmələrini tövsiyə edirik. Digər yandan təkcə ölkəmizdə deyil, dünyada gedən mədəni proseslərdən Əbülfəs Qarayevin belə xəbəri yoxdur. Mədəni proseslərdən xəbəri olmayan birisinin nazir kürsüsündə oturması gerçəkdən milli faciələrimizdən biridir. Azərbaycan müstəqil dövlət olduğu üçün ermənilər bu dəfə fərqli biçimdə ölkəmizdə siyasətlərini qurmağa çalışırlar. Bu anonimlik düsturundan ibarətdir. Kimlikləri anonim, şirkətləri anonims. Bəlirsizlik düzənində “balıq tutmaq”, ölkəmizdə strateji üstünlükləri əldə etmək ermənilərin başlıca hədəfidir. Yaponiya, Almaniya, Fransa kimi ölkələrdə mədəniyyət və təhsil nazirlikləri dövlətin ən strateji qurumları sayılırlar. Azərbaycanda isə, bilgisiznihilist kadrlar mədəniyyət nazirliyini işğal ediblər. Ölkəmizin bu günkü ən böyük problemlərindən biribudur.

 

Ünvanlı və ünvansız şəbəkələrdən erməni təbliğatı

 

Bakucity.az”, “iTicket” və başqa şəbəkələr erməni Filipp Kirkorovun “Bakı Konqres Mərkəzi”ndə bu il oktyabr ayının 30-31-i tarixlərində konsertinin təşkili ilə bağlı bilet satışlarını və reklamlarını gündəmə gətiriblər. Transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 içtirakçı və 3D qrafikalı ekranlarla olan yeni «#ÖâåòÍàñòðîåíèÿ» «#Əhvalın rəngi» adlı konsert proqramı olacaq. Hətta utanmadan reklamlarda yer alan bu sözlər dəhşət saçır: “Rusiya estradası və şou-biznesinin kralı Filipp Kirkorov. Onun pərəstişkarlarını bu möhtəşəm şouya dəvət edirik”.

Azərbaycan Respublikasının 25 faiz əraziləri 26 ildir işğal altındadır. Bir milyondan çox yurddaşımız 26 ildir məcburi köçkün-qaçqın kimi acı taleyi yaşayır. Bir erməni dığasının sayəsində ciblərini doldurmaq, millətimizin qafasını “erməni sevdalısı” baxışlarla əritmək və digər antimilli hədəflərin mərkəzində durmaq kimi hədəflərə hüquqi don geyindirmək nə deməkdir?

Problemin əsil səbəblərindən biri də erməni Filipp Kirkorovun konsertinin sponsorlarının kimliyidir. Sponsorlar: “Azərbaycan Dövlət Hava Yolları Şirkəti” (AZAL) və Rusiyanın “LukOil” şirkəti. Dünyanın ən bahalı uçuş biletlərini satan, vətəndaşların ciblərini soyan AZAL sən demə gəlirlərinin bir qismini ermənilərə xərcləyirmiş. Görəsən bu şirkətin prezidenti Cahangir Əsgərovun ruhunda və canında gizlti keçirmi? Axı onun özünə aid və şəxsən əcdadlarının Xankəndində və Şuşadakı məzarlarının ruhuna bunca sayğısız olmağının sirri nədir? Nihilizm dediyimizdə, bu yaramazlıqları nəzərə alırıq. “LukOil” şirkətinin sahibi Vahid Ələkbərovun bundan sonra: “Mən azərbaycanlıyam” deməyə nə sözü, nə də üzü olmamalıdır.

Mədəniyyətin və incəsənətin dili olmaz deyilsə də, ermənilərin heç nə olmamış kimi bu gün ölkəmizdə konsertlər təşkil etməsi və ciblərini doldurması, beyinləri yumaları kimi addımlara qətiyyən yol verilməməlidir. Bunun üçün bütün məsuliyyət mədəniyyət nazirliyinin üzərinə düşür. Sərhədlərimiz dövlət tərəfindən necə qorunursa, mənəvi və mədəni sərhədlərimiz də beləcə qorunmalıdır. “İşbazlar”ın heç bir zamanmilli kimliyi, nə də mənsub olduğu dövlət anlayışı olmur. Onlara meydan vermək, ciblərini doldurmaq və çözülməyən problemlərimizə görə, əsla ermənilərə Azərbaycanda yer olmamalıdır.

Mədəniyyət naziri kimi 13 ildir Əbülfəs Qarayev bircə dəfə də olsun Azərbaycanın bu sahədəki problemlərinin çözümü ilə bağlı elmi-praktik konfranslar keçirməyib. Ona görə də musiqi məktəbləri, muzeylər, teatrlar, orkestrlər, musiqi kollektivləri, kitabxanalar, kino sahəsi və s. bərbad durumdadır. Bilgisiz kadrlar bu sahədə üstünlük təşkil etdikləri üçün, mədəniyyətimizin inkişafı ilə bağlı təşəbbüslər yoxdur. Fikrimizcə bu sahədəki boşluqlar aradan qaldırılmayınca ölkəmizin hər hansı bir inkişafından söz ola bilməz. Dəfələrlə qeyd etdiyimiz kimi: “İŞĞAL OLUNMUŞ TORPAQLARI NƏ VAXTSA AZAD ETMƏK VƏ DAĞILMIŞ İQTİSADİYYATI DİRÇƏLTMƏK ÇOX ASANDIR. ANCAQ İTİRİLMİŞ MƏDƏNİYYƏTİ VƏ MƏNƏVİYYATI GERİ QAYTARMAQ MÜMKÜN DEYİL”.

Mədəniyyət Nazirliyinin strateji görəvi budur. Əgər bunu anlamırlarsa, o zaman istefa mədəniyyətini sərgiləsinlər.

 

Ənvər BÖRÜSOY,

sənətşünas

 

Hürriyyət.- 2019.- 1-2 oktyabr.- S.11.