Moskvada Azərbaycanın elm elçisi
Əqli
mülkiyyətin zirvəsində duran dahi
Görkəmli alim Əzizağa Şahverdiyev uzun illərdir Rusiya Federasiyasının paytaxtı Moskvada bu missiya ilə yaşayır və fəaliyyət göstərir
Biz çox istərdik ki, yurd dışında soydaşlarımızla ilgili olaraq qürur duyulacaq adlar sadalanan zaman daha çox aydınlarımız önə çəkilsinlər. Çünki onların uzun illər ərzində qazandıqları elm və əldə etdikləri savad əqli mülkiyyətdir. Əqli mülkiyyət isə, bütün banklardan, iri sənaye müəssisələrindən, nəhəng meqa ticarət şəbəkələrindən daha üstün sayılan bir anlamdır.
Yurd dışında uzun illərdir yaşayan və əqli mülkiyyəti ilə qürur mənbəyimiz sayıla biləcək dəyərli aydınlarımızdan biri də texniki elmlər doktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Dəqiq Elmlər Akademiyasının vitse-prezidenti, “Neft-Qaz Sahəsində Sistemli Araşdırmalar İnstitutu”nun baş direktoru Əzizağa Şahverdiyevi təəssüflər olsun ki, Azərbaycanda çox az adam tanıyır. Halbuki Əzizağa müəllim müasir dünyada neft-qaz yataqlarının istismarının sistemli şəkildə optimallaşdırılması və neftin çıxarılması prosesində intensivləşmənin modelləşdirilməsi istiqamətində elmi uğurları ilə tanınan nadir elm xadimlərindən biridir.
Professor, akademik Əzizağa Şahverdiyev “SPE-Beynəlxalq Neft Mütəxəssisləri Assosiasiyasının” (ABŞ, Riçardson), “Neft Təsərrüfatı”, Qazma və neft”, “Neft-Qaz Kompleksi üçün Dəzgharlar və Texnologiya”, Rusiya Dəqiq Elmlər Akademiyasının “Vestnik”, “Elmi Araşdırmalar” (Rusiya Federasiyası) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Xəbərlər” (“Torpaq haqqında elmlər” seriyası) kimi nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.
O, “Rusiya Federasiyasının əməkdar ixtiraçısı” (1999-cu il), Rusiya Federassiyasının fəxri neftçisi” (2000-ci il), Rusiya Federasiyası Dəqiq Elmlər Akademiyasının “Ağ Qartal ordeni”nə, “Beynəlxalq Nobel Mükafatı”nın “P.S.Kapitsa adına Gümüş Medalı”na, “Akademik V.İ Vernadskiy adına təsis edilmiş “Gümüş Medal”a, Strateji Menecmentlik Sahəsindəki Uğurlarına görə “SPİ - Sənayenin Məhsuldarlığı Strategeyiyası” Beynəlxalq Təşkilatının adından Fransanın “Qızıl Medalı”na (2003-cü il) və digər beynəlxalq mükafatlara layiq görülüb.
2018-ci ildən
S.Orconikidze adına “Rusiya Dövlət Geologiya-Geofizika
Universiteti”nin professorudur. Onu da qeyd edək ki, professor
Əzizağa Şahverdiyevin elmi kəşfləri və
araşdırmaları dünyanın bir çox ölkələrində
tətbiq olunmaqdadır. Xüsusilə, ABŞ, Rusiya
Federasiyası, Çin, Azərbaycan və digər dövlətlərin
adlarını çəkə bilərik.
Ə.Şahverdiyev
“Geologiya - Hidrodinamika Modelləşdirmə Elmi - Texniki Mərkəzi”
qurumunu yaradaraq Məhdud Məsuliyyətli Cəmiyyəti”nin təsisçisi
kimi elmi kəşflərlə yanaşı, bütün
uğurların istehsalata, sənayeyə və neft-qaz sektorunun
daha da inkişaf etməsinə yeni-yeni töfhələr verməkdədir.
Bu strateji elm mərkəzi dəqiq və texniki elmlər sahəsi
üzrə araşdırmalar və onun tətbiqini gündəmə
gətirir. Bu mərkəzin qeyri yaşayış sahələrinin
istismarı və istifadəsi üzrə elmi məsləhətçi
statusla çıxış etməsi elmin və biznesin birlikdə
inkişafı üçün böyük bir təkan deməkdir.
Demək
olar ki, Ə.Şahverdiyev əldə etdiyi uğurları ilə
təkcə neft-qaz sənayesi üzrə deyil, həm də
sürətlə inkişaf edən informasiya əsrində
yeni texnologiya və elmi nailiyyətlərin tətbiq
olunmasında olduqca məhsuldar çalışan bir elm
xadimidir. Elə buna görə də, Rusiya Federasiyası, Azərbaycan,
istərsə də dünyanın bir sıra ölkələrində
daim onun elmi sahədə əldə etdiyi uğurlarından
istifadə etməyə çalışılır. Faktiki
olaraq, professor Əzizağa Şahverdiyevin fenomen şəxsiyyət
olması, geniş erudisiyası, atdığı hər
addımda fundamental elmi konsepsiyalara fundamental şəkildə
üstünlük verməsi, bu müdrik şəxsiyyətin
nə qədər dəyərli olduğunu isbat edir.
Görkəmli ictimai xadim olmaq
çox çətindir
Akademik Əzizağa Şahverdiyev həyatı boyu əldə
etdiyi uğurlara görə daim doğulub, boya-başa
çatdığı Azərbaycana olan sədaqəti ilə
qürur duyan bir insandır. O, 1951-ci il yanvar ayının 10-da
Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra,
1973-cü ildə Bakı Dövlət Universitetinin ən
çətin sahəsi, mexaniki riyaziyyat fakültəsini
bitirib. Dərhal elmi zəkasına və bacarığına
görə Azərbaycan Elmlər Akademiyasının nəzdində
fəaliyyət göstərən “Neft-Qaz Yataqlarının Dərinliyi
Problemləri İnstitutu”nda elmi işçi kimi qəbul ediblər.
Bu sahə üzrə Azərbaycan elminin patriarxı, görkəmli
alim, akademik Midhəd Abbasovun rəhbərliyi altında elmi
araşdırmalar aparıb. Gənc alim Ə.Şahverdiyevin
istedadını görən akademik Midhəd Abbasov onu SSRİ
Elmlər Akademiyası Torpağın Fizikası İnstitutunda
akademik V.N.Nikolayevski rəhbərliyi altında elmi təcrübəyə
göndərildi. Burada elmi araşdırmaları üzrə
konseptual mövzular üzərində işləyərək
neft-qaz sektoru üzrə elmi tədqiqatlarda dünyada
tanınmış və nüfuzlu elmi mərkəz kimi
sayılan İ.M.Qubkin adına Elmi Tədqiqat İnstitutunda
namizədlik dissertasiyasını müdafiə etdi. Beləliklə,
Əzizağa Şahverdiyev taleyini ömürlük elmə və
çox sevdiyi Moskvaya bağladı. 2001-ci ildə “Neft
Yataqlarının İstismarında Sistemli
Optimallaşdırmanın
Çalışdırılması” mövzusunda uzun illər
ərzində apardığı araşdırması üzrə
elmlər doktoru elmi işini müdafiə etdi. O da bəllidir
ki, Əzizağa Şahverdiyev 250-dən çox elmi işin və
bu sahə üzrə tədris proqramlarının müəllifi
kimi də dünyada tanınan alimlərdən biridir. Bununla
yanaşı, 100-dən çox elmi kəşfi sayəsində
patentlərə sahibdir. Demək olar ki, xarici ölkələrin
çoxunda neft-qaz yataqlarının modern üsulla
istismarında professor, akademik Əzizağa Şahverdiyevin elmi
kəşflərindən istifadə olunur.
Ə.Şahverdiyevin
özü də etiraf edir ki, neft-qaz yataqlarının
istismarı üzrə dünyalarca məşhur olan Azərbaycanın
dahi elm xadimi, akademik, ensiklopedik təfəkkürlü Azad
Mirzəcanzadənin tələbəsi olmaqdan qürur
duyduğunu heç zaman gizlətməmişdir. Professor,
akademik Əzizağa Şahverdiyevi neft-qaz yataqlarının
istismarı üzrə əldə etdiyi elmi uğurlarına
görə onu dünyanın ən nüfuzlu elmi mərkəzləri,
alimlər və akademiklər Azad Mirzəcanzadənin ən ləyaqətli
və uğurlu davamçılarından biri hesab edirlər.
Görkəmli
alim, professor və akademik Əzizağa Şahverdiyev
haqqında bu kiçik yazını yazdıqca, onun
keçdiyi ağır, çətin və məşəqqətli
ömür yolunu düşünürəm. Əldə etdiyi
bu möhtəşəm uğurlar illərin əzablarının
içindən qorxmadan, bütün çətinliklərə
sinə gərərək çıxmaq ordu
generallarının ən nəhəng döyüşlərdə
qazandıqları qələbələrə bərabərdir.
Bu gün Ə.Şahverdiyev həm də fəal şəkildə
Moskvada milli diaspor quruculuğunda yaxından iştirak edir. Onun
“Moskva Vilayəti Azərbaycanlıların Regional Milli Mədəni
Muxtariyyatı” təşkilatı ilə sıx təmasda
olması, bu nüfuzlu diaspor təşkilatla birlikdə
müxtəlif səviyyəli tədbirlərdə iştirak
etməsi, Rusiya Federasiyası və Azərbaycan Respublikası
arasında xalq diplomatiyasının, ictimai və mədəni
əlaqələrin ən yüksək səviyyədə
inkişafı istiqamətində gördüyü işlər
soydaşlarımız tərəfindən hər zaman
böyük coşqularla qarşılanıb. Bu dahi şəxsiyyət,
elmi uğurlarına görə dünyanın hər yerində
nüfuzlu alim kimi qəbul edilən bir insan daim
özünün sadəliyi, ünsiyyətcil xarakteri ilə
bütün soydaşlarımız arasında böyük
nüfuza malikdir.
“Moskva Vilayəti Azərbaycanlıların Regional Milli Mədəni Muxtariyyatı” təşkilatının rəhbərliyində təmsil olunan dostlarımız Tahir Hacıyev, Elşən İbrahimov və Həşim Əliyev bu görkəmli və nadir şəxsiyyətin haqqında ürəkdolusu danışdılar. Professor, akademik Əzizağa Şahverdiyevin Azərbaycanda bir daha yaxından tanıdılması üçün bizə xeyli bilgilər verdilər. Yazımızda qeyd olunan bütün faktlar məhz onlara məxsusdur.
Ənvər
BÖRÜSOY
Hürriyyət .- 2019.- 17 yanvar.-
S.13.