Qəhrəman atanın qəhrəman oğlu
Yaşanılan hər
an yaddaşda həkk
olmadığı kimi, yaşayan
hər insan da tarixə
həkk ola bilmir. Biz bu günümüzdə dünənimizə
nəzər saldıqca əslində bu
günümüzə işıq saçan
dünənimizdə olan qəhrəmanların
olduğunu görürük.
Şücaətləri, qəhrəmanlıqları örnək
olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər
ruhda böyüməsində bilavasitə
rolu var. Çünki bu günkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə
düşən əsl qəhrəmanların yolunu
örnək götürürlər. Bu vətənin
örnək götürüləcək qəhrəmanları
çoxdur. Belə bir
qəhrəmanın və onun
davamçısı olan oğlunun
ömür yolunu vərəqlədim.
1959-cu il 20 fevral tarixində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində doğulan Səfərov Qəzənfər Səfərəli oğlu ömrünü Vətən naminə yaşayan qəhrəmanlardan biri idi. Günbəgün azğınlaşan ermənilərin çirkli nəfslərini Naxçıvana saldıqları I Qarabağ döyüşlərində bir çox qəhrəman oğullar kimi Qəzənfər Səfərov da vətənin müdafiəsinə qalxıb. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Buzqov və Kərməçataq kəndləri uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Həmin döyüşlər zamanı yaralanan qəhrəman şəhadətin bir addımlığından dönərək qazi olub. Qəddi-qaməti, qorxmazlığı ilə Koroğluya bənzəyən qəhrəmana el arasında Koroğlu deyirmişlər. Vətən sevgisi ucsuz-bucaqsız olan Qəzənfər Səfərov vətən naminə yaşamaqda qərarlı idi. Bunun üçün də Polis Akademiyasına daxil olub. Uzun illər polis rəisi kimi fəaliyyət göstərib. Nə vətəndən nə vətən sevgisindən doymayan Qəzənfər Səfərov üç oğlunu da bu sevginin işığında böyüdüb. "Vətən sevgisi qandan gəlir" deyimi əbəs deyilməyib. Bunun bariz nümunəsi Səfərovlar ailəsinin ikinci övladı Seymur Səfərovdu. Seymur Səfərovun ömür səhifəsini öz dilindən dinləyərkən bəzən sevinc hissləri yaşadım, bəzənsə çox duyğulandım.
Səfərov Seymur Qəzənfər oğlu ll Qarabağ döyüşlərinin qəhrəman qazisi. Qəhrəmanımız 1993-cü il 3 iyunda Bakı şəhər Xətai rayonunda anadan olub. Körpəlikdən ürəyində dərin bir həsrət iz salan Seymur 1999-cu ildə Xətai rayonunda yerləşən 221 N - li məktəbdə təhsil almağa başlayıb. Atası oğlunun vətən sevgisini, hərbiyə olan həvəsini hiss edib. Seymur 8-ci sinifdə Naxçıvanskiyə imtahan verib və imtahandan keçməyi bacarıb. Lakin gözlənilmədən atası dünyasını deyişib. Bu itki Seymuru dərindən sarsıb və o imtahandan keçsə belə məcburiyyətdən Naxçıvanskidə oxuya bilməyib. Yenidən oxuduğu məktəbdə təhsilini davam edən Seymur 2010-cu ildə məktəbi bitirib. 2011-ci il Xətai rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. Ağdam rayonunda N saylı hərbi hissədə xidmət edib. Nümunəvi davranışı ilə seçilən əsgər atıcılarda manqa komandiri vəzifəsində çalışıb. 2012-ci il yanvarın 1-də xidmətini başa vurub evinə dönüb.
Ailəsinin, doğmalarının çoxu Azərbaycan Respublikasına layiqli xidmət edən Seymur demək olar ki, böyüklərinin davamçısıdır. O, istər atasının, istərsə də dayısı Siyavuş Novruzovun, eyni zamanda dayısı oğlu Nəcəf Novruzovun xalq üçün, Vətən üçün atdığı addımları hər zaman örnək kimi götürürür. Bu gün gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm rolu olan Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov Seymuru bu yolda daim dəstəkləyir. Bu gün qohumları, balaca qardaşı Rüfət ətrafında olan dostlarına Seymurun cəbhədə göstərdiyi sücaətlər haqqında fəxr hissi ilə məlumatlar verirlər. Bütün gənc nəsil kimi Seymur da Qarabağ dərdi ilə böyümüşdü. Bu dərd onun ürəyində düşmənə intiqam, qisas hissi yaratmışdı. Hər dəfə arzularda yer alan Qarabağın işğal altında olmağı hamı kimi onun da səbrini daşırmışdı. O da döyüş əmri gözləyirdi. Nəhayət ki, gözlənilən an yetişdi.
27 sentyabr azadlıq
qapısının yavaş-yavaş
aralandığı və Qarabağ
adlı ümidlərin üzərinə işıq düşdüyü gün.
Hər dəfə olduğu kimi ermənilər sentyabrın 26-dan 27-nə
keçən gecə yenidən təxribata əl atdılar. Bu taxribat bardağı
daşıran son damla
oldu. Ordumuz geri dönməyəcəkləri yola qədəm qoydular. O yolun yolçuları illərdi o yolu gedəcəklərini
səbirsizliklə gözləyən qəhrəmanlar idi. Xalqımız Zəfər yolunun başlanğıcında idi. Çox keçmədi
ki, qəhrəman ordumuzun
illərlə işğalda qalan torpaqları azad etdikləri
xəbəri gəlməyə başladı. Müharibənin
ilk başladığı gündən Seymur dəfələrlə hərbi
komissarlığa müracət edib könüllü olaraq
müharibəyə qatılmaq istədiyini bildirmişdi.
Hər dəfə "növbən çatanda
çağrılacaqsan" cavabını alan
vətən oğlu döyüşə
qatılmaqda israrlı idi. Çünki
illərlə o bu günün həsrətini çəkmişdi.
Düşməndən qisas almaq və torpaqları azad
etmək arzusunda olan Seymurun gözlədiyi cavab
gəlir. Heç kimə bir
söz demədən sentyabrın 29-u könüllü
olaraq ordu
sıralarına qoşulmuş, digər
könüllülər birlikdə Ballıqayaya getmişdi. Döyüş
əmri gözləyən qəhrəman oktyabrın 2-si
Talış kəndi uğrunda mübarizəyə
başlamışdı. Anbaan irəliləyən
güclü ordumuzun
qarşısında nə düşmən nə də
düşmənin sədləri tab gətirmirdi.
Düşmənin 30 il ərzində
tikib möhkəmləndirdiyi
"aşılmaz səddləri" Azərbaycan Ordusu Seymur kimi
qəhrəman oğulların sayəsində aşıb
keçirdilər. Ən güclü
döyüşlərin getdiyi Suqovuşan uğrunda
döyüşlərdə əzmin gücü
azadlığa işıq saçırdı. Bu
döyüşləri dinləyərkən o
anı təsəvvür etmək insanı vahiməyə
salır. Bir də o qəhrəmanların
həmin anlar nələr
yaşadıqlarını düşünmək çətin
deyil. Seymur o döyüş
zamanı üç şey
düşünürdü. Ölməmək
üçün mübarizə aparmaq, öldürməyə can
atmaq, vətəni son
nəfəsdə yaşatmaq. Döyüş komandiri olan Seymur demək olar hər an məqsədinə çatırdı. İrəliyə atılan hər addım işğaldan azad olunan torpağa
addım atmaq idi. Bu anın
sevinci Seymura güc verirdi. Düzdü,
irəliləyən zaman
şəhidlərimiz, yaralılarımız
olurdu. Hər qarış torpaq
qanlar, canlar bahasına azad olunurdu. Ancaq buna baxmayaraq
Seymur yolundan dönməməkdə qərarlı
idi. Artıq döyüşlər elə bir istiqamətdə
gedirdi ki, burada həm güclü döyüş
taktikası, həm iradə tələb olunurdu. Düşmənə sarsıdıcı zərbələr vurmaqla onları məhv edən döyüşçülər
artıq xeyli sayda əraziləri azad etmişdilər.
Seymur və onun dəstəsi
Badamdar meşəsini
çox çətin
şəraitdə olsa
da keçməyi bacarmışdılar. 96 saat dayanmadan, yatmadan, normal qidalanmadan vuruşan əsgərlərimiz
yağışlı havada
dağı yuxarı qalxmağı çətin
olsada bacarmışdılar.
Sanki əsgərlərimiz mənəvi güc alırdılar. Seymurgilin
dəstəsi bir çox strateji yüksəkliyin də azad olunmasına nail olmuşdular. Hər bir yüksəkliyin
azad edilməsi düşmənin geri çəkilməsinə təkan
verirdi. Oktyabrın 7-si səhər saatlarında
Suqovuşan ərazisində
Talış kəndi istiqamətində yenidən
döyüş şiddətlənir.
Döyüşlər zamanı Seymurgilin
yanına minamyot düşür, bir neçə nəfər şəhid olur. Bir neçə nəfər də ağır yaralanır. Seymur çoxsaylı
qəlpə yarası
almasına baxmayaraq ayağı qopan yaralı yoldaşına və digər yaralıya kömək etməyə çalışır.
Halbuki Seymur özü gözündən, sağ
və sol budundan, başından, əlindən
çoxsaylı ağır
qəlpə yaraları
almışdı. Yaralandıqları yerə tibbi personalın yetişməsi
mümkünsüz olduğu
üçün onlar
digər dəstənin
köməyi ilə ərazidən uzaqlaşdırılır.
Hər saniyə əleyhinə işləyən Seymur saat 16:00 qədər yaralı halda əsgərlərin köməyi
ilə yol gedir. Artıq qan itgisi onu haldan salır.Ömrünün
son anlarını yaşadığını
düşünən Seymur
Kəlimeyi şəhadət
deyir. Ancaq bu zaman təcili yardım maşını əraziyə
çatır. Demək Seymurun
qismətində şəhidlik
zirvəsinə ucalmaq
yox qazi olmaq var imiş.
İlkin
yardımdan sonra əvvəlcə Naftalan şəhər xəstəxanasında,
sonra isə Bakı şəhərində
yerləşən xəstəxanalardan
birində mualicə olunur. Partlayış
travması və bir çox qəlpə yarası alan qəhrəmanın
sol bud nahiyəsindəki kor
qəlpələr isə
ömrü boyu onun cismində qalacaq. Çünki çıxarılarsa iflic olması ehtimalı çox böyükdür. Bundan sonra
müharibənin izi Seymurun həm xatirələrində, həm
də cismində qalacaq.
Bu günə qədər
çox şəhidin,
qazinin, müharibə
iştirakçısının həyatın, döyüş
yolun dinləmişəm. Əksəriyyətində
"son güllə" və ya "son qumbara" olub. Nə olur olsun istifadə edilməyən
güllə və ya qumbara. Hərbiçi özünə çaxacağı
gülləni və ya qumbaranı göz bəbəyi kimi qoruyur. Hər dəfə toxunduğunda
o anı düşünür.
Vətənini əsirlikdən
azad edən əsgər düşmənə
əsir düşəcəyi
təqdirdə, düşünmədən
özünü öldürməyə
hər an hazır olur. Seymur da mənə "son qumbara" haqqında danışdı. "Mən
düşmənə əsir
düşəcəyim anda
o qumbaranı partladıb
son nəfəsimdə də
düşmən canı
almağı düşünürdüm"
dedi.
Seymur və onun kimi qəhrəman
oğullar ana vətəni azad Qarabağa qovuşdurdular. İllərlə tökülən nahaq qanların qisası alındı. Xalqın ürəyində
ümid pöhrələməyə
başladı. Müzəffər ordumuzun qazandığı
zəfər Azərbaycan
Ordusunun gücünü,
qüdrətini dünyaya
bəyan etdi. Halqa-halqa birləşən xalq, rəşadətli ordu Qarabağı dövrəyə
aldı.
Manya Səxavətqızı
Hürriyyət.- 2020.- 1-2 dekabr.- S.13.