Unitar Turan dövlətinə
doğru…
Və yaxud bu gün Turan
dövlətinin yaradılmasının
qarşısında hansı
maneələr var?
Bu günlərdə vesti.ru saytında Rusiyanın prezidenti V.Putinin Türkiyə və cənab R.T.Ərdoğan haqqında söylədiyi
fikirlər də rus-türk münasibətlərinin
məhz bu istiqamətdə inkişafının
zəruri olduğunu rusiya prezidentinin də başa düşdüyünə və
buna meyilli olduğunu ehtimal etməyə əsas verir.
V.Putin Türkiyə və prezident Ərdoğan haqqında ona verilən suala belə cavab verib: “Mən bilirəm ki, bu gün Türkiyə
ilə bizim ticarət balansımız
20 milyard dollardan çoxdur. Bilirəm ki, Türkiyə
real olaraq bu əməkdaşlığın inkişaf etdirilməsində
maraqlıdır. Bilirəm ki,
prezident Ərdoğan
müstəqil xarici siyasət həyata keçirir. Heç bir
təzyiqə baxmadan
biz kifayət qədər
qısa müddətdə
“Türk axını”
layihəsini reallaşdırdıq.
Biz Avropa ilə bu günədək bu mövzunu illərlə çeynəyirik,
Avropa heç cür hansısa elementar müstəqillik və suverenlik nümayiş etdirə bilmir ki, onlar
üçün tamamilə
sərfəli olan
“Şimal-2” layihəsini reallaşdıraq.
Lakin biz Türkiyə ilə heç bir etirazlara baxmayaraq bunu kifayət qədər qısa müddətdə edə bildik. Həm də başqa
sahələrdə, məsələn,
hərbi-texniki əməkdaşlıq
sahəsində. Türkiyə
qərara gəldi ki, ona bu
günə dünyada
ən müasir sistem, Rusiya istehsalı olan S-400 triumf lazımdır, dedi və aldı.
Belə həmkarla işləmək
nəinki xoşdur, həm də etibarlıdır”.
Putin Ərdoğan haqqında da deyib ki:
“Prezident Ərdoğanın
mövqeyi nə qədər sərt görünsə də o,
bütün hallarda elastik adamdır,onunla
ümumi dil tapmaq olar”. Bütün bunlar
göstərir ki, o reallığı düzgün
dərk edərək praqmatik qərar qəbul etməyə, yəni Turan dövlətinin mövcudluğunun
Rusiyanın milli və dövlət maraqları üçün
əhəmiyyətli bir
amil olmasını dərk etməyə qabil adamdır. Nə qədər ki, Türkiyədə R.Ərdoğan, Qazaxıstanda
N.Nazarbayev, Pakistanda İmran xan, Azərbaycanda İ.Əliyev
ayaqdadır Turan Konfederasiyasının ən
azı təşkilati
və hərbi strukturlarının formalaşdırılmasının
fövqəladə əhəmiyyəti
var. Özbəkistanın, Türkmənistan
və Qırğızıstanın
rəhbərlərini də
bu dördlük yəqin ki, başa sala bilər.
Türk və rus milli maraqlarının Turan dövlətinin yaranmasını labüd edən amilləri və Rusiya-Turan dövlətlərinin qarşılıqlı maraqlar üzərində hərtərəfli müttəfiqlik səviyyəsində qurulan münasibətlərinin zəruriliyini 2020-ci ildə “Elm və təhsil” nəşriyyatında çap edilmiş “Âçàèìîñâÿçü îáúåêòèâíûõ ýêîíîìè÷åñêèõ çàêîíîâ ñîöèàëüíî-ýêîíîìè÷åñêèìè ôîðìàöèÿìè è ïðåâðàùåíèÿ îáúåäèíåíèå òóðêñêèõ ãîñóäàðñòâ â åäèíîå ãîñóäàðñòâî Òóðàí. Îñíîâíûå ñòàòüè êîíñòèòóöèè ãîñóäàðñòâà Òóðàí” êèòàáûíäàêû “Çà÷åì íàöèîíàëüíûå èíòåðåñû òóðêñêîé è ðóññêîé íàöèè íåèçáåæíî òðåáóåò ñîçäàíèå Òóðàíñêîãî ãîñóäàðñòâà?” məqaləsində ətraflı göstərmişəm.
Turan dövlətinin qurulmasının nə dərəcədə zəruri olduğunu dərk etmək üçün bu gün bütün dünyada irili xırdalı türk düşmənlərinin türk dövlətlərinə bütün sahələrdə basqı göstərməsinə nəzər salmaq kifayətdir.
Rusiya Qazaxstana ərazi iddiası irəli sürür, Çin Qazaxıstanın bütün ərazisini özünün tarixi ərazisi elan edir. Türkiyənin Aralıq dənizində özünün qanuni hüquqlarını reallaşdırmaq cəhdlərinə görə xristian və müsəlman ölkələri Türkiyəyə qarşı hərbi koalisiya yaradaraq Türkiyəni hədələyir. Rusiyada, Fransada, İranda və bir sıra digər ölkələrdə leqal və qeyri-leqal erməni mafiyalarının bu ölkələrin dövlət büdcəsindən və vətəndaşlarından qarət etdikləri pullar hesabına yallandırıb saxladıqları köpəklər vasitəsilə real faktlara, ciddi sənədlərə göz yumaraq, Azərbaycana şər və böhtan vasitəsilə təzyiqlər göstərirləpr. Hamısının da məqsədli şəkildə türkləri təkləyərək, daim zəif, aciz durumda saxlamağa çalışırlar. Çünki, bu halda, belə olduqda türklərə bütün hallarda istədikləri zülmü edə, aşağılaya bilirlər.
Bu baxımdan təkcə Rusiya Federasiyası dövlət dumasının deputatı Konstantin Zatulinin Rusiyanın “Federal yeniliklər agentliyinin” müxbiri ilə 26.10.2020-ci il tarixdəki söhbətində dediklərinə nəzər salmaq yetərlidir. Konstantin Zatulin müxbirlə söhbətində bildirir ki; “Azərbaycan iştaha gəlib. Ya Qarabağ zonasında Bakını sülhə məcbur etmək üçün iradə nümayiş etdirilməlidir, ya da biz “qələbəyə qədər” döyüş planının nəticələrini görəcəyik. Zaqafqaziya respublikası başçısının sözləri qətiyyətli formada səslənir. Azərbaycan məsələnin hərbi həllinə və Türkiyənin köməyinə arxalanır. Bu halda dövrü olaraq atəşkəs elan olunur, müşahidəçilərin tərkibi Azərbaycanın mövqeyi üzundən müəyyən olunmadığından bu atəşkəsə əməl olunmur”.
Rusiya parlamentinin özündən müştəbeh, ermənilərin qabağına atdığı tula payı ilə yallanan deputatının bütün danışığında onun azərbaycanlılara, Azərbaycan dövlətinə qarşı nə dərəcədə nifrət bəsləməsilə yanaşı mövzunun bütün çalarlarında özünün şovinist düşüncəsini, qatı ermənipərəstliyini nümayiş etdirir.
Zatulinin “Azərbaycan iştaha gəlib” ifadəsi onun Azərbaycana müstəqil dövlət kimi yox, rusiyanın vassalı, müstəmləkəsi kimi baxmasına, “Bakını sülhə məcbur etmək üçün iradə nümayiş etdirilməlidir” ifadəsi isə Rusiyanın Azərbaycana hərbi güc tətbiq etməsini nəzərdə tutur. “Müşahidəçilərin tərkibi Azərbaycanın mövqeyi üzündən müəyyən olunmadığından atəşkəsə əməl olunmur” – deməsinin isə mahiyyəti budur ki, Azərbaycan Qarabağa müşahidəçilər və yaxud sülhməramların gətiriləcəyi halda Türkiyənin müşahidəçiləri və sülhməramlılarının da bu heyyətdə olmasını qəti olaraq tələb etdiyini nəzərdə tutur. Çünki, bu halda “dərə xəlvət, tülkü bəy” ola bilməyəcəyindən Minsk həmsədrlər üçlüyü 30 (otuz) il ərzində etdikləri kimi Azərbaycan torpaqlarında erməni işğalını möhkəmləndirərək sonda Azərbaycanı onu Ermənistana verməyə məcbur etmək üçün VASİTƏÇİLİK edə bilməyəcəklər.
Zatulin sonra deyir: “İndi artıq üçüncü real barışıq qüvvəyə minmir. Bu fonda Azərbaycan sonadək getmək arzusunu bildirir. Atəşkəs əldə edildiyi vaxtda Bakı barışığın müvəqqəti texniki və qısamüddətli olduğunu bildirir. Bu barışıq onu Qarabağın kimə məxsus olmasının hərbi qüvvə ilə həll etmək arzusundan çəkindirmir. İndi söhbət təkcə tutulmuş qarabağətrafı rayonların geri qaytarılmasından getmir, döyüşlər artıq Qarabağın öz ərazilərində gedir”.
Birincisi, əldə olunan atəşkəs barışıq
deyil. Onun məqsədi ölənlərin,
yaralanların, əsirlərin
dəyişdirilməsi, dinc
əhalinin döyüş
zonasından çıxarılmasını
həyata keçirmək
üçün nəzərdə
tutulub. Bakı atəşkəsin məqsəd və müddətini tamamilə
açıq və dəqiq ifadə edib. Həm də Bakı
arzusunu deyil, işğalçı qoşunun
və terrorçuların
Azərbaycan torpaqlarından
xoşluqla çıxmadığı
halda, onları Azərbaycan prezidentinin dediyi kimi, iti
qovub çıxaran kimi ərazilərimizdən
çıxarmaqda qətiyyətimizi
bildirib.
İkincisi, əgər Ermənistan rəhbərliyi “Qarabağ
Ermənistandır. Nöqtə.” deyirsə, Azərbaycanın
öz torpağını
hərbi yolla azad etməkdən başqa yolu qalırmı? Əlbəttə, yox. Zatulin isə Qarabağın kimə məxsus olması barədə mənasız danışıqların
sonsuz olaraq davam etdirilməsi yolu ilə Qarabağı
Ermənistanın tərkibinə
daxil etməyi ARZULAYIR
və “Döyüşlər
artıq Qarabağın
öz ərazisində
gedir”, deməklə məsələyə bələd
olmayanlarda Qarabağın
müstəqil dövlət
olması və ya Qarabağın Ermənistan ərazisi olması haqqında təsəvvür yaratmaq istəyir. Belə hallarda bizim
kənddəkilər Zatulin
və onun kimilərə, iştahına
qoz halvası deyirlər.
Zatulin sonra bildirir ki, “Əliyevin
ermənilərin də
Dağlıq Qarabağda
azərbaycanlılar kimi
Azərbaycanın tərkibində
heç bir problem olmadan yaşayacağına
ictimaiyyəti əmin
etməsi sadəcə
olaraq ictimai rəyi sakitləşdirmək
məqsədilə barışığa
tərəf ünvanlanan
başqa sözlər
kimi əfsanədir. Əliyevin sözlərinə
heç kəs inanmır. Düşünürəm ki, erməni
xalqına münasibətini
dəfələrlə sübut
edən, sözlərinə
özü belə inanmayan Əliyev bu məsələlərdən
utanmır. Ermənistanda və Qarabağda ermənilərin azərbaycanlılarla
birgə yaşaya bilməsinə inansaydılar
mən buna çox təəccüblənərdim”.
Ermənilərin Azərbaycanda azərbaycanlılar
kimi yaşayacağı
barədə Əliyevin
sözünə gəldikdə
bunun aksioma kimi sübut olunmasına heç bir ehtiyac yoxdur. Belə
ki, son otuz ildə ermənilərin Ermənistan ərazilərindən
terror edilərək, yaxınlarına
işgəncə verməklə,
öldürərək qovduqları
400 min azərbaycanlı, Dağlıq
Qarabağ və ətrafındakı yeddi rayonun 600 minə yaxın əhalisinin terror
edərək öz yurdlarından didərgin saldıqları azərbaycanlılar
bu otuz il
ərzində hazırda
Azərbaycanda yaşayan
60 minə yaxın erməni ilə birlikdə yaşayırsa
sənin kimilərin, Ermənistanda yaşayan ermənilərin və ya Dağlıq Qarabağda dünyanın
hər yerindən gətirilmiş erməni terrorçuların buna inanıb-inanmayacağının heç bir əhəmiyyəti yoxdur.
Ancaq bu başqa məsələdir
ki, sən ermənilər deyəndə
Azərbaycan dövlətinə,
azərbaycan xalqına
qarşı cinayət
etmiş erməniləri
nəzərdə tutursan.
Əlbəttə ki, bu cinayətkarlar nəinki azərbaycanlılarla birlikdə
yaşaya bilməzlər,
onları heç vaxt Azərbaycana turist kimi gəlməyə
belə buraxmayacaqlar.
Əliyev ermənilər deyəndə
Azərbaycan dövlətinə
və xalqına qarşı heç vaxt, heç bir cinayət törətməmiş, 1991-ci ilə
qədər Azərbaycan
SSR-da SSRİ vətəndaşı
olaraq yaşamış
erməniləri nəzərdə
tutur.
O ki, qaldı Əliyevin erməni xalqına münasibətini
dəfələrlə sübut
etməsinə, yenə
də sənin nəyi nəzərdə tutduğuna aydınlıq
gətirmək lazımdır.
Deyim ki, bilməyənlər bilsin, sənin də yadına düşsün.
Ardı var
Şapur QASİMİ
Hürriyyət.- 2020.- 8-9 dekabr.- S.13.