Unitar Turan dövlətinə doğru…

 

Və yaxud bu gün Turan dövlətinin yaradılmasının qarşısında hansı maneələr var?

 

Azərbaycanın, eləcə də bütün türklərin, düşmənlər üzərində sözün əsil mənasında tam qələbəsi təkcə Azərbaycanın, eləcə də Turan ordusunun hərb meydanındakı qələbəsi ilə, siyasi, diplomatik, ideoloji və s. sahədəki birdəfəlik qələbələrlə təmin edilə bilməz. Çünki, düşmənlərimiz daim, durmadan bizim ən zəif nöqtəmizi müəyyən edib zərbəni ona endirməyə hazırdır. Onların hücuma hazırlığının əsas üsullarından biri də daim bizə şər, böhtanlar atmaqla başqalarını bizə qarşı qaldırmaqdır. Düşmənlərlə mübarizə ancaq bıçaq sümüyə dirənəndə aparılan kompaniyalarla yox, daim və durmadan aparılmalıdır. Bu sahələrdən biri də informasiya müharibəsidir. Xalqın ağıl, savad, şüur sahibləri, özünü ziyalı hesab edənlər millətə, xalqa, dövlətə düşmənlərimizin atdığı bütün böhtanların yalan olduğunu açıqlayaraq həqiqəti bütün dünya dillərində digər xalqlara çatdırmalıdır. Əks halda nə vaxtsa biz yenə də düşmənlərlə informasiya müharibəsində 1990-cı illərdəki vəziyyətdə qalmış olarıq. Necə deyərlər, yorulmuş atları güllələyirlər. Durmaq, yerində saymaq məğlubiyyətin başlanğıcı deməkdir.

Turan dövlətinin istər vahid, unitar dövlət formasında, istərsə də federasiya və ya konstitusiyalı federasiya formasında qurulmasından asılı olmayaraq bu məsələnin əsas şərtlərindən biri də din məsələsinin düzgün həll edilməsidir. Bu gün Türk dünyasının ən böyük və güclü dövləti olan Türkiyənin 83 milyon əhalisinin çox hissəsi islam dininə, həm də onun sünnü cəryanına etiqad edən insanlardan ibarətdir. R.T.Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin rəsmən dünyəvi dövlət olaraq qalmasına baxmayaraq Ərdoğanın beynəlxalq miqyasda islam dininin müdafiəçisi kimi çıxış etməsi Türkiyənin daxilində islam dininə etiqad edənlərin sayını çoxaltmaqla yanaşı, islamın mövqeyini də möhkəmlətmişdir. Beynəlxalq meydanda isə xristian ölkələrində islamın qlobal miqyasda təşkilatlanaraq dirçəlməsindən narahat olaraq Türkiyəyə olan münasibətləri gizli və aşkar olaraq pisləşmişdir. Buna xristian ölkələrindən daha çox Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri kimi islam dünyasının liderliyinə iddialı olan ölkələr daha mənfi və sərt reaksiya vermişdir. Bundan başqa da, Ərdoğanın Yerusəlimin bir vaxt Osmanlı şəhəri və islamın mərkəzi olduğunu söyləməklə özünün Türkiyə üçün çox əhəmiyyətli olan tərəfdaşını itirmişdir. Bu o deməkdir ki, beynəlxalq münasibətlərində Türkiyənin ideoloji vasitə kimi islama əsaslanması ona zərərdən başqa heç nə gətirmir. Türkiyənin daxilində də islam dini genişləndiyi miqyasda elmin, texnikanın, müasir həyatın inkişafının əsas elementi olan elmi dünyagörüşü və elmi düşüncəni bir o qədər azaltmaqla cəmiyyətin inkişafını ləngitmiş olur. Keçmiş SSRİ ərazisində yaranan dövlətlərin, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanın əhalisinin əsas hissəsi ateist dünyagörüşünə malikdir. Yəni bu ölkələrin əhalisinin islama etiqad edənlərlə ateistlərin nisbəti Türkiyə cəmiyyətində islamçıların ateistlərə olan nisbətinə tərs mütənasibdir. Bütövlükdə isə bu türk dövlətlərində islamın yüzillərlə barışmaz cərəyanları olan sünnü və şiələrin, eləcə də bu ölkələrdə yaşayan xristian və digər dinlərin nümayəndələrinin də mövcud olduğunu nəzərə aldıqda Turan dövlətinin hər hansı bir formada qurulmasından asılı olmayaraq elə ilk gündən dini əsaslarla ziddiyyətin mövcud olması labüddür. Hər hansı bir dinin təşkilati mövcudluğu cəmiyyət üzvlərinin iradəsindən asılı olmayraq siyasi məzmun alır və bu təşkilatları idarə edənlərin şəxsi maraqlarının reallaşdırılması, hakimiyyət uğrunda mübarizəsi və s. üçün onların əlində güc elementinə, zor vasitəsinə çevrilir. Məlumdur ki, cəmiyyətdə mövcud olan ziddiyyətlərin mütləq əksəriyyəti cəmiyyətin iqtisadi sistemindəki ziddiyyətlərdən doğulub ictimai ziddiyyətlərdə əks olunan ziddiyyətlərdir. Bu ziddiyyətlər arasında antoqonizm yaranaraq toqquşduqda bu ziddiyyətləri öz xeyrinə həll etmək üçün din, bu dini təşkilatların rəhbərlərinin əlində zor vasitəsinə çevrilərək cəmiyyətin sabitliyinin pozulması, toqquşmaların baş verməsinin əsas vasitəsi olur. Hər hansı bir ölkə daxilində dinin təşkilati mövcudluğu varsa, həmin dinin başqa ölkələrdəki daşıyıcılarının vasitəsilə bu ölkəyə hər hansı bir dərəcədə ictimai-iqtisadi müdaxiləsi imkanı mövcud olur. Hər hansı bir dindən dövlətlərarası, millətlərarası, dövlət daxilində milli nifaq salaraq dini şüarlar altında silahlı, hərbi cinayətlər edilməsi haqqında istənilən qədər istər tarixi, istərsə də günümüzdə baş verən hadisə və proseslərdən misal gətirmək mümkündür. Dini şüarlar vasitəsilə pərdələnərək insanlar, dövlətlər, millətlər arasında hansı üsullarla düşmənçilik yaradılması baxımından ßíäåêñ saytında yayımlanmış bir xristian jurnalistin yazısı çox maraqlıdır. “Yarımçıq həqiqət ağ yalandan daha təhlükəlidir”, – deyib türk aqilləri. Jurnalist bu yazısında onun əsas məqsədinə çatması üçün çox da əhəmiyyəti olmayan, böhtan atmaq istədiyi obyektin aksiyoma olan müsbət işini qeyd etdikdən sonra biliyi, savadı, yüksək olmayan, məlumatsız adamları aldatmaq üçün sonrakı faktları saxta şəkildə izah etməklə son məqsədini oxucuya necə sırıdığını aydın görmək olar.

Bu xristian jurnalisti ßíäåêñ saytında yazır: “İstambulda daha bir muzey məscidə çevrildi. Daha bir muzeyə çevrilmiş monastır – Xora (Khora Monastiri) indi məscid elan edilib”.

Ümid edirəm dünyanın mədəni ictimaiyyətinə bu itkinin özünün həcmi və arxitekturasının əhəmiyyətinə görə nə demək olduğunu izah etməyə ehtiyac yoxdur. Hə, indi giriş pulsuzdur, onlar onu qorumağa söz veriblər… Lakin qoruyacaqlarmı? Böyük sualdır, xüsusilə muzeyə bilet satışından gələn vəsaitin bərpa və qorunma işinə sərf edildiyi nəzərə alınsa, indi bu məqsədə pul ayıracaqlarmı? Yəqin ki, yox. Bu son dərəcə axmaq, şüursuz və tamamilə siyasi qərardır. Bu budur. Oraya getməyə bizim vaxtımız çatmadı. Görəsən bir də oraya getməyə imkan nə vaxt olacaq? Oranın tamamilə xristian mozaikaları və freskaları ilə örtülmüş yerləri nə edəcəklər? Orada necə namaz qılacaqlar?

Suallar çox, cavablar azdır. Ərdoğana dərindən inananlar üçün bu Osmanlı imperiyasının bərpa edilməsinin ilk addımı idi, hansı ki, adəti üzrə Konstantinopolu almaqdan başlayırdı. Bəs islam necə sülhpərvər və dözümlü dindir? Bəs bu kilsənin məscidə çevrilməsi adəti haradandır? Siz bütün dünyanı böyük bir məscidə çevirmək istəyirsinizmi? Təəssüf ki, bizim mədəni irsimiz məhv edilir. Təəssüf ki, necə ibadət edirsən et – dolların dəyəri aşağı düşmyəcək.

Onlar istəyirlər ki, hər yeri özlərinə oxşatmaq, özləri kimi qəlbsiz, sadə, boş etmək istəyirlər. Bu mümkün deyil. Onlar bunları (freskaları) necə örtəcəklər? Bunları pərdə ilə örtəcəklərmi? Bəs tavanları necə örtəcəklər??? Bu mümkün deyil!!! Bu muzey mirvaridir… Mənim şüurumu qoru, mənə səbr ver, Allah!!

Tarixi irsi hansısa dini qrupa aid etmək olmaz. Və ya heç kəs ona sahib ola, sərəncam verə bilməz. O (tarixi irs – müəllif) bəşəriyyətə məxsusdur. Bir də ümid edirəm ki, Ərdoğan sümürüb doymuş zəli kimi öz ailəsi ilə birlikdə rədd olub gedəcək, onun yerinə gələn adam daha ağıllı, loyal (laqeyd – müəllif) və uzaqgörən olacaq. Necə fikirləşirsiniz, ümid varmı?”

Mən bu yazını bütövlüklə, dəqiq tərcüməsini məqalədə ona görə verirəm ki, oxucular türk düşmənlərinin Türkiyəyə onun dövlət başçısı Ərdoğana qarşı şər və böhtan atmaq, elementar, adi hadisələri, faktları necə şişirdib, saxtalaşdırmaqla beynəlxalq ictimaiyyət arasında dini qarşıdurma yaratdıqlarını əyani olaraq görsünlər. Müəllif başqalarını öz fikirlərinə inandırmaq üçün əvvəlcə etiraf edir ki, hə giriş pulsuzdur, tarixi abidəni qorumağa söz veriblər. Sonra isə onu qorumağa pul keçiriləcəyini, qorunacağını sual altına qoyub, Xora monastırının məscidə çevrilməsini axmaq, şüursuz və SİYASİ qərar adlandırır. Yazının birinci hissəsindəki söz oyunlarının məqsədi, yəni bunun SİYASİ qərar olduğunu “sübut” etməkdir. Jurnalistin, görəsən, bir də oraya getməyə vaxt və imkan olacaqmı sualına ancaq sualla cavab vermək olar. Yəni, Türkiyə və Ərdoğan buraya girişi  sərbəst və pulsuz edib. Sizlərin oraya yenə gələ bilməniz üçün vaxt və imkanı da Türkiyə və Ərdoğan təmin etməlidirmi? Oranın mozaika və freskaları bu binanın məscid kimi fəaliyyəti üçün mozaika və freskaları nə yox etməyə, nə də üstünü örtməyə ehtiyacı yoxdur. Bunlar Allaha ibadət üçün müsəlman rituallarının icra edilməsinə heç bir halda mane olmur. Çünki bütün dünyada olan məscidlərdəki naxışlar şərq, müsəlman yox, şərq mədəniyyətinin inciləri sayılan naxışlar, nadir arxitektura nümunələridir.

Xora monastırında olan mozaika və freskalar da xristian yox, qərb mədəniyyəti və arxitekturasının nadir incillərindəndir. Müsəlmanların necə namaz qıldıqlarını bilmək üçün isə öz ölkəsindəki məscidlərdən birində və ya televiziya verilişlərində, internetdə baxa bilər. Bunun üçün fəryad etməyə ehtiyac yoxdur. Jurnalist, yazının ikinci hissəsində nümayiş etdirdiyi saxta fəryadlarının əsil mahiyyətini isə “bu Osmanlı imperiyasının bərpa edilməsinin ilk addımı idi, hansı ki, adəti üzrə Konstantinopolu almaqdan başlayırdı” – cümləsi ilə ortaya qoyur. Yəni jurnalistin əsas qorxusu, məqsədi heç də Xora monastırının məscid kimi istifadə edilməsi deyil digər millətləri türk milli intibahının yeni mərhələsinin başlanması, türklərin vahid dövlət halında birləşib yenilməz gücə çevriləcəyindən və türk düşmənlərinin türkləri əsarətdə saxlayaraq vəhşicəsinə zülm və istismara məruz qoya bilməyə­cəkləri üçün edilən xəbərdarlıqdır. Sonra isə jurnalist islam necə sülhpərvər və dözümlü dindir, siz dünyanı böyük bir məscidə “çevirmək istəyirsinizmi?” – sualları ardınca “bizim mədəni irsimiz məhv edilir” və ardınca “necə ibadət edirsən et – dolların dəyəri dəyişməyəcək” deməsi bunlara aydınlıq gətirməyi labüd edir.

 

Ardı var

 

Şapur QASİMİ

 

Hürriyyət.- 2020.- 11-14 dekabr.- S.13.