Unitar Turan dövlətinə
doğru…
Və yaxud bu gün Turan
dövlətinin yaradılmasının
qarşısında hansı
maneələr var?
Birincisi,
əhalisi müsəlman
olan İraq, Liviya, Livan, Suriya ölkələrinin
nəinki tarixi, mədəni irsini, hətta bugünkü yaşayış evlərindən
tutmuş bütün
şəhərlərini xarabalığa
çevirib, insanlarını
qətliama məruz qoyub, milyonlarla müsəlmanları yurdlarından
didərgin salan siz xristianlar deyilmisiz? Dünyanın bütün xalqlarını
inzibati, iqtisadi əsarətə almağa,
öz quluna çevirməyə çalışan
ABŞ, Çin, Rusiya,
Fransa və s. müsəlman dövlətləridirmi?
Müsəlmanların peyğəmbərini, bu gün dünya
türklərinin Atatürkünə
çevrilmiş Ərdoğanın
karikaturasını fransa
jurnalında çap etdirən Makron müsəlmandırmı? Əlbəttə ki, ibadətlə
dolların qiyməti düşən deyil.
Lakin müsəlman ölkələrini,
onların iqtisadiyyatını
dağıtmaqla, maddi
sərvətlərini talayıb,
müftə, su qiymətinə öz ölkələrinizə daşımaqla
həmin ölkələrdə
dolların qiymətini
süni şəkildə
qaldıran siz xristianlar deyilmisiniz?
Bu gün türkiyənin
Qara və Aralıq dənizlərində
onun bütün beynəlxalq normalara uyğun haqqı çatan faydalı qazıntılara sahib olduğu
tərzdə, Türkiyənin
iqtisadi-ictimai cəhətdən
güclənməsinə və
deməli dolların da Türkiyədə aşağı düşməsinə
səbəb olacağını
bildiyinizə görə
Türkiyə əleyhinə
xristianlı müsəlmanlı
hərbi koalisiya qurmamısınızmı?
Dünyanın başqa türkləri
kimi Türkiyə türkləri ilə eyni millət olan azərbaycan türklərinin torpaqlarını
işğal edib, yaşayış binaları
da daxil olmaqla bir ədəd
belə tarixi, mədəni irsinə aid olan tikilini salamat
qoymayan, Xocalı, Qaradağlı Meşəli
yaşayış məntəqələrində
türklərə qarşı
soyqırımı törədən
ermənilər müsəlmandırmı?
Azərbaycan ərazilərini işğal etdikdən sonra orada olan
müsəlman məscidlərini
pis günə salıb onların içərisində donuz
saxlayan xristian ermənilər deyilmi?
Jurnalist
yazır: “Bu muzey mirvaridir… Mənim şüurumu qoru,
mənə səbr
ver. Allah!!” Düzdür, Xora monastırı
mirvaridir. Məhz buna
görə də İstambulda türklər
onu uçurmayıb, əksinə göz-bəbəyi
kimi indiyədək qoruyub saxlayıb, ondan təyinatı üzrə, yəni həm sizə, həm də müsəlmanlara məxsus
olan Allaha ibadət edirlər. Bu həm də
o deməkdir ki, ibadət edən müsəlmanlar Xora tarixi abidəsinin qorunmasına, bərpasına
bilet satışından
on dəfələrlə çox
vəsait sərf edəcəklər. Sənin Allaha
müraciətinə gəldikdə
isə, əgər
Allah varsa və ədalətlidirsə sənin
hiylə və böhtanla dolu şüurunu qorumaq yox, onu normal sivil və obyektiv
düşünən insan
şüuru ilə əvəz etməlidir.
Əgər Allah varsa sənin
kimilərə belə
yırtıcı, şüur
veribsə, onda ona xristian və
ya müsəlman qaydasında ibadət etməkdən asılı
olmayaraq şüurunuz
dəyişməyəcək. Məhz siz xristianlar dünyanı iki dəfə xarabalığa
çevirdiyiniz iki dünya müharibəsi kimi, bu dəfə
artıq yer üzündə bütün
sivil bəşəriyyəti
məhv edəcək üçüncü dünya
müharibəsinə rəvac
verəcəksiniz. Bunun günahı
da artıq nə mövcud olan, nə mövcud
olmayan Allahda, eləcə də Türkiyədə, Ərdoğanda
yox, məhz sizlərdə olacaq.
Hələ 500 il öncə dahi Azərbaycan şairi Məhəmməd Füzuli
yazırdı ki: “Min dualar qıldım xaliqin dərgahına, duadan hasil olmaz
muradım, mən duanı neylərəm? Ancaq dahi Füzulinin
məsləhətinə qulaq
asıb Xora abidəsində Allaha ibadət edənlərin xristian və ya müsəlman adəti ilə dua etməsini şər və böhtanla, siyasiləşdirmədən
özün gördüklərini
obyektiv, digər dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir demişkən – “Pisi pis, yaxşını yaxşı, düzü hamvar” – yazsan Allahdan şüurunun qorunmasını və sənə səbr verilməsini dilənməyinə
heç bir ehtiyac qalmaz.
Jurnalist sonra yazır ki, tarixi irsi
hansısa dini qrupa aid etmək olmaz. O bəşəriyyətə məxsusdur. Heç kəs ona sahib ola, sərəncam
verə bilməz. Tamamilə düzdür. Məhz Xora
abidəsi bəşəriyyətə
məxsus olduğu və müsəlmanlar da bəşəriyyətin
ayrılmaz tərkib hissəsi olduğundan orada ancaq Allaha
ibadət edirlər və ona sahiblik
hüququna (məhv etmək, satmaq, bağışlamaq) hüququna
iddia belə etmirlər. Xora tarixi abidəsi Türkiyə dövlətinin
ərazisində yerləşən
ictimai mülkiyyət
statusunda olan mülkiyyətidir və Türkiyə dövləti
bu statusa uyğun onu pulsuz olaraq ibadət
və ziyarət etmək üçün dinindən, milliyyətindən,
cinsindən, irqindən
və s. asılı olmayaraq bütün bəşəriyytəin istifadəsinə
vermişdir. Sərəncam məsələsinə gəldikdə isə Ərdoğanın Türkiyə
dövlətinin rəhbəri
kimi Türkiyə dövlətinə məxsus
olan ictimai mülkiyytəin qorunması,
bərpa edilməsi və ondan istifadə
üzrə Türkiyə
dövləti qanunlarına
uyğun sərəncam
vermək hüququna malikdir. Bu bütün
iqtisadi-ictimai xarakterli,
Türkiyə qanunvericiliyində
dövlət başçısının
səlahiyyətinə daxil
olan məsələlərə
aiddir. Sonda çarəsiz qalan jurnalist Ərdoğanın
ailəsi ilə birlikdə “rədd” olub getməsini, onun yerinə gələcək adamın
ondan daha ağıllı, loyal (biganə),
uzaqgörən olmasını
arzulayaraq bizdən soruşur: “Necə fikirləşirsiniz, ümid
varmı?” Mən xristian jurnalistin
bu arzusu və sualına düzgün cavab tapmaq üçün 100
(yüz) nəfərdən
onun bu sual
və arzusuna münasibətlərini bildirməyi
xahiş etdim ki, cavab mənim
subyektiv fikrim olmayıb insanların ümumi rəyini ifadə etsin. Bu məhdud sorğuda 52 nəfər azərbaycan türkü, 16 nəfər
talış, 14 nəfər
rus, 5 nəfər ləzgi, 4 nəfər avar, 4 nəfər erməni nəsilli, 3 nəfər yəhudi, 2 nəfər ad və familiyasını dəiyşib
Bakıda yaşayan erməni iştirak etmişdir. Rəyi soruşulanların hamısı
Ərdoğan və onun ailə üzvlərinə uzun ömür, can sağlığı,
xoşbəxt həyat
arzulamaqla bərabər
qocalıq səbəbindən
iş qüvvəsini
itirənə qədər
Türkiyəyə rəhbərlik
etməsini arzu etdiklərini bildirdilər”.
Ərdoğandan sonra onun yerini
tutacaq adamı necə görmək istədiklərini soruşduqda
isə, əlbəttə
ki, sonra gələn adamın daha ağıllı və uzaqgörən, lakin onuntək cəsarətli, qətiyyətli
olmasını arzu etdiklərini bildirdilər.
Niyə
daha ağıllı və uzaqgörən dövlət başçısının
olmasını arzuladıqlarını
soruşduqda isə:
“Bu inkişafın tələbidir.
Həyat
inkişaf etdikcə təkcə texnikanı deyil, cəmiyyəti də idarə etmək üçün daha çox ağıl, bilik, uzaqgörənlik tələb
olunur” – cavabını
verdilər.
Jurnalistin
son sualı olan: “Necə fikirləşirsiniz,
ümid varmı?” – sualına isə
sorğuda iştirak edənlərin cavablarını
ümumiləşdirərək ancaq bir cavab
vermək olar, – məkirli arzuların reallaşmadan ürəyində
qalsın!
Konfederasiya, federasiya və
ya vahid, unitar dövlət formasında yaradılan Turan dövlətində
din və ona münasibət elə qurulmalıdır ki, hər bir vətəndaşın
vicdan azadlığının
(dini etiqad hüququnun) real təmin edilməsi ilə yanaşı, eyni zamanda dinin dövlət,
cəmiyyət daxilində
siyasi qüvvəyə,
zor vasitəsinə çevrilməsi imkanının
ehtimalı sıfıra
bərabər olsun.
Buna ancaq dinin təşkilati mövcudluğunun
ləğv edilməsi
ilə nail olmaq olar. Dinin yaranması prosesinin
tarixini və inkişafını izlədikdə
onun fəlsəfi düşüncədən siyasi
vasitəyə çevrilməsi
səbəblərini çox
aydın görmək
olur. Bizə məlum olan tarixi faktlardan görünür ki, hələ bir neçə min il
öncədə insanların
təbiət və cəmiyyətdə baş
verən müxtəlif
fiziki, kimyəvi, bioloji, ictimai və s. təbii proseslərin məzmun və mahiyyətini dərk etmək yolunda zaman-zaman öz dövrünün qabaqcıl insanlarının
şüur və bilik səviyyəsinə uyğun olaraq yaratdıqları ibtidai fəlsəfi sistemlər mövcud olmuşdur.
Ardı var
Şapur QASİMİ
Hürriyyət.- 2020.- 17-18 dekabr.- S.12.