Əsl şair
ölmür, ay Şair Alxasov!
Keçən ilin dekabr ayının son günlərində, başda kurator cənab Habil Əzməmmədov olmaqla, Prezident Administrasiyanın məsul işçiləri Qusarda vətəndaşları qəbul edəndə müraciət edənlər arasında mən də olmuşam.
İcra başçısı Şair Alxasovun iş fəaliyyətini dəqiq fakt və arqumentlərlə tənqid edəndə, səmərəli təkliflər irəli sürəndə icra başçısı heç kəsin gözləmədiyi halda mənə yaxınlaşıb azğıncasına ünvanıma “Sən ölməli adamsan, tüpürüm sənin üzünə” kimi çox kobud, məsuliyyətsiz sözlər işlətmışdir. Hələ bu azmış kimi, Tayson yumruğunu sıxaraq üstümə hücum etmək istəyəndə cənab H.Əzməmmədovun ciddi təkid və iradından sonra məndən əl çəkmişdir.
İcra Bbaşçısına cavabım belə oldu: Onda bütün məsuliyyət üzərinizə düşəcək və unutma ki, əsl şair ölmür, ay məmur Şair Alxasov!
Vətəndaşla belə rəftar yolverilməzdir. Bunu sağlam məntiqlə heç cür anlaya və qəbul edə bilmədim. PA məsul işçilərindən başçının qanunsuz davranışı barəsində ölçü götürmələri xahiş etdim.
Belə dözülməz hərəkət və qoçuluq əvvəllər də bir neçə dəfə təkrar olunmuş , məni camaatın gözü qarşısında haqsız olaraq qəbuldan qovmuş polislə hədələmişdir. Xalq şairi Qabilin haqlı sözlərini xatırlayıram: “Qovulmaq təhqirin ən dəhşətli, ən dözülməz şəklidir.Təsəvvür edin ki, bir adamı, hətta haqlı olaraq bir məclisdən, qonaqlıqdan, iclasdan, yığıncaqdan, toydan, yasdan qovanda əgər o adam adamdırsa, buna tab gətirə bilməz.
Bunu ölənəcan heç kimə bağışlamır. Hələ mən haqlı olaraq qovulan adamı demirəm,o ki qaldı haqsız qovulan ola”.
O hadisədən bərk təşviş, həyəcan və sarsıntı keçirdim və xeyli müddət Qusar rayon Mərkəzi Rayon Xəstəxanasında müalicə almalı oldum.
“Min il yaşasam da ölməyəcəyəm” deyən dahi şair Nizami Gəncəvi necə də haqlı idi. “Yüz il yaşasan da dünəndən ölmüsən sən” söyləyən şair Səməd Vurğunsa yəqin bu zaman yerində olmayanları nəzərdə tuturdu. Bu mənada Çexovun məşhur “Məmurun ölümü” əsərindəki Çervyakovun acı taleyi də düşündürücüdür.
“Öldürmək” Şair Alxasovun çoxdankı şakəridir. Statistikaya görə Azərbaycanda ən yüksək ölüm əmsalı Qusar rayonundadır. Havası məlhəm, suyu loğman, kurort təbiətli cənnətməkan Qusarın əzrayıl yuvasına dönməsini necə başa düşək? Bu məsələdə səhiyyə demək olar ki, gücsüzdür. Əsl səbəblər öyrənilməlidir .Bəzi əsas nüanslar araşdırılmalı, “boz sifətlərin” doğurduğu “ağ ölümlər” təhlil olunmalıdır. Hələ rayonda boşanmaların,kəndlərin boşalmasının, adamlarda inamsızlığın, etibarsızlığın, bir-birindən şübhələnməyin, şəkkaklığın artmasından yazmıram. Bunlar ciddi məsələlərdir və aydınlaşdırılmalı,aradan götürülməlidir.
Məmur- vətəndaş münasibətləri insanların yaşayışında xüsusi yer tutduğunu cənab prezident İlham Əliyev dəfələrlə vurğulamışdır: “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmumurlar xalq üçün yaşayırlar, əksinə deyil, Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərilməlidir, yekəxanalıq etməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır.
Məmur, bax belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmuru, ya icra başçısı ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların cəzası verilir, veriləcək”.
Doğrudan da məmur unutmasın ki, vətəndaşla necə davransan, Allah da səninlə elə davranacaq. Məmur gərək şikayətçilərin müraciətlərindən bezməsin. Fani dünyanın iki günlük sultanlığı üçün axirətin bitib tükənməyən rəzalətinə necə dözmək olar ?
“Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi Azərbaycan vətəndaşı üçün edirik. Hər bir icra başçısını mən vzifəyə təyin edərkən onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm .İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət . Gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin.Amma bəzi hallarda mən bunu görmürəm” (Prezident İlham Əliyevin sözlərindən).
Bu cür ifadələr bir daha onu göstərir ki, prezidentin siyasətinin başlıca istiqaməti Azərbaycan xalqının rifahına, problemlərin yüksək səviyyədə həllinə yönəlib və prezident üçün adi bir vətəndaşın hüquqları istənilən bir məmurun səlahiyyətlərindən üstündür.
Bu, bütün icra sturukturlarında işləyənlər üçün çox ciddi xəbərdarlıqdır və bundan nəticə çıxarmayanlar nəyinki vəzifədən gedəcək, onlar xoşagəlməz ciddi cəzlarla üz-üzə qalacaqlar.
Bəzi icra başçılarına elə gəlir ki, güya Prezident onlara “xüsusi missiya” qismət etdiyindən sadə vətəndaşlar onlara korkoranə baş əyməli, ayağının tozu olmalı, hər bir əmrinə müntəzir dayanmalı, mənliyinin ayaqlar altına atılmasına razı olmalıdırlar.
Bu arada ölməz şairimiz, həmişəyaşar qələm əhli Əliağa Kürçaylının “Başçılar” (Söhbət icra başçılarından gedir) şeirini xatırlayıram:
..... Bədən çəllək,
Ağıl gödək,
Hökm eləyir başın üstə.
Xasiyyəti dəli inək.
Hərəkəti təsadüfdür, yoxsa qəsdən,
Heyrət alır uşağı da.
Təsadüfdür onun başçı olmağı da ,
Başçı var ki, ölməlidir,
Zülm eləyir yaşayaraq.
Vəba yayır,taun yayır.
Ölümünü xalq istəyir, arzulayır.
Bürkü vaxtı əsən sərin külək kimi,
Bir xəstəyə dərman kimi ...
Qəhət olmuş çörək kimi,
Azadlığa fərman kim.
Ey adı Şair, peşəsi inşaatçı Alxasov! Allahın dərgahında peyğəmbərlərdən sonra gələn həqiqi şairlərsə dünyanın ən humanist, mələk xasiyyətli, günahsız bəndələrdir. Onlardan nə cinayətkar, nə resedivist, nə də tiran çıxıbdır.
Sonda şeirimi dinləyin:
Nəsimini haqdı deyə soyublar,
Rüdəkinin gözlərini oyublar,
Sənə niyə Şair adı qoyublar,
Şəhriyar, nə Söhrab Tahir deyilsən,
Sən şair
deyilsən, şair deyilsən.
Şairlər yurdudur bu ana torpaq,
Şeirlə alışır burda hər ocaq.
Sən şeir deməyə mahir deyilsən,
Sən şair
deyilsən, şair deyilsən.
Aşığa deyərlər : bəs sazın
hanı?
Qəlbləri oxşayan avazın
hanı
?
Şairsən, bəs sözün, bəs yazın hanı?
Sən yazı-
pozuya qadir deyilsən.
Sən şair
deyilsən, şair deyilsən.
Tarixi xatırla, bir də sal yada,
Şair el yolunda düşübdür
oda.
Sən niyə şairi verirsən bada,
İstedad, təb, ilham, sair deyilsən,
Sən şair
deyilsən, şair deyilsən.
Saray şairləri çox
görmüşük, çox,
Özünə saraylar tikənisə yox.
Əsl şair yaranıb gözü,
könlü tox,
Taledən şükürlü şakir deyilsən,
Sən şair deyilsən, şair deyilsən .
Şairin
sözünü bilə
bilməzsən ,
İlahi kəlməni hələ bilməzsən.
Şair tək ağlayıb, gülə bilməzsən,
Sən “ağlar-güləyən” Sabir deyilsən,
Sən
şair deyilsən, şair deyilsən.
Əyriyə-əyridir, düzə-düz
deyən,
Astarı tanıyı, üzə-üz
deyən.
Allahı
düşünüb, doğru
söz deyən,
Zəlimxan, Qasım bəy
Zakir deyilsən,
Sən şair
deyilsən, şair deyilsən.
Həsən
Xasıyev
Hürriyyət.-
2020.- 13-14 fevral. S. 13.