Azərbaycan-NATO
münasibətlərinin inkişaf prosesi
XX əsrin sonlarından etibarən sosialist sistemin
süqut etməsi və Soyuq Müharibəni başa
çatması beynəlxalq və regional təşkilatların
fəaliyyətində yeni bir mərhələnin
başlanmasına səbəb olmuşdur. Bu qurumlar ilə
əlaqələrin inkişafı istər müxtəlif
ölkələr ilə çoxtərəfli əməkdaşlığın
effektiv bir şəkildə reallaşdırlmasında, istərsə
də ölkədəki baş verən hadisələr barədə
obyektiv beynəlxalq ictimaiyyətin formalaşmasına təsir
imkanlarını genişləndirmək baxımıdan
vacibdir. Müasir beynəlxalq münasibətlər
sisteminin ənənəvi aktorları olan milli dövlətlər
ilə birlikdə qeyri-hökumət aktorlarının da rolu
artmaqdadır. Bu proses çərçivəsində
dünyada gedən siyasi proseslərdə xüsusi rolu olan beynəlxalq
təşkilatlar xüsusilə ayrılır. Təşkilatların
beynəlxalq aləmə önəmli və həlledici təsirləri
dövlətlərarası münasibətlərin və əməkdaşlığın
yaranmasında mühüm bir amil olmuşdur. Onların formalaşması, tarixi həqiqətdən
irəli gələrək qlobal problemlərin həllinə təsir
göstərir. Müstəqillik əldə
etmiş hər bir dövlət öz suverenliyini qorumaq,
müstəqilliyini gücləndirmək, beynəlxalq
münasibətlər sistemində özünəməxsus bir
yer tutmaq və meydana gəlmiş problemləri həll etmək
üçün davamlı və prinsipial formada xarici siyasət
icra edərək beynəlxalq və regional təşkilatlarla
geniş əməkdaşlıq qurmağa ehtiyac duyur. Müstəqillik qazandıqdan sonra demokratik və
hüquqi dövlət quruculuğuna başlamış Azərbaycanın
qarşılaşdığı bir sıra problemlər və
onların həlli istiqamətində atdığı
addımlar, qarşılıqlı faydalı əməkdaşlığın
və dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə
bağlı idi.
Qarşılıqlı
etimad və strateji hədəflər
Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən
biri beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri
gücləndirmək, bu əlaqələri yeni təhdidlərin
ehtiyaclarına görə qarşılıqlı hörmət
və maraqlar çərçivəsində davam etdirməkdir. Azərbaycanın
xarici siyasətinin əsas aspektlərindən biri təhlükəsizlikdir.
Buraya, Dağlıq Qarabağ probleminin həlli, ərazi
bütövlüyünün təmin olunması, Rusiya və
İran kimi güclü qonşulardan müdafiə, dövlətin
və iqtisadi inkişafın gücləndirilməsi kimi məsələlər
aiddir.[47] Bunları nəzərə alaraq, Azərbaycan
Avro-Atlantik məkana inteqrasiya yolunu seçdi. Azərbaycanın
Avro-Atlantik regiona inteqrasiyası Avropa İttifaqı, ATƏT,
NATO və Avropa Şurası çərçivəsində
bir sıra yollarla həyata keçirilir. Bu
isə, bu qurumların fəaliyyət sahələrinin
müxtəlifliyi ilə bağlıdır. Torpaqlarının 20%-i işğal olunmuş bir
dövlətin Avropa təhlükəsizlik qurumları ilə
münasibətləri xüsusi əhəmiyyət
daşıyır. Soyuq Müharibənin
başa çatmasından sonra Avropa təhlükəsizlik
sistemində radikal dəyişikliklər baş vermişdir.
Müstəqillik qazanmış Azərbaycanın Cənubi
Qafqazda geosiyasi mövqeyinə təsir edən, Qərbin Azərbaycana
marağını artıran üç təməl faktor
olmuşdur:
1.
Müstəqillik qazanmış Azərbaycanın Qərbə
yönəldilmiş siyasi yönümlülüyü;
2. Xəzərin Azərbaycan sektorundakı yeni neft və
təbii qaz yataqlarının müəyyən edilməsi. Bu faktor
çox vacibdir. Çünki Azərbaycan
Qərbin enerji təhlükəsizliyini təmin etməkdə
mühüm rol oynayır. Enerji qaynaqları ilə zəngin
olan Yaxın Şərq qeyri-sabit bölgə olduğundan
üzünü Xəzərin enerji qaynaqlarına tutmuş Qərb
üçün Azərbaycan həm Orta Asiyanın enerji
ehtiyatlarının nəqlində, həm də Qərbin
Rusiyadan enerji asılılığının
qarşısının alınmasında etibarlı tərəfdaşdır.
3. Azərbaycanın
11 Sentyabr terror aktlarından sonra antiterror koalisiyasında
iştirakı.
Dövlət
müstəqilliyimizin təhlükəsizliyinin prioritetləri
18 oktyabr 1991-ci ildə öz müstəqilliyini ikinci dəfə
elan edən Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən
biri beynəlxalq təşkilatlarla münasibətlərin
qurulması və inkişaf etdirilməsidir. Bu mənada
NATO ilə əlaqələr Azərbaycanın xarici siyasətində
mühüm yer tutur. NATO-Azərbaycan
münasibətlərini təhlil edərkən ilk növbədə
hər iki tərəfin bir-birindən qarşılıqlı
gözləntilərinə, Azərbaycanın NATO ilə
münasibətlər qurmasına səbəb olan şərtlərə,
NATO-nun Azərbaycan və Azərbaycanın NATO siyasəti
arasında balansın olub-olmaması ilə bağlı məsələlərə
diqqət yetirilməlidir. XXI əsrdə dəyişmə
və genişlənmə prosesi ilə özünü yeniləyən
bu qlobal təşkilatda iştirak etmək məqsədilə
NATO ilə münasibətlərin qurulması Azərbaycan
üçün imtina edilməz bir fürsət oluşdur . Digər tərəfdən
öz müstəqilliyini yenidən bərpa etmiş bir
ölkə kimi, dövlətin təhlükəsizliyini təmin
etmək üçün addımların atılması bu
münasibətlərin yaranmasını ön plana
çıxarmışdır. SSRİ-nin
dağılmasından sonra beynəlxalq sistemdə təkqütblülük
meydana gəlsə də, keçmiş sosialist bloku ölkələri,
eyni zamanda Azərbaycan üçün vəziyyət elə
də yaxşı olmamışdır. Rusiyanın
xarici siyasət strategiyasının əsas məqsədi
keçmiş Sovet torpaqlarının böyük qisimi ilə
Şərqi Avropanın Rusiyanın nüfuz sahəsi olaraq qəbul
edilməsini və bu sahələrin Rusiyanın təhlükəsizliyini
təhdid edən coğrafiya kimi istifadə edilməsinin
qarşısını almaq idi. Bu səbəblə
Rusiya, Şərqi Avropa ölkələrinin və bəzi
keçmiş SSRİ respublikalarının NATO-ya
qoşulmasına qarşı çıxmış və
NATO-nun genişləndirilməsi səylərinin onun təhlükəsizliyini
təhdid edəcəyini irəli sürmüşdür.
Özünü SSRİ-nin varisi olaraq görən Rusiyanın
məqsədi Müstəqil Dövlətlər Birliyi (MDB)
vasitəsilə keçmiş SSRİ ərazisində yenidən
söz sahibi ola bilmək idi. Rusiya
üçün "nüfuz sahəsi"
anlayışı MDB ölkələri, eyni zamanda Azərbaycan
üçün hərbi birliklərin yerləşdirilməsi,
sərhədlərin qorunması, təbii zənginliklərin
idarə edilməsi, iqtisadi və digər sahələrdəki
müstəqilliyin məhdudlaşdırılması demək
idi. Rusiyanın təcavüzkar siyasətinə
qarşı bölgədə Azərbaycanın maraqları
baxımından tarazlayıcı rolu üzərinə
götürən aktor və ya aktorlara ehtiyac var idi. Beynəlxalq
mühitdəki dəyişikliklər, Azərbaycanın
iqtisadi potensialı və geosiyasi mövqeyi nəzərə
alındığı zaman, bu rolu öhdəsinə
götürə biləcək aktor Qərb ola
bilərdi. Bu baxımdan Qərbin güclü hərbi
ittifaqı olan, Avropanın təhlükəsizliyini təmin
edən, eyni zamanda əhəmiyyətli qərarların
alındığı bir forum xüsusiyyətini
daşıyan NATO ilə münasibətlər Azərbaycan
üçün çox əhəmiyyətli idi. Ancaq burada bir nüansı qeyd etmək vacibdir. Rusiya yeni siyasi ədəbiyyatda "yaxın
çevrə" termini ilə ifadə etdiyi Sovet sonrası məkanı
həyati dərəcədə əhəmiyyətli nüfuz
sahəsi elan etmiş və bunun Qərb tərəfindən qəbul
edilməsinə çalışırdı. 1993-cü ilin Fevral ayında Rusiya Təhlükəsizlik
Şurası və Apreldə də prezident Yeltsin tərəfindən
təsdiqlənərək qüvvəyə minən Xarici
Siyasət Konsepsiyası “yaxın çevrə”
anlayışına əsaslanırdı. Rusiya,
xarici siyasətdə “şok diplomatiyası” tətbiq etmiş
və islahatların müvəffəqiyyətsizliklə nəticələndiyi
təqdirdə hakimiyyətə Qərb tərəfindən istənilməyən
qrupların gələ biləcəyi ehtimalı ilə Qərbi
qorxutmaq və beləliklə bəzi iqtisadi və siyasi
güzəştlər vermələrini təmin etməyə
çalışırdı. İslahatların müvəffəqiyyətsizliklə
nəticələnməsinə səbəb ola
biləcək iki faktor üzərində
dayanılırdı: Rusiyaya maliyyə yardımının kəsilməsi
və “nüfuz sahəsi” olaraq ifadə edilən bölgələrdən
çıxarılması. Əslində ikinci böyük
nüvə gücünə sahib olan Rusiyada o dövr
üçün istənilməyən qrupların hakimiyyətə
gəlmə ehtimalı yüksək olduğu
üçün ABŞ, eyni zamanda Avropa ölkələri
keçmiş Sovetlər bölgəsində, xüsusilə
Qafqaz və Orta Asiyada müəyyən bir müddət tədbirli
hərəkət etmələri lazım olduğunu
anlayırdılar. Bu Qərbin atdığı
bəzi addımlarda da özünü göstərirdi. Belə bir vəziyyətdə, 1992-1994-cü illərdə
Azərbaycanın xarici siyasəti yuxarıda göstərilən
nünaslar nəzərə alınmaqla müəyyənləşdirilməli
idi.
Beynəlxalq
münasibətlərdə üçüncü
yanaşım texnologiyası
Müvəffəqiyyətli bir xarici siyasət mövqeyi
“Rusiya meyilli”, “Qərb meyilli” və ya “digər meyilli” deyil,
balanslaşdırılmış bir siyasətdir. Soyuq
Müharibənin başa çatdığı bir vaxtda,
balanslaşdırılmış siyasətin yeridilməsi daha
məqsədəmüvafiq idi. Hər
hansı bir tərəfə açıq bir şəkildə
yaxınlaşma digər tərəfdən müsbət bir
şəkildə qarşılanmayacağı
üçün, Azərbaycanın da öz xarici siyasətini
məhz bu yöndən irəlilətməsi zəruri idi.
Bu nöqtədə Qərb-Rusiya əlaqələri
öz nizamını tapana qədər Azərbaycanın xarici
siyasətinin çıxış nöqtəsi, Azərbaycanın
maraqları üçün Qərblə münasibətlər
qurmaq və Rusiyanın bölgədəki nüfuzunu nəzərə
almaq idi. Azərbaycanın NATO ilə
münasibətlər qurmaq siyasətinə təsir edən
digər bir amil Qarabağ münaqişəsinin aradan
qaldırılmasının zəruriliyidir. Azərbaycan üçün vacib olan
danışıqlar yolu ilə Qarabağ və digər
işğal olunmuş ərazilərin geri alına bilinməsi
üçün beynəlxalq aləmdə özünə dəstək
tapa bilməkdir. Qarabağ probleminin həllində
keçmiş Sovet hakimiyyət nümayəndələri erməni
hücumlarının ört-basdır edilməsi siyasəti
yürütsələr də, yeni Rusiya hakimiyyət nümayəndələri
də hadisələri öz nəzarətində saxlamağa
çalışırdılar. [33]Lakin, Azərbaycan
Qarabağ probleminin yalnız Rusiya vasitəçiliyi ilə həllini
istəmirdi. Sovet dövründə ermənipərəst
düşüncələrini gizləyən Rusiya siyasi
elitası, bunu dövlət siyasətinin bir parçası
halına gətirərək problemin qeyri-müəyyən bir
zamana qədər dondurulmasını istəyirdilər. Problemin həll olunmadan dondurulması isə, Rusiyaya
bölgədə qoşun saxlama və Ermənistanla Azərbaycana
təzyiq göstərmə imkanı verirdi. Bunun üçün də Rusiya beynəlxalq təşkilatların
problemin həllinə qarışmalarını istəmirdi.
Azərbaycanın milli maraqları isə,
Qarabağ probleminin beynəlxalq mühitdə, beynəlxalq təşkilatlar
vasitəsilə həllini tələb edirdi. Bu nöqtədə NATO-nun hərbi qüvvələrinin
problemin həllində birbaşa rol almasını gözləmək
gerçəklərdən uzaq bir yanaşma olardı. Amma həlldən qaçmağa çalışan
Ermənistanı ATƏM vasitəsilə danışıqlar
masasına çağırmaq və problemin həllinə
müsbət təsir etmə baxımından NATO-nun
mövqeyi əhəmiyyətli rol oynaya bilərdi. Qısa zaman ərzində Qarabağ probleminin həllində
Azərbaycanın NATO-ya yanaşması bu istiqamətdən
olmalı və bunun üçün də həqiqətlər
NATO-nun müxtəlif strukturları, ŞAƏŞ, SNT və
digərləri çərçivəsində üzvlərə
və tərəfdaş ölkələrə
çatdırılmalı idi. Xüsusilə
ŞAƏŞ, danışıqların həyata
keçirilməsinə uyğun mühit yaratdığı
üçün bu məqsədin həyata keçirilməsində
mühüm rol oynaya bilərdi. Münasibətləri
şərtləndirən digər bir amil isə, ordunun yenidən
qurulması idi. NATO-nun hərbi
standartlarına uyğun bir ordunun
formalaşdırılması, Azərbaycanın həm ordu
quruculuğu prosesinə, həm də beynəlxalq təhlükəsizlik
sisteminə inteqrasiyasına da müsbət təsir edirdi.
Digər bir faktor isə XXI əsrdə
transformasiya siyasəti ilə yenilənən NATO, yalnız hərbi
bir təşkilat deyildir. Alyans, həm də qeyr-hərbi
sahələrdə plan və proqramların həyata
keçirildiyi bir təşkilat idi. Dünyanın
inkişaf etmiş ölkələrinin üzv olduğu Alyans
ilə bu kimi istiqamətlər üzrə əlaqələrin
yaradılması Azərbaycanın xarici siyasəti istiqamətində
mühüm addım idi.
(ardı var)
Hürriyyət.-
2020.- 11-12 fevral. S. 12.