Azərbaycan-NATO
münasibətlərinin inkişaf
prosesi
(əvvəli var)
Azərbaycan-NATO münasibətlərini şərtləndirən
başqa bir amil, Azərbaycanın da daxil olduğu
Cənubi Qafqaz regionunun siyasi mühit radikal milliyyətçiliyə, dini
fundamentalizmə, başqa
sözlə siyasi münaqişələrə açıq
olması idi. Qərb isə
öz növbəsində
Avropa təhlükəsizliyi
konteksində bu bölgədə baş verə biləcək hər hansı bir qarşıdurma və münaqişənin
Avropa təhlükəsizliyinə
də təsir edəcəyi yanaşmasından
çıxış edərək,
regionda siyasi sabitliyin təmin olunmasından tərəf
çıxış edirdi.
NATO-nun təşəbbüsü
ilə yaradılan
ŞAƏŞ-i bu missiyanı daşıyan bir struktur olaraq
da qiymətləndirə
bilərik. Bu baxımdan Azərbaycan və Qərbin maraqları da kəsişir. Avropada sülhün
və sabitliyin qorunmasına nəzarət
edən NATO, Qafqaz bölgəsini Avropa təhlükəsizlik sistemi
üçün vacib
bölgələrdən biri
kimi qiymətləndirirdi.
Qafqazda sabitlik təmin olunmayana qədər Avropada təhlükəsizliyə nail oluna
bilinməzdi. NATO üçün Azərbaycanın,
Gürcüstanın və
Ermənistanın əhlükəsizliyi
önəmli idi.
NATO, regionda sabitliyin
və iqtisadi investisiyaların təmin olunması üçün
üzvlərinin mənafelərinin
qorunması vəzifəsini
icra edə bilərdi.
NATO və Azərbaycan arasında ilkin münasibətlərin formalaşması
Soyuq Müharibədən
sonrakı dövrdə
təşkilatın genişlənmə
siyasəti çərçivəsində
ön plana çıxmışdır. Bu dövrdə NATO, yalnız
müdafiə təşkilatı
olaraq qalmamış, siyasi sahələrdə həm üzv ölkələr arasındakı
əlaqələri tənzimləməyə
davam etmiş, həm də namizəd ölkələrin
Qərbə inteqrasiyasını
təmin edəcək
siyasət yeritməyə
çalışmışdır. Bu istiqamətdə hazırlanan ən vacib proqramlardan biri Sülh Naminə Tərəfdaşlıq
(SNT) proqramıdır. ŞAƏŞ-in ilk üzvləri
o tarixdə NATO üzvü
olan on altı ölkə, Varşava Paktının keçmiş
üzvləri (Bolqarıstan,
Çexoslovakiya, Polşa,
Macarıstan, Rumıniya),
Rusiya Federasiyası və Estoniya, Litva və Latviyadır.
1992-ci il martın
10-da Sovetlər İttifaqından
ayrılan Azərbaycan,
Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Tacikistan,
Türkmənistan və
Ukrayna ilə 5 iyun 1992-ci ildə Albaniya və Gürcüstan ŞAƏŞ-ə üzv olmuşdurlar. ŞAƏŞ-in yaradılması
NATO-nun yeni təhlükəsizlik
mühitinə uyğunlaşdırılması
prosesində ilk atılan
addımlardan biridir.
ŞAƏŞ, NATO ilə Orta və Şərqi
Avropa ölkələri
arasında bir məsləhətləşmə forumu yaratma ehtiyacının məhsuludur.
ŞAƏŞ vasitəsilə
Roma Sammitində nəzərdə
tutulan dialoq və əməkdaşlığın
inkişaf etdirilməsi
üçün də
əhəmiyyətli bir
addım atılmışdır.
NATO üzvü olan və olmayan
ölkələr arasında
qarşılıqlı ziyarətlər
həyata keçirilmiş,
xüsusilə təhsil
mövzusunda əməkdaşlıq
aparılmış və
məsləhət proqramları
yaradılmışdır. 1992-ci ilin fevral ayında
Azərbaycanın Baş
naziri Həsən Həsənovun Belçikaya
səfəri zamanı,
NATO-nun baş katibi
Manfred Wörner və
üzv ölkələrin
nümayəndələri ilə
görüşməsi müstəqilliyini
yenidən qazanmış
bir ölkənin, istiqamətlərini müəyyənləşdirməyə
çalışdığı xarici siyasətində vacib məsələlərdən
biri idi. Bu, Azərbaycanın beynəlxalq aləmdə tanınması və eyni zamanda Qarabağla
bağlı faktları
dünyaya çatdırmaq
baxımından vacib idi. Səfər zamanı M. Wörnerin
“NATO, Qarabağ münaqişəsinin
sülh yolları ilə və ATƏM çərçivəsində həllindən yanadır”
ifadəsi MDB xaricində
problemin həll edilməsini istəyən
Azərbaycan üçün
müsbət hal idi.
Beynəlxalq inteqrasiya və Azərbaycanın təhlükəsizlik
qarantı Ermənistanın
Azərbaycana qarşı
təcavüzünün davam
etdiyi müddətdə,
1992-ci ilin May ayında
NATO bəyanat yayımlamışdır. Qarabağ
probleminin müharibə
yolu ilə həllinin mümkünsüzlüyü,
Azərbaycan və ya hər hansı
bir dövlətin ərazi bütövlüyünə
istiqamətlənmiş hər
cür hücumun beynəlxalq hüquq və ATƏM-in prinsiplərinin
pozulmasına yol açdığını, problemin
beynəlxalq hüquq,
xüsusilə ATƏM-in Helsinki Yekun Aktı prinsipləri çərçivəsində
keçiriləcək görüşlərlə
aradan qaldırıla biləcəyi ifadə edilmiş və bəyanatın bu hissəsində Azərbaycanın
ərazi bütövlüyünün
toxunulmazlığına işarə
edilməklə işğala
məruz qalan tərəf açıq şəkildə göstərilmişdir.
Burada əhəmiyyətli
olan nöqtə, bu tarixdən sonra NATO ilə birlikdə, digər beynəlxalq təşkilatların
Qarabağla əlaqədar
bəyanatlarının hamısında
işğalçı ilə
işğala məruz
qalan tərəflər
ayırd edilmədən
məsuliyyətin hər
iki tərəfə də yüklənmiş olunmasıdır.NATO-nun problemlə
əlaqədar bitərəf
hərəkət etməsində,
Rusiya ilə münasibətlərin təsiri,
Qarabağla bağlı
həqiqətlərin beynəlxalq
mühitdə bilinməməsi,
İttifaq üzvü
olan Fransa və Yunanıstan kimi ölkələrdə
Erməni diasporunun lobbiçilik fəaliyyətlərinin
əhəmiyyəti böyük
idi. Bunlara baxmayaraq Azərbaycanın
ərazi bütövlüyünün
və sərhədlərinin
hərbi yolla pozulmasının qəbul
edilməz olduğunun
NATO tərəfindən ifadə
edilməsi və problemin ATƏM çərçivəsində
həllinə çağırış
etməsi, dövrün
şərtləri nəzərə
alındığında, əhəmiyyətli
bir hadisə idi.
18 Dekabr 1992-ci ildə
ŞAƏŞ çərçivəsində
yaradılan “Avropanın
Təhlükəsizliyi və
Şərqdə Münaqişələrin
Aradan Qaldırılma
Yolları” mövzusunda
konfransında Azərbaycan
rəsmiləri Qarabağ
hadisələrinin qarşıdurma
deyil, torpaq işğalı məqsədiylə
Ermənistanın başlatdığı,
elan edilməmiş bir müharibə olaraq xarakterizə edilməsi lazım olduğunu bildirmiş və öz fikirlərini sübut edən dəlilləri konfrans iştirakçılarına
təqdim etmişdir. Konfransda yayımlanan bəyanatda Qarabağ probleminə toxunulmuş, tərəflərə
silahlı qarşıdurmanı
dayandıraraq danışıqlara
başlamalarının zəruri
olduğu ifadə edilmişdir. ŞAƏŞ-in 1993-cü
il 7 Dekabr
konfransı zamanı Azərbaycanda vəziyyət
daha da pisləşmişdi.
Qısa bir müddətdə Qarabağ
xaricində yeddi rayonun da Ermənistan
tərəfindən işğalı
və bunun nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın
vəziyyətinə düşməsi,
BMT-nin nəticəsiz
qalmış dörd qətnaməsi ( 822 saylı Qətnamə -30 aprel 1993; 853 saylı Qətnamə - 29 iyul 1993;
874 saylı qətnamə
- 14 oktyabr 1993; 884 saylı
Qətnamə - 11 noyabr
1993) və tərəflər
arasındakı dialoqun
kəsilməsi, təcili
olaraq lazımlı tədbirlərin görülməsini
zəruri edirdi. Bu məzmunda Azərbaycan Xarici işlər naziri Həsən Həsənov Qarabağda Ermənistanın hərbi
əməliyyatlarının genişlənməsi ilə
əlaqədar geniş
məlumat verərək,
Ermənistanın bu “cəsarəti” BMT və
ATƏM-in qeyri-sərt mövqeyindən
və təcavüzkarın
elan edilməməsindən
aldığını bildirmişdir.
Bu dövrdə Ermənistanın,
Avropa Adi Silahı Qüvvələr
haqqında Müqavilə
(AASQM) çərçivəsində işğal edilmiş Azərbaycan bölgələrində
lazımlı işlərə
veto qoyması da diqqətləri çəkən
bir nöqtə idi. Ermənistanın bu mövqeyi
hərbi texnologiyanın
Ermənistan qeydiyyatlı
olmasının ortaya çıxmasından narahatlıq
etməsiylə ilə
izah edilə bilər. H. Həsənov
bu mövzuya da toxunaraq Avropada
təhlükəsizliyin təmin
edilə bilməsi üçün bəzi nöqtələrə diqqət
edilməsi lazım olduğunu ifadə etmişdir. Belə ki, qərarlar
alınarkən tətbiq
olunan yekdillik sisteminin təcavüzkar dövlətlərin işinə
gəldiyini və
regional qarşıdurmaların təhlükəsizliyin təmin
edilməsi və qorunmasını təhdid
edəcəyini vurğulamış,
eyni zamanda alınan qərarların tətbiq mexanizminin gücləndirilməsi və
beynəlxalq təşkilatların
sülhü qoruma fəaliyyətlərinin genişləndirilməsi
zəruriliyi üzərində
dayanmışdır. Lakin bu təkliflərə bağlı olaraq Azərbaycanın etdiyi təkliflər yenə də “yekdillik” prinsipi təmin edilə bilmədiyi üçün qəbul edilməmişdir. Etdiyi
təkliflərin Ermənistanın
“yekdillik” prinsipindən
faydalanaraq geri çevrilməsindən narahatlıq
duyan Azərbaycan nümayəndə heyəti
NATO-nun baş katibi M.Wörnerə öz etirazlarını bildirmiş,
Wörner də Azərbaycanın bu mövzudakı fikirlərini
üzv dövlətlərə
çatdıracağını ifadə etmişdir.
SNT çərçivəsində əməkdaşlığın inkişafı
NATO ilə ŞAƏŞ üzvləri arasındakı əməkdaşlığı təşkilati formaya çevirmək məqsədi ilə hazırlanan SNT proqramı, 1993-cü ilin Oktyabr ayında Almaniyada keçirilən NATO Müdafiə Nazirləri Konfransında ABŞ Müdafiə Naziri Les Aspin tərəfindən irəli sürülmüşdür. Brüssel Sammitində yayımlanan NATO-nun SNTyə üzv olmaq üçün ölkələrə etdiyi çağırış mətnində, bu proqramın, NATO və fərdi tərəfdaş ölkələr arasında ikitərəfli əməkdaşlıq mühiti yaratmağı hədəflədiyi açıqlanmışdır. SNT Çərçivə Sənədini imzalayan hər bir dövlət, demokratik cəmiyyətləri qorumaq məqsədilə, beynəlxalq hüquq prinsiplərinə riayət etmək, BMT Nizamnaməsi çərçivəsində öhdəlikləri yerinə yetirmək, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə (ÜİHB), Helsinki Yekun Aktına və beynəlxalq tərksilah bəyannamələrinə uyğun hərəkət etmək kimi geniş əhatəli siyasi öhdəliklər götürürlər. NATO-nun bu sənədi imzalayan dövlətlərin üzərin qoyduğu ən əhəmiyyətli öhdəlik isə, səkkizinci maddədə göstərilir. Şimali Atlantika sazişinin dördüncü maddəsini xatırladan bu maddəyə görə, ortaq dövlətlərdən hər hansı birinin ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və ya təhlükəsizliyinə istiqamətli birbaşa bir təhdid yarandığı təqdirdə, NATO-ya müraciət edə biləcəkdir. Nəhayət, Azərbaycanın SNT-yə üzvlüyü qərarlaşdırılmış və 10 May 1994-cü ildə Brüsseldə SNT proqramının Çərçivə Sənədi Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanmışdır. Burada nəzər yetirilməli olan başlıca məsələ, SNT-yə üzvlük müzakirələri ilə MDB Parlamentlərarası Şurası çərçivəsində Qarabağ probleminin həllini məqsəd qoyan, lakin məzmun etibarilə Azərbaycanın maraqlarına zidd olan Bişkek sazişinin imzalanmasını Azərbaycan nümayəndə heyətinin qəbul etməməsi eyni dövrə bərabər gəlmişdir. Iki əhəmiyyətli hadisənin eyni tarixə bərabər gəlmiş olması bir təsadüf nəticəsində olsa da, hər iki hadisə Azərbaycanın öz maraqlarını müdafiə etdiyinin və müstəqilliyinin məhdudlaşdırılmasına icazə verilməyəcəyinin bir göstəricisi olmuşdur. Bir müddət sonra imzalanması düşünülən Bişkek sazişinin məzmunu Azərbaycanın narahatlıqları nəzərə alınaraq dəyişdirilmiş və Azərbaycanla Ermənistan arasında danışıqların başlanması məqsədilə qarşıdurmaların dayandırılması mövzusunda Atəşkəs müqaviləsi imzalanmışdır. Bu saziş 12 May 1994 tarixində qüvvəyə minmişdir. Azərbaycanın istər Rusiya, istərsə də SNT Proqramı ilə əlaqədar atdığı addımların nə ilə nəticələnəcəyini və bundan sonra proqrama istiqamətli mövqelərini ifadə etmək məqsədiylə gözləmə mövqeyində olan bəzi keçmiş SSRİ dövlətləri, və istərsə də Ermənistandan fərqli bir şəkildə, Çərçivə Sənədinin imzalaması əhəmiyyətli bir addım idi. Irəlidəki dövrdə ATƏM-in rolunun artması və Qarabağ probleminin həllində ağırlığını hiss etdirməsində bu addım əhəmiyyətli ola bilərdi. Bu cəhdlə Azərbaycan, NATO ilə bir çox sahədə əməkdaşlığı artırma imkanına qovuşmuş və Azərbaycan Qərblə olan münasibətlərini daha konkret bir əməkdaşlığa çevirmişdi.
(ardı var)
Hürriyyət.-
2020.- 13-14 fevral. S. 12.