Akademik Tofiq Hacıyevin dil sevgisi

 

Dilinə, vətəninə, torpağına, yurduna sevgisindən, vurğunluğundan danışanlar çox olur.Lakin gördükləri işlə dillərində səsləndirdikləri şüarları müqayisə etdikdə onların bəzilərinin əməllərinin söylədikləri ilə tamamilə tərsmütənasib olduğunun şahidi oluruq.

 

Ancaq elə şəxsiyyətlər olub və haliyədə də var ki, onların danışığında, dilində, yazısında “sevirəm” sözünə rast gəlmək qeyri-mümkündür.Onlarin sevgisi yalnız sahibi olduğu əməldə, gördüyü işdə özünü büruzə verir.

 

Böyük yazıçı və dramaturq C.Məmmədquluzadənin, görkəmli satirik M.Ə.Sabirin əsərlərinin heç birində “Mən Vətənimi sevirəm”, “Azərbaycan mənim canımdır” kimi dildə səslənən şüarsayağı cümlə və ifadələrə rast gəlmək qeyri-mümkündür.Məsələn, C.Məmmədquluzadə”Molla Nəsrəddin” jurnalının7 aprel1906-cı ildə çıxan birinci nömrəsində yazırdı: “…ancaq bircə üzürüm var: məni gərək bağışlayasınız, ey mənim türk (azərbaycanlı-S.Z) qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram.Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir”(əsərləri, 2-ci cild,səh.7).Yaxud “Azərbaycan” məqaləsində yazırdı:

 

“Ax, unudulmuş vətən, ax, yazıq vətən!

 

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.Bəs sən hardasan, ay biçarə vətən?!” (Yenə orada, səh. 645)

 

Sabir isə deyirdi:

 

“…Ax, naxələf oğlum, nə mətin məşqə düşübsən,

 

Quldurluğa yox, elmə tərəf eşqə düşübsən.

 

…Mırt-mırt oxumaqdan, kişi, bir qan ki, pul olmaz”.

 

C.Məmmədquluzadə vəM.Ə.Sabirdən gətirdiyimiz bu nümunələrin heç birində “vətən səni sevirəm”, “səndən yana ölürəm” ifadələri yoxdur, lakin onların hər birində vətənə olan sevgi və məhəbbət, onun dərdlərinə çarə tapmaqdan ötrü hər cəfaya dözmək qüdrəti əbədi olaraq öz əksini tapmışdır.

 

Bunların hamısı20-ci əsrin əvvəllərində yazıb-yaradan, adları tarixə qızıl hərflərlə yazılan vətən aşiqlərinin yaradıcılığının leytmotivini təşkil edən əsas məsələlər idi.Bu o zaman idi ki, o zaman Azərbaycan xalqının əksəriyyətini təşkil edən kütlə savadsız və elmdən uzaq toplum həyatı yaşayırdı.

 

Lakin 20-ci əsrin ortalarından sonra məsələ tamam başqa yöndə çözülməyə başlamışdı.Bu dövrdə insanların əksəriyyəti müəyyən qədər təhsil almış,dünyanın gedişatını duyub öyrənməkdə, baş verən hadisələrə münasibətini bildirməkdə fəallaşmışdılar.Bu dövrlərdə bir xalq kimi kimliyimiz, bu xalqı bir nöqtədə birləşdirən dilimiz, o dilin keçib gəldiyi yollar,”doğuluşunun” hansı zamana təsadüf etməsi bir millət kimi Azərbaycan türklərinin qarşısında əsas məsələ kimi dayanırdı.

 

XX əsrin otuzuncu illərinə qədər türk dili adı ilə tanınan dilimiz həmin illərdən başlayaraq “Azərbaycan dili” adı ilə tanındılmağa başlandı.

 

Bu dövrdən sonra elə bu ad ilə tanınan dilimizin tarixini, onun yayılma arealını, bu torpağın elə ilk günlərdən – yəni tarix yaranandan bizim ulu babalarımızın məskəni olduğunu sübut edərək, xalqımız, torpağımız,dilimiz haqqında hədyan danışan, bilə-bilə xalqımızın və ərazimizintarixinə şübhə ilə yanaşanlara elmi dəlillərlə cavab verməyə qadir olan alimlər ordusu yetişdi.

 

Həmin ordunun sırasında özünü cəsur bir əsgər kimi göstərənlərdən biri dəbu il,yəni 1 may 2020-ci ildə 84 yaşı tamam olan filologiya elmləri doktoru, akademik Tofiq İsmayıl oglu Hacıyev idi.

 

Bütün həyatını Azərbaycan xalqının dilinin, ədəbiyyatınınvə tarixi keçmişinin tədqiqinə həsr edən bu türk oğlunun yaradıcılığının əsasınıAzərbaycan türkcəsinin yaranması, inkişafıvə bugünküişləklik arenası təşkil edir.

 

1957-ci ildə dövrü mətbuatda nəşr olunan “Ədəbiyyatşühaslıq terminləri lüğəti haqqında qeydlər”adlanan ilk elmi məqaləsindən başlayaraq, “Ədəbiyyat “ qəzetinin 7 noyabr 2015-ci il tarixli nömrəsində dərc edilən “Türk folklorununŞumer yaşı haqqında tədqiqat”adlı son məqaləsinə qədər akademikinəsas tədqiqat obyekti yuxarıda qeyd etdiyimiz kimi, türk dilinin tarixi keçmişi onun inkişafı və qaynaq nöqtələri olmuşdur.Elə buna görə də, onun ilk genişhəcmli tədqiqat əsəriAzərbaycan dilinin dialektologiyasindan bəhs edən “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlı namizədlik işi olmuşdur.

 

Namizədlik işindən sonra alim, dialektologiya sahəsindən fərqli bir sahə, Azərbaycan ədəbi dili məsələləri ilə məşğul olmağa başlayır.

 

Doktorluq işininmüdafiəsindən sonra alim bir daha dialektologiya məsələləri ilə məşğul olmamış, Azərbaycan ədəbi dili məsələləri böyük alimin yaradıcılığının əsas leytmotivini təşkil etmişdir.

 

Bu məsələ ilə bağlı akademik Tofiq Hacıyevinyetirməsi, bu gün öz seçicilərini Milli məclisdə ləyaqətlə təmsil edən akademik Nizami Cəfərov 2018-ci ildə “Elm” nəşriyyatında çapdan çıxan “Cəbrayıl şivəsi” əsərinə yazdığı “Ön söz və yaUstadın ilk əsəri” adlı girişində bununla bağlı yazır: “…Tofiq Hacıyev “XX əsrin əvvəlləri Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, öz dialektoloq karyerasına, demək olar ki, son qoydu.

 

Sonralar biz tələbələr hərdən cəsarət edib ona zarafatla deyirdik ki, “yəqin, Azərbaycanda Cəbrayıl şivəsindən zəngin şivə olmadığına görə Tofiq müəllim öz dialektoloji missiyasını həmin şivənin tədqiqi iləbaşa çatdırıb”. O da zarafatından qalan deyildi. Bir dəfə dialektologiyadan dil tarixinə keçməyini belə “izah etdi”: “O illərdə yaxşı makinaçı tapmaq çətin idi. Mən yazılarımı makinaçıdan alanda bəziləritəəccüblə , bəziləri isə təbəssümlə deyirdi ki,Tofiq müəllim, yazıda çoxlu orfoqrafik səhvlər var idi, düzəltdik. Baxıb görürdüm ki,nə qədər dialekt misalları varsa, makinaçı hamısını “ədəbiləşdirib”.Hər dəfə mətni yenidənyazdırmaq lazım gəlirdi… Ona görə də keçdim dil tarixinə”. (həmin əsər, səh.3)

 

Lakin əslində gedişat bunun əksini göstərir.Tofiq müəllimin özü sonralar dialektologiya məsələləri ilə birbaşa məşğul olmasa da, dolayısı ilə bu məsələləri həmişə nəzarətdə saxlamışdır. Ona görə də yetişdirdiyi alimlərin bir neçəsinin fəaliyyətini bu sahəyə yönəltmişdir.Məsələn, rəhbərlik etdiyi ilk aspirantlarından biri ƏzizovElbrus İslam oğlu 1974-cü ildə “Azərbaycan dili dialekt və şivələrində saitlər ahəngi”, Vəliyeva Gülxanım Qüdrət qızı 1984-cü ildə Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası mövzusunda namizədlik, yenə də Əzizov Elbrus İslam oğlu “Azərbaycan dilinin tarixi dialektologiyası” (1999) mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.Bu onu təsdiq edir ki, Tofiq müəllimin özü dilçiliyin əsas sahələrinin ağırlığını öz üzərinə götürmüş, vaxt tapıb həll edə bilmədiyi məsələlərin həllini elminə və bacarığına güvəndiyi tələbələrinin öhdəsinə buraxmış və onlara da bilavasitə özü başçılıqetmişdir.

 

Rəhbərlik etməyə imkanı olmadığı digər kadrların isə opponenti kimi çıxış etmişdir.Məsələn, Sadıqov Buta Pənah oğlunun 1964-cü ildə “Azərbaycan dilinin Gədəbəy şivələri”mövzusunda, Bağırov Quşdan Əlikişi oğlunun 1966-cı ildə “Ermənistan SSR Sisyan rayonu Azəri şivələri” mövzusunda, Behbudov Seyfinin həmin ildə müdafiə etdiyi “Azərbaycan dilinin Zəngilan şivəsi” adlı, CəfərzadəMəmmədin “Azərbaycan dilinin İmişli rayonu şivələri” adlı (1969), Quliyev İnqilabın 1973-cü ildə müdafiə etdiyi “Azərbaycan dilinin Ağcabədi şivəsi” adlı namizədlik işlərinin, digər iki nəfərin isəbu sahə ilə bağlı müdafiə etdikləri doktorluq işlərində opponent kimi çıxış etmişdir.Doğrudan da, həmin dövrdən sonra T.Hacıyevöz yaradıcılığının əsas hissəsiniAzərbaycan ədəbi dili məsələlərinə həsr etmişdir. Ona görə dədoktorluq işini bu sahəyə həsr edərək 1969-cu ildə, 33 yaşında “XX əsrin əvvəllərində Azərbaycanədəbi dili” mövzusunda doktorluq dissertsiyası müdafiə etmişdir.

 

Bunun ardınca “Azərbaycan ədəbi dili üslublarının təşəkkülü və inkişafı”, “Ədəbi dil məsələsi”, “Azərbaycan ədəbi dil tarixində Füzuli”, “Azərbaycan ədəbi dili tarixində “Dədə Qorqud kitabı”, “Azərbaycan milli ədəbi dili məsələsinə bir baxış” və “Azərbaycanədəbi dilinin dövrləri haqqında“ silsilə məqalələr kimi onlarla elmi məqalələri (ən mötəbər jurnallarda nəşr olunan) və “Azərbaycan ədəbi dil tarixi” (ADU nəşri, 1976, 155 səh), “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili”(Bakı, Maarif, 1977, 188 səh.), “Azərbaycan ədəbi dili tarixi” (Bakı,1987, 293 səh.), “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”(Bakı, 1990, 360 səh. ), “Azərbaycan ədəbi dili tarixi” (Bakı, Elm,1991, 283 səh.) “Azərbaycan ədəbi dilinin tarixi” (Dərslik, I hissə, 468 səh, II hissə 380 səh.Bakı, Elm,2012) kimi sanballı kitabları nəşr olunmuşdur.

 

Azərbaycan ədəbi diliməsələlərindən bəhs edənəsərlərindən başqa, professor Tofiq Hacıyev Azərbaycan dilinin digər sahələrinə həsr etdiyi əsərlərində də ədəbi dil məsələləriniqabartmış və onunla bağlı yeni fikirlər söyləmişdir.

 

Həmmüəlliflə birlikdə yazıbnəşr etdirdikləri “Azərbaycan dili tarixi” (Bakı, “Maarif” Nəşriyyatı 1983) adlı dərs vəsaitində də yeri gəldikcə ədəbi dil məsələlərinə toxunmuş, yeri gəldikcə yeni fikirlər söyləmişdir.

 

Vəsaitin “Dil tarixinin iki istiqamətdə öyrənilməsi” (səh.4) bölməsində bu mövzu ilə bağlı yazılır: “Dil tarixinin tarixi qrammatika və ədəbi dil tarixi üzrə öyrənilməsi hər şeydən əvvəl, praktik əhəmiyyətə malikdir…

 

Bu ümumi vəziyyət Azərbaycan dilinin tarixinə tətbiqdə də özqüvvəsində qalır.

 

Ədəbi dil tarixi fənni də tarixi qrammatika kimi Azərbaycan dilində olan yazılı abidələrin üzərində tədqiqat aparır, yəni hər iki fənnin obyekti eynidir.Ancaq abidələrinin dilinə yanaşma məqsədinə,faktları təhliletmə istiqamətinə görəbunlar fərqlənir…

 

Əslində, tarixi qrammatika tarixin bütün təzahürlərini, yazılı nə varsa, hamısını bütöv halında alıb tədqiq etməli, ədəbi dil tarixi isə tarixi təzahürlərdən ancaq ədəbi normalı sayılanı öyrənməlidir…” (“Azərbaycan dili tarixi”, səh.5)

 

Ümumiyyətlə, kitabın birinci bölməsi tamamilə tarixi qrammatika ilə ədəbi dil tarixinin oxşar və fərqli cəhətlərindən bəhs edir, lakin bölməninəsas hissəsi ədəbi dil tarixi ilə bağlı məsələlərə həsr edilmişdir.

 

Kitabda bu bölmədən sonra “Azərbaycan dili anlayışı” bölməsi verilmişdir. Bu bölmədə isə “Azərbaycandili” termininin keçib gəldiyi yol, dilimizin Azərbaycan dili adlandırılmasına qədər olan dövrlərdə ona verilən adlar, adların verilməsinə, veriləndən sonra onların dəyişdirilməsinə səbəb olan tarixi şərait və hadisələr tarixi dəqiqliklə qiymətləndirilmişdir. “Azərbaycan dili” termininin ilk dəfə XI əsrdə işləndiyinisübut etmək üçünkitaba ədəbiyyatşünas Xətib Təbrizi ilə onun müəllimi Əbü-l–Əla Nəəriarasında olan dialoqu nümunə göstərmişdir.

 

Kitabın “Azərbaycan dili anlayışı”(səh.9-47) bölməsindən sonra yenə də ədəbi dil məsələləri aydınlaşdırılmışdır. Kitabın “Azərbaycan ədəbi dilinin tarixi dövrləri” adlanan üçüncü, “XIII-XIV əsrlər ədəbi dili” adlanan beşinci və “XV-XVI əsrlər ədəbi dili” adlanan altıncı bölmələri ədəbi dil məsələlərinə həsr edilmişdir.

 

 

(Ardı var)

 

Sərdar Zeynal

Hürriyyət.- 2020.- 2-4 may. S. 13.