Akademik Tofiq Hacıyevin dil sevgisi

 

(Yaxud “Ədəbi dil”in əbədiliyi)

 

Dilinə, vətəninə, torpağına, yurduna sevgisindən, vurğunluğundan danışanlar çox olur.Lakin gördükləri işlə dillərində səsləndirdikləri şüarları müqayisə etdikdə onların bəzilərinin əməllərinin söylədikləri ilə tamamilə tərsmütənasib olduğunun şahidi oluruq.

 

Ancaq elə şəxsiyyətlər olub və haliyədə də var ki, onların danışığında, dilində, yazısında “sevirəm” sözünə rast gəlmək qeyri-mümkündür. Onlarin sevgisi yalnız sahibi olduğu əməldə, gördüyü işdə özünü büruzə verir.

 

Akademikin sağlığında nəşr olunan ikicildlik”Azərbaycan ədəbi dilinin tarixi” dərsliyi(Ali məktəblər üçün) 2012-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmişdir.Dərsliyin birinci hissəsi475, ikinci hissəsi isə 389 səhifədən ibarətdir.

 

Dərsliyin birinci hissəsi “Ön söz” (səh 5-15) “Fənnin mövzusu və bir neçə anlayış haqqında” (səh. 16-35), “Azərbaycan dili:terminoloji anlayışı; etnik mənşəyi; ən qədim izlərivə təşəkkülü” (səh.36-70), “Azərbaycan ədəbi dilinin dövrləri”(səh.71-104), “Dədə Qorqud kitabının dili” (səh.105-130)bölmələrindən ibarətdir.Ardınca XIIIəsrdən başlayaraqXIX əsrə qədər olan dövrlərin ədəbi dili işıqlandırılır və izah edilir.Bununla yanaşı, bu dövlərdə yaşayan sənətkarlar haqqında məlumat verilirvə onların yaradıcılıqları işıqlandırılır. Yaradıcılığı daha çox diqqət mərkəzinəçəkilən sənətkarlar isə Nəsimi, Qurbani,Xətai,Füzuli,Qövsi Təbrizi və M.Pənah Vaqif sırasından ibarətdir. Kitabdaəsərlərinin təhlilinə daha çoxyer ayrılansənətkar qələmini ədəbi janrların bir çoxunda sınamış M.Füzulidir.

 

Dörd yüz səhifədən ibarət olan bu dərsliyin dörddə bir hissəsini M.Füzuli yaradıcılığının təhlili təşkil edir. Kitabın sonunda isə XV-XVI əsrlərdəki “Bədii üslub”, “Nəsr dili”,”Elmi üslub” və “Rəsmi epistoliyar üslub” məsələləri aydılnaşdırılır.

 

Müəllif kitabın “Ön söz”ündə yazır: “Azərbaycan ədəbi dili vaxtilə ümumi türk ədəbi dilinin (türk imperiya dilinin) tərkib hissəsi kimi formalaşır…Dəfələrlə Altaydan Dunaya gedən və dəfələrlə parçalanantürk imperiyalarının tarixi yaşanışının nəticəsində Şərq və Qərb ədəbi türkcələri meydana çıxır” (Orada.səh.6).

 

“Ön söz”də müəllif türk dilinin zənginliyi, onun lüğət vahidlərinin məna çalarları, bir sözün ifadə etdiyi mənanın digər xalqların dilində bir neçə sözlə ifadəsinin çətin olduğunudiqqət mərkəzinə çəkir və bununla bağlı yazır : “Dilinzənginliyi, dolğunluğu onu daşıyan millətinzənginliyi, mükəmməliyi deməkdir. VII əsrdə türkün dörd sözdən ibarət iki misrada dediyi şeiri 1950-də müasir dünyanın beynəlxalq dillərindən olanrus dilində on iki sözdən təşkil edilmiş iki cümlə ilə çevirmişlər”. (Yenə orada)

 

Akademik “Ön söz”ün sonunda Azərbaycan ədəbi dilininlap qədimdövrlərin məhsulu olduğunu, bu dilin min illər boyu yetkinləşərək bugünkü ədəbi dil səviyyəsinəgəlib çıxdığını nəzərdə tutaraqyazırdı: “Ədəbi dil nə zamanyaranıb?İlk əmək nəğməsi, ilk atalar sözü,ilk şeir, ilk mif-əfsanə yaranandan ədəbidil başlayır.Ancaq bizim haqqında danışdığımız şəkildəədəbi dil insanlığınmüəyyən inkişaf səviyyəsində, müəyyən mədəni yüksəlişin məhsuludur”. (Yenə orada,səh.15)

 

Müəllif Azərbaycan türklərinin yaşadıqlarıbugünkü torpaqlarında məskunlaşdıqları dövrlə bağlı yanlış fikir söyləyən, bilə-bilə bu xalqın tarixini bir az da cavanlaşdıran,xalqımızın ən qədim xalqlardan olduğunu şübhə altına alan bəzi “ağzıgöyçək”lərə Azərbaycan türklərinin kökü, yaranışı, bu torpaqda məskunlaşma tarixi ilə dünyanın ən görkəmli alimlərinin türklərin tarixi ilə bağlısöylədikləri fikirləriəsər boyu qeyd edir ve həmin fikirlərə istinadla söylədiklərinitəsdiqləyir.Bununla bağlı o yazır: “Qədim yunan, ivrit vəlatın dilli mənbələrə yaxşı bələd olan Z.YampolskiAzərbaycanərazisində eradan əvvəl 1-ci minilliyin ortalarında türk etnoslarının məskun olduğunu aşkar edir”. (Orada, səh.46)

 

Akademikxalqın tarixi ilə bağlıyaşadıqlarıdövrün tələblərindən doğanbaxışlarla yanaşıb fikir söyləyənlərin fikirlərinə etiraz edərək yazırdı: “20-ciyüzilliyin 40-80-ci illərinin bir sıra tarixçiləri isə müqayisəli araşdırmalara, dil faktlarına söykənmədən Albaniya türklərini istisnasız olaraq gəlmə, köçəri sayırlar. Halbuki, türk tarixinin böyük bilicisi L.N.Qumilyov“yerli türk” ifadəsini işlədir”. (Yenə orada, səh.44)

 

Akademik araşdırdığı tarixi kitablara, busahə ilə məşğul olan Avropa tarixçilərinin –eyni zamandaobyektiv fikir söyləyəndigər alimlərin fikirlərinə əsaslanaraqAzərbaycantürklərinintarixinin daha qədim olduğunu, onların yaşadıqları bugünkü ərazinin ən qədim yerli sakinləri olduğunu təsdiqləyərək yazır: “Müasir dünya dilləri arasında türkcə yeganə dildir ki, beş min beş yüz il bundan əvvələ aid şumercənin içində dil nümunələri var. Osman N.Tunanınsözü dilin inkişaf məntiqinə tamam uyğundur ki, bu rəqəmi daha bir o qədər də tarixin dərinliyinə aparmaq olar, yəni 9-10 min il bundan əvvələ gedir” (Yenə orada,səh.61)

 

Akademik bu kitabında öz doğma sahəsi olan dilçiliyə aid məsələlərdə daha çox görkəmli bir tarixçi kimi, türklərin tarixi əraziləri, onların yaranışı, inkişafı və bugünkü durumları ilə bağlı məsələləri konkretləşdirib rəsmiləşdirməyə çalışır.Mənsubolduğu xalqın tarixinin ən qədim tarixi olan xalqlarla yanaşı dayandığını göstərir.Müəllif Azərbaycan xalqının tarixi, onun qədimliyi, geniş ərazilərdə yaşayıb hakimiyyət qurmaları ilə bağlı Avropa alimlərinin apardığı tədqiqatlarla yanaşı, Azərbaycanın öz ərazisində bu gün də əsas istinad nöqtəsi olan yazılı abidələrinə də müraciət edir. Və göstərir ki, yad müəlliflərin söylədiyi fikirlər, eyni zamanda, yurdumuzda bu gün də öz zənginliyi ilə dünya alimlərini mat qoyan tarixi abidələrin dili ilə təsdiq olunur.Akademik bununla bağlı yazır: “Orxon hərfinin Qobustanda türk damğası və ya ideoqramı kimi əks olunması Azərbaycan torpağınınhələ eradan səkkizmin il əvvəl türk yurdu olmasını göstərir.Və beləliklə Parfiya – Orxon – Qobustan üçbucağı Nizami Gəncəvinin Makedoniyalı İsgəndərin yürüşündən danışarkən dedikləri ilə üst-üstə düşür:

 

Zikuhi Xəzər ta be dəryayi Çin

 

Həme tork, por tork binəm-zəmin.

 

(Xəzər dağlarından Çindəryasına) (Yenə orada, səh.67)

 

Azərbaycan türklərinin məskunlaşması, yayılma arealı, hansı xalqlardan əvvəl tarix yazdıqlarını sübut etmək üçün akademikin apardığı araşdırmalar digər bir tarixçi tərəfindən aparılsaydı, həmin şəxs dünya tarixçiləri içərisində barmaqla sayılan tarixçilər sırasına qatılardı.

 

Akademik Toiq Hacıyevin dillə, ədəbiyyatla bağlı apardığı araşdırmalar elmi araşdırmaların pik nöqtəsi kimi qəbul ediləndi.

 

Dərsliyin I hissəsinin son hissəsi, “Nəsr dili”(səh.456-465), “Elmi üslub” (səh 466-469) və “Rəsmi-epistolyar üslub” (səh.470-474) bölmələrindən ibarətdir.Müəllif “Nəsr dili” bölməsində əsasən XVII-XVIII əsrə aiddil nümunələrinə müraciət edərək qeyd edir ki, “dövrün nəsr dilində həm Füzulinin “Şikayətnamə” və “Həqiqətüs-Şüəda” ənənəsi görünür, həm də nağıl-dastan dili ölçüsündə yeni nəsr nümunələri yaranır”.(Yenə orada,səh.456)

 

Bundan sonra müəllif yazıya alınmış nəsr nümunələrindən biri olan “Şəhriyar”dastanından söhbət açır və qeyd edir ki, bu dastanın dili “Dil,leksika və sintaksisiilə xalis yazı dilidir”.(Yenə orada,səh. 456)

 

Mətnin daxilində“Şəhriyar” dastanının dili geniş tədqiq və təhlil olunur, onun nəsr dili ilə yanaşı şeir dili də müqayisə obyektinə çevrilir.Onun dilinin sadəliyi, aydınlığı, axıcılığı, xalq danışıq dilinə yaxınlığı M.P.Vaqifin şeir dili ilə müqayisə edilir və bununla bağlı yazılır:”Bu (dastanın dili-S.Z) XVII əsrin nəsr dilidir, leksik, sintaktik xəlqiliyi ilə, yüksək sənətkarlığı ilə, bütün detalları üzrə bugünkülüyü ilə Molla Pənahın şeir dilinin nəsr müqabilidir.” (Yenə orada,səh.458)

 

Bu əsərin təhlilindən əlavə akademik T.Hacıyev həmin dövrdə Azərbaycanda məşhur olan tərcümə əsərlərinin dilinin izahına da müəyyənqədər yer ayırmışdır.Bu əsərlər sırasına Şərqin məşhur əsəri olan “Kəlilə və Dimnə” və MöhsünNəsrinin “Lisanüt-teyr” (Quş dili) əsərləri də daxil edilmişdir.

 

“Elmi üslub” bölməsində isə Krım xanının sifarişi ilə Məhəmməd Ağdaşi tərəfindənyazılan “Dərbəndnamə” əsərinin dili tədqiqobyektinə çevrilir. Müəllif bu əsərin dilinin təhlilindən danışarkən yenə də Azərbaycan türkcəsinin zənginliyini, onunistifadə olunduğu ərazinin genişliyini, qonşu xalqların ondan ortaq ünsiyyət vasitəsi kimi istifadəsini qabardaraq həmin ərazidə hakim mövqeyə sahib olduğunu faktlarla təsdiqləyir. Akademik qeyd edir ki, “Əsər Krım xanının sifarişi ilə yazılsa da, Azərbaycan dilindədir”.Və bunun Azərbaycan dilində olmasının iki səbəbini göstərir. Daha sonra qeyd edir ki, “XIX əsrin sonu, XX əsrin əvvəllərində Krımda çıxan “Tərcüman” qəzetini bütün Qafqaz, Volqaboyu, Orta Asiya türkləri anlaya-anlaya oxuyurdular. Deməli, Krım türklərinin də dilcə Azərbaycan türkcəsinə yaxınlığına görə Krım xanı geniş türk dairəsində başa düşülməsi üçün “Dərbəndnamə”nin Azərbaycan dilində yazılmasını məsləhət görmüşdür.XVI əsrin sonu XVII əsrin əvəllərinin abidəsi olan“Dərbəndnamə”nin dili Azərbaycanelmi üslubununo dövrdə necə xəlqi və yetkin səviyyədə olduğunu bir daha təsdiqləyir.” (Yenə orada,səh.468)

 

Kitabda verilən son mətn “Rəsmi epistolyar üslub” adlanır. Bu mətnin daxilindəXVII-XVIII əsrlərdə dövlət başçıları və müəyyən rütbə sahiblərinin adı ilə bağlı dövlət sənədləri və məktublardansöhbət açılır. I Şah Abbas zamanında Venesiyada satılmış bir neçə xalvar ipəyinalınması ilə bağlı ödənilən pulun verilməsini təsdiq edən qəbz haqqında məlumat verilir. II Şah Abbasın Şirvan bəylər-bəyisi Mənuçöhr xana məktubunümunə göstərilir.

 

Bunun ardınca II Yekaterina zamanında Rusiya əyalətlərində yaşayan xalqlar üçün nəşr olunan yeni qanunlar məcəlləsinin türk xalqlarının başa düşməsi üçün (Rusiya imperiyasında yaşayan türk xalqları)onun Azərbaycan türkcəsinə tərcüməsindən söhbət açılır.Akademik Tofiq Hacıyev bu təqdimatdada Azərbaycan türkcəsinin işlənmə trayektoriyasınıngenişliyini, Rusiya imperiyasında yaşayan türk xalqlarının hamısının müştərək ünsiyyət vasitəsi olduğunu diqqət mərkəzinə çəkir və bununla bağlı yazır: “Diqqəti çəkən birinci odur ki,mətnlər saf Azərbaycan dilindədir – qanunlar Azərbaycanın Rusiya imperiyasına qatılmasındanəlli il (1813-cü ilki qismən ilhaqı nəzərə alsaq, 33 il ) əvvəl yazılmışdır.Çarın bu məcəlləni imperiya daxilində olan Volqaboyu, Şimali Qafqaz, Sibir türklərinindilinə yox, məhz Azərbaycan dilinə tərcüməsini nə ilə izah etmək olar? Ancaq onunla ki, hansı türk dilində yazılsa, yalnız o xalq başadüşəcəkdi, Azərbaycan dilindəkini isə görünür bütün türk xalqlarının ziyalıları, məmurları anlamışlar. Buna görə də XIX əsrdə rus-Avropa səyyahları Azərbaycan dilinin şərqdəki mövqeyinifransız dilinin Avropada işlənməsi ilə müqayisəetmişlər” (Yenə orada, səh.474).

 

(Ardı var)

 

Sərdar Zeynal,

Filologiya üzrə elmlər doktoru

Hürriyyət.- 2020.- 5-6 may. S. 13.