Akademik Tofiq Hacıyevin dil sevgisi
(Yaxud “Ədəbi dil”in əbədiliyi)
Dilinə, vətəninə,
torpağına, yurduna sevgisindən, vurğunluğundan
danışanlar çox olur. Lakin gördükləri işlə
dillərində səsləndirdikləri şüarları
müqayisə etdikdə onların bəzilərinin əməllərinin
söylədikləri ilə tamamilə tərsmütənasib
olduğunun şahidi oluruq.
Ancaq elə şəxsiyyətlər
olub və haliyədə də var ki, onların
danışığında, dilində, yazısında “sevirəm”
sözünə rast gəlmək qeyri-mümkündür.
Onlarin sevgisi yalnız sahibi olduğu əməldə,
gördüyü işdə özünü büruzə
verir.
(Əvvəli var)
Akademik Tofiq Hacıyev Azərbaycan dilinin
zənginliyi, digər dillərdən üstünlüyü,
digər türkdilli xalqların bu dildən istifadəsivə
s.haqqında bircə cümlə də yazmır. Gətirdiyi
faktlar, söylənilən fikirlərin ifadəsi müəllifin
ürəyindən keçənləri xalqına, dilinə
olan sevgisini, bu sevgidən doğan fəxarət hissini
qabarıq surətdə üzə çıxarır. Ola
bilsin ki, akademik öz dilinə, əcdadına olan istək və
sevgisini sözlərlə ifadə etmək istəsəydi, bu
qədər dəqiq, bu qədər səmimi, bu qədər
könüloxşayan şəkildə ifadə edə bilməyəcəkdi.
Mənə elə gəlir ki, bu ifadə forması insanın
öz torpağına, xalqına və onun dilinə olan
ölçüyəgəlməz sevgisinin qabarıq və
obyektiv ifadə formasıdır.
“Azərbaycan ədəbi dilinin tarixi” dərsliyinin
ikinci hissəsi XIX-XX əsr ədəbi dili məsələlərini
əhatə edir. Kitabın XIX əsr ədəbi dili-tarixi mədəni
şərait” adlanan ilk bölməsində Azərbaycanın
Rusiya və İran tərəfindən iki yerə
parçalanmasından, Şimalla Cənubun Azərbaycan
xalqının tarixində olan ayırıcı siyasətindən
və sairdən söhbət açılır. İran
dövlətinin tərkibindəki Cənubi Azərbaycanın
mədəni təkamülü Şərq feodal dövləti
üzərində ged(ən), Rusiya imperiyasına düşən
Şimali Azərbaycan(ın) isə tədricən yeni,
elmi-texniki tərəqqili Avropanın inkişaf ritminə
uygunlaşmasından danışılır.
Kitabda parçalanmış Azərbaycan
haqqında Rusiya və İran “xadimlərinin”
aşağılayıcı fikirləri diqqətə
çatdırılır və bir vaxtlar dörd yüz on min
kvadrat kilometr əraziyə malik bir dövlətin yadellilər
tərəfindən parçalanıb bütövlüyünü
itirməsi diqqətə çatdırılır.
Lakin bütün bunlara baxmayaraq, Rusiya tərəfindən
Azərbaycanın işğal edilməsindən sonra burada elm,
maarif, mətbuat vədigər sahələrlə bağlı
müəyyən dirçəlişlərində qabarıq
şəkildə diqqət çəkdiyini nəzərə
çarpdırır. Akademik bu məsələ ilə
bağlı yazır: “Göründüyü kimi, sırf
Rusiyanın imperiya mənafeyi əsas tutulur, ancaq Azərbaycan
sonra bundan öz istedadlı övladlarının vasitəsi
ilə fayda götürəcəkdir. A.A.Bakıxanov,
M.F.Axundzadə kimi imperiya qulluğunda olub millətinə xidmət
etmiş məmurlar,… rus elmi və mədəniyyəti zəminində
Mirzə Cəfər Topçubaşov, Mirzə Məhəmmədəli
Kazımbəy kimi görkəmli elm və maarif xadimləri
yetişir,… Moskva Universitetini bitirən Həsən bəy Zərdabi
“Əkinçi” qəzeti ilə mədəniyyətimizin
tarixinə təzə səhifə yazır” (“Azərbaycan ədəbi
dilinin tarixi” II hissə, Ali məktəblər
üçün dərslik, Bakı, “Elm”-2012, səh.7)
Kitabın ikinci bölməsi “Elmi
dilçilik mühiti” (səh.9-25) adlanır. Bu bölmədə
elmin tərkib hissəsi kimi dilçilik elmi və onun
inkişafı məsələləri aydınlaşdırılır.
Bu bölmədə M.Y.Lermantovun dostuS.A.Rayevskiyə məktubunda
və A.A.Bestujev-Marlinskinin Azərbaycan dili haqqında olan
fikirlərinə aydınlıq gətirilir.
Bu bölmədə eyni zamanda, Mirzə
Fətəli Axundovun əlifba uğrunda mübarizəsi və
durğu işarələri ilə bağlı fəaliyyətindənsöhbət
açılır. Durğu işarələrindən Azərbaycanda
ilkdəfə “Əkinçi” qəzetindəistifadə
edildiyi tarixifaktlar əsasında qeyd edilir.
Dərsliyin “Normalar”(səh.26-43) adlanan
bölməsində isə fonetik, leksik və sintaktik normalar
araşdırılır. Normalar haqqında danışan
müəllif bu sahə ilə bağlı yeni fikirlərini
izah etdikdən sonra belə bir nəticəyə gəlir ki,
“Milli morfoloji quruluş XIX əsrdə həm XVII-XVIII əsrlərdəkinə,
həm də bugünkünə uyğundur. Fonetik və
morfoloji normanı fərqləndirən, ümumən, yazı
qaydalarıdır. Buna görə də bunları fonetik,
orfoqrafik-morfoloji deyə bir silsilədə təqdim etmək
münasibdir.” (Yenə orada səh.26)
Bunun ardınca isə leksik-terminoloji və
sintaktiknorma məsələləri
aydınlaşdırılır, həmin normaların sərhədləri
dəqiqləşdirilir.
Daha sonra akademik XIX əsrin üslub mənzərəsi
məsələlərinə aydınlıq gətirir. Bu
bölmədə folklor danışıq dili ilə
dövrünün səsli-küylü şairi Q.Zakirin əsərlərinin
dili müqayisə edilir, bunların uyğun və fərqli cəhətləri
dəqiqləşdirilir və bununla bağlı yazır:
”Klassik kitab dilindən fərqli olaraq, folklor danışıq
dili XIX əsrin ancaq birinci yarısında fəaliyyət
göstərir… XIX əsrin ikinci yarısında
folklor–danışıq dili fəaliyyət göstərmir. Əsrin
əvvəllərində isə bu üslubun ən görkəmli
nümayəndəsiVaqif məktəbinin istedadlı
davamçıları Q.Zakir, Cənubda isə Ə.Nəbatidir”
(Yenə orada, səh. 45).
Klassik-kitab dilindən danışan
müəllif bu bölmədə XIX yüzillikdə yaranan ədəbiyyatın
həm şeir, həm də nəsr qollarından söhbət
açır. Burada XIX əsrdə klassik kitab dilini
bütün ölçüləri ilə, “akademik şəkildə
davam etdirən Bakıxanov”un yaradıcılığından
söhbət açılır.
Dərslikdə əsərlərinin
dilinə daha çox müraciət olunan şair və
pedaqoqalardan biri də Seyid Əzim Şirvanidir. Görkəmli
şairin əsərlərinin dilinin izahına müəllif dərsliyində
geniş yer ayırmış, onun əsərlərinin dilinə
xüsusi diqqət yetirmişdir. Əsərlərində
işlənən ərəb və fars sözləri onun əsərlərinin
dilində çətinlik yaratmaqla yanaşı, həm də
onun yaradıcılığında bir zənginlik yaradır.
Lakin bu zənginliyin içərisində bir çətin
anlama bu gün də özünü göstərməkdədir.
Bununla bağlı dərslikdə yazılır: “Seyid Əzimin
bu dili XIX əsrin elmi ədəbiyyatşünaslıq dilinin
nümunələrindəndir. Bu yazıların
hamısında klassik – kitab nəsrinin ərəb-fars sözlərinə
və izafətlərə geniş yer verməsi ənənəsi
qalır.” (Yenə orada, səh.79).
XIX əsrdə üslubların
inkişafı, birinin digərindən fərqləndirilməsi
və bu üslubların inkişafında əməyi olan
yaradıcı insanlardan isə dərsliyin “Üslubların
yenidən təşkili” (səh.85-165) bölməsində söhbət
açılır.
Bu bölmədə XIX əsrdə daha
çox istifadə olunan bədii, elmi, rəsmi və
publisistik üslublarda birləşən, şair,
yazıçı, mühərrir və digər qələm
sahibləri və onların əsərlərindən bəhs
edilir. Bölmənin girişində akademik yazır: “Ədəbi
dil normasının yeniliyi, XIX əsr normasının təşkili
yeni yaranan üslublarla və bədii üslubun məhz bu zaman
üzə çıxan və ya əvvəllər epizodik
planda olub bu dövrdə fəallaşan nəsr, mənzum
hekayə və s. qolları ilə bağlıdır.” (Yenə
orada, səh.85).
Bu bölmələrdə XIX əsrdə
çarizminAzərbaycana basqını, bəylərinin, zadəganlarının
və varlılarının, ümumiyyətlə
elitasının – yüksək təbəqəsinin çar məmurları
qarşısında oyuncağa çevrilməsindən,
çar məmurlarına baş əyən bəy və zadəganları
görən bütöv kütlənin həmin çar məmurlarılnamüqəddəs
və əyilməz bir varlıq kimi yanaşaraq onların
qarşısında müti qula çevrilməsindən
ürək ağrısı ilə söz açılır.
“Bədii üslub”un daxilində “Bədii
tərcümə, dərslik və uşaq ədəbiyyatının
dili”adlı bir mövzu və bu mövzunun daxilində XIX əsrdə
şair və yazıçıların müxtəlif
xalqların ədəbiyyatından etdikləri tərcümələr,
hazırlanan dərsliklərlə bağlı məlumat da
verilir. Bu bölmədə A.A.Bakıxanovunİ.Krılovdan
etdiyi “Eşşək və bülbül”, M.Kazımbəyin
A.S.Puşkinin “Bağçasaray fantanı” əsərindən
etdiyi tərcümələr haqqında
danışılmış, eyni zamanda uşaqlar
üçün nəzərdə tutulmuş dərsliklər
və ədəbi nümunələrlə bağlı
nümunələr
aydınlaşdırılmışdır.
Elə bu bölmənin özündə
də akademik Tofiq Hacıyev ortaq türk dili məsələsini
digər tarixi şəxsiyyətlərin əsərlərinindili
ilə bağlı danışarkənqabardır və öz
qəlbindən keçənləri tarixi şəxsiyyətlərin
dili ilədiqqətə çatdırır.
Elə buna görə də “Həyat” qəzetinin
11 yanvar 1906-cı ildə çıxan doqquzuncu nömrəsindəki
aşağıdakı cümlələri nümunə
göstərir. Nümunədə deyilir: “Tərcüman” 30
ildir çıxır. Bu otuz ilin müddətində hər tərəfin
müsəlmanlarıqeyri qəzeti olmadığına görə
onu aparıb oxuyublar.Odur ki, bəradərimiz İsmayıl bəy
(İsmayıl bəy Qaspıralı-S.Z) istəyir ki, “Tərcüman”ın
dili ümumi dil olsun” (Yenə orada,səh.117)
Bunun adrınca həmin dövrdə nəşr
olunan Mirzə Şəfi ilə İ.Qriqoryevin tərtib etdikləri
“Kitabi-Türki”, A.Çernyayevskinin“Vətən dili”dərslikləri
haqqında məlumat verilir və onların dili
araşdırılır.
“Mirzə Fətəli Axundazadəninbədii
dili” dərsliyin geniş bir bölməsini təşkil edir.Bu
bölmədə müəllif M.F.Axundov
yaradıcılığını ilk şeirlərindən
başlayaraqson əsərinə qədər təhlil edir onun
ədəbi dilə gətirdiyi yeniliklərdən
danışır və elə yazının əvvəlindəcə
onu Lomonosovla müqayisə edərək V.Q.Belinskinin Lomonosov
haqqındakı “o bizim ilk universitetimizdir” təyinini Axundova
şamil edir və yazır: “M.F.Axundov bütün təfəkkür
hüceyrələri ilə yenilikçidir. O,təkcə ədəbiyyatımızda
deyil, bütövlükdə mədəniyyətimiz tarixində
era başlayır” (Yenə orada,səh.130). Dərsliyin digər
bölməsi “XX əsrin əvvəllərində ədəbi
dil” (səh.184-375) adlanır. Bu bölmədə müəllif
həm ədəbi dilin Cənub qolu, həm norma və
üslublar (bədii, publisist,elmi, şəriət və rəsmi-epistolyar
üslub), həm də sovet dövrü Azərbaycan ədəbi
dili ilə bağlı məsələləri
aydınlığı ilə təqdim edir.
Bəhs edilən dövrün ədəbi
dili haqqında akademik yazır: “Milli ədəbi dil XVII-XVIII əsrlərdə
xəlqiləşməsi, XIX əsrdə yeni janrların
yaranması ilə yeni söz-ifadə qatlarının
açılması və əsrin sonunda isə üslub
bütövlüyü ilə səciyyələnir – publisistik
üslub yaranır və dil nəzəriyyəsinin tələb
etdiyi kimi milli ədəbi dil çoxvalentlilik qazanır.” (Yenə
orada,səh.184)
Ədəbi dil normalarının müəyyənləşməsi,
təkcə bir və ya bir neçənəfərin fəaliyyətinin
nəticəsi deyil,ümumiyyətlə ümumxalq
danışıq dilinin daimitəkmilləşməsi və
inkişafnəticəsində meydana çıxır.Bu
inkişaf təkcə bir və ya bir neçə nəfərinyaradıcılığından
asılı olmur. Ancaqbununla bərabər, bu inkişaf yolunun
önündə gedən yazıçılar, şairlər
və digər sənət sahibləri bu işin gedişində
avangard rolunu oynayırlar.
Həmin elm və sənət sahiblərinin
əsərlərinin dilində ədəbi dil gündən-günə
təkmilləşir və onun ifadə imkanları daha kamilləşir.
Elə bunu nəzərə alan akademik Tofiq Hacıyev dərsliyin
“Dil məsələləri, dil əsərləri” bölməsində
yazır: “Dövrün ədəbi dil normasının müəyyənləşməsində
görkəmli söz ustaları ilə yanaşı, mətbuat
işçiləri, ziyalılar da bütünlüklə
iştirak edirlər. Eyni zamanda, təxminən heç bir
ziyalı ədəbi dil, ana dili ətrafında mübahisələrdən
kənarda qalmır. Hamı eyni mövqedən
çıxış etmir, lakin ədəbi ana dilinin taleyinə
heç kəs laqeydlik göstərmir”(Yenə orada,səh.187).
(Ardı var)
Sərdar
Zeynal
Hürriyyət.-
2020.- 7-8 may. S. 13.