Akademik Tofiq Hacıyevin dil sevgisi

(Yaxud “Ədəbi dil”in əbədiliyi)

 

 Dilinə, vətəninə, torpağına, yurduna sevgisindən, vurğunluğundan danışanlar çox olur. Lakin gördükləri işlə dillərində səsləndirdikləri şüarları müqayisə etdikdə onların bəzilərinin əməllərinin söylədikləri ilə tamamilə tərsmütənasib olduğunun şahidi oluruq.

 

Ancaq elə şəxsiyyətlər olub və haliyədə də var ki, onların danışığında, dilində, yazısında “sevirəm” sözünə rast gəlmək qeyri-mümkündür. Onlarin sevgisi yalnız sahibi olduğu əməldə, gördüyü işdə özünü büruzə verir.

 

(Əvvəli var)

 

Bütün bunlardan sonra müəllif “ədəbi dilin Cənub qolu” haqqında danışır. Azərbaycan ədəbi dilinin inkişaf xüsusiyyətləri, Cənubun Şimaldan fərqli olan, fonetik, leksik xüsusiyyətləri, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, burada yaşayanların ədəbi dilində olan dəyişmələr, Şimali Azərbaycanlılarla Cənubi Azərbaycanlıların danışıqlarında, eyni zamanda ədəbi dildə olanfərqli xüsusiyyətlər araşdırılır və XX əsrin əvvəllərindən başlayaraq bu fərqlərin çoxaldığı nümunələrlə diqqətə çatdırılır.Bununla bağlı müəllif yazır: “Cənubda yazanların dilində nəinki klassik ədəbi dil normasında təkmilləşmə aparılmır, hətta bu ənənə məhəlliçilik elementlərinin doldurulması ilə xeyli zəiflədilir”.(Yenə orada, səh.232)

Bunların ardınca dərslikdə ədəbi dilin Cənub qolunun norma və üslubları, dilimizin Şimal qolu ilə Cənub qolunun arasında olanfərqlər və oxşar xüsusiyyətlər izah edilir.

Dərsliyin ən maraqlı bölmələrindən biri də “Azərbaycan Xalq Cumhuriyyəit: dil siyasəti və ədəbi dil” (səh.285-319) fəslidir. Bu bölmədə ömrü cəmi iyirmi üç ay çəkən Azərbaycan Xalq Cumhuriyyətinin həmin dövrdə dillə bağlı verdiyi qərarlar, gördüyü işlər, apardığı islahatlar öz əksini tapır. Ömrü o qədər də çox olmayan bu müstəqilliyin xalqın, eyni zamanda onun dilinin tarixində apardığı islahatlar vurğulanır. Dil siyasətinin dövlətçiliyin tərkib hissəsi olduğunu diqqətə çatdıran müəllif yazır: “1918-ci ilin mayında müstəqil Azərbaycan dövlətinin yaranması ilə Azərbaycan milli dilininçiyninə yenə şahlıq quşu qondu.1918-ci il iyunun 27-də Azərbaycan türkcəsi dövlət dili elan olundu. Budur həmin fərman: “Dövləti lisan türk dili qəbul ediləcək, iləridə bütün məhkəmə, idareyi daxiliyyə və sair dövlət vəzifələri başında duranlar bu lisan bilənlər olana qədər hökumət müəssisələrində rus dili istemalına da müsaidə edilsin” (Yenə orada, səh.285)

Bunun ardınca Azərbaycanda təhsil sistemininmilliləşdirilməsi, ibtidai və ortaməktəblərdə təhsilin bütünlüklə ana dilində aparılması məsələləri əsas məsələ kimi diqqət mərkəzinə gətirilir. İbtidai və orta məktəblərdə təhsilin milliləşdirilməsinin nəticələrinin hələ uzun zamançəkməsinə baxmayaraq 1918-ci il dekabrın27-də cumhuriyyətin hərbi naziri Səməd bəy Mehmandarovun Azərbaycan türkcəsinin orduda əsas dil kimi işlədilməsi ilə bağlı əmr verdiyi də qeyd olunur.

Bu bölmədə müstəqil Azərbaycan dövlətininhökm sürdüyü qısa bir zaman ərzində dillə, məktəblə, milli ordunun anlaşma dili ilə bağlıgördüyü əsas işlər gerçəkliyi ilə öz əksini tapır, türkcəni yaxşı bilməyən hakimlərinyüksək vəzifələrdən endirilərək digər aşağı vəzifələrə göndərilmələri ilə bağlıəmr və fərmanların imzalandığı da diqqətə çatdırılır.

Həmin dövrdə Azərbaycan türkcəsinə edilən diqqət,göstərilən qayğı və onunla bağlı verilən qərarlar görülən işlərin obyektivliyində öz əksini tapır. Uzun müddətdövlət idarələrində öz kökündən uzaqlaşan, yad dillərin təzyiqi ilə üzləşən, onlarladayanmadan rəqabətdə olan milli dilimiz müstəqil dövlətimizin yaşadığı həmin iyirmi üç ay ərzində özünə olan yüksək sevgisi ilə əhatə olunur, ömrü az olsa da, dövlət dili kimi istifadə hüququna sahib olub, onu sevənlərin fəxarət hissinə çevrilir.

Akademik Tofiq Hacıyev bununla bağlı yazır: “Çox qiymətlidir ki, Azərbaycan Cumhuriyyətininikiillik fəaliyyəti dövründə dövlət dilinin rəsmi üslubu həm yazılı, həm şifahi şəkillərdə işlənir.” (Yenə orada, səh.295)

Dərsliyin son bölməsi “Sovet dövrü Azərbaycan ədəbi dili”adlanır.Bölmə iki yarımbölmədən ibarətdir. “Dil siyasəti və dil quruculuğu” adlanan (səh.319-349) birinci yarımbölmədə sosialist inqilabı deyilən hadisənin Azərbaycanda baş verməsindən, bundan sonra isə azərbaycanlıların qazandıqlarından və itirdiklərindən söhbət açılır. Azərbaycanda sosialist inqilabının “qələbəsindən” sonra bütün sahələrlə yanaşı dilə olan basqıların da gücləndirilməsindən bəhs edilir. Bununla bağlı dərslikdə yazılır: “Dövrün mübahisələri ilə tanış olanda adama elə gəlir ki, dil ətrafındakı söhbətlər o vaxtın ən kəskin mübahisələrindən biri yox, bəlkə də birincisidir…

Geniş siyasi auditoriyavə dövlət ünsiyyət forması barəsindəki tədbirlər də bilavasitə dillə bağlıdır,dil qızğın siyasi müharibə meydanında soaialist deyilən inqilabın fəth etməli olacağı vacib qaydalardan birinə çevrilir”. (Yenə orada, səh.319)

Kitabda Azərbaycan Sosialist inqilabının baş verdiyi ilk vaxtlarda idarələrdə kargüzarlıq işlərinin yalnız rus dilində aparılmasından, bu işin öhdəsindən lazımınca gələ bilməyən o vaxtkı say-seçmə övladlarının tez bir zamanda sıradan çıxarılmasından danışılır. Və bu yolla işlərinləngidiyini görənbir çox rəsmi dairələr kargüzarlıq işlərinin yerinə yetirilməsində iki dildən – rus və Azərbaycan dilindən istifadə olunmasına şərait yaratmağa çalışırlar.

Bu niyyət bəzi yerli kadrların öz xalqına, onun dilinə sevgisindən irəli gəlsə də, bir çoxları bunu verilmiş sərəncam kimi yerinə yetirməyə çalışırlar.

Bu dövrdə Azərbaycan dilinin dövlət idarələrində rus dili ilə yanaşı işlənməsi üçün çalışanN.Nərimanovunfəaliyyətini yüksək qiymətləndirən T.Hacıyev məsələ ilə bağlıyazır: “Respublika İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən 1921-ci ildə belə bir fərman verildi: Sovet idarələrində kargüzarlığın rus və Azərbaycan dillərində həyata keçirilməsi haqqında Azərinqilab Komitəsinin əmri (8 fevral, 1921): “Azərbaycanda sovet hakimiyyətininbərpası ilə kargüzarlığın yalnız rus dilində həyata keçirilməsi… inzibati təsərrüfat quruculuğu sahəsində sovet hakimiyyətinintədbirlərinin həyata keçirilməsini ləngidir”, ona görə də “bu əmrin çap olunduğu gündən üç ay müddətinə mərkəzdə və yerlərdə bütün idarə və təşkilatlardakargüzarlıq paralel şəkildə türk dilində də aparılsın”.(Yenə orada, səh. 326)

Bu əmrin imzalanması Lenininxalqlar və onların dilləri haqqındasöylədiyi fikirlərdən yararlanmaq bacarığının nəticəsi idi.

Akademik Tofiq Hacıyev öz əsərində 20-30–cu illərdə ortaya atılan ümumtürk diliməsələsinə də geniş yer verir.Həmin dövrdə Azərbaycanda Türkiyə türkcəsininişlədilməsinə rəvac verəninsanların cox olduğundan, “Molla Nəsrəddin” jurnalından başqa digər qəzet və jurnalların bu ideyanı müdafiə etdiklərini, eyni zamanda həmin qəzet və jurnalların Türkiyə türkcəsində nəşr olunduqları haqqında məlumat verir.

Bu bölmədə yeni əlifba məsələsininortaya atılmasının sovet hakimiyyətinin ilk günlərindən dövlət tərəfindən də himayə olunduğu, “Yeni türk əlifba komitəsi”ninyaranması 1922-ci il sentyabrın 22-dən latın əlifbası ilə “Yeni yol” adlı qəzetin çıxmasından bəhs edilir.

Bu bölmənin daxilində Sovet dövründə ədəbi dilin üslubları, onlardan istifadə yolları, bu üslublar ətrafındabirləşən yazıçı və şairlərin yaratdığı məktəblərdən söhbət açılır. Bu dövrdə Azərbaycan ədəbiyyatı və mədəniyyəti sahəsində əldə olunan nəticələr sadalanır və bu haqda yazılır: “Sovetlər dövründə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, elmi böyük tarixi yüksəliş yaşadı…70-80-ci illərdə kiçik respublikamızda Sovetlərin böyük-böyük respublikalarının heç birində olmadığı qədər ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərimizdövrün yüksək ünvanı olanSosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

Bu gün möhkəm tarixi bünövrəsi üzərində ədəbi dilimizin inkişafı üçün hər şey var: ana dilimiz dövlət dilidir,dövlət dilini qoruyan dövlət qanunları var (“Azərbaycan Respublikasinin dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu”, 30 sentyabr 2002-ci il).” (Yenə orada, səh.372)

Mən bu qənaətdəyəm ki, akademik Tofiq Hacıyevin“Azərbaycan ədəbi dilinin tarixi” adlı ikicildlik dərsliyi professor Mirzə Kazımbəyin yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsərinin xələfi sayılacaq, XX yüzilliyin ortalarından bu tərəfə yazılan dərsliklər sırasında ön cərgədə dayanan dərsliklərdən biri kimi qiymətli və əvəzolunmaz olacaqdır.Elə başa düşürəm ki,ikicildlik “Azərbaycan ədəbi dilinin tarixi” əsəriyüz illər keçsə də M.Kazımbəyinyuxarıda qeyd edilən əsəri kimi öz dəyərini uzun illər itirməyəcək və gələcək dilçilərinstolüstü kitabınavə istinad nöqtəsinə çevriləcəkdir.

Haqqında danışdığım kitabı Tofiq müəllim mənə aşağıdaki avtoqrafla vermişdi.

 

Sərdar Zeynal

Hürriyyət.- 2020.- 9-11 may. S. 13.