Şəhid və qazilərimizə Milli
Ordumuzun
qələbələrinə diaspordan dəstək
davam edir
Böyük alman filosofu Nitşshe
özünün elmi konspetual əsərlərində dönə-dönə
qeyd edir ki: “Hər hansı bir müharibə acı olsa da, digər
yandan xalqları sağlamlaşdırır”, “İstənilən
xalqı həm yaradıcılıq, həm də
dağıdıcılıq istiqamətinə yönəltmək
çox asandır”. Bu iki kəlmədə çox
böyük hikmət vardır. Bu gün Azərbaycan xalqı
30 illik sülh danışıqlarını bir kənatra
qoyaraq, özünün ərazi bütövlüyünü
təmin etmək üçün müqəddəs savaşa
qalxıbdır. Ali Baş Komandan, ölkə prezidenti
İlham Əliyev, Milli Ordumuzla yanaşı həm də xalq
bu prosesdə yaxından iştirak edir. Hər kəs
imkanları çərçivəsində Ermənistanın
işğalçı qüvvələrinin Qarabağdan və
digər işğal olunmuş ərazilərimizdən azad
edilməsi üçün gecə-gündüz
çalışırlar. Azərbaycanın daxili ictimai-siyasi
proseslərində milli birliyin təmin edilməsi artıq
milli qürur və milli şərəf anlayışlar
çərçivəsində formalaşmaqdadır.
Bütün bunlar həm də xaricdə yaşayan
soydaşlarımız arasında kimlyindən asılı
olmayaraq, dərin izlər buraxır.
Milli birliyimiz bizi digər xalqların
yanında daha başıuca edir
Bu
sözləri redaksiyamızla söhbətində
Almaniyanın Hannover şəhərində yaşayan Yaşar
Həqqari söylədi. Onun fikrincə artıq Almaniyanın
istənilən şəhərində bir-birini illər boyu
didən və diaspor anlayışını mənasız əşya
kimi nümayiş etdirən əksər
soydaşlarımız 27 sentyabr 2020-ci il tarixində Ermənistanın
Azərbaycana bir daha ekspansiya siyasətini yürütmək
üçün özünün hərbi
avantürasını işə salan kimi bir araya gəlmənin
fəlsəfi dəyərlərini qiymətləndirilməyə
başlanıldıqdan sonra başladı. Demək olar ki,
Almaniyada siyasi, ictimai və sosial mənsubiyyətinə
baxmayaraq bu gün soydaşlarımız bir yumruq kimi birləşiblər.
Biz son 20 gün ərzində diaspor adına 6 dəfə
mitinqlərdə və küçə yürüşlərində
iştirak etdik. Almaniyanın əksər TV və radio
kanallarına, eləcə də qəzetlərinə
müsahibələr verdik. Diasporumuz adına ölkənin
parlamentinə, baş nazirinə, bütün siyasi
partiyalarına və vətəndaş cəmiyyəti, insan
haqları təşkilatlarına müraciətlər
ünvanladıq. İlk dəfə olaraq, buradakı türk,
uyğur, tatar, İraq və Suriya türkmanları da
qatılaraq bizlərə dəstək olduqlarını elan
etdilər. Bu həm də bizim üçün əsil
qürur mənbəyi oldu. Bizlər bir bütün
olmayınca inanmıram ki, hansısa problemlərimiz həllini tapsın. Hannoverdə demək olar
ki, vətənimizin hər iki tərəfini təmsil edən
soydaşlarımız vahid diaspor platformasında birləşiblər.
Biz artıq “Vahid Azərbaycan” ideyasını kiçik olan təşkilatımızda
nümayiş etdiririk. Bizim milli birliyimiz və
bütünlüyümüzün başqa bir mənası isə,
başqa xalqların yanında başımızın
ucalığa sahib olmasına səbəb olubdur. Artıq
öz vətənlənində doğma torpaqlarından,
yurd-yuvalarından məhrum qalmış bir milyona yaxın vətəndaşımızın
bu gün milli birliyin ruhuna sığınaraq, Ordumuzun
bütün insanlarımızı sevindirən qələbələri
sayəsində 27 illik həsrətə son qoyulmasının
dadını yaşayırlar. Bundan gözəl şey nə
ola bilər? Vətəni bütöv görmək istənilən
xalqı dünyanın ən güclü ölkəsi kimi
tanınması olaraq dəyərləndirilir. Bizlər Avropada
Azərbaycanın hər gün əldə etdiyi uğurlardan
sarsılan ifrat sağçı xəstələrin sayıqlamalarını
KİV-lərdə canlı olaraq izləyirik. Ancaq, əsil həqiqətləri
də onlara izah etməkdən usanmırıq. Çünki,
başqa yol yoxdur.
Kanada Azərbaycan
gerçəklərinə görə bizimlə həmrəydir
Kanadanın
Vankuver şəhərində yaşayan soydaşımız Həsən
Cuvarlı redaksiyamıza verdiyi açıqlamada bildirdi ki:
“Biz azərbaycanlı icması kimi Kanada Azərbaycanlıları
Şəbəkəsinin (“Network of Azerbaijani Canadians”) texniki dəstəyi
ilə Qarabağ üçün həmrəylik
nümayişi və Ermənistan silahlı qüvvələrinin
Gəncə şəhərində törətdiyi terror
aktlarına etiraz əlaməti olaraq yürüş
keçiridik. “Vancouver Public Library” meydanına toplaşaraq
aksiya Gəncədə və ölkəmizin digər
yaşayış məntəqələrində Ermənistan
silahlı qüvvələrinin törətdiyi vandalizm
aktları nəticəsində mülki şəxslərin, o
cümlədən azyaşlı uşaqların həlak
olmasını, mülki obyektlərin
dağıdılmasını kəskin şəkildə pislədik.
Aksiyada “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünə
son”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq
ölümünə son qoyun”, “Gəncə üçün
dua et”, “Erməni terroruna son” kimi şüarlar səsləndirdik.
Bununla yanaşı Kanadada yaşayan dost xalqların nümayəndələri
də öz bayraqları ilə aksiyaya qoşularaq Azərbaycana
dəstəklərini nümayiş etdirdilər. Həsən
bəy qeyd etdi ki, Kanadada vergi ödəyicisi olan vətəndaşların
hər hansı mövzuda qaldırdığı problemlərlə
ciddi şəkildə maraq göstərir. Biz Kanada hökumətindən
heç nə istəmirik. Öz həyat şəraitimiz
üçün lazım olan problemlərimizi
özümüz həll edirik. Azərbaycan torpaqlarının
30 ildən çoxdur Ermənistan tərəfindən
işğal edilməsi, bu düşmən ölkənin
BMT-nin qətnamələrinə, Avropa Birliyi və Avropa
Şurasının çağırışlarını
qulqardına vurması faktlarını daha çox
qabartdığımız üçün, Kanada hökuməti
qarışımıza hər hansı alternativ arqumenti qoya
biımədi. Bu ölkədə qanunlara cəmiyyətin
bütün sosial zümrələrində ciddi şəkildə
əməl olunması hər kəsin həyat
normasıdır. Ona görə də bizim tələblərimizə,
xüsusilə “Network of Azerbaijani Canadians” kimi ciddi sosial şəbəkənin
tələblərinə də diqqətlə
yanaşıldı.
ABŞ-da
Azərbaycan zirvəsi
1997-ci ildən
ABŞ-da yaşayan, “Qafqazda türk xalqlarının mədəniyyət
tarixi irsini araşdıran və əslən qarabağlı
olan Zivər Qafarova bizimlə söhbətində Amerikada Azərbaycan
həqiqətlərinin gündəmə gətirilməsində
sadəcə soydaşlarımızın deyil, həm də
Anadolu Türkləri, Yəhudi, Ahısqa Türkləri,
Çeçen, Qaraçay-Balkar Türkləri,
Əfqanıstan Özbəkləri, İraq-Suriya
Türkmanları və Pakistan diaspor təşkilatları
artıq bizimlə həmrəy olduqlarını,
keçirdiyimiz aksiyaların daimi iştirakçıları
olduqlarını bildirdi. 2004 –cü ildən ABŞ-da Azərbaycan
diaspor təşkilatlarının yeni məzmunda fəaliyyət
göstərməsi XXI əsrin standarları çərçivəsində
uğur qazanmağın sirrini gündəmə gətirmək
deməkdir. Biz çalışırıq ki, bu fəlsəfənin
sosial anlamda dəyərlərini daha da genişləndirək.
2014-cü ildən isə, demək olar ki, ABŞ-ın
bütün ştatlarında istədiyimiz səviyyədə
aksiyalarımızı həyata keçirə bilirik. Əvvəllər
çox çətin idi. Ona görə ki, azından
ABŞ-da 100 illik sterotip mövcud idi. Digər yandan
soydaşlarımızın bu ölkədə sayını
barmaqla saymaq mümkün idi. Əslən Güney Azərbaycandan
olan soydaşlarımızın çoxu özünü
“irani” etnik kimliyi ilə tanıtmağa vərdiş
etmişdilər. İndi onlar bu zərərli ənənədən
əl çəkiblər. Ermənistan ordusunun Azərbaycanın
bir sıra şəhər və rayonlarını raket atəşinə
tutması nəticəsində mülki şəxslərin və
günahsız körpələrin həlak olmasına,
yaşayış evləri və mülki obyektlərin
dağıdılmasına etiraz olaraq San-Fransiskodakı
Embarcadro Plazanın qarşısında aksiya keçirdik.
Aksiya iştirakçıları cəbhə zonasından
uzaqda yerləşən yaşayış məntəqələrini,
o cümlədən Gəncə və Mingəçevir şəhərlərini
atəşə tutan Ermənistanın faşist siyasətini
pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini xüsusilə
uşaqların öldürülməsinə cəlb etməyə
çalışıblar. Soydaşlarımız Gəncə
terrorunun qurbanı olan günahsız uşaqların xatirəsini
bir dəqiqəlik sükutla yad ediblər. Tədbir ərzində
ABŞ-da tikdirdiyimiz 27 metr uzunluğunda Azərbaycan
bayrağı dalğalandırılı. Şimali və Cənubi
Amerika Mədəniyyət Mərkəzinin təşkil etdiyi
aksiyada yüzlərlə soydaşımız, eləcə də
ABŞ-dakı türk icmasının nümayəndələri
iştirak ediblər. Azərbaycan, Türkiyə və ABŞ
bayraqlarının dalğalandırıldığı
aksiyada Azərbaycanın dövlət himni, vətənpərvərlik
mahnıları səsləndirilib, “Qarabağ Azərbaycandır!”,
“Ermənistanın təcavüzünü dayandırın!”,
“Erməni işğalına son!” və sair kimi
şüarların yazıldığı plakatlar
nümayiş etdirilib. Bizim aksiyamız demək olar ki,
ABŞ-ın bütün siyasi elitasında, eləcə də
TV kanallarda geniş müzakirə mövzusu oldu. Bu bizim
üçün Azərbaycan diasporunun ABŞ zirvəsi deməkdir.
Hətta cırtdan dövlət də
erməniləri sevmir
Lüksemburqda gəmiçilik üzrə peşəkar mütəxəssis İlqar Əblüc “Hürriyyət” qəzetinə verdiyi müsahibəsində bildirdi ki: “Lüksemburq ölkəsi dünyada cırtdan dövlətlərdən biri hesab olunsa da, burada qanunlar hər şeydən ucadır. Biz çoxsaylı aksiyalar keçirməklə bu balaca dövlətin mənən əksər dövlətlərdən daha ləyaqətli və şərəflidir. Əgər həqiqətin yanındasansa, heç nəyə baxmadan sənin yanında duracaqlar. Biz də Ermənistanın hərbi təcavüzkar siyasətini ifşa edən faktları və sənədləri Lüksemburq hökumətinə təqdim etmişik. Dinc sakinlərin və azyaşlı uşaqların bombalanmasını isbat edən video görüntüləri hökumətə təqdim etməklə yanaşı, həm də əhali üçün dinc aksiya keçirdik. Biz şəhərin mərkəzində yerləşən “Plase d`Armes meydanında mitinq keçirərək Gəncə şəhərində işğalçı Ermənistan ordusunun vandalizm aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyeklərin dağdılmasını pisləyən aksiyamızı keçirdik. Bununla yanaşı Azərbaycanın Tərtər, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Füzuli, İmişli, Beyləqan və digər rayonlarının davamlı şəkildə uzaqvuran ağır toplarla atəşə tutulmasını Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətinin davamı olduğunu xüsusi olaraq vurğuladıq. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini eşitməyə və Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamağa səslədik. Aksiyada Gəncə qurbanlarının və şəhətr sakinlərinin xatirısinə ehtiram əlaməti olaraq meydana rəmzi şəkildə ayaqqabılar düzdük, Lüksemburqda sakinlərə Qarabağla bağlı buklet və lifetlər payladıq. Müxtəlif dillərdə: “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Gəncə cəbhə bölgəsi deyil”, “Erməni terrorçuluğuna son qoyun!”, “Uşaq ölümünə son qoyun”, “Ermənistan – BMT qətnamələrinə əməl et” şüarlarını da səsləndirdik.
Hürriyyət.- 2020.- 3-4 noyabr.-
S.10.