“İki gündə baş verən
hadisələri sözə çevirə
bilmirəm”
Baba Vəziroğlu: “Artıq
hər kəsin
gözünün içinə dik baxa bilirik”
“Biz beynəlxalq hüquqa hörmətlə
yanaşırıq, yoxsa, indi İrəvanda oturmuşduq”
“Əsgərin işi əlində
silah tutaraq düşməni iti qovan kimi qovmaqdırsa, cənab
Prezident isə müxtəlif cənhədə mübarizə
aparır”
“Putin Ermənistanı xəritədən
silinmək təhlükəsindən xilas etdi”
“Hərdən kənardan
güzgüdən özümüzə baxanda görürüdük
ki, qəddimiz əyilib. Sanki, üzümüzdə
xəcalət var idi. Zahirən görünməsə də,
bəlkə də o xəcalət təri daxilimizə
axırdı. Şükürlər olsun ki, bu günləri
yaşadıq. Onsuzda bu günlər güc-tez
olacaqdı…Sadecə Allah bizə lütf etdi ki, bunu biz
yaşaya bildik. Biz şəhid də ola
bilərdik, amma şahid olduq…
Qartal bir göz
qırpımında aşağı şığıyır
və ovladığı heyvanı göylərə
qaldırıb yerə buraxır. Hazırda Şuşanın
dağlarındakı o qartal Azərbaycan əsgəridir.
Yəni Şuşanı fəth edən Azərbaycan
əsgəridir”.
Bu haqda “Hürriyyət”ə
müsahibəsində əməkdar incəsənət xadimi,
şair, “Şöhrət” ordenli Baba Vəziroğlu deyib. O, Şuşanı işğaldan azad edən Azərbaycan
əsgərini dağlarda şığıyan qartala bənzədib:
– Artıq otuz illik həsrətə
son qoyuldu. Hazırda Azərbaycanın hər
yerində bayram-bayrama qarışıb. Bəs
siz tarixi qələbəmizi necə ifadə edərdiniz?
– Hazırda kimdən soruşsanız, öz savadı çərçivəsində
eyni cavabı verəcək. Mən bir az da
dərinə gedərək, demək istəyirəm ki, iki
gündə baş verən hadisələri sözə
çevirə bilmirəm. Mən
özümü söz adamı hesab edirdim. Fikirləşirdim ki, bu hissiyatlarımı ifadə
edə bilərəm. Bu iki günün təəssüratını
və yaşantılarını sözə çevirə
bilmədim. Bildiyiniz kimi, din sonradan
yaranıb. Təbii ki, əvvəlcə
insan yaranıb. Daha sonra isə gülmək
və ağlamaq kimi üz ifadələri yaranıb. Belə vəziyyətlərdə insanın dil bilməyən
vaxtlarına qayıdırsan. İndiki vəziyyətdə
də insan hissiyatlarını ya ağlamaqla, ya da gülməklə
ifadə edir. Mən hazırda o vəziyyətə
düşmüşəm. Halbuki,
özümü Azərbaycan dilinin professoru sayıram. İnanın ki, bu hissləri ifadə etmək
mümkün deyil. Yəgin ki, sonradan
mütləq həqiqətlər çatdırılacaq.
O zaman əsərlər yazılacaq və öz təəssüratlarımızı
bölüşə biləcəyik. Elə
tarixyüklü hadisələri yaşayırıq ki, bunu
sözlə ifadə etmək çox çətindir. Zahiri görkəmcə qəddimiz düzəldi və
gözümüzə işıq gəldi. Artıq hər kəsin gözünün içinə
dik baxa bilirik. Bundan böyük xoşbəxtlik yoxdur… Hərdən kənardan güzgüdən
özümüzə baxanda görürüdük ki, qəddimiz
əyilib. Sanki, üzümüzdə xəcalət
var idi. Zahirən görünməsə də,
bəlkə də o xəcalət təri daxilimizə
axırdı. Şükürlər olsun
ki, bu günləri yaşadıq. Onsuzda bu günlər
güc-tez olacaqdı… Sadəcə Allah bizə
lütf etdi ki, bunu biz yaşaya bildik. Biz şəhid də
ola bilərdik, amma şahid olduq.
“Ermənilərin
99 faizi dəniz
görməyib, amma
gecə-gündüz “dənizlərdən dənizə adlandırdıqları
xaraba erməni xülyasını
ifadə edirlər…”
– Otuz illik həsrətdən
sonra alınmaz qala və Qarabağın incisi sayılan Şuşa azad edilib. Ümumiyyətlə, Şuşa sizin üçün nə deməkdir?
– Şuşa mənim
üçün bir neçə mənanı
kəsb edir. Hərbi baxımıdan, mənim
üçün Qarabağın ən strateji nöqtəsidir.
Şuşaya malik olan insanlar demək ki,
bütün Qarabağa hakimdir. Bu həqiqəti
bilmək lazımdır. Şuşa kimdədirsə,
Qarabağ onundur. Şuşa bizdədir,
demək ki, bütün Qarabağ bizdədir. Künc-bucaqda
kim qalıbsa və pusquda kim yatıbsa,
onların hərəkətinin heç bir mənası yoxdur.
Necə ki, qartal dağın kəlləsindən
aşağı şığıyır, həmin an heyvanların hərəsi bir tərəfi
qaçmalı olur. Qartal bir göz
qırpımında aşağı şığıyır
və ovladığı heyvanı göylərə
qaldırıb yerə buraxır. Hazırda
Şuşanın dağlarındakı o qartal Azərbaycan əsgəridir.
Yəni Şuşanı fəth edən Azərbaycan
əsgəridir. Azərbaycan əsəgəri
deyəndə, mən həm də Ali Baş Komandanı nəzərdə
tuturam. Bu gün ən böyük əsgərimiz
Ali Baş Komandandır. Əksəriyyət
onun ordusu və silah tutan əlləridir. Ali
Baş Komandan əsgərlərimizdən fərqli olaraq, bir
neçə cəbhədə döyüşür. Əsgərin işi əlində silah tutaraq
düşməni iti qovan kimi qovmaqdırsa, cənab Prezident isə
müxtəlif cənhədə mübarizə aparır.
O, müxtəlif ölkələrin dünya mediasına
müsahibə verir. Mən ilk dəfədir
görürdüm ki, jurnalistlər bu qədər faşist və
məkirli olarmış… Elə bil ölkə
başçısından müsahibə alan
ermənidir. Almaniyadan gələn jurnalist sanki
erməni xislətli idi. Amma ölkə
başçısı onların cavabını layiqincə
verir. İnformasiya və diplomatiya müstəvisində
qalib gəlmək hər kəsə nəsib olmur. Bu, ancaq tarixi şəxsiyyətlərə və
fatehlərə nəsib olan bir özəllikdir. Mən, son olaraq “cənab Ali Baş Komandan”
şeirini yazanda da bu sözləri ifadə etmişdim. Musiqisi Kamal müəllimindir. Artıq
bu mahnını ifaçıların bir çoxu oxuyub.
Mübaliğəsiz deyirəm ki, müttəfiqlərimiz olan
dost və qardaş ölkələr istisna olmaqla,
bütün dünya bizə qarşı oldu. Amma
bir daha sübut olundu ki, qaliblər mühakimə olunmur.
Güc birlikdədir və güc mümkün məsələləri
həll edə bilən vasitədir. Bu
gün güclü Azərbaycan həm hərb meydanında, həm
həm sülh meydanında, həm də diplomatik meydanda
öz sözünü deyib. Hazırda isə
bunu qalib ölkə kimi deyirik. Düşmən
bizim önümüzdə əyildi. Qorunmağa
da vaxt tapa bilmədilər. Əksinə,
qaçıb gizləndilər.
Paşinyanı elə öz tayfası parça-parça edəcək. Çünki
ik növbədə öz xalqına qənim kəsilib.
Ermənilər özləri adam kimi
yaşaya bilmir. Birinci növbədə özlərini
bədbəxt etdilər. Azərbaycan
dünya çapında sivil dövlətlərdən birinə
çevrilib. Digər tərəfdən isə,
ermənilər torpaqları işğal edib və viran
qoyublar. Kadrlardan da göründüyü
kimi, ərazilərimizin çox hissəsini
dağıdıblar. Ermənilər qədim
türk torpaqlarında, xüsusən də İrəvanda
hansı çiçəklənən dövlət
yaradıb? Bu yerləri
abadlaşdırdız ki, əlavə torpaq da istəyirsiz?!
Ölkələrində iki milyon erməni
yaşayır. Hamısı da it
tükü kimi dünyaya səpələnib. Kimi bu
torpaqlara yerləşdirəcəkdiz?… Hər kəndə bir erməni qoysalar belə, yenə
əhalisi çatışmır. Bir
sözlə, xəstə cəmiyyətdir. Bunlar “dənizlərdən dənizə
adlandırdıqları xaraba erməni xülyası”dan əl
çəkməlidir. Ermənilərin
beynini pozan, elə daxillərində ki, “ziyalılardır”.
Ermənilərin 99 faizi dəniz görməyib.
Amma gecə-gündüz “dənizlərdən dənizə
adlandırdıqları xaraba erməni xülyasını ifadə
edirlər. Özü də iki dənizlə
də kifayətlənmirlər. Artıq
bunların dediklərinə ciddi yanaşmıram. Gərək,
düşmən də ciddi ola bilsin. Hətta bunlar düşmən olmağa belə layiq
deyil. Otuz ildir ki, dünyaya
qoşunlarını “yenilməz erməni ordusu” deyə bəyan
edirdilər. 44 gün ərzində biz gücümüzü göstərdik.
Cənab Prezidentin də dediyi kimi lazım
olsaydı, biz İrəvana kimi gedə çıxa bilərdik.
Sadəcə, beynəlxalq hüquq
qarşımızı kəsir. Biz beynəlxalq
hüquqa hörmətlə yanaşırıq. Yoxsa, indi İrəvanda oturmuşduq.
“Azərbaycanın
dünyaya meydan oxuyan ordusu var…”
– Rusiya, Azərbaycan və Ermənistan
arasında imzalanmış bəyanata əsasən, rus
sülhməramlıları Dağlıq Qarabağda yerləşdiriləcək.
Siz rus sülhməramlılarının
Qarabağa yerləşdirilməsini necə qiymətləndirirsiniz?
– İlk olaraq bildirim ki, Türkiyənin nəzarəti var.
Digər tərəfdən, Azərbaycan 80-ci illərin sonu,
90-cı illərin əvvələrindəki Azərbaycan
deyil. İndiki Azərbaycan diqtəni, komandanı
almağı sevmir və buna da heç kimin cürəti
çatmaz. Azərbaycanın dünyaya
meydan oxuyan ordusu var. Bu ordu dünyada ən güclü 50
ordusu sırasındadır. 83 milyonluq
Türkiyə arxamızdadır. Dünya dərəbəylik
deyil ki… 220 milyonluq, nüvə silahı olan Pakistan da müttəfiqimizdir.
Bu qələbədən sonra bir çox
ölkələrin üzü bizə tərəf
döndü. Amma münaqişənin ilk
günlərində Azərbaycana qarşı aqressiv
münasibət göstərirdilər. 44
gün ərzində erməninin kimliyini və məğzini
dünya daha açıq şəkildə gördü.
Dünya bildi ki, ermənidən dost olmaz. Ən əsası
isə bunlara bel bağlamaq olmaz. Ermənistan
xəstə cəmiyyətdən formalaşıb. Digər tərəfdən isə, Rusiyada artıq əvvəlki
Rusiya deyil. Artıq Rusiya açıq
şəkildə “imperiya siyasətini” sərgiləyə
bilmir. Dünyaya meydan oxuyan Putin 44 gün ərzində
neytral mövqeyini qorudu. Nəinki qorudu,
eyni zamanda bəyanatlarında Azərbaycanın öz
torpağında azadlıq müharibəsi
apardığını da qeyd etdi. Mətndə
qeyd edilib ki, sülhməramlılar münaqişəyə
müdaxilə etmirlər. Rusiya üçün gətirilən
sülhməramlı nə qüvvədir ki… Rusiya
bu gün beynəlxalq hüquqa hörmət edən
Rusiyadır. Sadəcə Rusiya vasitəçi
oldu. Cənab Prezident də müharibənin
olmasını istəmir. Müharibədə
şəhid olanlar da bizim gənclərimizdi. Ölkə başçısının qoyduğu
bütün şərtlər öz yerini aldı. Mətndə status məsələsi belə yoxdu.
Əlavə olaraq da, Naxçıvanla quru əlaqələrimiz
bərpa olundu. Azərbaycan tam qələbə
qazanmış oldu. Ermənistan terror
dövlət isə tam məğlubiyyətə
uğradı. Ona görə də ermənilər
Paşinyanı istefaya çağırır. Əgər mətndə ermənilərin xeyrinə
bir bənd olsaydı, Paşinyana ancaq “sağ ol” deyilərdi.
Ermənilər gecəylə Paşinyanın
oturduğu binaya girdilər, lakin onu tapa bilmədilər.
Yoxsa aqibəti çox pis olacaqdı. İndi gizləndiyi yer də məlum deyil.
Mətndə sülhməramlılar haqqında
nə edəcəkləri və nə etməyəcəkləri
göstərilir. Torpağın sahibi Azərbaycandır.
Hələlik vəziyyət sakitləşənə
qədər sülhməramlılar olacaq. Bu
da beynəlxalq hüquq sayılır. Burda
bizə hər hansısa təhlükə sayılacaq bir məqam
görmürəm. Yəni hər şey
birdən-birə baş verə bilməz. 44
gün ərzində xeyli ərazini işğaldan azad
etmişik. Şuşanı isə topsuz,
dronsuz və mərmisiz almışıq. Azərbaycan
əsgəri Şuşanı əlləri və
dırnaqlarıyla alıb. Şuşa
alınmaz qaladır. Oranı almaq çox
çətindir. Oranı alan Azərbaycan əsgəri,
sizcə nədənsə çəkinə bilər?… İnşallah, hər şey
öz yerini alacaq. Ümumiyyətlə,
Putin Ermənistanı xəritədən silinmək təhlükəsindən
xilas etdi.
YƏHYA
Hürriyyət.- 2020.- 12-13 noyabr.-
S.11.