“Heç
bir azərbaycanlı Fransada müdafiəsiz deyil”
əvvəli ötən sayımızda
– Fransada azərbaycanlıların milli
kimliyini, adət-ənənəsini
unutmaması üçün
hansısa işlər
aparılır? Məsələn, bizim dilimizdə məktəblər var?
– Belə bir məktəb
Mədəniyyət Evinin
balansında açılıb.
Bura Mirvari Fətəliyevanın
Asosassiyası rəhbərlik
edirdi. Mən Parisdənki məktəbdən
danışıram. Amma, Nan şəhərində
“Qarabağ”məkəbimiz fəaliyyət
göstərir. “Qarabağ” məktəbi Heydər Əliyev fondunun təşəbbüsü
ilə açılıb
və dövlətin dəstəyi var. Hazırda
da bu məktəb
fəaliyyət göstərir.
Amma,
Paris şəhərində Mədəniyyət Evinin balansındakı məktəbdə
7-8 uşaq ana dilini öyrənir. Ümumilikdə, Parisdə yaşayan
uşaqlar o məktəbə
gedə bilmir. Çünki, uşaqların məktəbə
getməsi üçün
nəqliyyat vasitəsi
yoxdur. Mənfur düşmənlərimiz bunun üçün nəqliyyat vasitəsindən
istifadə edir. Onlar nəqliyyat vasitəsi ilə qapı-qapı erməni uşaqlarını
götürüb, təhsil
ocağına aparır.
Günün sonunda isə
həmin nəqliyyat vasitəsilə uşaqlar
yenidən evinə aparılır. Belə bir
nəqliyyat vasitəsi
bizdə də təşkil edilməlidir.
Ümid edirəm ki, gələcəkdə bu məsələ də öz həllini tapacaq. Səfirliklə bu məsələni
qaldırmağa hazırıq.
– Necə düşünürsünüz uğurlu nəticə üçün Fransadakı
təşkilatlarımızın koordinasiyalı çalışmasının
rolu varmı? Bu koordinasiyalı çalışma təmin
olunurmu?
– Koordinasiyalı fəaliyyət
yeni başlayıb. Diaspora Komitəsinin sədri Fuad Muradovun rəhbərliyi ilə tətbiq edilmiş yeni üsuldur. Pandemiya olmamışdan əvvəl
bununla bağlı danışıqlarımız olub.
Bununla bağlı Komitə sədrinə də bildirmişik. Lakin, pandemiyayla
bağlı bununla bağlı işlərimiz
bir qədər səngiyib. Bu da normal haldır. Təbii ki, Fransadakı təşkilatlarımızın koordinasiyalı çalışmasıyla
bağlı görülən
işlər gələcəkdə
effektini verəcək.
Biz, Komitənin üstünə çox gedə də bilmərik. Zamanla bütün məsələlər
öz həllini tapacaq.
– Bilirik ki, Avropanın müxtəlif
ölkələrində Azərbaycan
evləri fəaliyyət
göstərir. Fransadakı Azərbaycan
evinin ölkəmizin təbliğindəki rolunu
necə dəyərləndirisiniz?
– Bizim Fransadakı
Mədəniyyət evimiz,
Azərbaycan səfirliyindən
sonra ikinci dövlət evidir. Yəni ki,
rəsmi fəaliyyət
göstərən yerdir.
Təbii
ki, mənim kimi təşkilat rəhbərlərinin hansısa
fikir və ideyası varsa və yaxud sərgi
keçirmək istəyiriksə,
biz heç vaxt yox cavabı almamışıq. Tədbirlərimiz olan zaman təklifimizi
vermişik və Səfirlik də öz dəstəyini göstərib. Amma, ora
ciddi yer olduğuna görə, azərbaycanlıların əksəriyyəti
ora getmir. Bəziləri düşünürlər ki, onlar ora
sığınacaq almağa
gediblər. Bu baxımdan, Azərbaycan səfirliyinə və Mədəniyyət Evinə
getməkdən çəkinirlər.
Soydaşlarımız bilməlidirlər ki, Azərbaycan səfirliyi və Mədəniyyət evi onların xidmətindədir.
Eyni zamanda, biz Fransada Azərbaycan naminə təşkilat qurmuşuqsa,
onların xidmətindəyik.
Azərbaycanın birliyi naminə
çalışmaq istəyiriksə,
özümüz də
millətin xidmətində
durmalıyıq. Fikrimcə, öz
imkanlarımız hesabına
müəyyən bir yeri icarəyə götürüb, orda Azərbaycan Evi altında fəaliyyət göstərməliyik.
– Sizcə Dövlət
Diaspora Komitəsi tərəfindən
xarici ölkələrdə
yaşayan azərbaycanlıların
hüquqlarının müdafiəsi
istiqamətində hansı
addımlar atılırmı?
– Əlbəttə ki,
addımlar atılır. Heç bir
azərbaycanlı Fransada
müdafiəsiz deyil.
Bununla bağlı Səfirliyimiz
güclü rejimdə
işləyir. Eyni zamanda,
məsləhətlərini əsirgəmir və müxtəlif istiqamətlərdə
dəstək göstərirlər.
Uzağa getməyək…Pandemiya vaxtı Fransada təhsil alan bir
sıra tələbələrimizə
və çətinlikdə
olan ailələrə
Azərbaycan dövləti
tərəfindən birbaşa
maddi yardım olunub. Diaspora Komitəsi
də öz dəstəyini əsirgəməyib.
Bu cür işləri
danmaq olmaz. Danılmaz faktdır ki, dövlətimiz hər bir azərbaycanlının
arxasında bütün
imkanları daxilində
mənəvi dəstəkdir.
– Xaricdəki azərbaycanlıların yaşadıqları
ölkələrdə ictimai-siyasi
proseslərdə aktiv
iştirakını təmin
etmək də bu gün aktual
mövzulardan biridir. Bununla əlaqədar mövcud mənzərə necədir?
– Fransada fəaliyyət göstərən ən güclü yəhudi icmaları var. Hazırda güclü lobbi onlardadır. Reallığa baxsaq, bu gün erməni lobbisini keçəcək
bir gücdə də deyilik. Çünki, azərbaycanlılar
Fransaya 20 ildir ki gəlib, ermənilər isə 100 ildir ki, orda
yaşayır. Bundan əlavə,
say olaraq onlar çoxdur, biz isə azıq. Əslində, məsələnin həlli yolları var. Necə ki, Azərbaycan
dövlətinin İrsaillə
dostluq əlaqələri
varsa, biz də Fransada yaşayan azərbaycanlılar olaraq,
ordakı yəhudilərlə
əlaqələrimiz olmalıdır.
Amma, biz bu əlaqələri daha da gücləndirməliyik.
Fransanın daxili və
xarici siyasətində
formalaşmalıyıq. Formalaşandan sonra, müəyyən
uğurlar əldə
edə bilərik.
Bu işdə də bizə yəhudi lobbisi öz dəstəyini göstərə bilər.
– Erməni lobbisinə qarşı mübarizəyə də
toxunmaq istərdik. Azərbaycan diasporunun erməni lobbisinin fəaliyyətinə
qarşı hansı addımlar atmasını vacib hesab edirsiniz?
– Fransada yaşayan azərbaycanlılar qanuni çərçivədə və
bütün hüquqi
məsələlərdə öz haqlarını tələb edir. Başda Səfirliyimiz olmaqla, hər bir soydaşımız
bunu edir. Ermənilərin Fransada çox
böyük təsir gücü olduğu məlum məsələdir.
Bizim onlarla və onların dilində danışmağa gücümüz
yoxdur. Sadecə olaraq, bizi Fransada ancaq qanun qoruya bilər.
Təbii
ki, haqlı mövqedə durmuşuqsa…Heç bir halda ermənilərin çirkin əməllərinə
getmək məsləhət
deyil. Müharibə başlayan ərəfədə
gecə-gündüz məcbur
olub, onlara sosial şəbəkələrdə
cavab verirdim. Mən Azərbaycanın haqlı
mövqeyini deyirdim.
Onlar söhbəti dəyişib
“erməni soqyrımı”nı
qəbul etmirsən?” deyə sual verirlər. Əgər,
sən desən ki, “bəli, mən qəbul etmirəm”, buna görə cəza düşür. Fransada rəsmi olaraq
bununla bağlı qanun qəbul edilib. Əgər, qəbul etmədiyini
bildirsən, rəsmi olaraq cinayət işi açıla bilər. Təbii ki, bu da ikili standartların
nəticəsidir. Bir tərəfdən
Fransa söz azadlığından danışır,
digər tərəfdən
isə ikili standartları sərgiləyir.
Nəzərə almaq lazımdır
ki, Fransada biz azıq, ermənilər isə çoxluq təşkil edir. Onlar hər fürsətdə
biz zəiflətməyə çalışır. Eyni zamanda,
bizi bilərkdən Fransada başımızı
tirubunallara sala bilərlər…Demək olar ki, soydaşlarımıza
qarşı bu cür təxribatları dəfələrlə törədiblər.
Bir çox soydaşımız
Fransa tirubunallarında
cavab verməli olub. Azərbaycan Evinin rəhbəri
Mirvari Fətəliyeva
hələ də bu cür problemlərlə
üz-üzədir. Halbuki, Mirvari
xanım parlamentdə
döyülmüşdü. Bununla bağlı Fransa qanunlarına uyğun hansısa addımlar atıldımı?…Əksinə, məsələ ört-basdır
olundu. Ona görə də,
əvvəlcə biz müxtəlif
istiqamətlərdə güclənməliyik.
Necə ki, cənab Prezident 30 ildir danışıqlar yolu ilə danışsa
da, ordumuzu və iqtisadiyyatı gücləndirib.
Eləcə də biz…Bu o damək
deyil ki, biz ömür boyu bunlarla danışıq aparacayıq. Biz daxilən güclənməliyik.
Əsas da iş adamları bir yerə gəlməlidir.
– Mediadan da məlumdur ki, siz Fransada yaşamağınıza
rəğmən, Azərbaycanda
istər pandemiyanın
yeni vaxtlarında, istərsə də Vətən müharibəsində
ordumuza yardımlar etmisiz…
– Pandemiyanın yeni vaxtlarında ailəmlə
birlikdə Azərbaycana
gəlmişdim. Qərara
gəldim ki, kiçik iş adamı kimi tam imkansız ailələrə
yardım göstərək.
Əslində, böyük
bir iş deyil. İstədik ki, insanları
bir-iki günlük də olsa sevindirə
bilək. Çətin sınaq qarşısındayıq.
Pandemiya hələ bitməyib.
İndi də insanlarımız çətin sınaq qarşısındadırlar. Amma, bunu da
dərk etmək lazımdır ki, qaydalar ona görə
tətbiq olunur ki, insanlarımızın
itkisi az
olsun. Orduya yardıma gəldik
də isə, bunu həqiqətəndə
ürəkdən istəyirdim.
Həmin
vaxtlar Fransadaydım.
Azərbaycanda yaşayan yaxınlarıma
bildirdim ki, mənim adımdan birbaşa orduya dəstək olunsun. Biz xaricdə yaşasaq
da, ürəyimiz Azərbaycanla döyünür.
Hər
an istəyirik ki, xaricdə yaşasaq da Azərbaycana zərrə qədər də olsa faydamız
dəysin. Çünki, bu torpaq bizim
ana Vətənimizdir.
Necə ki, Vətən müharibəsi deyib, hamı səfərbər
oldusa, biz xaricdə yaşayan azərbaycanlılar
da Ana yurdumuz deyib hamılıqla səfərbər olduq.
YƏHYA
Hürriyyət.- 2020.- 19-20 noyabr.- S.10.