Diasporun gözündə Vətənin
bütövlüyü!
Xaricdə yaşayan
soydaşlarımız Qarabağ savaşından
danışdılar
30 ildir beynəlxalq səviyyədə
sülh danışıqları sayəsində Azərbaycanın
Ermənistan tərəfindən işğal olunmuş Xankəndi,
Şuşa, Kəlbəcər, Xocalı, Ağdərə,
Ağdam, Laçın, Əsgəran, Qubadlı, Xocavənd,
Cəbrayıl və Füzuli rayonlarının azad edilməsi
yönündə müxtəlif tədbirlər keçirilsə
də, indiyə kimi mövcud problemlər öz həllini
tapmamışdır. Bütün bunlar azmış kimi, Ermənistan
öz ordusunu Azərbaycanın işğal olunmuş ərazilərində
yerəşdiribdir. Suriya, İraq, Livan, Liviya, İran və
digər ölkələrdən erməni ailələrinin
Qarabağ ərazisində məskunlaşdırılması
kimi siyasətlər yürüdübdür.
Bu gün Azərbaycan bir dövlət olaraq, bütün
cəbhə boyunca öz tarixi ərazilərinə sahib
çıxmaq üçün hərəkətə
keçibdir.
30 ildir lal, kar və kor olmuş beynəlxalq təşkilatlar,
dünyanın inkişaf etmiş ölkələri Azərbaycana
qarşı özlərinin təzyiq metodlarını işə
salmaq üçün hərəkətə keçiblər.
Dərhal Azərbaycanın bu antiterror əməliyyatlarını
dayandırması və sülh danışıqları
masasının arxasında oturaraq danışıqlara
birbaşa başladılması tələbi ilə
çıxış edirlər. Azərbaycan tərəfi
isə: “30 ildir səbrlə və dözümlə sülh
masası arxasında oturmuşduq. Ötən
müddətdə nələr dəyişdi?” deyə onlara
haqlı olaraq cavabını verir. Ölkəmizdə
demək olar ki, torpaqlarımızın azad edilıməsi məsələsində
əsil vətəndaş həmrəyliyi nümayiş
etdirilməkdədir. Görəsən
xaricdə yaşayan soydaşlarımız bu barədə nə
fikirləşirlər? Onların
görüşlərini öyrənmək üçün
suallarımızın cavablandırılmasını istədik.
Sülhə hazır olan hökmən
savaş hazırlığı da görməlidir
Rahim
Sadıqbəyli, İsveç “İctimai Televiziyası”nın rejissoru və prodüsseri, “Stohlokm Azərbaycan
Mədəniyyət Mərkəzi”nin sədri: “Mən Lənkəranda
anadan olmuşam. Hər il tətilə
çıxdığımda doğam Azərbaycana gəlirəm.
Əlbəttə vətənimizdə baş
verən yeni nələr varsa, əyani şəkildə
bunları sevə-sevə seyr edirəm. Bu
gün Azərbaycanın bir dövlət olaraq, ermənilərin
işğal etdiyi ərazilərimizi azad etmələ hərəkətə
keçməsi bizim qürur mənbəyimiz deməkdir.
İsveçdə Azərbaycan dövlətinin
milli maraqları çərçivəsində illərdir
aksiyalar keçiririk. Çalışırıq ki,
İsveç cəmiyyətini Azərbaycanla yaxından tanış edək. Bu məsələdə
Anadolu Türkləri, Doğu Türküstan Cəmiyyəti və Krım
Tatar Mərkəzi ilə birlikdə hərəkət edirik. Tovuz hadisələri ilə bağlı demək olar
ki, İsveçin bir neçə böyük şəhərlərində
aksiyalar keçirdik. Bu gün də əvvələr
olduğu kimi Azərbaycan dövlətinin yanındayıq.
Çox yaxşı olardı ki, BBC, CNN,
Euronews, Röyter və digər beynəxalq miqyaslı TV
kanallar və informasiya agentliklərinin Azərbaycanda xüsusi
müxbir postu olsun. Onların
yayımları dünyanın hər yerində çox diqqətlə
seyr edirlər. Hətta inanırlar da.
Biz İsveçdə diaspor təşkilatı
olaraq, Azərbaycanın öz tarixi ərazilərinə sahib
çıxmasını antiterror əməliyyatlarını
yerli əhaliyə inandırmağa
çalışırıq. BMT-nin 1991-ci
ildə Azərbaycanın bütövlüyünü
hansı sərhədlər çərçivəsində
tanıdığını ortaya qoyuruq”.
Kanadadakı soydaşlarımız əsgərlərimizə
dua edirlər
Həsən
Dadibar: “Mən adi bir çörəkçiyəm. Kanadada yaşayıram. Həyat
yoldaşım isə, əslən Zaqatala rayonundandır.
Dörd övladımız var. Azərbaycan adına
harada aksiya keçirilirsə Kanadanın həmin şəhərinə
gedib əlimdən gələni edirəm. Burada
dövlət dili olaraq fransız və ingilis dilləri rəsmi
statusa malikdir. Ancaq, övladlarım Azərbaycan
Türkcəsini qrammatik baxımdan çox mükəmməl
bilirlər. Bu gün Qarabağda 30 ildir
yuva qurmuş erməni cəlladlarına və onlara dəstək
verən terror qruplaşmaların qarşı hərbi əməliyyatların
başlanmasını hər kəsdən daha lox mən ürəkdən
aqlqışlayıram. Bu gün Kanada
dövləti Qarabağla bağlı baş verən hadisələri
sakit tərzdə müşahidə edir. Ona
görə ki, əsil həqiqəti
aydınlaşdırmağa çalışır. Bizlər daim Azərbaycandan yeni xəbərlər
ümidilə gözümüzü açırıq. Döyüşən əsgərlərimiz
üçün dualar edirik. O da bəllidir ki, əlimizdən
nə gəlirsə, bizlər də tam hazırıq. Azərbaycanı
sülhə səsləyən beynəlxalq birlik onu da bilməlidir
ki, dövlətimiz 30 ildir sühlün yanında idi və
bununla yanaşı istənilən an
döyüşə hazır olmaq üçün də
çox böyük işlər görübdür. Doğulub boya-başa çatdığım
Güney Azərbaycanın Tikantəpə şəhərində
1915-1918-ci illərdə ermənilərin Rusiya, İngiltərə
və Fransanın silah, maddi, hərbi dəstəyi ilə
törətdikləri soyqırım tarixini çox
yaxşı bilirəm. Uşaq vaxtından
nənəm və babam bu barədə bizə çoxlu hadisələr
danışıblar. Mənə görə
harada erməni varsa, orada terror var. Dünya birliyi bunu dərk
edərək onlara himayədarlıq etməkdən əl
çəkməlidir”.
“Biz əbədi olaraq Qarabağa sahib
çıxacağıq”
Elman
Mustafzadə, “Avropa-Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Hollandiya: “Bizim təşkilatda
qürbətdə yaşayan soydaşlarımız deyil, həm
də polyak, yəhudi, alman, holland, fransız, çex, slovak,
uyğur, tatar, macar və digər xalqların nümayəndələri
də təmsil olunurlar. Biz bu xalqların
nümayəndələrinə neçə illərdir
Qarabağ həqiqətlərini izah etməklə məşğul
olmuşuq. Son illərdə Qarabağla
bağlı keçirdiyimiz aksiyalarda sadəcə bizlər
deyil, həm də digər xalqların nümayəndələri
də bizə dəstək vermək üçün
iştirak ediblər. Etiraf edim ki, Azərbaycan
iqtidarına qarşı bəzi problemlərə görə
müxalifətdə olmuşam. Ancaq,
heç bir zaman dövlətçilik məsələsində
iqtidar-müxalifət söhbətinin arxa planda olmasına
çalışmışam. Bu gün də
həmin fikirdəyəm. Mən
uşaqlıq illərimi Şuşada keçirmişəm.
Qarabağın nə demək olduğunu da
çoxlarından yaxşı dərk edirəm. Bu gün Azərbaycan bir dövlət olaraq
Qarabağdan erməni qəsbkarlarının
neytrallaşdırılması istiqamətində milli iradə
ortaya qoymuşdur. Bütün
varlığımla bu qətiyyətli addımları
alqışlayıram. 62 yaşım
vardır. Gərəkirsə bu quru
canımı Qarabağ uğrunda qurban verməyə tam
hazıram. Neçə gündür
Almaniyada bəzi tədbirlərdə iştirak edirəm.
Yeganə Almaniya mətbuatı Azərbaycan həqiqətlərini
olduğu kimi təqdim edir. Hətta buna
çox təəccübləndim də. Polşa
KİV-ləri də Azərbaycana yönəlik informasiyalara
üstünlük verirlər. Biz
mümkün qədər Qarabağın azadlığı
uğrunda Milli Ordumuzun qələbələrini sevincimizi yerli
xalqlarla bölüşməyə
çalışırıq. Mən tam səmimiyyəimtlə
inanıram ki, bu dəfə əbədi olaraq Qarabağa sahib
çıxacağıq”.
Dünya dövlətləri
və beynəlxalq təşkilatlar niyə 30 ildir susurlar?
Bədiə
Parlar, rəssam, Almaniya: “Əslən Güney Azərbaycanın
Xoy şəhərindənəm. Sonradan
Türkiyənin İqdır şəhərinə
köçmüşük. İndi də
Almaniyanın başkəndi Berlin şəhərində
yaşayırıq. Quzey Azərbaycanda
olmasam da, bütün varlığımla oraya bağlı bir
insan kimi özümü hiss edirəm. Demək
olar ki, Quzey Azərbaycanın hər qarışını, mədəniyyətini
və tarixini əzbər bilirəm. Almaniyanın
hansı şəhərində Qarabağla bağlı bir
aksiya keçirilirsə, bilin ki, orada biz ailəlikcə
iştirak edirik. Azərbaycanın 30 ildir 20 faizdən ox ərazilərini
işğal edən Ermənistana bu günə kimi heç
bir beynəlxalq təşkilat və dövlətlər
“işğalçı” adını verməyib. Biz dəfələrlər Qarabağ həqiqətləri
barəsində beynəlxalq təşkilatlara, dünyanın
böyük dövlətlərinin prezidentlərinə,
hökumətlərinə və parlamentlərinə müraciətlər
etmişik. Ermənistanın
işğalçılıq siyasətinin yönlərini
anlatmışıq. Ancaq, bircə dəfə
də olsun bizə cavab verən olmayıb. Qarabağın azad edilməsi uğrunda bizdən
asılı olan nə varsa, daim hazırıq. Almaniuyada
bizlərə olan isti münasibətin əsil səbəbi mədəniyyətimizlə
yerli əhalini tanış etməyimizdir. Heç bir zaman “filan tarixi torpaqlar bizimdir”, “filan
xalqlara görə biz dünyanın ən qədim
xalqıyıq” və sair boş, mənasız fikirləri səsləndirməmişik.
Azərbaycanın milli mətbəxi, milli musiqisi, milli gələnəkləri
ilə bağlı alman cəmiyyəti ilə tanış
etmək kimi hədəfləri ortaya qoymuşuq. Ona görə də bizlərə daim sayğı
ilə yanaşılır”.
Ermənilər xəstə cəmiyyət
olduğu üçün onlara inanan yoxdur
Fuad Məmmədoğlu,
həkim, ABŞ: “1993-cü ildən ailəlikcə
ABŞ-ın Hyuston ştatında yaşayıram. Buraya ilk gəldiyim illərdə gerçəkdən
erməni diasporu çox güclü idi. Həm
də cəmiyyətdə təsir gücünün xüsusi
yeri var idi. 2000-ci illərin ortalarından
etibarən erməni diasporunun ABŞ-da nüfuzu azalmağa
başladı. Bu gün ermənipərəst
siyasət yürütmək bir qədər gülməli
çıxır. Bunun səbəblərindən
biri də Azərbaycan diasporu adlı anlayışın ortaya
çıxmasıdır. Bizlər ermənilərin
yalanlarını cəmiyyətlə
bölüşürük. Hətta əyani
şəkildə sənədləri ortaya qoyuruq. Ona görə də tərəfdarlarımız ilbəil
artır.
Digər yandan ABŞ-da türkiyəli vətəndaşlar
bizimlə daim həmrəylik nümayiş etidirlər.
Azərbaycanda son illərdə baş verən quruculuq
haqqında demək olar ki, ABŞ-da hər kəs
görür.
Azərbaycanın tam müstəqil siyasət
yürütmək kimi addımlar atması da bu ölkədə
təqdir olunan faktlardan biridir. Rusiyanın
keçmiş Sovetlər Birliyi məkanını öz nəzarətində
saxlamaq üçün yaratdığı “MDB”, “Kollektiv Təhlükəsizlik
Şurası” və digər qurumlarda Azərbaycanın ya passiv,
ya da üzv olmaması ABŞ-ın diqqətindən heç
də yayınmayıb. Ona görə də
ABŞ-da Azərbaycana xüsusi rəğbət vardır.
Ölkəmizlə bağlı aksiyalar keçirdiyimizdə,
Amerika Türk Konfederasionu, Ahısqa Türkləri Birliyi,
Krım Taraları Hərəkatı ilə yanaşı
“Amerika Yəhudi Konqresi” və digər sanballı qurumlar bizimlə
həçrəy olduqlarını əyani şəkildə
ortaya qoyurlar. Bu gün Azərbaycanın dövlət
olaraq Qarabağda apardığı antiterror əməliyyatını
təqdir edirik. 30 ildir
torpaqlarımızı işğal edən Ermənistanın
işğalçılıq siyasətinin hədəfləri
artmaqdadır. Naxçıvana, Güney Azərbaycanın
Batı bölgələrinə, Gürcüstanın
Ahısqa vilayətinə, Türkiyənin 6 vilayətinə
qarşı ərazi iddiaları sərgiləməsi beynəlxalq
miqyasda ermənilərin nə qədər “xəstə xalq”
olduğuna açıq şəkildə bir işarədir. Biz Azərbaycan diasporu olaraq daim Azərbaycan dövlətinin
yanındayıq. Qarabağımızın
azadlığı uğrunda atılan addımlara görə
min dəfələrlə təşəkkürlərimizi
bildiririk.
Hürriyyət.- 2020.- 3-5 oktyabr.- S.10.