FETHİ Akın
İÇİMDƏKİ
UŞAQ
Haydı qalx,
Gedək artıq,
Saxta
Təbəssümlərin olduğu
İnsancığ
Qoxuyan bu şəhərdən!
Paslı
Yağ qablarında
Rəngarəng çiçəklərin
Olduğu
Dağ kəndimizə.
Anadan olduğumuz
O küçədə
Hər qapıda
Sevgi ilə saçlarını
Oxşasınlar yenə.
Təzək qoxuyan
O tərtəmiz insanlar.
Sən
Topla oyna
yenə,
Qol yeyəndə
Oturub
ağla.
Mən
Qəhqəhələrlə
gülüm sənə.
Uçurtman
Telefon
tellərinə taxılsın,
Sən
Yenə
oturub ağla.
Mən
Qəhqəhələrlə
gülüm sənə.
Dərdin
bu olsun
təkcə.
Haydı
qalx,
Gedək,
artıq!
Bilirəm,
İkimizdə
Çox
yorulmuşuq
İçimdəki
uşaq…
Uyğunladı: GÜLNARƏ Cəmaləddin
Hürriyyət.- 2020.- 3-5 oktyabr.-
S.14.