İBRAHİM Dizlek

 

SUS, YAZIQ ETMƏ NƏFƏSİNƏ

 

Günəşi qaraldan yuxusuz gecələri

Qalın bir yorğan kimi örtərəm üstümə.

Əgər anlada bilsəydim sənə düşüncələrimi

Bir sevda melodiyası yüklərdim səsimə.

zaman könlümdəki eşqdən danışsam,

Cəm vurursan uşaqtək həvəsimə.

Çırpınma boşuna fəth kimi sənə qəlbim

Unutmadım,unutmayacağam,unuda bilmərəm

Sus,nə olar,sus,yazıq etmə nəfəsini.

Bütün gözəlliklər səndən almış ilhamını,

Üzünə baxdığım zaman kəsilir nəfəsim,

Sevdan qızğın dəmir kimi dağlar canımı.

Neçə dərgahlarda diləklər tutdum,

Həsrətini qoynumda uyutdum,

Mən unutmağı unutdum

Səni necə unudaram?!

Sus,nə olar,sus,yazıq etmə nəfəsini.

Səndən başladı məndəki həyat sevgisi,

Can oldun ömrümün hər saniyəsinə,

Nəfəs alıb verirəmsə səbəbi sənsən

Unutmayacağam,unutmadım,unuda bilmərəm.

Sus,nə olar,sus,yazıq etmə nəfəsini.

Mövsümləri dəyişdirən şeylər var anidən

Günəş qızgınlığıyla vurar qar dənəsinə

Amma sən əsla toxunma məndəki

manqal ürəyə

Mənə -Zəfən dağlarındakı qar dənəsinə.

Səni unutmağım üçün qiyaməti gözlə

Çünki o gün hər şey dönəcək tərsinə.

Mən ki səni ruhumla sonsuz sevdim

Unutmayacağam səni,unutmadım,

unuda bilmirəm,

Sus,nə olar,sus yazıq etmə nəfəsini.

Dərviş dərgahında diləklər tutdum,

Həsrətini qoynumda uyutdum,

Mən unutmağı unutdum,

Səni necə unudaram?!

 

Uyğunladı: GÜLNARƏ Cəmaləddin

 

Hürriyyət.- 2020.- 3-5 oktyabr.- S.14.