MUSTAFA Doğan
MƏNDƏN BİLMƏ
Bir şəfəq
sancısıyla könlümün təvafında
Qəm
yükünə əlvida etdimsə məndən bilmə.
Özümlə
cəng edərək hicranın arafında
Bürcümə
bəyaz bayraq sancdımsa məndən bilmə.
Hilalın
xəncərini Zülfiqar edib ardan,
Atəşin
sinəsinə ümid daşıdım Qardan,
Sıyrılıb
şirin candan fərəqət edib yardan,
Mindiyim gəmiləri
yandırsam məndən bilmə.
Dodağımda
cümlələr kədərdən qanayarkən,
Könül
öz yuvasının hicrətinə yanarkən,
Hicranın
məqamında son duanı anarkən,
Başıma
son gülləni çaxdımsa məndən bilmə.
Yerlə
-yeksan edərək bütün cəsarətimi,
Alın
yazısı saydım məsum əsarətimi,
Zərrə
tamah etməyib dövr edib dövlətimi,
Təslim
edib qələmi çıxdımsa məndən bilmə.
Uyğunladı: GÜLNARƏ Cəmaləddin
Hürriyyət.- 2020.- 3-5 oktyabr.-
S.14.