Dövlətin və vətəndaş cəmiyyətinin bütünləşən iradəsi

 

Bu il sentyabr ayının 27-də yenidən Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində silahlı münaqişələrə yol açan provakasiyaları gündəmə gələn kimi Milli Ordumuz düşmənin bütün atəş nöqtələrini susdurmaqla ölkəmizdə yeni proseslər başlanıldı. Bu, 30 illik sülh danışıqlarının artıq vazkeçilməz olduğunu bir daha sübut edən amillərlə müşahidə olundu. Dövlət başçısı İlham Əliyev Ali Baş Komandan kimi sərt şəkildə xalqımızın milli iradəsini sərgilədi: “Qarabağ Azərbaycandır”. Beləliklə də ölkədə istər dövlət qurumları, istərsə də vətəndaş cəmiyyəti bu yöndə ölkənin ərazi bütövlüyünü, Konstitusiyada təsbit olunmuş qanunları ali məram kimi qəbul edərək vahid starateji mövqeyi uğrunda bir araya gəldilər. 13 gündür davam edən və işğal olunmuş ərazilərin tamamilə azad edilməsi prosesi xalqımızın ruh yüksəkliyini daha artırmış və yeddidən yetmişə kimi hər kəs Azərbaycan torpaqlarının ərazi bütövülüyü üçün əlindən gələn işi görməyə hazır olduğunu elan edibdir.

50 siyasi partiya ölkəmizin ərazi bütövlüyü üçün bir araya gəldi

Qarabağın azadlığı uğrunda gedən döyüşlərin ilk günündə dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənilməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Çox sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar bu çətin tarixi dövrdə kənarda qalmadılar. Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir. Milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir. Siyasi partiyalar tərəfindən göstərilən dəstək təkcə siyasi onların  xalqımız üçün çətin məqamda, dövlətimizin həyatında taleyüklü məsələlərin həllində bir narahatçılıqdan əlavə, həm də siyasi bir mədəniyyətin təzahürüdür. Son vaxtlar  Onu da qeyd edək ki, prezident İlham Əliyevin çağırışları əsasında ölkədə yeni siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisi, eyni zamanda, ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Bununla belə, təəssüflər osun ki, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirmədirlər. Özlərinin millətin yanında olduqlarını göstərməyə çalışan bu partiyalar Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktının insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməsini tələb edir. Həmçinin, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edir, Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər . Siyasi partiya rəhbərlərinin birgə bəyanatında prezident İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirərək, Azərbaycanın ədalətli mövqe tutmasını xüsusilə vurğulayırlar. İndiki məqamda Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrini bölünməz edir.

Vətəndaş cəmiyyətində yeni baxışlar

Vətəndaş cəmiyyəti dedikdə, sadəcə hansısa ictimaimqurumlar deyil, ölkəmizin bütün vətəndaşlarının dövlətin yürütdüyü vacib ictimai, siyasi və digər proseslərdə ona dəstək çıxmasıdır. Bu gün faktiki olaraq, Azərbaycanın hər bölgəsindən, etnik kimliyindən, dilindən və dinindən asılı olmayaraq, ölkə vətəndaşı kimi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi üçün könüllü olaraq döyüşə getmək barəsində öz qərarlarını verirlər. Yaranmış şəraitə görə ölkənin bütün yerlərində bununla bağlı aksiyalar keçirilir. Məhz belə bir şəraitdə vətəndaşlar dövlətin yanında yer aldıqlarını bəyan edirlər. Düşmən öz məkrini həyata keçirmək üçün münaqişə bölgəsi olmayan ərazilərimizi belə, uzaqvuran toplarla atəşə tutduğu zaman insanlar həyəcan dolusu ürküb bütün bunlardan qorxmadıqlarını bəyan edirlər. Tər-Tər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan, Ağdaş, Mingəçevir, Gəncə, Daşkəsən, Göy-Göl və digər bölgələrə Ermənistan üzərindən və ya hələ də işğal altında olan ərazilərdən yağdırılan mərmilər dinc əhalinin narazılığıan səbəb olsa da, dağlmış evlərinə və təsərrüfatlarına görə əzab çəksələr də, yaşadıqları əraziləri tərk etməyəcəklərini açıq şəkildə cəmiyyətimizə duydururlar. Vətəndaşlar yaxşı dərk edirlər ki, Azərbaycanın geriyə yolu yoxdur. Digər yandan isə, onu da bilirlər ki, dövlət hər zaman onların yanındadır. Milli Ordumuzun hər gün əldə etdiyi uğurlar, sürətli hücum taktikası ilə işğalçı düşməni zərərsizləşdirmək üçün atdığı addımlar vətəndaşların əsil qürur yeri kimi dəyərləndirilir. Ölkənin bütün KİV-ləri bu prosesə qoşulduqları üçün, vətəndaş cəmiyyəti və dövlətlə bir arada olması böyük uğurlara dəstək deməkdir. Əlindən heç bir iş gələməyən bəzi sadə insanlar cəmiyyətin bir üzvü kimi evlərinin balkonundan və ya pəncərəsindən dövlət bayrağını asmaları belə qürurverici olaydır.

30 illik həsrət son qoyulur

Sovetlər Birliyi dağıldıqdan sonra, neoimperiya siyasəti yürüdən, hələ də keçmişin  mirasından və buxovundan azad olmayan Rusiya fərqli taktika ilə etnik separatizm siyasətini yürütməyə başladı. Bu, Moldovada “Dnestryanı”, Gürcüstanda “Abxaziya” və “Güney Osetiya”, Azərbaycanda “Dağlıq Qarabağ” sindromları ilə müşahidə olundu. Düz 30 ildir ki, bu sindromların heç biri öz həllini tapmayıb. “Xalqların öz müqəddəratını təyin etmə” adı altında hər üç dövlət 30 ildir ərazi bütövlüyü problemi ilə üzəüzədir. Bu gün həmin siyahıya Ukraynanın Krım, Dnepropetrovsk, Luqansk, Donetsk və Donbas bölgələrinin əlavə olunması Şərqi Avropa dövlətlərinin inkişafı üçün ən böyük təhlükə mənbəyi olaraq qalır. Faktiki olaraq, bu üzücü problemin həlli istiqamətində ilk dəfədir ki, Azərbaycan bir dövlət olaraq ayağa qalxmışdır. Dövlət və cəmiyyət bu məsələdə yüksək səviyyədə həmrəyliyini nümayiş etdirir. ATƏT-in Misnk Qrupunun, BMT-nin, Avropa Birliyinin və Avropa Şurasının 30 ildir gəldiyi qənaətin sonunun olmaması, konfliktlərin aradan qaldırılmasında “dişsiz”liklərini nümayiş etdirməsi, sonu bəlli olmayan “sülh danışıqları”nın illər boyu davam etdirilməsi faktı demək olar ki, dünya düzənində bəlirsizlik sayılır. Ona görə də, Azərbaycan dövlət olaraq ən azından dünya üçün bir örnək olmaq üçün bütün bunları nəzərə alaraq qəti addımlar atır. Faktiki olaraq, indiki məqamda 30 ildir işğal altında olan ərazilərimizin düşməndən tamamilə azad edilməsiistiqamətində xeyli uğurlar əldə olunub. Döyüş bölgəsindən hər gün yeni-yeni xəbərlər gəlir. Bu, Azərbaycan Milli Ordusunun qəti qələbələri və müzəffər yürüşünün uğurları kimi dəyərləndirilir.

21-ci əsr bütün işğalçılıq siyasətinə dur deməlidir

İşğalçılıq, etnik təmizləmə və etnik nifrət XXI əsrin ideologiyası ola bilməz və olmamalıdır. İşğalçılıq və etnik təmizləmə ideologiyasına qarşı yalnız beynəlxalq birlik və həmrəylik dura bilər və durmalıdır. Buna görə də Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək istiqamətində ədalətli mübarizəsinin xüsusi yeri vardır.

30 ildir Azərbaycan ərazilərinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı olub. Bu illər ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan vasitəçilik missiyası Ermənistanın qeyri – konstruktiv mövqeyi ucbatından müsbət nəticəyə nail olmayıb. Erməni tərəfinin işğalçılıq mövqeyi çox müxtəlif üsullarla status-kvonu saxlamaqdan ibarətdir. Bunu nəzərə alaraq, Azərbaycanın qəti addımlar atması sadəcə region üçün deyil, dünya dövlətləri arasında etnik təmizləmə və separatizm siyasəti yürüdənlər üçün bir örnəkdir. Bunun üçün də dövlət və vətəndaş cəmiyyəti bir araya gəlməlidir. Bu faktın özü Azərbaycanda artıq örnəyə çevrilibdir. Əldə olunan qələbələr bir daha sübut edir ki, hansı dövlətdə vətəndaş cəmiyyəti ilə uzlaşma mövcuddursa, orada uğurlar da çox asanlıqla əldə olunur.

 

Hürriyyət.- 2020.- 10-12 oktyabr. S. 13.