Azərbaycan diasporu
Qarabağda mütləq qələbəyə
inanır
27 sentyabr tarixində
Ermənistana məxsus
silahlı quldur dəstələri Azərbqaycanın
işğal altında
olan ərazilərindən
müxtəlif çaplı
silahlardan intensiv yayılım atəşlər
açmağa başladllar. Yaranmış gərgin şəraitə
qarşı Azərbaycan
Milli Ordusu tələb olunan qaydada düşmən tərəfi susdurmağa başladı. Çox qısa
bir zamanda cəbhə bölgəsində
vəziyyət tamamilə
dəyişməyə başladı.
Belə ki, 13 günlük davam edən hərbi əməliyyatlar nəticəsində
30 ildir davam edən və Azərbaycanın işğal
olunmuş ərazilərindən
erməni silahlı birləşmələrinin çıxarılması
ilə vağlı sülh danışıqlarının
irəli sürdüyü
tələblər aradan
qaldırılmağa başladı.
Kəlbəcər rayonu və
xüsusilə də Murod dağının düşmən qüvvələrindən
azad ediıməsi işğal olunmuş ərazilərimizin azadlığı
üçün başlıca
amil oldu. İndi Azərbaycan tərəfi söz sahibinə çevrilməklə həm
də danışıqlar
masasında öz iradəsini daha sərbəst şəkildə
qoymaq imkanı qazanıb. Azərbaycanda bütün bunlar
xalq tərəfindən
böyük coşqularla
qarşılanması ilə
yanaşı xaricdə
yaşayan soydaşlarımız
da ictimai və mənəvi baxımdan öz dəstəyini verir.
“Mən Azərbaycanın gözü ilə Avropaya baxıram”
25 ildir Fransanın
Sent Etyen şəhərində
yaşayan Faiq Məmmədoğlu bildirdi
ki, ailəsi ilə birlikdə bu ölkədə məmnunluq duyur. Ancaq, heç
bir zaman Avropanın deyil, Azərbaycanın gözü
ilə dünyaya baxmağa çalışır.
Ona görə ki, harada yaşamaq
deyil, kim
olmaq bizim üçün başlıca
şərtdir. Bu gün Fransa bir dövlət olaraq Dağlıq Qarabağ məsələsində
maraqlı tərəf
kimi çıxış
etmir. Əgər ermənilərin xeyri üçün hər hansı bir isti kəlmə
işlərdirsə, deməli
Fransada bələdiyyə
və ya parlament seçkiləri keçirilir. Fransanın Ermənistanla
bağlı digər hədəfi erməniləri
tamamilə “frankoman” ideologiyasına cəlb etməkdir. Çünki,
Fransa dövlətinin
ideoloji, mədəni,
ictimai və sosial
anlayış baxımından
təsir dairəsi əsasən “frankofoniya” modlei ilə tənzimlənir. Buna Fransa və fransızların təsiri
altında olan xalqlar deyilir. Seneqal, Nigeriya, Çad, Tunis, Qvineya-Bisau, Livan, Mali və digər dövlətlər və xalqlar faktiki olaraq fransız düşüncə sisteminin
bir parçasıdırlar.
Fransada təqribən 500 min nəfərə
yaxın erməni yaşayır. Onlar həm
də ictimai baxımdan çox fəladırlar. Ona görə
də Fransa çalışır ki,
erməniləri və
Erməniləri “frankoman”
ideologiyasına sürükləsin.
Azərbaycanın 30 ildir ki, işğal altında olan ərazilərinin son iki həftədə tamamilə təmizlənməsi
istiqamətində aparılan
antiterror əməliyyat
tədbirlərini bizlər
çox böyük ruh yüksəkliyi ilə qarşıladıq.
Lyon, Tuluza, Nitsa, Nant, Strasburq, Monpelye, Bordo, Lill, Ren, Reyms,
Qrenobl, Havr, Tulon, Anje və
digər şəhərlərdə
yaşayan soydaşlarımızla
gündəlik olaraq, bu qələbləri paylaşırıq. Biz çox yaxşı bilirik ki, Fransada
Azərbaycan və Türkiyə diaspor təşkilatları nə
qədər aktiv olsalar da, dövlət
siyasəti ermənilərin
yanındadır. Ancaq, bu
o demək deyil ki, bütünlükdə
fransız xalqı ermənilərin yanındadır.
Bizim fəaliyyət dairəmiz
də elə o sadə fransızlarla məhdudlaşır. Mənim
qonşularım, iş yoldaşlarım
və ailəmizin dostu olan fransızların
hamısı heç
də dövlətin ermənlərə olan maraqları çərçivəsində
düşünmürlər. Biz onlara görkəmli
fransız alimi Jorj de Malevilin erməni yalanları haqqında yazdığı
fundamental elmi məqalələrini
təqdim edirik. İstənilən fransız vətəndaşı
onları oxuduqca, ermənilərin nə qədər mənfur xislətli olduqlarının
şahidinə çevrilirlər.
Ukrayna Azərbaycanın hər zaman yanındadır
Bu qardaş ölkənin
Lvov şəhərində yaşayan soydaşımız
Rəcəb Quliyev isə bildirdi ki, diaspor məsələsində
fəal olmasa da, onun əsas
işi sadə ukraynalılarla çalışmaqdır. Demək olar
ki, Qərbi Ukrayna adlanan bölgələrdə erməniləri
və Ermənistanı
kimsə dəstəkləmir.
Ona görə də, bu bölgələrdə
ermənilər yox kimidirlər. Bunun səbəbini
isə ukraynalılar izah edirlər ki, Çarlıq və Sovet Rusiyası
müstəqil Ukraynanın
müstəqil dövlət
olmasına qarşı
hərbi müdaxilələr
edən zaman ermənilər silahlanaraq,
daima Moskvanın yanında yer alıblar. 2014-cü ildə Krımın işğal edilməsi bu faktı bir
daha sübut etdi ki, orada
yaşayan ermənilər
tamamilə Rusiyanın
mənafeyini müdafiə
etdilər. İndi
erməni məsələsi
Ukraynanın Kiyev,
Odessa, Volın, Rovnensk,
Jitomir,
Xmelnitski, İvano-Frankosvski, Zakarpat,
Çernovits, Çerniqov,
Sum, Poltava və digər
vilayətlərində qəbuledilməz
hal kimi qarşılanır. Ona görə də,
onlar bu vilayətlərdən köçüb
gedirlər. Ukraynada Azərbaycan
diasporu demək olar ki, dövlət
səviyyəsində dəstəyə
malikdir. Çünki, soydaşlarımız hər
zaman Ukrayna dövlətinin milli maraqları çərçivəsində
fəaliyyət göstəriblər.
27 sentyabr tarixindən
bu günə kimi Qarabağda işğal olunmuş ərazilərimizin düşməndən
tamamilə təmizlənməsi
istiqamətində atılan
addımları Ukraynada
hər kəs çox ciddi şəkildə təqib
edir. Azərbaycan separatizmə qarşı
antiterror əməliyyatlarını
necə və hansı texnologiya ilə aparması istiqamətində bu problemdən əziyyət
çəkən bütün
dövlətlər üçün
bir örnəkdir.
Hər gün gözümüz Azərbaycandan gələn
xəbərlərə dikilib.
Bizim uğurlarımız həm
də soydaşlarımıza
olan bəzi yalnış və steorotip baxışların
köklü şəkildə
dəyişməsinə səbəb
olub. Budur milli qürur
mənbəyi. Bizlər indi
qürurla yola çıxa bilirik.
Sakit Həmzəyev: “Qazaxstan Qarabağ məsələsində
Azərbaycanın yanındadır”
Alma-Atı şəhərində yaşayan və rəssam kimi tanınmış Sakit Mirzəyev bizimlə söhbəti zamanı bunları bildirdi: “27 sentyabr tarixindən Qarabağın və işğal olunmuş ərazilər məsələsində atılan addımlar, xüsusilə də antiterror əməliyyatları tək burada yaşayan azərbaycanlıların deyil, həm də qazax, uyğur, tatar, özbək, türkmən, başkort, çuvaş, noqay, kumık, qaraçay və digər türk xalqlarının nümayəndələri tərəfindən diqqətlə izlənilir. Qazaxstanın bu gün Qarabağ məsələsində sakit durmasına baxmayın. Ona görə ki, bu qardaş ölkənin coğrafi, ictimai və siyasi mənada bir sıra proseslərə görə zahiri baxımdan sakit görünə bilər. Ancaq, ruhən onların hamısı bizimlədirlər. İşğal olunmuş ərazilərimizin Azərbaycan Milli Ordusunun şanlı qələbəsindən hər gün yeni müjdələr gözləyirik. Bizlər məğlub xalqın deyil, qələbə çalmaq qüdrəti olan dövlətin insanları olaraq yola çıxa bilirik. Qazaxstan MDB və KTŞ-nin üzvü olmasının xeyirli tərəfi odur ki, Rusiya və Ermənistan bir sıra niyyətlərini reallaşdıra bilmirlər. Elə son hadisələr də onu göstərir ki, Ermənistan çox çalışdı ki, Azərbaycanı hərbi baxımdan provakasiyalara cəlb etməklə KTŞ üzvü olan dövlətlər onu himayə etsin. Qazaxstan və onun müdrik rəhbərliyinin səyləri nəticəsində ermənilərin bu iyrənc hədəfləri baş tutmadı. Mən bir rəssam olaraq, Qazaxstanın əksər bölgələrində sərgilərdə iştirak edirəm. Qazax siyalılar arasında çox sayda dostlarım var. Onlar bizlərə daim onu xatırladırlar ki, Qazaxstan və qazax xalqı heç bir zaman Azərbaycanın əleyhində addım atmayacaq.
Milli birlik istənilən dövlətin qələbələrinin təməlidir
Belorusun Qomelsk şəhərində yaşayan və diaspor sahəsində fəallığı ilə seçilən Sədi Fərhadoğlunun fikrincə Azərbaycanın 13 günlük antiterror əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimizin silahlı erməni quldur dəstələrindən təmizlənməsi həm də diasporumuzu ruhlandırıbdır. Fərhadoğlu onu da bildirdi ki, Azərbaycanda 50 siyasi partiyanın Vətən məsələsində dövlətin yanında yer alması MDB məkanında misli görünməmiş ən böyük uğurlardan biridir. Ölkə daxilində sabitlik və milli birlik düsturu əldə etmək həm də işğal olunmuş ərazilərimizin azadlığı deməkdir. Bizlər artıq yerli insanlara bunları anlatmaqda qürur duyuruq. Azərbaycan diplomatiyasının uğurlarını isə, ümumiyyətlə alqışlamaq gərəkdir. Artıq ATƏT və digər beynəlxalq təşkilatların nə qədər dişsiz siyasət yürütdüklərini hər kəs daha dərindən dərk etməyə başlayıb. ATƏT üzvü olan ölkələr, Avropa Birliyi və Avropa Şurası 30 ildir Ermənistanın işğalçı siyasətinə niyə dur demirdilər? Bu gün Azərbaycan qələbələr əldə edən kimi dərhal sərt sifətlərini göstərməyə başlayıblar. Azərbaycan dövləti artıq “güzəşt limitinin” tükəndiyini açıq şəkildə elan etmişdir. Ona görə də qəti addımlar atmaqda çətinlik çəkmir. Belorusda Qarabağ konfliktinə insanlar bir qədər donuq şəkildə baxılarlar. Elə ki, bizlər onlara bu problemin nə demək olduğunu izah etdikdə, bizlərin müdafiə olunmağımızı alqışlayırlar. Belorusda Ermənistanın haqsız olduğunu çoxları dərk etməyə başlayıbdır. Bizlər diaspor fəalı olaraq çalışırıq ki, daha ətraflı maarifçilik işlərini görək.
Səriyyə Ərdəbili: “Qarabağ azad olduqca, bizlərin qürurumuz daha da güclənir”
Əslən Güney Azərbaycandan olan Səriyyə Ərdəbili İsveçdə yaşayır. Səriyyə xanım bildirir ki, həyat yoldaşı və digər ailə üzvləri ilə birlikdə 20 ildən çoxdur ki, Qarabağ məsələsini İsveçdə qabartmaqla məşğuldurlar. Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş və indiki rəhbərliyi də çox yaxşı bilir. “Xocalıya ədalət” və
aksiyalar İsveçdə
məhz onların tərəfindən qabardılıbdır. Avropada Azərbaycanın
milli maraqlarını müdafiə etmək
nə qədər çətin olsa da, bizlər heç bir zaman öz
işimizdən usanmadıq. İsveçdə digər
xalqların ictimai təşkilatları ilə
xalq diplomatiyası siyasətini
yürütməklə Azərbaycan həqiqətlərini onlara izah edirik.
O da bəllidir ki,
İsveçdə hər hansı bir
dövlətin ərazilərinin işğalına xoş baxmırlar. Azərbaycan Milli Ordusunun son uğurları bizləri
qürurlandırıbdır. Avropada güneyli və quzeyli bütün soydaşlarımız
Qarabağın və digər işğal
altında olan ərazilərimizin azad edilməsini alqışlayırıq. Hər
gün Azərbaycan televizyası
kanallarından informasiyaları alıb içveç
dilində onları yayırıq.
Çalışırıq ki, Azərbaycan
həqiqətləri daha dolğun
və ölkəmizin informasiyasını hər kəs oxuya bilsin. Qarabağ
qarış-qarış azad olduqca, bizlərin qürurumuz
daha da gücənir. Biz inanırıq ki, o gün çox
uzaqda deyil. Bu problemin həlli məzlum
xalqların özgürlük
davasının simvoluna çevriləcək.
Ərazisi işğal olunmuş
bir xalq o zaman öz
qüruruna sahib olur ki, bu
işğala son qoyur. Azərbaycan dövləti bu gün həmin qüruru doğma
xalqına ərməğan etməkdədir.
Hürriyyət.-
2020.- 13-14 oktyabr. S. 10.