Vətən
torpağında “qürbət”çiliyə son qoyaq
Xalqımızın bir milyondan çox sayı olan məcburi
köçkünlər və qaçqınlar ötən 30
ildə özlərini doğma torpaqlarından, əcadlarının
ruhunun yaşadığı məkanlardan uzaq qaldıqları
üçün, daim hansısa “qürbət”də olduğu
kimi hiss ediblər. Bu gün ölkəmizin 30 ildir Ermənistanın
işğalçı silahlı quldur dəstələrindən
azad edilməsi mərhələsinin başlanması və
milli iradənin bu istiqamətdə ən yüksək səviyyədə
cəmiyyət tərəfindən dəstəklənməsi
yeni mərhlənin başlanğıcı kimi dəyərləndirilir.
Artıq məcburi köçkünlər və
ya qaçqınlar hər ötən günə, hər
açılan sabaha böyük ümidlərlə
baxırlar. Çünki, işğal
altında olan yurd yerlərinin müzəffər Milli Ordumuz tərəfindən
azad edilməsi onlarda tunelin sonunda görünənişıq
qədər həyəcan yaratmışdır. Fikrimizcə, şanlı tariximizin son 200 ilində
ilk dəfədir ki, Azərbaycan xalqı bu qədər milli
birlik nümayiş etdirir. Faktiki olaraq,
dövlət və millət eyni çəkiclə hədəfə
zərbə vurur. Milli birliyimizin təməl
prinsipi olan bu müqəddəs anlam Azərbaycanın ərazi
bütövlüyünün simvolu kimi qiymətləndirilir.
Vətəndaş
cəmiyyəti ən adi insanların sayəsində
güclüdür
“Hürriyyət” qəzetinin repertyor qrupu olaraq, cəbhə
bölgəsinə yaxın olan bölgələrdə
insanlığı heyrət içində qoyan qeyri-adi olayların
şahidi olduq.
Belə ki, Sabirabad, Saatlı, İmişli, Beyləqan və
Füzuli rayonları ərazisindən keçəndə
bomboş yollarda günün və ya yağmurun altında
minbir əziyyətlə əkib-becərdikləri məhsulları
satan sadə insanlar əsgərlərimizi
cəbhə bölgəsinə daşıyan hərbi
maşınları görən kimi, dərhal onların
qarşısını kəsir və onlara qarpız,
yemiş, yeşiklərlə dolu müxtəlif meyvələr
pulsuz olaraq verirdilər. Yol kənarında bir çox yerlərdə
döyüşə gedən əsglər və zabitlərilərimizi
duhlandırmaq üçün hətta qurban kəsib kabab
bişirərək onları doyunca yeməyə qonaq edənlərin
sayı da az deyildi. Sən
demə, vətəndaş cəmiyyəti sadəcə
hansısa QHT-nin, qurumun və ya siyasi partiyanın
varlığı ilə ölçülmürmüş.
Əsil vətəndaş cəmiyyəti elə
sadə insan topluluğu imiş. Bu sadə
kəndli insanlar bəlkə də dünyanın ən
humanist, alovlu yurdsevərləridir desək, heç də
yanılmarıq. Onlar əsil cəmiyyətin
nə olduğunu hər kəsə təmənna güdmədən
səmimi şəkildə isbat etdilər. Yolumuz Füzuli rayonunun kəndlərinə
çatanda isə, möcüzəli hadisələrlə
üzləşdik. Belə ki, yerli sakinlər
və bölgəyə gəlmiş, adlarının heç
yerdə hallanmasını istəməyən işadamları
çoxlu ərzaq, alt geyimlər, tütün məmulatları
və sairləri gətirərək əsgərlərimizə
pulsuz olaraq dağıdırdılar. Yol
boyu rastlaşdığımız bu mənzərə təbii
olaraq içimizdə qürur hissinin daha da güclənməsinə
səbəb oldu. Ona görə ki,
heç bir elmi ədəbiyyatda yazılmayan vətəndaş
cəmiyyəti anlayışının şahidi idik. Cəbhəyə yaxın bölgələrdə isə,
əsgərlərə hər bir ailə səxavətlə
evini qonaq kimi dəvət etdiklərinin də şahidi olduq.
Onu da öyrəndik ki, hərbçilərimizin
heç bir şeyə ehtiyacı yoxdur. Dövlət
səviyyəsində onlar hər şeylə təmin
olunurlar. Sadəcə xalqımız öz
səxavətini göstərmək üçün bu
addımı atır. Ona görə ki, səgərlərimiz
bu dəfə sözün əsil mənasında 30 illik həsrətə
son qoymaq üçün döyüşürlər. Hər ötən gün isə, onların
şanlı qələbələrinin canlı şahidi
oluruq. Məcburi köçkünlər və
qaçqınlar bizə onu da dedilər ki, hər gün cəbhədə
döyüşən əsgələrimiz üçün
dua edirlər. Daha böyük qələbələr
əldə etməsini uca Tanrıdan diləyirlər.
Döyüş
bölgəsinə can atanlar
Bakıdan yola çıxdığımızda yol boyu
cəbhə bölgəsinə gedən maşınların
sıxlığını ilk dəfə idi ki,
görürdük. Sən demə, döyüş bölgələrində
əldə olunan qələbələrdən ürək
dolusu sevinən soydaşlarımız 30 illik məcburi
köçkün və ya qaçqın adının
üstündən götürülməsi üçün
doğma torpaqları görməyə tələsirmişlər.
Onlar əcdadlarının evini, yurdunu və
gömüldükləri torpaqları görmək
üçün tələsirdilər. Axı
çoxları o torpaqlrda dünyaya gəliblər və
uşaqlıq illəri o torpaqlarda keçib. Torpaq həsrəti ilə yanaşı doğma yurda
dönməklə bundan sonra Tanrının onlara verdiyi
ömrü elə orada yaşamaqda israrlı olduqlarını
bildirirdilər. Füzulidə yerli sakinlərdən
əlavə, hərbçilərlə yanaşı, müxtəlif
bölgələrdən gələn məcburi
köçkünlər və qaçqınların sayı
da xeyli dərəcədə çox idi. Onlara
bir-bir yaxınlaşıb bölgəyə nədən gəldiklərini
soruşduq. Hamısı bir ağızdan: “Kəndimiz
işğaldan azad olub və onu görməyə gəlmişik”
deyə cavab verirdilər. Hər kəsin
gözü-qulağı televizorda və cəbhə bölgəsindən
ən yeni xəbərləri dinləməyə yönəlmişdi.
Onlar həm də ölkə prezidentinin “Azərbaycan
ərazisində ikinci bir erməni dövlətinin
yaranmasına əsla izin verməyəcəyik”
sözünü daha çox coşqularla
qarşılayırdılar. Deməli,
insanlar Milli Ordumuzun müzəffər qələbələrindən
sonra, düşmənlə qonşuluq şəraitində
yaşamayacaqlar. Torpaqları uğrunda
döyüşən əsgərlərin sayəsində rahat
yaşaya biləcəklər. Cəbhə
bölgəsinə gələn soydaşlarımız eyni
zamanda başqa bölgələrdə məskunlaşmış
yaxınları ilə davamlı şəkildə əlaqə
saxlayıb, hər şeyin Milli Ordumuzun tam nəzarətində
olması faktını spyləməkdən qürur hissi
keçirirdilər.
Əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı
kəndindən olan Firudin Məmmədvəliyev isə bildirdi
ki, kəndlərinin işğaldan azad olmasına görə
Milli Ordumuza sonsuz təşəkkürlər etmək
üçün cəbhə bölgəsinə gəlib. 27 ildir
doğma kəndin həsrəti ilə yaşayıb. Orada əcdadlarının məzarları var və
onları görmək, ziyarət etmək istəyir.
Firudin bəy onu da dedi ki, xalqın və dövlətin bu qədər
coşqulu səviyyədə birliyinin ilk dəfədir
şahidi olur. Tarix kitablarında ancaq başqa
xalqların taleyində bu faktlara rast gəlibdir. Budur, həmin hissləri indi də Azərbaycan
xalqı yaşayır.
Yurd həsrətinə
son qoyan Orduya minnətdarlıq
Demək olar ki, Bakıya geri döndüyümüzdə
yol boyu qəsdən çayxanalarda lövbər salıb bir
stəkan çay içmək bəhanəsi ilə, müxtəlif
bölgələrdə insanların əhval-ruhiyyəsini pyrənməyə
çalışırdıq. Demək olar ki, mənzərə
hər yerdə eyni idi. Hamı
Qarabağdan danışır, ermənilərin xəyanətinə
görə nifrətlərinin daha da artdığını
söyləyirdi. Azərbaycanın Milli
Ordusuna olan inamlarının qat-qat artdığını
deyirdilər. Əsil doğru xəbərlərin
ancaq Azərbaycanın KİV-də verildiyinə görə
onlara təşəkkür etdiklərini deyirdilər. Rusiyanın TV kanallarına baxıb daha da əsəbiləşdiklərini
heç nədən çəkinmədən söyləyirdilər.
Türkiyənin milli iradəsini isə ən
yüksək səviyyədə qiymətləndirdiklərini
deyirdilər. Türkiyənin Qarabağımızın
azad edilməsi yönündə
Azərbaycanın apardığı mübarizənin
yanında qətiyyətlə durmasından məmunun
qaldıqlarını bildirirdilər.
Hacıqabul
sakini və ixtisasca aqronom olan və bu gün çayxana
işlədən Mübariz Talıbov fikirlərini bizimlə
belə bölüşdü: “Mən ali təhsil
alsam da, tale elə gətirdi ki, gördüyünüz bu
balaca çayxananı işlədirəm. Kasıb
dolansam da, bu gün özümü dünyanın ən zəngin
insanı olaraq hiss edirəm. Torpaqlarımız
qayıdır. Qarabağlı deyiləm.
Ancaq, hamımıızn bir vətəni var, o
da Azərbaycandır. Vətənə
vahid orqanizm kimi baxmaq gərəkdir. Bu
gün yaralı Azərbaycanın dərdlərinə məlhəm
qoyulur. Milli Ordumuza mənim kimi minlərlə
isanlar minnətdarlığını bildirir. Oğlum könüllü olaraq döyüşə
getdi. Sağ-salamat qayıtsa da,
qayıtmasa da, bircə qürur yerim odur ki, bizim ailəmiz bu
müqəddəs savaşda iştirak edir. Vətən torpaqlarını 30 illik işğaldan ən
qısa zamanda azad etmək hərb tarixi üçün əsil
möcüzədir. Bax, Azərbaycan
başda prezidenti olmaqla bir dövlət kimi bu möcüzəni
dünyaya göstərir.
Sosioloqlar
heyrət içində
Əksər
daxili və xarici sosioloqlar Azərbaycan dövlətinin 13
gün ərzində düşmənin 30 ildir işğal
etdiyi ərazilərimizin azad edilməsi faktına heyrətlə
yanaşırlar. Ona görə ki, mürəkkəb
coğrafi şəraitə malik olan Qarabağ və onun ətraf
bölgələrində döyüşlər apararaq
böyük uğurlara imza atması heyrətdoğurucu bir
hadisədir. Sosioloqları başqa bir məsələ
də heyrət içində saxlayır. Bu,
50 siyasi partiyanın, minlərlə QHT-in və
bütövlükdə cəmiyyətin dövlətin və
onun rəhbərliyinin yanında yer alması faktıdır.
Ən adi insanların, yeddidən yetmişə
qədər vətəndaşların könüllü olaraq
savaşa getməkdə israrlı olması, döyüş
bölgəsinə yaxın olan ərazilərin düşmən
tərəfindən intensiv atəşə tutulmasına
baxmayaraq, isanların bütün bunlardanqorxmaması da bu heyrətə
səbəb olan sirlərdən biridir. Deməli
Azərbaycan xalqının döyüş əzmi, qüruru
və milli iradəsini kimsə sındıra bilməyib.
Tərtər, Bərdə, Goranboy, Ağdam, Füzuli,
Ağcabədi, Gəncə və Mİngəçevirin
mütəmadi şəkildə Ermənistanın
işğalçı qüvvələri tərəfindən
bombalanması belə, xalqımızın döyüş
ruhunu sındıra bilməyib. Deməli belə
bir şəraitdə xalqımız istənilən qələbəni
təmin etmək bacarığını nümayiş etdirə
bilər.
Gəncə
Dövlət Dram Teatrının aktyoru, əməkdar artist
Ramiz Vəliyev şəhərdə baş vermiş hadisələrlə
bağlı bizə bunları söylədi: “Gəncənin
bir neçə dəfə Ermənistan tərəfindən
bombalanması hadisəsi şəhər sakinlərini
qorxutmadı. Gəncə hər zaman olduğu
kimi dimdik ayaq üstə dayandı. Hətta
daha mətnli və iradəli olmağı təbliğata
çevirdi. Biz çox sevinirik ki,
işğal altında olan Murov dağ zirvəsi şanlı
ordumuzun tam nəzarətindədir. Bu, o deməkdir
ki, Ermənistanın işğalçı qüvvələrinin
torpaqlarımızdan qovulmasının 50 faiz qələbəsini
təmin etmişik. Kəlbəcərin
yenidən qaytarılması işi artıq Dağlıq
Qarabağa və ətraf bölgələrə nəzarət
deməkdir. Məni ən çox sevindirən
məcburi köçkünlər və
qaçqınların daha bu adla tanınmasını istəməmələridir.
Onlar öz doğma torpaqlarına ən qısa
zamanda dönmək üçün hazırlıqlar
görürlər. Bəziləri hətta
toy-düyününü də yurdlarına qayıdan kimi etmək
əhdini kəsiblər. Bir sözlə
hamı Milli Ordumuzun şanlı qələbələrini
toy-bayram edir.
Hürriyyət.-
2020.- 15-16 oktyabr. S. 10.