Vaqif məqbərəsi
Şuşanın
işğalından əvvəl və indi
Azərbaycan ordusunun işğal
altındakı torpaqlarımızı
düşmən tapdağından
azad etməsi fonunda erməni vandalizminə məruz qalan bir sıra
tarixi abidələrimizin
əvvəlki və indiki görüntüsünü
əks etdirən paylaşımlar yayılır.
Olardan biri də Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.
Kult.az
Oxu.az-a istinadən xəbər verir ki, paylaşımlardan bir zamanlar Şuşanın
gözəlliyinə xüsusi
çalar qatan bu yerin işğal
müddətində vəhşicəsinə
dağıdıldığı məlum olur.
Qeyd edək
ki, məqbərənin
açılışı 1982-ci ildə baş tutub. Açılışda o zaman Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi olan Heydər Əliyev də iştirak edib.
Azərbaycan Prezidenti İlham
Əliyev oktyabrın
5-də “TRT Haber”ə müsahibəsində
bu hadisəni belə xatırladı:
“Mənim xatirəmdədir,
1982-ci ildə mərhum
atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük
şairimiz Vaqifin məqbərəsi açılırdı.
Bu məqbərənin açılışı mərasimində
erməni və Azərbaycan şairləri
şeirlər deyirdilər,
Azərbaycan dilində,
erməni dilində.
O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir”.
Kompleks Şuşa şəhərinin
ən səfalı yeri olan Cıdır
düzünə yaxın
bir ərazidə - dahi şairin məzarı üzərində
inşa edilib. Burada M.P.Vaqifin Şuşa həyatını
əks etdirən dövrlərə aid olan
80-ə yaxın eksponat
da nümayiş etdirilirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən
Şuşa şəhərinin işğal
edilməsi nəticəsində
kompleksin binası və burada sərgilənən onlarla
eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.
Hürriyyət.- 2020.- 17-19 oktyabr.-
S.16.