İş yoldaşlarımın içində

İrəvan erməniləri var

 

Əvvəli ötən sayımızda

 

Sizcə, bu gün düşmən niyə mülki əhalini hədəf seçir?

İstəyir bizi sarsıtsın, xalq qorxsun savaşdan çəkinsin.  Biz təbiətən sakitliyi sevən, humanitar, savaş istəməyən bir millətik. Amma bu gün əksinə olub, qocadan tutmuş cavana qədər, kişidən tutmuş qadına qədər hər kəs yalnız savaş istəyir. Hətta 3 günlük atəşkəs söhbətini ağlaşma ilə qarşıladıq. Çünki ermənin cənnət yurdumuz olan Qarabağa sahiblənməsi bizim ləyaqətimizi, şərəfimizi tapdayıb. Erməni fiziki gücdən qorxan olduğu üçün biz ona güc göstərməliyik. O təbiətən döyüşkən deyil, çətinliyə tab gətirən millət deyil. Onlar yaxşı yaşamağı sevirlər, harda günləri xoş keçsə, orda yaşarlar. Onlarda yurd anlayışı, torpağa, yurda bağlılıq bizdəki qədər dərin deyil. Biz torpağı ana bilmişik, torpaq haqqı deyib, and içmişik. Bu yurdçuluq sevgisidir. Erməni isə dünyaya səpələnib, haraya sərmayə qoyub qazanc əldə edə bilərlərsə, ora cumurlar. Bir faktı da deyim, Bakıya da bunlar XIX əsrin sonlarında neft fantan vuran vaxtı gəldilər. Baxıb gördülər dünya Bakıya maya qoyur varlanır, bunlar da axın etdilər. Amma az bir müddətdə Bakının siyasətini ələ keçirtdilər, təbii ki, ruslabolşeviklərlə əlbir olub inqilab adı ilə daşnak qüvvləri yığdılar. Stepan Şaumyanlar, Lalayanlar, Balayanlar ta 1918-ci il mart qırğınını törədənə qədər at oynatdılar. Yuxarıda dedim, bunlar fiziki gücdən qorxandılar, 1 apreldə 36-cı silahlı Türküstan batalyonu şəhərə girib daşnaklara silahı yerə qoy əmri verənə qədər 12 min adamı qətl etdilər.

Hadrutun alınma xəbərini necə qarşıladınız?

Göz yaşı ilə!!! Tək Hadrutu yox, hər alınan təpə, dağ, kənd, şəhər xəbərini sevincdən ağlayaraq qarşılayıram. Yurdumuz qayıdır, şəhərlərimiz, kəndlərimiz bərpa ediləcək, torpağımız əkiləcək. Bunlar acgöz millətmişlər? Hadrut, Şuşa, Xankəndi Kəlbəcərdəki qızıl zavodunun ətrafındakə tək-tük tikilidən savayı, bir dənə kənddə daş-daş üstündə qalmayıb, məzar daşına qədər söküb aparıblar.

Siz yaşadığınız ölkədə ermənilərlə üz-üzə gəlmisinizmi?

Məhəlləmizdə əsasən Suriya Livan erməniləri var, yoldaşlarımın içində həm İrəvan erməniləri var. Ümumi halda, olduğum kurslarla birgə hardasa 15-20 İrəvan ermənisi ilə bir yerdə olmuşam, heç vaxt Qarabağın adın tutmayıblar. Amma Suriya Livan erməniləri Azərbaycanlı olduğumu bilən kimi Qarabağın ermənilərin olduğunu deyib, bunu mənimlə mübahisə mövzusu ediblər, tutarlı cavabların vermişəm. İsveçdə xaricilərlə söhbət edəndə Xocalıdan olduğumu deyib, ermənilərin etdiyi soyqırımı açıqlayıram.

-Gəncədə törədilən terror aktıyla bağlı yaşadığınız ölkədə təbliğat işləri aparıb dünya ictimaiətinə çatdırdınızmı?

– Bu yöndə bacardıqca görürük, məqalələr, intervyular, söhbətlər, press konfranslar s. 17 oktyabrda şəhər mərkəzində dövlətimizə ordumuza dəstək aksiyası keçirəcəyik.

Yeni əsərləriniz çapdan çıxıbmı?

– Son kitabim iki ay əvvəl Hindistanda benqal dilindəXoş gəldin, Ayrılıqyayımlandı, yüksək rəylər almış Kalkutda universitetində konfrans vermək üçün dəvət ediblər. Tiqranizm Xocalıdakitabım bu günlərdə ingilis ərəb dilində yayımlanacaq, Anka quşu 8-11 yaşlı uşaqlar üçün olan kitabım Türkiyədə yayımdadır. Atanurun sərgüzəştləriuşaq məcara kitabım Özbəkistanda yayımdadır. Hal-hazırdaİran hizbullah zindanındaromanımı kitablaşdırıram.

Oxucularınız daha çox hansı ölkədəndi?

-Türkiyə, Özbəkistan, İran, Əfqanistan, İraqdan daha çox məktub aldığıma görə hələ ki bu ölkələri deyə bilərəm.

Cəbhədəki son vəziyyəti necə qiymətləndirirsiniz?

Əla! Hücuma keçən əsgərlərimizin vuran əllərindən öpürəm. Yurd müqəddəsləşən torpaqdır, onlar müqəddəs görürlər. Bu yolda dizləri bükülməsin, ürəkləri əsməsin.

-Düşmən çox sayda itki verir. Artıq, Xankəndinin Şuşanın boşaldıldığı deyilir

Xankəndindən Şuşadan çəkilmiş videolara baxıram, düşmən arxasına baxmadan  vahimə içində qaçır. Ağıllarına gətirmirdilər bir gün hücuma keçəcəyik, qondarma dövlətin and içmə binasın vurub yerlə bir edəcəyik! Biz gözlənilməz olduğumuz halda gözlənirdik, yağı tapdağında olan doğmamızın gözü yolda qalmışdı. 1992-ci ilin 29 martında mənim Ocaqçı qardaşım Amaltay Şuşa uğrunda gedən savaşda düşmən gülləsinə tuş gəldi. 10 mayda onun 40 mərasiminə Şəmkirə gedirdik, sübh tezdən Göyçayda yolda qarşımıza yük maşınları çıxdı. Maşının arxasında əsgərlər vardı, avtomatlarını kökslərinə sıxmışdılar, yağış yağırdı. Uşaq ikən tarix kitabından Rusiyadan qayıdan Napolionun məğlub ordusunun Fransaya nizamsız qayıtdığını oxuduğum sətirləri xatırladım. Məğlub əsgərin üzündə dərəcədə kədər, qüssə olardısa, onu Şuşanın məğlubiyyətində gördüm. İnanın, bu dəqiqə bu sətirləri yazanda ağlamaqdan özümü saxlaya bilmirəm. 28 il keçib, amma o səhnə yenə film kimi gözlərimdən çəkilmir.

Şuşa alınandan sonra gedib o torpağı öpəcəm, üz qoyacam yurdumun müqəddəs torpağına.

Əsərlərinizdə erməni vəhşiliklərindən bəhs edirsiniz

Erməni xisləti desək, daha düz olmazmı? Tutaq eləTiqranizm Xocalıdaəsərim, bunu tək vəhşilikdən bəhs edən bir əsər saymaq dərəcədə düz olardı? Burda bizim eranın 50-60-cı illərində ermənilərin ilk ermıni dövləti ideyasından tutmuş – Roma imperiyasının zəifləyən vaxtı imperiyanın bir hissəsini erməni dövləti elan etdilər. Lakin bu cəmi 2-3 il yaşadı, Roma imperaturu Marsel ordu sərkərdələrindən biri olan, mənşəcə erməni II Tiqranı atının quyruğuna bağlayıb Avropada sürütlədi bununla da onlarda dövlət ideyası məzara gömdü, ta ki 1800-cü illərə kimi Rus-İran savaşına qədər, 1828-ci il Naxçıvan İrəvan xanlıqları ləğv olunub İrəvan quberniyası yaranana qədər olan bir dövürdən 1992-ci il Xocalı soyqırımına qədər böyük bir tarixi olayları bu kitaba sığışdırmışam. Təbii ki, yuxarıda saydığım erməni kimliyi əsərboyu açılır, Tiqranın keyfiyyətləri 1918-ci ildə Naxçıvan, Zəngəzur, İrəvan, Güney Azərbaycanı qırmış Andronikdə, “Ocaqəsərini yazmış Zori Balayanda da yaşadığını göstərmişəm.

Digər erməni xislətindən bəhs edən əsərim sizin oxuduğunuzNalşəkilli mühasirə”dir. 1914-cü il Anadolu cəbhəsində ermənilərin Rusiya çarı II Nikolaydan Şərqi Anadolunu istəmələrindən 1918-ci il daşnak qoşununun Laçında Zabux dərəsində Sultan bəyin Nalşəkilli hərbi taktikası ilə süquta uğradılana qədər olan bir dövrü əhatə edir. Digər romanım isəSavaşda qalib yoxdurki, yaxın zamanda çapa hazırlamağı düşünürəm.

Sonda Asif Atanın bir fikrini demək istəyirəm, o, deyir: “Biz Qafqazda şanslı millətik, türk dünyası adlanan böyük dənizə axırıq. Qafqazda bizdən savayı heç kimin belə bir şansı yoxdur

Mənə qalsa, Qarabağ savaşından gözləyirəm? Torpaqla yanaşı erməniyə yardım edən fars rejiminin rusçuluğun tüğyanı Azərbaycanda enəcək, türkçülük ideyası yüksələcək. Bu da yaxın gələcəkdə Turançılıq ideyasının əmələ keçməsinə səbəb olacaq.

Qarabağın işğalını ermənin xeyrinə həll etmək istəyn MİNSK qrupu türkün yaddaşsızlığına hesabladığı siyasi gedişində yanıldığı üçün xar olacaq! Amma utanmayacaq, çünki siyasətçidə bir yox, bir neçə sifət var.

 

YƏHYA

 

Hürriyyət.- 2020.- 20-21 oktyabr.- S.10.