Zəngəzuru necə itirdik?
Xəqani İsmayıl: “1929-cu ildə Mirzoyanın Zəngəzuru pay verməsi ilə Ermənistan İranla sərhəd-koridor əldə etmişdi, amma hüquqi təsdiq olunmamışdı, 1969-cu ildə isə bu koridor 25 km böyüdü”
“Zəngəzur təkcə Azərbaycanı özündən ayırmayıb, türk dünyasını türk dünyasından ayırmışdır”
“Parlamentin o zamankı sədri Murtuz Ələsgərov dedi ki, bu çox ciddi layihədir, baxmağa çalışacağıq, amma…”
“Zəngəzur məsələsi populist çıxışlarla həll olunacaq məsələ deyil, strateji yol xəritəsi ilə həll olunmalıdır. Strateji tərəfdaşlarımızla, doğru zaman seçilməklə bu işi həyata keçirməliyik”
Bildiyimiz kimi, həm Azərbaycan, həm Türkiyə mediasında ölkəmizin əsas ərazisi ilə Naxçıvanın koridor vasitəsilə birləşdirilməsi barədə çağırışlar səslənməkdədir. Təbbi ki, bunun üçün də sovet dövründə sovet hakimiyyəti tərəfindən ermənilərə hədiyyə edilən Zəngəzur ərazisi geri qaytarılmalıdır. Bu barədə yazıçı, tarixçi-araşdırmaçı Xaqani İsmayılın fikirlərini öyrəndik.
– Xaqani bəy, Zəngəzur vasitəsilə Azərbaycandan Naxçıvana koridor açılması barədə mediada fikirlər yayılmaqdadır. İlk əvvəl ondan başlayaq ki, biz Zəngəzuru necə itirdik?
– Zəngəzur məsələsi Azərbaycan xalqının, həm də türk dünyasının çox önəmli yaralarından biridir. Həm də ona görə ki, Zəngəzur təkcə Azərbaycanı özündən ayırmayıb, türk dünyasını türk dünyasından ayırmışdır. İlk onu bildirim ki, “Zəngəzur verilib” ifadəsi yanlışdır. Nədən, çünki Zəngəzur İrəvan xanlığı işğal ediləndən sonra bizdə olmayıb. Bu da tarixçi alimlərin diqqətsizliyindədir ki, tarixi hadisələri kateqorik çatdıra bilmirlər. Hər bir ifadənin tutumu, anlam çərçivəsi var. İrəvan xanlığı rus işğalı altına düşdükdən sonra Zəngəzur da Rusiya nəzarətinə keçib. 1918-ci il hadisələri başlayan zaman – İrəvanın erməni paytaxtı elan olunmasından sonra Zəngəzur erməni daşnaklarının əlinə keçdi. Rusiya ordusu sıralarında çox sayda – türk ordusunun qarşısından qaçan 100 minlərlə ermənilər var idi. Rusiya ordusu Türkiyədə tutduğu ərazilərdən geri çəkildikdən sonra o ərazilərdə qalan silah-sursatı ermənilərə və gürcülərə buraxdı. Osmanlı paşası Vəhbi paşanın komandanlığı ilə türk ordusu nota verdi ki, Şərq cəbhəsində Rusiya adına döyüşən bütün silahlı qüvvələr çəkilsin, biz gəlirik həmin torpaqları geri götürməyə. Onlar da geri çəkiləndə indiki Ermənistan ərazisinə, Dağ Borçalıya, Axalkalaki, Zəngəzur, Naxçıvana və Güney Azərbaycan tərəfə yayıldılar. Bu əsnada yayıldıqları əraziləri zəbt etdilər, türk ordusunun xilaskar fəaliyyətinə qədər soyqırım törətdilər. Kazım Qarabəkir paşa Şərqi Anadolunu, Güney Azərbaycanı sonra isə Naxçıvanı təmizlədi. Nuru paşanın başçılığı altında olan qüvvələr Bakını və Qarabağı işğaldan azad etdi. Zəngəzur isə tam ermənilərin əlinə keçmədi, müəyyən hissəsi bizdə idi. Azərbaycan Xalq Cümhuriyyəti də çalışdı ki, oradan erməni dəstələrini təmizləsin. Bu işi Cavad Şıxlinskiyə tapşırdı. Ancaq bu yetərli olmadı. Ermənilər Tiflisdə güclü mitinqlər keçirdilər, tələb etdilər ki, Zəngəzurda erməniləri təmizləmək əməliyyatları dayandırılsın. Hətta bunun üçün daşnaklar müttəfiq qüvvələr ilə əməkdaşlıq edirdi. Ermənilər türk ordusuna qarşı rus ordusunun tərkibində savaşdıqları üçün təcrübəli idilər. Bizdə isə texniki təchizat və ordunun sayının artırılması üçün zaman lazım idi. Cavad bəy Müdafiə Nazirliyinə müraciət etmişdi ki, Zəngəzurda əməliyyat aparmaq üçün nələrə ehtiyac var. Amma bu zaman müttəfiq dövlətlər dövriyyəyə girdi. Britaniya və müttəfiqləri AXC-yə ultimatum verdilər ki, siz Zəngəzura qarşı hücuma keçsəniz, hesab edin ki, bizə qarşı hücuma keçirsiniz. Bəzən fikirləşirik ki, yalnız Sovet hökuməti Zəngəzuru ermənilərə vermək fikrində olub, amma ondan öncə Osmanlıya qarşı ittifaqda birləşənlər də buna çalışıblar.
– Görünür, indi bizim Qarabağda apardığımız müharibəyə qarşı çıxan Avropa dövlətləri o zaman da əllərindən gələni ediblər ki, biz bu əraziləri itirək.
– Tamamilə
doğrudur. İndi Makronun preizdenti olduğu Fransa da, Britaniya
da Antantanın üzvü idi. ABŞ da bu xətti
yürüdürdü. Rusiya da pərdə arxasında onlarla
müttəfiq idi…
– Yeri gəlmişkən,
bildiyimə görə sizin 2005-ci ildə sizin Azərbaycan
parlamentinə Zəngəzurla bağlı təqdim etdiyiniz
layihə olub. Bu layihələrə görə sizə Ermənistandan
hədələr olub.
-…Zəngəzurun bolşevik işğalı nəticəsində itirilməsi məsələsini araşdırıb, 2005-ci ildə “Ermənistan-Azərbaycan: Dağlıq Qarabağ məsələsinə yeni baxış. Zəngəzur və işğal nəticəsində itirilmiş başqa ərazilər məsələsi. Tarixi varislik ” ilə bağlı Milli Məclisə müraciət hazırlamışdım. Bu müraciətdə Zəngəzur məsələsinə yanaşmanın necə ola biləcəyini diqqətə çatdırmışam. Parlamentin o zamankı sədri Murtuz Ələsgərov idi. Bildirdilər ki, bu çox ciddi layihədir, baxmağa çalışacağıq. Amma inanmadım. Çünki ermənilər gizli şəkildə Rusiyapərəst qüvvələrdə təmsil olunurdu. Lakin fikirləşdim ki, doğruları bildirmək lazımdır. Layihədə bildirmişdim ki, AXC ərazisindən 26 min kv.km-i mənimsənilərək Ermənistana verilmişdi. AXC-nin Paris sülh konfransında təsdiq olunmuş sahəsi var və orada bir də mübahisəli ərazi var. Bunlar cəmi 114 min kv.km təşkil edir. Bunun 90 mindən çoxu mübahisəsiz olaraq Paris sülh konfransında Azərbaycan ərazisi sayıldı. Zəngəzurun bir qismi mübahisəli ərazilər elan olundu. Başqa sözlə, BMT tərəfindən təsdiq olunmuş bu günki ərazimizdən daha çoxu Paris sülh konfransında təsdiq olunub. Zəngəzur da daxil olmaqla bəzi ərazilərimiz mübahisəli ərazi statusu alır. AXC 1920-ci il 27 apreldə bildirib ki, biz hökuməti Nərimanovun başçılığı ilə sovet hakimiyyətinə təhvil veririk və təhvil-təslim işində bu şərt də var idi ki, ərazi bütövlüyü saxlanacaq. Mübahisənin necə həll olunması mexanizmi yox idi, sovet hakimiyyəti də imkan vermədi bu proses bitsin. Qarabağ da bu vəziyyətdə idi, Xosrov bəy Sultanov Qarabağın qubernatoru təyin olunanda onun təsir dairəsi Zəngəzuru da əhatə edirdi, bu da erməniləri qıcıqlandırdı. Ermənilər Tompsona şikayət etdilər ki, Azərbaycanın nə ixtiyarı var ki, Qarabağa general-qubernator təyin edir, Zəngəzuru da təsiri altına alır. Qarabağda suverenliyimizi təmin etmək üçün Xosrov bəy erməni milli şurasını sıxışdırdı və onların Qarabağdakı oyunlarının qarşısını ala bildi. O, ermənilərə ultimatum vermişdi ki, erməni millətçiləri Qarabağdan çıxsınlar. Onlara vaxt qoymuşdu ki, bu vaxta qədər çıxmasanız mən sizi sınırdışı etdirəcəm. Və onları Qarabağdan çıxardı, suverenliyi bərpa etdi.
Zəngəzurda da belə əməliyyat aparılmalı idi, amma orada erməni qüvvələrinin çox olması və Antantanın işə qarışması səbəbindən bu mümkün olmadı. Qısası sovet hökuməti ilə təhvil-təslim aktında ərazi bütövlüyünün qorunacağı qeyd edilmişdi. Mübahisəli əraziləri isə Azərbaycan kommunistləri Azərbaycanın xeyrinə həll edəcəkləri barədə imza atmışdılar. 1992-ci ildə sovetlər dağılanda Azərbaycan BMT-yə daxil olan zaman bizim hökumətimiz diqqətsizliyə yol vermişdir. Yəni Azərbaycan hökuməti sovetlərdən ayrılanda, müstəqillik elan edəndə onların qarşısına tələb qoymalı idi ki, siz özünüz SSRİ-ni buraxırsınız. Deyilməli idi ki, biz SSRİ-dən ayrılan zaman onun tərkibinə hansı ərazilər ilə daxil olmuşduqsa o ərazilərlə də çıxmalıyıq. Bu baxımdan Zəngəzur, Dərələyəz, Zəngibasar, Vedi, Göyçə, Dilican əraziləri həmin mübahisəli ərazilərdir. O ərazilərin bizim ərazilər olmadığı haqda Paris sülh konfransının qərarı yoxdur. Ona görə, bu fərq sovet rəhbərliyinə rəsmən bildirlməli idi. Onun ardınca biz BMT-yə üzv olarkən orada qaldırmalı idik. Ortaya Paris sülh konfransının sənədləri qoyulmalı idi. Bizə verilən vaxt ərzində sənədləri hazırlayıb, BMT-yə təqdim etməli idik.
– Bu cür yanaşmanın əhəmiyyəti nədə idi?
– Bu, indiki əraziləri bizimki kimi, o əraziləri isə mübahisəli ərazilər kimi tanıyacaqdı və biz beynəlxalq hüquq çərçivəsində bu ərazilərin mübahisəsini aparmaq şansı əldə edə bilərdik. Mənim bu təklifimin mahiyyəti budur ki, mən hansısa quruma daxil oluramsa və oradan öz təşəbbüsüm olmadan çıxarılıramsa, həmin ərazilərlə çıxmalıyam. Hətta sovet dövründə Stalin çalışırdı ki, Azərbaycanın müstəqilliyini ləğv etsin. Bunun qarşısında isə Nəriman Nərimanov tək durdu. Əliheydər Qarayev kimilərdən olsaydı onlar üçün Azərbaycanın müstəqilliyinin itirilməsi əhəmiyyətli deyildi. Bizim torpaqlarımızı, dövlətçiliyimizi əlimizdən almaq və Dağıstan kimi, Stavropol kimi quruma çevrimək gündəmdə idi və bu işlərin qarşısını Nərimanov aldı.
Mənim layihəmə gəldikdə isə bəzi adamlar tərəfindən qiymətləndirildi, amma ermənilər tərəfindən çox təpki gəldi. Onların saytlarında ciddi müzakirə olunurdu. Bəzi materialları saxlamışam ki, gələcəkdə göstərək və görsünlər ki, bizim Milli Məclisin dəyərləndirmədikləri layihədən ermənilər necə təşvişə düşmüşdülər. Atatürkün belə bir kəlamı var ki, sənin qanında bir damla türk qanı varsa sən mutlusan. Ermənilər isə mənə belə yazmışdılar ki, sənin qanında bir damla türk qanı varsa, biz sənə tərəf gələcəyik, hazır ol. Yəni sən ki, bu məsələni qaldırırsan, özündən küs. Biz bunu hüquq müstəvisində qaldırdıq, amma onlar öz qatil kimliklərini ortaya qoyaraq hədə-qorxu gəldilər.
– Məlum olduğu kimi Zəngəzur əlimizdən alınarkən yerli türk əhaliyə qarşı etnik təmizləmə aparılıb, nə bu əhalinin deportasiya edilərkən razılığı soruşulmayıb, nə referendum keçirilməyib. Bilmək istəyirəm ki, Zəngəzur hansı dövlət xadiminin imzasıyla rəsmən Ermənistana birləşdirilib?
-Əvvəlcə onu deyim, bizim elə ziyalılarımız var ki, deyirlər biz Qərbyönümlü siyasət yürütsək Qarabağ məsələsi bizim xeyirimizə həll olunar. Mən də bu yoldaşlara dəlil kimi gətirmişəm ki, bu məsələnib öyük dövlətlərin də diqqətinə çatdırmalıyıq. Amma bizə dəstək olmurlar. Britaniya, İtaliya, ABŞ səfirliklərinin də qarşısına bu məsələləri qoya bilərik ki, sizin bu qərarınız sayəsində belə fəsadlar oldu. 1920-ci illərdə də Britaniyanın özünün Yaxın Şərq siyasəti – hətta gürcülərə qarşı da- həddən çox ermənipərəst olduqları üçün iflasa uğradı. Onlar bu yanlış siyasəti yürütməsəydilər, rus ordusu Qafqaza girə bilməyəcəkdi. Bizim AXC də bəlkə süquta uğramayacaqdı. Nərimanov Zəngəzur üçün elə cidd-cəhdlə dirəndi ki, Stalinin sağ əli olan Orconokidze Stalinə yazdı ki, biz Zəngəzuru ermənilərə verə bilmərik, Azərbaycana verməliyik, amma mən Azərbaycanı məcbur edərəm ermənilərə burada muxtariyyət versin. Sonrakı proseslərdə türk ordusunun gəlişini daşnaklar Moskva ilə danışıb ləngitdilər. Elə indiki kimi… Onlar daşnakları darmadağın edəcəkdilər. Amma yalnız Naxçıvana qədər gələ bildilər. Sovet rəhbərliyi də Türkiyəni yayındırdı. Türkiyə özü də çətin vəziyyətdə idi, ermənilər işi elə qurdular ki, toparlanıb bizə köməyə gələnə kimi 11-ci ordu Zəngəzura girsin, Daşnakları Zəngəzurdan təmizləmək bəhanəsi ilə. Nərimanovun dirənməsi ilə Zəngəzurun bir hissəsini biz götürə bildik.
-Hansı hissəsini?
-Qubadlı, Laçın, Zəngilan. Naxçıvanın özünü də ermənilərə vermək istəyirdilər. Kazım Qarabəkir paşa Naxçıvana girdiyi ordunun bir hissəsini status məsələsi həll olunana kimi oradan çıxmadı. Zəngəzurun bu 3 rayonu bizdə qalmaqla Qafan, Gorus, Sisyan, Mehri ermənilərdə qaldı.
-Bəs
konkret imza nə zaman atılıb?
-Siz dediyiniz
Mehri ilə bağlıdır, 1929-cu ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon
Mirzoyan tərəfindən Ermənistana
bağışlanmışdır. Amma bunun hüquqi
bazası olmadığı üçün onun parlament təsdiq
etməli idi. Sovet dövründə də parlament Mərkəzi
Komitə idi. Məsələ hüquqi baxımdan hələ
havada idi. Mircəfər Bağırovun, İman Mustafayevin işlədiyi dövrdə bu təsdiq
olunmadı. 1969-cu ildə may ayında 1959-69 cu illərdə
Azərbaycan MK-nın 1-ci katibi Vəi Axundov Zəngəzurun rəsmən
verilməsinə Ali Sovetdə imza atdı. 10 il ərzində
hakimiyyətdə olmuş adam getməsinə 2 ay
qalmış bunu təsdiq etdirdi. 40 il bu təsdiq
olunmamışdı. Nə baş verdi ki, getməyinə 2 ay
qalmış bu aktı imzaladı… 1929-cu ildə Mirzoyanın
Zəngəzuru pay verməsi ilə Ermənistan İranla sərhəd-koridor
əldə etmişdi, amma hüquqi təsdiq
olunmamışdı. 1969-cu il imzası ilə isə bu koridor
25 km böyüdü. Həm bizi Naxçıvanla
uzaqlaşdırdı, həm İranla Ermənistanı birləşdirdi.
Vəli
Axundov akademik olub. Mən universitetdə oxuduğum zaman belə
bir söz eşitmişdim ki, o, ermənipərəst olub. Ermənilər
onu ələ alıb, hətta doktorluq dissertasiyasını ya
akademik dərəcəsini də İrəvanda müdafiə
edib. O zamanlar belə şeylər yazılı mənbələrdə
yazılmırdı, amma nəsildən nəslə
ötürülürdü.
-Görünür,
bu rayon Naxçıvana koridorun açılmasında əsas məsələdir.
-Bu barədə
bildirim ki, ermənilərlə şərik və ya bu gün
onların əlində olan ərazidən koridor
açılmasına etibar etmirəm. Ermənilər
yazılı müqaviləni də pozan varlıqlardır.
-Bəs Zəngəzurun
qaytarılması üçün hüquqi zəmin necə
yaradılmalıdır və konkret hansı addımlar
atılmalıdır?
-Dediyim
kimi, Zəngəzurla bizim özümüzü
özümüzdən ayırıblar, Türk dünyası
bölünüb. Beynəlxalq hüquqa görə həmin 4
rayon Ermənistanın ərazisi sayılır. Biz bu məsələni
necə həll edə bilərik… Birincisi, bizim buna
haqqımız varmı, ondan başlamalıyıq. Bizim
tutarqamız mənim Milli Məclisə göndərdiyim layihədən
başlamalıdır. Əvvəlcə bunun beynəlxalq səviyyədə
təbliğatından başlamalıyıq. Ermənilər
Qarabağa iddialarını belə başladılar. İlk
öncə fikir yaratdılar. Biz əvvəlcə desək ki,
Zəngəzur bizimdir, bu, səmərəli olmaz. Birinci
başlamalıyıq Zəngəzurun bizə aid olması barədə
tarixi bilgiləri silsilə, nizamlı şəkildə dəlillərlə
təqdim etməkdən. Həm Zəngəzurun
çarlıq Rusiyasına qədər bizim olması,
çarlıq Rusiyasında da bizim orada
yaşamağımı və Zəngəzurun hansı proseslərdən
keçirilərək zorla necə
verilməsi.
-Demoqrafik
yapısının da etnik təmizləmə ilə dəyişdirilməsi
gündəmə gətirilməlidir.
– Bəli.
Ardınca deyilməlidir ki, Zəngəzura muxtariyyət istəyirik.
Qərbi Azərbaycana qayıdış ki, bizim millətin
düşüncəsində var…
– İrəvan
Türk Cümhuriyyəti var.
-Doğru.
Biz belə yanaşma qoymalıyıq ki, erməni, sən
Gümrünü özünə paytaxt seçmək istəyirdin,
o zaman Gümrü türklər tərəfindən
tutulduğu üçün sən xahiş etdin ki, İrəvanı
bizə verin, biz burada paytaxtımızı yaradaq. Sən bunu
xahiş edərkən özünü
türkyönümlü təqdim etdin. Türk
yönümlü bəyanatlarla, sultana təşəkkürlərlə,
hətta Batum müqaviləsində Türkiyənin əlaltısı
kimi imza ataraq, sən buna kimi getdin. İndi necə oldu ki, sən
bura qədər irəliləyərək, coğrafi gərnəşmələrlə
artıq Xəzərə doğru gəlmək istəyirsən?!
Buna görə də biz ermənilər deməliyik ki, bizim
itirilmiş torpaqlarımızı ya qaytarın, ya da biz Zəngəzur
və o biri mübahisəli torpaqlar üzərində
mübahisələri başlayırıq.
-Bu
mübahisələndirmə bizə hüquqi zəmin
yaradırmı?
-Buna
görə də biz dünya ictimaiyyətini bu barədə
bilgiləndiririk. Sonra isə Qərbi Azərbaycan kökənli
insanların mübahisələri və tələbləri.
Qarabağ məsələsi tamamlanmamış bu məsələni
qaldırmaq və dünyanın diqqətinə
çatdırmaq, demək ki, bunun uğrunda qanlar
tökülsün, bölgədə gərginlik artsın, bu
yolla hüquqi zəmini qoyuruq. İkincisi də sən gəlmisən
bura, məni güc vasitəsilə öz ölkəmdən
ayırmısan. Sənə diplomatik və hüquqi yolla
çatdırıram ki, bura mənim torpağımdır. Yox
əgər sən mənim tələbimi qulaqardına
vurursansa, sən bunu necə güc yolu ilə almısansa mən
də güc yolu ilə geri qaytarıram.
Güc tətbiq
olunana qədər işi diplomatiya ilə yürütməliyik.
Biz indi burada qısa danışırıq. Amma bu məsələdə
Türkiyə, Azərbaycan, Ukrayna diplomatlarına layihə verə
bilərik. Yaxud beynəlxalq hüquqla məşğul olan təşkilatlardan
rəy alıb, onlarla çalışmalıyıq. Başqa
yol isə Zəngəzurun itirilmiş hissəsində kimlər
yaşayır? İran azərbaycanlıları… Biz orada
etkimizi gücləndirməliyik, hətta bir neçə
yanaşmadan biz bu məsələni çözümə
doğru apara bilərik. Rusiyaya, elə İranın
özünə deyə bilərik ki, terror koridoru
yaratmısan, sən qarşısını ala bilmirsən, biz
alarıq. Türkiyə yaxud Azərbaycan ordusu girər, azərbaycanlılar
qalxar ayağa… Biz bu günki gündə Azərbaycan
İrandan ayrılsa Zəngəzuru aşağıdan ala bilərik.
Türk dünyasının və Azərbaycanın da
bütövlüyü bu cür təmin oluna bilər.
Dünyanın bu günki durumu və gələcək
inkişaf perspektivlərini nəzərə alsaq, bu,
mümkün ola bilər. Amma mən istəməzdim ki, biz
Güney azərbaycanlıları böyük dövlətlərin
əlində oyuncaq edib, siyasət yürüdək.
Çünki Güney Azərbaycan bir dəfə sovetlər
dönəmində Seyid Cəfər Pişəvərinin
başçılığı ilə ayrılmasını
bildirdi, amma sonradan böyük dövlətlərin
arasında qaldı. Çünki layihə sənin deyilsə,
layihəni yürüdən əsas qüvvələr öz
maraqlarına görə öz oyunlarını qururlar.
Gördüyümüz kimi, nə Britaniya razı olmadı
biz orada qalaq, nə Sovetlər. Ortada farslarla türklər daha
da bir-birinə saldırdılar. Onların rəqabəti kinə
dönmüşdü, kin də dərinləşib
düşmənçiliyə çevrildi. Mən farsla
düşmən olaramsa, üzbəüz olaram. Niyə
görə kiminsə vasitəçiliyi ilə düşmən
olmalıyam. Başqa məsələ də var, bizim
güneyli qardaşlarımız fikirləşirlər ki, bu
bizim dövlətimizdir, biz yönətimi sağlamlaşdırmalıyıq.
Türklərlə farslar və qeyri xalqlar konfederasiya şəklində
sağlam dövlətə çevrilə bilər, bizim əleyhimizə
vuruşmaq imkanını itirərlər.
Zəngəzur
məsələsi populist çıxışlarla həll
olunacaq məsələ deyil, strateji yol xəritəsi ilə
həll olunmalıdır. Strateji tərəfdaşlarımızla,
doğru zaman seçilməklə bu işi həyata
keçirməliyik.
Ülviyyə ŞÜKÜROVA
Hürriyyət.- 2020.- 20-21 oktyabr.-
S.8-9.