Zəngilanın azad edilməsinin
ölkəmiz üçün hansı əhəmiyyəti
var?
“Kəlbəcər–Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır”.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadənin şərhində deyilir.
N.Hacızadə qeyd edib ki, Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir:
“Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Habelə, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6 mln 618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 mln 024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 mln 943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 mln 102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 mln 367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur. Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkənin dırnaqarası “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəsinə çevirib.
Belə ki, Ermənistan xarici ticarətini tədqiq
edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan
torpağına aid Ermənistan ərazisində də mineral
ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər
və Zəngilan rayonu ərazisində yerləşən
mineral ehtiyatları mənimsəyərək erməni mənşəli
resurs kimi Avropa ölkələrinə və Rusiya
Federasiyasına ixrac edir. Söz yox ki, istismar edilən mineral
resursların mənşəyini saxtalaşdıraraq, Avropa
ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla
məşğul olurdu. Çünki Avropa Birliyinin
qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən
səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab
edilir və bu kimi hallar aşkarlandığı müddətdə
ticarət sanksiyaları tətbiq edilir. Bütün bunları
bilən Ermənistan malın mənşə özəlliyini
saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib.
Bu yataqların işlənməsində iştirak edən
Sterlite Gold Ltd, Sirkap Armenian, Base Metals, Manex and Valex və
Armenian Copper Program kimi onlarla şirkətin əksəriyyəti
xaricdəki erməni diasporası tərəfindən idarə
edilib.
Zəngilan
rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm
potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq
çinarları, qoz və digər qiymətli ağaclar bu
zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 km-ə
çatan çinar meşəliyi Bəsitçay
qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın
cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində
Bəsitçayın dərəsində 1974-cü ildə
yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır.
Qoruqda yerləşən Şərq çinarı
"Qırmızı Kitab"a daxil edilib. Təəssüflər
olsun ki, erməni işğalçıları tərəfindən
kəsilərək yüngül sənayedə və digər
biznes məqsədləri üçün istismar edilən
ağaclar da iqtisadi cinayətkarlığın
qurbanıdır.
Nəticə
etibarı ilə ölkəmizin mədən, tikinti sənayesi
və turizm potensialı üçün əlverişli
iqtisadi mühitə malik Zəngilan rayonunda istismar edilən təbii
sərvətlər ölkəmizin resurslarına qarşı
faşist siyasətin nümunəsidir. Son 27 ilə yaxın
müddətdə Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
istifadəsi mümkün olmayan təbii sərvətlər,
Ermənistanın kriminal fərdləri tərəfindən
çıxarılaraq digər ölkələrə ixrac
edilmişdir. Erməni cəmiyyətinə məlum
olmalıdır ki, işğal altında olan torpaqlarda istismar
olunan sərvətlərdən gələn gəlirlər,
heç zaman monoetnik erməni milləti arasında
bölüşdürülməyib. Yalnız öz şəxsi
mənafeyinə xidmət edən fərdlərin qanunsuz şəxsi
yığım, satış və sərvət toplaması
hüquqi cəhətdən cinayət predmetidir.
Ali
Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Zəngilan şəhərinin işğaldan azad olunması
ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcəkdir.
İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə
aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan
rayon təbii sərvətləri əhəmiyyətli rol
oynacaqdır. Bundan əlavə, son illər mineral
resurslarımızın ixracı qeyri-neft sektorunda lider
mövqelərdə təmsil olunur. Belə ki, qızıl
ixracı həyata keçirən dövlət şirkətinin
ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları
arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli
6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli
yatağından istifadə ilə ölkəmiz mineral resurslar
ixracını daha da artıracaq”.
Hürriyyət.- 2020.- 22-23 oktyabr.- S.13.