Sərsəng su
anbarının
Azərbaycan üçün
əhəmiyyəti
İşğaldan azad olunan
torpaqlarımız və su mənbələrimiz bizi hansı
səviyyələrə gətirə bilər…
Torpaqlarımızın
27 il erməni işğalında
qalması Azərbaycanın iqtisadiyyatına həddən çox neqativ təsir
göstərib. Ölkə iqtisadiyyatında kənd təsərrüfatının
rolunu və əkinçiliyə
yararlı torpaqların suvarılmasında yaranan
su qıtlığı probleminin
yaşanmasını gözdən keçirərkən Qarabağ
zonasının həm məhsuldar torpaq
baxımından, həm suvarılma suları, su
anbarları baxımından necə həyati əhəmiyyətə
malik olduğunu
görərik.
Tarixin inkişaf xronologiyasına diqqət yetirsək görərik ki, ta qədimdən sivilizasiya məskənləri də içməli su mənbələrinin yerləşdiyi ərazilərdə yaranıb. Ermənistanın işğalçılıq siyasəti isə yalnız ərazilərimizi ələ keçirməklə məhdudlaşmayıb, əksinə bu ərazilərdə təbii resursların vəhşicəsinə talan olunması, transsərhəd çayların qəsdən çirkləndirilməsi ilə əhalimiz içməli sudan məhrum edilib, münbit torpaqlarımız eroziyaya uğrayıb, səhralaşma problemləri yaranıb. Ümumiyytlə, Azərbaycan quraqlıq zonasında yerləşir, bu səbəbdən kənd təsərrüfatı demək olar ki, suvarmadan asılıdır. Bu baxımdan işğaldan azad ediləndən sonra adı özünə qaytarılan Suqovuşan, eləcə də Sərsəng su anbarı çox əhəmiyyətlidir. Tərtərçay üzərində yerləşən Suqovuşan su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir və Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su anbarı 4.8 mqvt və Suqovuşan-2 su anbarı isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar “Artsax SES” QSC tərəfindən istismar edilmişdir.
Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı isə 1976-cı ildə istifadəyə verilib. Onun ümumi su tutumu 565 milyon m3, bəndinin hündürlüyü 125 metr, uzunluğu 555 metrdir. Su anbarı 120 min hektar ərazinin suvarılması üçün layihələndirilmişdir. Su anbarında gücü 50 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası (SES) quraşdırılmışdı. Tərtər çayının yığıldığı bu nəhəng su anbarının sağ və sol sahilindən çıxan magistral kanallar vasitəsilə Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 78 min hektar əkin sahəsi suvarılırdı. Hazırda isə Sərsəng su anbarı işğal altında olduğu üçün Suqovuşan SES, həmçinin Tərtər sağ və sol sahil suvarma magistral kanallarının 80 km-lik hissəsi, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam (onun işğal olunmamış hissəsində) və Goranboy rayonlarının rayonlarında 60 min hektardan çox əraziləri uzun müddətdir ki, su ilə təmin olunmur. Bildirək ki, 68,3 km uzunluğunda və mənbəyində 50 m3 tutumu olan Tərtər sağ sahil magistral kanalı tamamilə işğal altındadır. Statistik məlumatlara əsasən, Sərsəng su anbarı, 130 min hektar ərazini su ilə təmin edən və uzunluğu 6426 km olan suvarma kanalları şəbəkəsi, 185 km-lik kollektor və drenaj kanalları, 1429 artezian quyusu, 539 hidrotexniki tikinti obyektləri, 220 su elektrik stansiyası, 88 nasos stansiyası, habelə ümumi həcmi 640 milyon m3 olan 8 su anbarı işğala məruz qalıb.
Ümumilikdə, 125,8 min hektar suvarılan torpaq ərazilər işğal edilmişdir. Onlardan yalnız 25,3 min hektarı (20%) Dağlıq Qarabağ bölgəsi, digər 100,5 min hektar isə aşağıda sadalanan rayonların payına düşür: Ağdam – 49,5 min hektar, Füzuli – 26,4 min hektar, Cəbrayıl – 12,5 min hektar, Zəngilan – 5,3 min hektar, Qubadlı – 5,3 min hektar, Kəlbəcər – 1,4 min hektar.
Vəziyyəti təsvir edən faktlara baxdıqca, erməni işğalının Azərbaycan üçün hansı səviyyədə ekoloji və humanitar problemlər yaratdığı gözlər önünə sərilir, həmçinin Azərbaycan iqtisadiyyatına vurulan maddi zərərin miqyası da dodaq uçuqladır. Sərsəng su anbarı konkret olaraq Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunur. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altındadır, hansı ki, erməni tərəfindən dəfələrlə Sərsəng su anbarını dağıdaraq ondan relyef baxımından aşağıda yerləşən əraziləri sel fəlakətinə məruz qoymaqla bağlı hədələr də eşidilib. Sentyabrın 27-dən başlayan əks-hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.
Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addım atılıb. Əminik ki, Sərsəng su anbarının yerləşdiyi ərazilər də tezliklə erməni işğalından azad olunacaq və digər ərazilərin də su ilə təminatı ilə bağlı mühüm addımlar atılacaq. Bunun üçün Sərsəng-Tərtər hidroelektrik kompleksinin normal qaydada işləməsi, ən azı Tərtər sağ sahil magistral və ikinci dərəcəli kanallarının keçdiyi ərazilərin tam şəkildə işğaldan azad edilməsi və minalardan təmizlənməsi tələb olunur. Kompleksə lazımi texniki xidmətin göstərilmədiyi, avadanlıqların köhnəldiyini nəzərə alaraq, deməliyik ki, kompleksin texniki vəziyyətinin yoxlamadan keçirilməsinə və modernləşdirmə işlərinin aparılmasına ehtiyac var.
Sərsəng-Tərtər hidroelektrik kompleksinin bərpası və istifadəyə verilməsi Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının təxminən 60 min hektar ərazini su ilə təmin edəcək, torpaqlara həyat verəcək.
Son illər ərzində
ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilib, o cümlədən
Şəmkirçay və Taxtakörpü
su anbarlarının tikilib.
Rayonlarda
əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində
işlər görülür. İşğaldan azad edilən
ərazilərin bərpası üçün
Azərbaycan lazımi təcrübəyə və iqtisadi potensiala malikdir və bu ərazilərdə
həyatın öz axarına düşməsi,
çiçəklənməsi üçün
çox işlər görüləcək.
Dünyanın gündəmində qida təhlükəsizliyi,
əhalinin qida ilə kəsintisiz və təhlükəsiz
şəkildə təmin olunması məsələləri prioritet məsələlərdir. Kənd təsərrüfatı
sahəsində yeni tendensiyaların və
texnoloji inkişafın yenilənmə məsafəsini
qət etməkdə işğaldan azad olunan
torpaqlarımızın, suvarma mənbələrimizin
dövriyyəyə qaytarılması çox
əhəmiyyətlidir. Bu sahədə regionda birinci ola bilərik, hətta dünyada
öz sıralara çıxa bilərik. Qida ixracatında ön
sıralara keçə bilərik. Çünki
qida həyatın, insan
yaşamının vaz keçilməz
sferasıdır.
Ülviyyə
ŞÜKÜROVA
Hürriyyət.- 2020.- 24-26 oktyabr.-
S.13.