Qarabağın ən məşhur
simalarını siz də
tanıyın
Nazirlikdən tarixi günlərdə
maraqlı layihə
Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimlər”
layihəsinin növbəti tarixi siması
Həmidə xanım Cavanşir-Məmmədquluzadədir. Həmidə
xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində
zəmanəsinin görkəmli maarifçi
ziyalısı Əhməd bəyin ocağında dünyaya gəlib. Azərbaycanın ilk maarifçi
qadınlarındandır. Cəlil Məmmədquluzadənin həyat
yoldaşı olub.
Tarix Həmidə xanım Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Həmidə xanım 1912-ci ildə Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və özü də burada dərs deyib. O, xatirələrində yazırdı: “Kənddə oğlanlarla qızların bir yerdə oxuduğu məktəb açmaq atamın mənə vəsiyyəti idi”.
Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.
Hürriyyət.- 2020.- 24-26 oktyabr.-
S.16.