Qarabağdakı zəfərimiz dünya çapında

 

30 ildir ermənilərin həyasızlığının ucbatından beynəlxalq birlik Azərbaycanın nə qədər haqlı olduğunu dərk edə bilmirdi. Ona görə ki, Sovetlər Birliyi dağlandan sonra köhnə sterotiplər əsasında Azərbaycan anlayşının fərqinə varılmamışdı. Avropada bizlərə “Sovyet Roşşn” (Sovet Rusiyası) və “Roşşn” (Rusiya) deyə müraciət edilirdir. Şərq ölkələrində isə “Şurəvi” damğası ilə yanaşılıbdır. BU problemi adlamaq üçün, azından xeyli zaman tələb olunubdur.

Bu gün həmin yalnışlıqlara son qoymaq üçün Azərbaycan bir dövlət olaraq ayaq üstədir. Kimsə bizə qarşı çıxaraq, haqsız yerə bu addımı atdığımızı deyə bilmir. Çünki, Azərbaycan dövləti və xalq vahid səslə bu problemin həllində bir yerdədirlər. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq tarixi prosesi yaşayırıq. Vətən torpaqları ermənilərin işğalçılıq siyasətinə son qoymaq üçün milli mücadilə aparır. Əldə olunan bu uğuların sayəsində ölkə vətəndaşlarında böyük ümidlər yaranıb. Milli Diasporumuz bu prosesin yanında yer alıb. Diaspor təşkilatlarımız bütün imkanları ilə Qarabağ həqiqətlərini dünyaya çatdırırlar. Hətta bu yolda var-toxundan çıxanlar var. Onlar bütün umu-küsülərə nöqtə qoyaraq: “Vətən sağ olsun” deyirlər. Torpaqlarımız yağılardan qurtulsun ideyasına söykəmli milli mücadilə aparmaqdan ruhən zövq almaq üçün yaşadıqlarını da gizlətmirlər. Bir sözlə adları heç yerdə səsləndirilməyən mühacirət qəhrəmanlarıdırlar onlar.

 

Donald Trampın mitinqində “Qarabağ

Azərbaycandır!” şüarı səsləndirildi

 

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Azərbaycan diasporunun təşəbbüsü ilə prezident Donald Trampın qatıldığı mitinqdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləyən şüarlar qaldırılıb. Pitsburq şəhərində ştatın Erie Beynəlxalq Hava Limanında ABŞ prezidentinin seçkiqabağı kampaniyası çərçivəsində keçirilən mitinqdə Azərbaycan diasporu da iştirak edib. Mitinq zamanı Azərbaycan və ABŞ bayraqlarını dalğalandıran soydaşlarımız diqqəti  Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarında aparılan müharibəyə cəlb edərək Donald Trampı obyektiv mövqe nümayiş etdirməyə çağırıblar.

Soydaşlarımız “Qarabağ Azərbaycandır!”, “Los-Anceles Ermənistan deyil, Amerikadır – Qarabağ Ermənistan deyil, Azərbaycandır!”, “Azərbaycan icması Trampı dəstəkləyir!”, “Ermənistanın Azərbaycanda mülki şəxsləri öldürməsinə son qoyulsun!” şüarlarını qaldırıblar. Bununla yanaşı, bu mitinq haqqında yerli telekanallarda yayımlanan xəbərlərdə azərbaycanlıların tələblərinə də yer verilib.

 

Dünyanın iri şəhərlərində bannerlərdə

“Qarabağ Azərbaycandır!” şüarları

 

Amerika-Azərbaycan Musiqi Fondunun təşəbbüsü ilə ABŞ-ın Texas ştatının Dallas şəhərinin mərkəzində “Qarabağ Azərbaycandır!” şüarının yazıldığı reklam lövhəsi quraşdırılıb. Bu şüar Qarabağ atlarının təsviri fonunda əks olunub. Lövhədə, həmçinin, BMT-nin 822, 853, 874, 884-cü qətnamələri də xatırladılıb. “Qarabağ Azərbaycandır!” reklamı 1 ay ərzində nümayiş etdiriləcək. Onu da qeyd edək ki, xaricdə yaşayan soydaşlarımız indiyədək Çexiyanın Praqa, Ukraynanın Kiyev, İngiltərənin London, ABŞ-ın Nyu-York, Boston və Hyuston şəhərlərinin müxtəlif məkanlarında, eləcə də körpülərin üzərində “Qarabağ Azərbaycandır!” bannerləri nümayiş etdirilibdir.

 

Qayanadakı yeganə azərbaycanlı ailədən Vətənə dəstək

 

Azərbaycandan çox-çox uzaqda yerləşən, hətta bu ölkədə dövlətimizin adını belə eşitməyən Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə “Dağlıq Qarabağ münaqişəsi”nə dünyanın ikili münasibət göstərməsinə etiraz edən aksiya keçiriblər. Bu ailənin üzvləri əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları ilə doğma vətənə, Azərbaycana dəstək verdiklərini nümayiş etdiriblər.

 

Polşa azərbaycanlıları Gəncə terroruna etiraz edir

 

Polşanın Vrotslav şəhərinin Azərbaycan diasporunun təşəbbüsü ilə şəhərin bələdiyyə binasının qarşısında etiraz aksiyası keçirilib. Polşanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımızın qatıldığı aksiya Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Vrotslav Univeristenin müəllimi İlahə Kərimova polyak dilində çıxış edib və erməni vandalizmini qınayıb. Aksiya iştirakçıları işğalçı Ermənistan ordusunun Azərbaycanın müxtəlif şəhər və rayonlarındakı yaşayış məntəqələrini, xüsusi ilə ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncəni dəfələrlə raket atəşinə tutmasını pisləyiblər. İşğalçı Ermənistan ordusunun törətdiyi terror aktı nəticəsində çoxsaylı mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların həlak olması Polşa ictimaiyyətinin diqqətinə çatdırıb. Soydaşlarımız Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətinə son qoyulması üçün Polşa hökümətini, Polşa cəmiyyətini və beynəlxalq ictimaiyyəti erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər. Aksiya Polşanın Vrotslav TV kanalı vasitəsi ilə işıqlandırılıb. Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin, xüsusilə də azyaşlı uşaqların ölümünə etiraz olaraq onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub. Aksiyada polyakingilis dillərində “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Uşaq ölümünə son qoyulsun”, “Ermənistan, BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son qoyun”, “İşğalçı dövləti dəstəkləməyin” və s. kimi şuarlar səsləndirilib.

 

Diasporumuz Gəncə terrorunun

qurbanlarının anım törənləri keçirdilər

 

ABŞ, İspaniya, Estoniya, Latviya, Litva, Çexiya, Yunanıstan, Rusiya və Özbəkistanın ayrı-ayrı şəhərlərində fəaliyyət göstərən Azərbaycan icmaları Gəncə terrorunda həlak olanların xatirəsini yad ediblər. Barselona və Tallindəki Azərbaycan evlərinin, Bostondakı dövlət evinin, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Salonikidəki ofisinin, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, ölkəmizin Riqa, Vülnüs, Praqa və Afinadakı səfirliklərinin önündə, Tallindəki Dostluq Parkında, Xabarovsk şəhərindəki mərkəzi meydanda anım guşələri təşkil edilib. Anım törənlərində soydaşlarımızla yanaşı, türk, gürcü, alban, eston, özbək və digər icmaların nümayəndələri də iştirak ediblər. Onlar işğalçı Ermənistan ordusu tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasına etiraz edərək, vandalizm aktlarının qurbanlarının şəkillərinin qarşısına Azərbaycan bayraqları, güllər və oyuncaqlar düzüb, şamlar yandırıblar. Gəncədə həlak olanyaralanan uşaqların şəkilləri monitorlarda ingilis, eston, yunan və özbək dillərində yazılmış “Ermənistanın təcavüzünə son qoyulsun”,” Mən sülhəm, lakin onlar məni öldürdülər!”, “Ermənistan uşaqları öldürür!”, “Gəncə üçün dua et!”, “Erməni işğalına son!”, “Dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!”, “Gəncədə uşaqların ölümünü qınayırıq!” və s. şüarlar ilə müşayiət olunub. Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan işğalçı Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə və şəhərə ciddikülli miqdarda ziyan dəyib. Terror aktları nəticəsində 24 dinc sakin həlak olub və 90 nəfər ağır yaralanıb.

 

Şərqi Avropa KİV-lərində Gəncə qətliamı işıqlandırıldı

 

Macarıstan, Polşa və Bolqarıstanın kütləvi informasiya vasitələrində Azərbaycanın qədim şəhəri Gəncədə baş verən 11 oktyabr və 17 oktyabr tarixli terror aktlarından bəhs edən məqalələr dərc olunubdur. Şərqi Avropa Azərbaycan Diasporu  Koordinasiya Şurasının üzvü olan təşkilatlarının media qurumları ilə əməkdaşlıqları sayəsində ərsəyə gələn məqalələr “Ermənistan əsl təcavüzkardır”, “Azərbaycan növbəti raket atəşinə tutulub” və sair başlıqlarla təqdim olunub. İşğalçı Ermənistan ordusu tərəfindən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən ikinci şəhəri Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində mülki insanların həlak olduğu və yaralandığı bildirilib. Həlak olanların arasında uşaqların, qadınların və qocaların olduğuna diqqət cəlb olunub. Ermənistandan fərqli Azərbaycanın düşmən ölkənin ərazilərini bombalamadığı, Azərbaycanın öz torpaqlarını geri qaytarmaq istədiyi, ölkəmizdə nikbin əhval-ruhiyyənin hökm sürdüyü, insanların hər gün cəbhədən şad xəbər gözlədikləri və azərbaycanlıların cəsur və döyüşkən ruha malik olduqları vurğulanıb.

 

Hürriyyət.- 2020.- 27-28 oktyabr.- S.10.