Qələbəmizin elan
olunacağı gün…
Azərbaycan Ordusunun uzağı 15 gün
ərzində düşmən üzərində tam və qəti qələbə xəbərini
səbirsizliklə gözləyirəm…
Azərbaycanın
mövqeyi dəyişməzdir. Ali Baş
Komadanımız qərarında qətidir. Düşmən nə
qədər ki, silahı yerə qoyub işğalçı siyasətindən əl
çəkməyib, onu daha
ağır faciələr gözləyir. Cənab
İlham Əliyev Müdafiə Nazirliyində
dünən (srağagün – red.) keçirdiyi
müşavirədə və bu günkü (dünənki – red.)
çıxışında problemin səbəblərini,
müharibənin davam etməsində
maraqlı olan qüvvələrin iç üzünü
açıb tam ortaya
qoydu.
Biz zəbt olunmuş ərazilərimizi düşmən tapdağından xilas etmək istəyirik. Paşinyan isə hər gün ağılsız bir davranış tərzi nümayiş etdirərək vəziyyəti gərginləşdirməyə çalışır. Şübhəsiz cavabını da gecikmədən alır. “Boş” nazirin yeni tezisinə görə, Qarabağın diplomatik həlli artıq tükənib. Deməli, bu adamın sülh danışıqları barədə yalvarışlı təklifləri büsbütün yalan və hiyləgərlik üzərində qurulub.
Azərbaycanı müharibə ilə hədələyən bu boşboğazdan soruşmaq gərək, axı nəynən, hansı gücnən, Nikol!? Ordun dağılıb, iqtisadiyyatın çöküb, bahalıq baş alıb gedir. Ərzaq çatışmazlığı, günbəgün artan qiymətlər əhalini çıxılmaz hala salıb. Görünür ki, öz ölkəsinin informasiya mənbələrinin verdiyi məlumatlardan belə tam xəbərsiz olan “Boş” nazir iddialarından kənarlaşa bilmir. Onun şıltaqlıqları qarşısında Azərbaycan daha nə etməlidir, susub durmalıdır? Nə müharibənin dayandırılması, nə də danışıqlara başlamaq barədə konkret mövqeyi olmayan belə birisi ilə yumşaq rəftara getmək olmaz. Bu baxımdan prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət tamamilə düzgündür.
Ermənistanda daha hansı müdhiş mühit hökm sürür!? İnsanların artıq çörək almağa pulları yoxdur. Dövlət əmək pensiyalarını ödəyə bilmir. Sutka ərzində onlarla əsgər itirir, saysız-hesabsız hərbi texnikası sıradan çıxarılır. Buna baxmayaraq “Boş” həyasızlığını xəcalət hissi çəkmədən yenə də sürdürür. Bu axmağın dərsi karantin dövrünə təsadüf etsə də, çox tərs qayda da verilməlidir ki, bir də bu cür qələtlərə yol verməsin. Ali Baş Komandanımız İlham Əliyev əks diplomatik həll yolun nədən ibarət olduğunu ona elə həmin gecə göstərdi və nəticədə 40-a yaxın əsgərini itirdi.
Daxilimdə çırpınan xoş bir əminlik məni rahat buraxmır. Azərbaycan Ordusunun uzağı 15 gün ərzində düşmən üzərində tam və qəti qələbə xəbərini səbirsizliklə gözləyirəm. Qisas əməlliyyatları qarşısında düşmən ordusu tab gətirə bilmir və döyüşdən imtina edir. Çox təəssüf ki, bəzi ölkələr Fransanın timsalında Paşinyan hökumətinə dəstək verməklə müharibənin nəinki dayandırılmasını, onun daha da alovlanmasına çalışırlar.
Fransa parlamentinin bir qrup üzvünün icazəsiz Azəbaycanın ayrılmaz hissəsi olan Qarabağa səfərini necə başa düşək!? Minsk Qrupunun susqun fəaliyyəti, Rusiyanın ikiüzlülüyü, ABŞ-ın isə indiyədək ortaya əsaslı bir mövqe qoymaması Ermənistanın qudurğan hərəkətlərinə ciddi zəmin yaradır. Əslində işğalçıya hərbi-siyasi dəstəyin tarixcəsi indinin işi deyil.
Hər iki tərəfi sülh danışıqlarına dəvət
edirlər. Sanki
bundan özgə söz bilmirlər. Həmişə olduğu kimi bu gün də
Şuşanın və
Xankəndinin işğalında
ermənlərə dayaq
dururlar. Halbuki Azərbaycanın
qədim mədəniyyət
beşiyi sayılan bu tarixi yurd
yerlərimizin erməni
ilə heç bir əlaqəsi olmamışdır. Yadellilərın çar Rusiyanın yardımı ilə bu şəhərlərə
yerləşdirilməsi təkzibedilməz
faktdır. Azərbaycan daha
bundan sonra işğalçı Ermənistana
geniş qol-qanad verən heç bir ölkənin səmimi əməkdaşlığına
inanmamalıdır.
Birgəyaşayış norma
və prinsiplərinin
Azərbaycanın idarəçiliyi
əsasında əvvəlki
məcraya qaytarılması
və beləliklə,
bu təməl üzərində sülh
danışıqlarına başlanılmasından
savayı özgə yolun olmadığı barədə cənab İlham Əliyevin səsləndirdiyi mövqe
tamamilə Azərbaycanın
haqlı maraqlarına
və beynəlxalq hüquqa uyğundur. Odur ki, Ermənistanın qeyd-şərtsiz torpaqlarımızdan
geri çəkilməsindən
başqa yolu yoxdur. İlham Əliyevin bu
dönməz qərarı
müsbət cavabını
almadan bölgədə
hər hansı sakitlikdən, silah səslərinin kəsilməsindən
söhbət gedə bilməz.
Düşmənin iflası göz qabağındadır. Ordusu artıq çöküb.
Cinayətkar Paşinyan vəziyyətdən
çıxmaq üçün
məktəb yaşlı
uşaqları döyüşə
cəlb edir. Təsəvvür edin, hansı ağlı başında olan normal hökumət rəhbəri
buna gedər!?
Minsk Qrupu ağzına
su alıb durur. BMT, ATƏT və digər beynəlxalq qurumların Paşinyanın
bu dövləti cinayəti barədə səsi çıxmır.
Azərbaycan Ali Baş Komandanının
tökülən qanların
dayandırılmasına yönəlik
irəli sürdüyü
sülhpərvər təkliləri
problemin dinc vasitələrlə həllinə
böyük siyasi töhfələr verə
bilər.
Prezident Əliyev Fransanın “LE
FİQARO” qəzetinə müsahibəsində
bir daha ölkəsinin siyasi xəttini beynəlxalq ictimaiyyətə çatdıraraq
hər iki millətin birgə yaşayışına zəmanət
verdiyini çox aydın şəkildə
səsləndirdi. Lakin işğalçı Ermənistanın baş naziri Nikolun Rusiyaya, həm də Fransanın özünə bəslədiyi
ümidləri hələ
sönməyib. Dağlıq Qarabağın işğal
faktını göz bəbəyi kimi qoruyan Rusiya 27-illik müttəfiqini müasir
silahlarla təchiz etməkdədir.
Ali Baş Komandanın
Müdafiə Nazirliyində
keçirdiyi dünənki
(srağagünkü – red.) müşavirədə və
bu gün (dünən – red.) səhər
ölkənin telekanalları
vasitəsilə səsləndirdiyi
ciddi açıqlamalar
beynəlxalq ictimaiyyətin
geniş müzakirəsinə
səbəb olub. Ermənistana silah yardımında iştirak edən ölkələrin adını
çəkməsə də,
bu sırada əsasən Rusiyaya işarə etdiyi aşkar hiss olunurdu.
Eldar Sabiroğlu,
Keçmiş millət vəkili
və ehtiyatda olan polkovnik
Hürriyyət.- 2020.- 27-28 oktyabr.-
S.13.