Asacağıq!
Ey dinsizlər, imansızlar,
Namazı
biz qılacağıq,
Sanmayın ki, dua edib,
Belə sakit qalacağıq.
Aşkar
edək satqınları,
Savaşı eyləyək yarı,
Həbs
eləyib alçaqları,
Ələ silah alacağıq.
Göstərəcək mərd oğullar,
Necə
igid bir millət var,
Canınıza ay nankorlar,
Lap vəlvələ salacağıq.
Azad edib Qarabağı,
Sinənə çəkərik dağı,
Vermərik siz torpağı,
Şuşada yurd salacağıq.
Sındırıb qol-qanadını,
Mundar edərik canını,
Hər bir şəhidin qanını,
Çox yaxında alacağıq.
Qaraxan sevməz yağını,
Göstərərik göz dağını,
Türkün qoşa bayrağını,
İrəvanda asacağıq.
İnanmayın, amandı!
Yenə
baş qaldırıb,
ara qatanlar,
İçimizdə gizlənmiş çox şeytan var.
Sapı
özümüzdən olan
baltalar,
Nə adamdı, nə xalqa yanandı,
Satqınlara inanmayın, amandı.
Qarabağı erməniyə satanlar,
Pul böləndə bir-birinə
atanlar,
Millətini darda qoyub qaçanlar,
Nə kişidi, nə də ki, bir
insandı,
Satqınlara inanmayın, amandı.
Az olsaydı adları da çəkərdim,
Alçaqlara özüm divan çəkərdim,
Şeir
ilə lap rəsmini çəkərdim,
Arif adam işarədən
qanandı,
Satqınlara inanmayın, amandı.
Özünü bəy sanan gəda-güdələr,
Qanları qarışıq, arvadı
nələr,
İyirimi yeddi ildir işləməyənlər,
Nə ilə dolanır uzun zamandır,
Satqınlara inanmayın, amandı.
Lənət olsun Qarbaçova,
Yeltsinə,
Qraçovlar kimi rusun itinə.
Aldanmayın heç olmasa Putinə,
Hər bir vədi, xoş baxışı yalandı,
Satqınlara inanmayın, amandı.
Dünyada hökm edir indi alçaqlar,
Bunu anlamayan
həm kordur, həm kar.
Torpaqları milyardlara satdılar,
El-obalar viran qaldı,
talandı,
Satqınlara inanmayın, amandı.
Oyun oynadanlar, oyun quranlar,
Anlamazlar nədir vicdan, namus-ar.
Suriyanı gör nə hala salıblar,
Geridə
qoyduğu savaşdı,
qandı,
Satqınlara inanmayın, amandı.
Bu dövranda belə ağır yatmayın,
Düşməni həmişə hiyləgər
sayın.
Qaraxandan
çox nigaran qalmayın,
Malı,
mülkü bir qələmdi, bir candı,
Satqınlara iananmayın, amandı.
Qaraxan,
Avstriya
Hürriyyət.- 2020.- 1-2 sentyabr.-
S.14.