BABADAĞ

 

İstedadlı şair, filoloq müəllim olan Abdulla Məmmədin son aylarda nəşr edilmişGerçək yuxularkitabından BABADAĞ ziyarətgahına həsr edilmiş şeiri:

 

Qarlı cığırları qoynuna salıb,

Dərin fikirlərə dalıb Babadağ,

Çay ilə sürünüb gələn dumandan,

Çiyninə yapıncı salıb Babadağ.

 

Gündüzlər əlləri Günəşə çatır,

Gecələr köksündə Ay ocaq çatır.

Qoynuna sığınan murada çatır,

Möminə ümidgah olub Babadağ.

 

Papağı buluddan, saçları qardan,

Görmədim heç belə dağ, saç ağardan!

Ayırır buluduağı qaradan,

Göyləri çiyninə alıb Babadağ.

 

Ulular ulusu, dağlar dağıdır,

Dərdi udanda dağım dağ udur.

Bilirəm-köksünü həsrət dağıdır,

Gözün Savalanda qalıb, Babadağ.

 

Ucalıq görmədim Babadağ kimi,

Durur gözlərimdə babam dağ kimi.

Gəl öpüm üzündən, babam, dağ kimi,

Dağ boyda qüssəni alıb Babadağ.

 

Mən bir övladın, mən bir dağın,

Mənə yer eylə qoynunda, dağım.

Dağıdıb dumanı hey dağım-dağım,

Qolumu boynuna salım, Babadağ!

 

Abdulla Məmməd

Quba rayonu,

Qarxun kəndi

 

Hürriyyət.- 2020.- 1-2 sentyabr.- S.14.