Qubada erməni vəhşilikləri

 

Qarabağ münaqişəsi birbaşa hərbi yolla həll olunmalıdır!  Bəzi tarixçilər və jurnalistlər öz şəxsi fikirlərini qəbul elətdirmək istəsələr də onlara qulaq asan olmamışdır. Münaqişəni həll etmək üçün əvvəlcə onun tarixinə və yaranma səbəblərinə diqqət etmək lazımdır. 100 il qabaq Rusiya imperiyası Pyotrun vəsiyyətinə görə imperiyaların genişlənməsi zamanı işğal ərazilərində dayaqlanma və möhkəmlənmə prinsiplərinə görə Cənubi Qafqaza kütləvi şəkildə köçürülmüş ermənilərin yerləşdirilməsinə hazırlıq görmüşdü. Rusiya imperiyasının Avropa dövlətləri olan İngiltərə və Fransa, qonşu dövlətlər olan İran və Türkiyə ilə apardığı diplomatik danışıqlar İrəvanın və Qarabağın işğalının hazırlıq prosesi olmuşdur.

Hər dona girməyi bacaran erməilərin 1917-ci ildə rusların məsləhətilə tərtib etdikləri plana görə 1918-ci ilin  ilk aylarında Bakıdan  Tiflisə qədər öz torpaqlarında yaşayan  azərbaycanlıları qırıb  Kürə tökməli, Qubadan  Astarayadək yaşayanları isə qırıb Xəzərə tökməli idilər…

Həmin plana uyğun olaraq Rusiyada V. İ. Lenin  kimi arxadarı olan  Stepan  Şaumyan özünün  azəraycanlıların bir millət kimi məhvi barədəki fikirlərini  həyata keçirməyə başladı. İlkin olaraq ermənilər 1918-ci il mart – may aylarında Bakı, Şamaxı, Salyan,  QubaGöyçayda yerli əhaliyə qarşı kütləvi qırğınlara əl atdılar…

Ruslar 1918-ci ilin fevralından İrəvan quberniyasında fasiləsiz, sistemli tərzdə qırğınlar törətməklə ərazini ermənilər üçün təmizləyib, erməni muxtariyyətinə ərazi yaratmaq siyasəti yeridirdilər.  Bu hazırlıqların nəticəsində  1918-ci il mayın 28-də Tiflisdə Ermənistan Respublikası elan edildi və dərhal ermənilər  Qarabağa iddia irəli sürdülər. Qafqaz ərazisində erməni dövlətinin yaradılması son ana qədər naməlum saxlanılmasına baxmayaraq ermənilər ilk imkanda yeni ərazilərə sahib olmaq cəhdi göstərirdilər. Ermənilə  Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayaraq qonşularına qarşı müxtəlif vaxtlarda yeni iddialarla qanlı mübarizələr aparmışlar(Bu məqalə əsasən Quba qəzasında  baş vermiş hadisələr haqqındadır. – F. B.)

Azərbaycan Respublikası Dövlət Arxivinin fond 1061, siyahı 1, 95, vərəq 5-8-də qorunan məlumatlara görə Fövqəladə Təhqiqat Komissiyasının materiallarının bir hissəsi 1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba qəzasında ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətlərlə bağlıdır. Sonralar bu barədə “Azərbaycanlıların soyqırımı və deportasiyası” kitabında, Vaqif Arzumanlı və Nazim Mustafanın “Tarixin qara səhifələri”  kitabında və başqa mənbələrdə geniş məlumatlar verilmişdir.  Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Novatskinin çıxışı isə “Tarix, fəlsəfə, hüquq” jurnalının 1989-cu il 4-cü ¹-də, “Ədalət” qəzetinin 1990-cı il may nömrəsində dərc edilmişdir. (Onu da qeyd etmək istəyirəm ki, yazıda Quba qəzası və onun ətrafında baş verən hadisələr haqda məlumatlar verilir. Şamaxı qırğınları, Göyçay qırğınları, Bakı qırğınları və ətraflarda törədilən vəhşiliklər heç də Qubadakılardan az olmamışdır. Məlumatlar rusca yazıldığından və üz köçürənlərin qeyri – dəqiqliyi üzündən xarabaya çevrilmiş, zərər çəkmiş yaşayış məntəqələrinin adları qarışıq yazılmış, təhrif olunmuş, bəzilərinin adları heç göstərilməmişdir. – F. B.)

Azərbaycan əhalisinə qarşı erməni silahlı dəstələrinin 1918-ci ilin mart soyqırımından sonra Bakı qəzasının bir hissəsi bolşevik diktaturasının əlinə keçmişdir. Bu hadisədən sonra Stepan Şaumyanın tapşırığı ilə Qubaya onun sadiq məsləkdaşı David Qelovaninin başçılığı altında 187 nəfərlik silahlı əsgər dəstəsi göndərilmişdi. David Qelovani Qubaya daxil olub, özünü Quba qəzasının Komissarı elan edib, yerli əhali tərəfindən təcili olaraq sovetlərin hakimiyyətinin tanınmasını tələb edib. Vəziyyətin çox ağır olduğunu nəzərə alan  qubalılar bu tələblə razılaşdılar. Qelovani şəhərdə bolşevik idarə üsulunu tətbiq etməyə başladı. Quba müsəlmanlarının dinc əhval – ruhiyyəsinə tam əmin olduqdan sonra, o, tərksilah edilib, saxlanılmağa Quba türməsinə göndərilmiş 200-ə yaxın erməni dustaqlar üçün yerli müsəlman əhalisi tərəfindən heç bir təhlükənin olmayacağına arxayın olduqdan sonra, erməni məhbusların hamısını azadlığa buraxdı.

David Qelovani sonralar yazırdı ki, Qubaya gələn dəstənin içərisində 12 nəfər erməni, bir neçə nəfər yəhudi vardı, qalanları isə ruslar idi. Dəstədə familiyasını bilmədiyi bir erməninin rəhbərliyi altında 2 pulemyot da vardı. Onlar buradan geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırmış və Bazar küçəsində 16 nəfəri, Komendant küçəsində 7 nəfəri, şəhərin kənarında, köhnə həbsxana adlanan yerdə 35 nəfəri qətlə yetirmişdilər. David Qelovani bu hadisə barədə belə məlumat vermişdi: “Xaçmazdan köməyimizə poruçik Ağacanyanın başçılığı ilə yalnız ermənilərdən ibarət 150 nəfərlik dəstə və iki top gəldi. Növbəti gün o, Qubada əksəriyyəti ermənilərdən ibarət olan xristian əhalini şəhərdən çıxarmaq üçün bir yerə yığdı. Biz geri çəkilməyə başladıq. Əvvəlcə Xaçmaza, oradan isə Dərbəndə gəldik. Bir neçə gündən sonra hərbi nazir G. Korqanov Hamazaspın komandanlığı altında 2000 nəfərdən ibarət “cəza dəstəsi”ni Qubaya göndərdi”.

Qelovaninin dediyi bu sözlər başqa sənədlərdə də öz təsdiqini tapmışdı. 1918-ci ildə bolşevik drujinaçısı olmuş Arustamov xatirəsində “Xaçmaz stansiyasına çatarkən yol boyu meyitlərə rast gəldiyini, qarşıda daşnak batalyonun getdiyini, onlar qabaqda gedərək dinc vətəndaşları və daha çox türkləri güllələmələrini və onların mal – qaralarını məhv etmələrini” göstərmişdi.

Hamazasp qubalılar qarşısındakı çıxışında “Mənə əmr olunub ki, Xəzər sahillərindən Şahdağa qədər bütün müsəlmanları məhv edim və evlərini yerlə bir edim”, – deməsi bir daha göstərir ki, ermənilərin və eləcə də, Bakı XKS rəhbəri Stepan Şaumyanın əsas məqsədi, heç də yerlərdə Sovet hakimiyyətini qurmaq deyil, bolşevik – sovet bayrağı altında müsəlmanları qırmaq, onları qorxutmaq, gələcək erməni dövləti üçün geniş ərazilər əldə etmək olmuşdu. Ermənilərin Qubadakı azğınlığı  9 – 10 gün davam etmişdir. Mayın 1-də şəhərə daxil olan erməni silahlı dəstələri həmin gün şəhərin aşağı hissəsində 713 müsəlmanı qətlə yetirmişdilər. Onların çoxu qadın və uşaqlar idi. Böyük şosseBazar küçələrindəki evlər qarət edilmişdi. Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaratmışlar.  Ermənilərin özbaşınalıqları 2 gün davam etmişonlar daha 1012 adamı öldürmüşdülər. Hamazaspın “Cəza dəstəsi” Quba şəhərini və Quba qəzasının 122 kəndini darmadağın etmişdi. Quba şəhərində iki mindən çox adam – kişi, qadın və uşaq qətlə yetirilmişdir və həmin kəndlərin əhalisinə, ümumi dəyəri 58.121.059 manat ziyan vurulmuşdur. Quba şəhər sakini Hacı İsmayıl Orucov isə öz izahatında yazırdı ki, ölüləri dəfn edən mollanın dediyinə görə o, 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır.

1918-ci ilin aprel-may aylarında Quba şəhəri və Quba qəzasında ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyası 1918-ci il dekabrın 12-də işə başlamış və 1920-ci il aprelin 20-də başa çatdırmış, erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 451 vərəq material tərtib etmişdir. Fövqəladə Təhqiqat Komissiyası tərəfindən Quba qəzası üzrə qərar layihəsi hazırlanmışdır. Bu materiallar arasında zərər çəkənlərin və şahidlərin dindirilmə protokolları, Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin  və digər şəxslərin hazırladığı məruzələr, aktlar, şəhərin ayrı – ayrı ailələrinə və sakinlərinə dəymiş maddi zərərin miqdarı barədə siyahılar və s. vardır. A. Novatskinin məruzəsi “Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi” adlanır.

Məruzədə yazılanlara diqqət edək:

– Bir neçə gün sakitlikdən sonra ermənilər üçün gözlənilmədən, dağlar tərəfdən Qubanın azərbaycanlı və ləzgi kəndlərinin əhalisindən ibarət olan silahlı dəstə şəhərə yaxınlaşaraq Qelovanidən şəhəri buraxmaq və əsir kimi təslim olmaq tələbini qoydular. Qelovani kəndlilərin bu təklifini rədd etdi. Silahlı kəndlilər şəhəri atəşə tutmağa başladılar. Bir neçə günlüyə uzanan atışma başladı. Qelovaninin köməyinə bir toppulemyotlarla silahlanmış əsgər dəstəsi gəldi. Bu köməyə baxmayaraq, ermənilər kəndlilərin qarşısında duruş gətirə bilmədilər və şəhəri tərk etmək məcburiyyətində qaldılar. Qelovani şəhəri tərk edərkən özü ilə şəhərin əksəriyyəti ermənilərdən ibarət olan bütün xristian əhalisini zorla apardı. Kəndlilər geri çəkilənlərin təqibini davam edərək, yol boyu onları atəşə tuturdular. Atışmada Qelovaninin  çıxarıb apardığı dinc xristian əhalidən bir neçə nəfər həlak oldu. Onlardan – erməni Maçak Kasparov, erməni keşişi Aleksandr Baqdanov, Duxol Poqosov, ruslardan – provaslav keşişi, əczaçı Qolubçik, aksiz məmuru Polesnı, meşəbəyi Abrosimov, doktor Mixelsini göstərmək olar. Qelovani öz dəstəsi və sağ qalan qaçqınlarla birlikdə çıxıb getdi. Bundan sonra şəhərdə sakitdinc həyat davam edirdi. Kəndlilərin silahlı dəstələri Qelovanini Qubanı tərk etməyə məcbur etdikdən sonra evlərinə dağılışdılar.

Yuxarıda təsvir edilən hadisələrdən təxminən iki həftə sonra, Qubaya belə bir xəbər çatdı ki, Bakıdan Qubaya pulemyottoplarla silahlanmış böyük qoşun dəstələri hərəkət edir. Şəhər əhalisindən bəziləri əmlak və mülklərini başlı – başına buraxaraq, meşələrə, dağlara qaçdılar, lakin əhalinin əksəriyyəti Qubaya yönələn qoşun dəstələrinin onlara qarşı hər hansı bir təhlükə törədə biləcəklərini gümanlarına belə gətirmədiklərindən, evlərini tərk etmədilər. 1918-ci il may ayının birində səhər tezdən tərkib etibarı ilə əsasən ermənilərdən ibarət olan, artıq yuxarıda adını çəkdiyimiz dəstə, məşhur daşnaksakan Hamazasponun köməkçisi Nikolayın başçılığı altında, şəhəri mühasirəyə alıb, onu tüfəng, pulemyottoplardan atəşə tutdular. Araya dəhşətli bir vahimə və qarışıqlıq düşdü. Silahlılar demək olar ki, heç bir müqavimət görmədən şəhərə daxil oldular. Şəhərin ələ keçirilməsi müsəlman əhalinin başına ağlasığmaz vəhşiliklərin, müsibətlərin gətirilməsi ilə müşayiət edilirdi. Ermənilər küçələrdə qarşılarına çıxan uşaq, qadın və kişiləri qəddarcasına öldürür, evlərə soxularaq bütün ailələri görünməmiş qəddar bir vəhşiliklə qətlə yetirirdilər. Onlar hətta südəmər uşaqlara belə aman vermədən, onları analarının qucağında güllələyirdilər, xəncərlə doğrayırdılar. Bu qarışıqlıq zamanı onlar Kərbəlayi Məmməd Tağının 14 nəfərdən ibarət ailəsinin və Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş,  Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Abdul Qasımı diri – diri oda ataraq yandırmış, Kərbalayı Abuzər Məstan oğlunuiki qızı – Hökumə və Püstəni qucaqlarındakı körpələrlə birlikdə tikə – tikə doğramış, Məşədi Qəmbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar.

 

(Ardı var)

 

Füzulu Baratov. AJB-nin üzvü

Hürriyyət.- 2020.- 12-14 sentyabr. S. 13.