Vətəndaş cəmiyyətinin
inkişafında dövlətin rolu
Vətəndaşhq qanuni-hüquqi statusdan çox, sosıal sərvətdir, əbədi yox, başlanğıc sosial inkişaf faktıdır. Hüquqi dövlətin nəzərdə tutduğu qanun qarşısmda bərabərlik və bununla əlaqədar mülki hüquqlar yalnız siyasi və sosial-iqtisadi hüquqlarla tamamlanmalı olan bir hissədir. Görünür, cəmiyyətdə həqiqi azadlığın təminatı hər bir insanın təkcə hüquqi və siyasi cəhətdən deyil, həmçinin so-sial cəhətdən vətəndaş olmasını nəzərdə tutur. Bərabərlik məqsəd yox, hər bir kəsə təcəssüm olunmayan seçim üçün şərait yaradan çıxış vəziyyətidir, o. azadlığın dirçəldiyi bir binanın bünövrəsidir.
Hüquqi dövlət və cəmiyyətin rifahı
Cəmiyyətin hər bir üzvü üçün həyati imkanların müxtəlifliyi əlverişli olmayınca, azadlıq əlçatmaz arzu olaraq qalacaq. Vətəndaş cəmiyyətinin ən zəruri funksiyalarından biri onun bütün üzvləri üçün, ilk növbədə isə bu və ya digər səbəbdən bunu özləri edə bilməyən şəxslər üçün minimal zəruri yaşayış vasitələrinin təmin olunmasıdır. Bu vəzifəni, ilk növbədə, vətəndaş cəmiyyətinin müxtəlif növ institutları yerinə yetirirdilər. Bununla belə, müxtəlif səbəblərdən zəruri həyat səviyyəsinin təminatı üzrə məsuliyyətin zəruri və get-gedə artan bir hissəsini dövlət öz üzərinə götürdü.
Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə dövlət sosial proqramlarının durmadan genişlənməsi nəticəsində mahiyyət etibarı ilə əvvəllər vətəndaş cəmiyyətinə məxsus olan funksiyaları öz üzərinə götürmüş “rifah dövləti” təsdiq olundu. Sosial proqramlar hüquqi dövlətin ayrılmaz hissəsinə çevrildi. Bundan əlavə, XX əsrdə “‘hüquqi dövlət” amili “rifah dövləti” anlayışını əldə etdi.
Vaxtilə Avropada
yaradanın mütləq nüfuzunu ənənələrin
və kilsənin mütləq nüfuzuna
qarşı qoymaqla, kollektiv
təcrübədən asılı olmadan
hamının Allaha bərabər şəkildə
tabe olması və ayrı-ayrıhqda götürülmüş hər bir ruhani tərəfındən
Tanrı həqiqətinin bərabər səviyyədə
dərk olunmasının mümkünlüyü
ideyasını əsaslandırmaqla M. Lüter,
onun ardınca isə J. Kalvin
və protestantizmin digər ba-niləri istər
dini, istərsə də dünyəvi sahələrdə
orta əsrlər
iyerarxiyalığına, dinə sitayişin
insanın şəxsi işinə çevrilməsinə zəmin
yaratdılar. Xristianlığın müxtəlif cərəyanlarının
sonrakı dedoqmatizasiyası. demifologizasiyası və
sekulyarizasiyası prosesi şəxsiyyətin
və vətəndaşın əsas hüquqlarından biri kimi vicdan
azadlığı ideyasının formalaşmasına kömək
edərək işi tamamlayır.
Dinin dövlətdən ayrılması nəticəsində din artıq birlik yox, müxtəliflik bildirir. O, siyasi birlikdən sıxışdırılaraq şəxsi maraqlar sahəsinə çıxarılır, dövlətdən vətəndaş cəmiyyətinə, ictimai hüquqdan şəxsi hüquqa ötürülür.
Həmçinin elm, ədəbiyyat, incəsənət, hər bir sosial-mədəni və mənəvi amil, eləcə də ictimai həyatın sosial-mədəni və mənəvi bərpası, böyüyən nəslin sosializasiyasının, tərbiyəsinin və təliminin təminatı məqsədini güdən bütöv institutlar vətəşkilatlar kompleksi də eyni metamorfozaya uğrayır.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət orta əsrlər teokratiyasına cavab kimi yaranmış və inkişaf etmişdir. Onların əsas xarakterlərindən biri hüquqi başlanğıc qədər əhəmiyyətli olan dünyəvi başlanğıcdır. Burada siyasətlə dinin, siyasətlə ideologiyanın hegemon vəhdəti aradan qaldırılır, ictimai və özəl amillərın. cəmiyyətlə dövlətın, hüquqla mənəviyyatın. siyasi ideologiya ilə elmin ayrılması öz təsdiqini tapır. Din, mənəvıyyat, elm, incəsənət və digər mənəvi fenomenlər siyasi xarakterdən imtina etməklə özünün tam həcmdə və həqiqi keyfiyyəti ilə mövcud olmağa başlayır.
Demokratik dövlət qurulişunda vətəndaş cəmiyyətinin rolu
Siyasi və sosial sahələrin və funksıyaların bölünməsi ilə səciyyələnən burjua cəmiyyətində vəziyyət başqa cürdür. Burada fərdin hüquqi statusu onun vətəndaş cəmiyyətindəki sosial-iqtisadi rolundan ayrılır, onu eyni zamanda fərdi şəxsə və cəmiyyətin vətəndaşına çevirir. Şəxsi maraqlar, muzdlu əmək və özəl hüquqlar sahəsi siyasi nəzarətdən azaddır. Yeni dövrün mütəfəkkirləri tərəfındən irsi hakimiyyətin və silki üstünlüyün bütün formalarının öz qüvvəsini itirdiyini elan etməsi müəyyənləşdirici əhəmiyyət daşıyırdı.
Onlar sosial fəaliyyətin azad və müstəqil vahidi kimi ayrı-ayrı fərdlərin azadlığını və təbii qabiliyyətlərini önə çəkirdilər. Bu cür yanaşmanın əsasında dayanan fərdiyyətçilik humanizmlə, insan azadhğı ideyası ilə, fıkir və düşüncələrin plüralizmi ilə çiyin-çiyinə inkişaf edərək onları stimullaşdırır, bir növ onların bünövrəsi, dayağı olurdu. Burada muxtar bir fərdin özünü qiy-mətləndirməsi, onun öz fəaliyyətinin forma və sahələrini müəyyənləşdirmək azadhğı və s. vurğulanır.
Feodal cəmiyyəti ortaya qoyaraq onu ayrıca bir insanın şəxsində öz əsasına yönəltmək üçün köhnə qayda-qanuna zidd siyasi inqilab bütün sinifləri, korporasiyaları, sexləri, imtiyazları, dövlət təbəələrinin bərabərlik prinsiplərini pozan bütün digər ınstitutları məhv ettmk məqsədi güdürdü. Siyasi qurtuluş, eyni zamanda, vətəndaş cəmiyyətinin siyasətdən qurtulması idi. Buna görə də köhnə qayda-qanuna zidd sıyasi inqılabı tamamilə qanunauyğun şəkildə vətəndaş cəmiyyətinin inqilabı adlandırılırrdı. Bu inqilab hamı üçün vahid və icbari hüquqi qayda-qanun yaratmaq məqsədi daşıyırdı.
Şübhəsiz, vətəndaş cəmiyyətinin tərkib hissələrini geniş səciyyələndirməyi, təhlil etməyi, onların hamısını sadalamağı belə qarşıya məqsəd qoymaq müfəssəl işdir. Amma fıkrimizcə, yuxarıda şərh olunanlardan, əsas etibarilə, belə bir nəticə meydana çıxır: vətəndaş cəmiyyəti sosial, sosial-mədəni və mənəvi həyat fəaliyyətinin təminatı, onlarm yenidən təşkili və nəsildən-nəsilə ötürülməsi sistemi, ayrı- ayrı fərdlərin və kollektivlərin özünü reallaşdırması, həm fərdi, həm də kollektiv maraqların və tələbatların reallaşdırılması üçün şərait yaratmaq məqsədi daşıyan müstəqil və dövlətdən asılı olmayan ictimai institutlar və mü-nasibətlər sistemidir. Buna görə də təbiidir ki, vətəndaş cəmiyyəti üçün məğzi səciyyə özünəməxsus eklektizmdir – ən müxtəlif sosial-siyasi qüvvələrin maraqlarının uzlaşması və nəzərə ahnmasıdır ki, bu da onların arasında toqquşmalar, ziddiyyətlər, münaqişələr baş verməsini və bu qarşıdurmaların şəxsi və dövlət maraqları arasında ziddiyyətlərlə tamamlanmasını nəzərdə tutur.
Digər üzvlərin və ya sosial qrupların fıkir və mövqeləri ilə bir növ “razılaşmamaq mədəniyyəti”‘, yaxud “razılaşmamaq haqqında razılıq” prinsipi onun üçün səciyyəvidir. Eyni zamanda, bu cür vəziyyət elə bir kompromiss nəzərdə tutur ki, dialoqda iştirak edən tərəflərin bir-birinin baxışlarını və maraqlarını başa düşmək, onlara hörmət etmək bacarığı və arzusu olmadan bu kompromisə gəlmək mümkün deyil (səciyyəvidir ki, kompromisin əsaslandığı praqmatizm və opportunizm anlayışlarına Qərbdə müsbət məna verilir).
Kompromisə nailolma prosesində müxtəlif tərəflər arasında yaranan ziddiyyətlər və münaqişələr ümumi qəbul olunmuş davranış normaları, oyun qaydaları və s. əsasmda öz əksini tapır. Burada yalnız iki halda: hamı üçün bərabər başlanğıc şəraitinin yaradılması zəruri olduqda və bütünlüklə cəmiyyətin maraqlarınm müdafiəsi və tərəqqisi zəruri olduqda dövlət müdaxiləsinə yol verilir. Məsələnin mahiyyəti ondadır ki. vətəndaş cəmiyyətini əsl vətəndaş cəmiyyəti edən bütün tərkib hissələrinin riyazi məbləği deyil, inteqral məcmusudur, onların mənasız növ müxtəlifliyi yox, məğzi birliyidir. Hegel öz dövründə bu məqama diqqət yetirmişdir – onun konstruksiyasında vətəndaş cəmiyyətinin əsas elementi kimi öz iddialarını irəli sürən ayrıca, konkret bir şəxsiyyət çıxış edir.
Şəxsiyyətin hüququ və cəmiyyət
Hegel ayrıca şəxsin vahid və cəmiyyətin ümumi qırılmaz birliyini xüsusi olaraq vurğulamışdır. Onun sözlərinə görə, onların hər ikisi “yalnız bir-biri üçün və bir-birinin vasitəsilə mövcuddur, bir-birinə keçir. Məqsədimin həyata keçməsinə kömək etməklə mən ümumi məqsədin həyata keçməsinə kömək edirəm, ümumi məqsəd isə, öz növbəsində. mənim məqsədimin həyata keçməsinə kömək edir”.
Bu və ya digər dərəcədə həyat qabiliyyətinə malik insan cəmiyyətinin, o cümlədən vətəndaş cəmiyyətinin xüsusiyyəti məğzi birlikdədir, onun təkcə bir yönümlü, öz aralarında uzlaşan elementlərinin, tərkibinə daxil olan insanların, sosial qrupların, münasibətlərin yox, həmçinin onların fərqinin müxtəlifliyinin, plüralizminin məcmusu olmasındadır.
Eyni zamanda, bu plüralizmi, tez-tez olduğu kimi, hansısa bir xaotik müxtəliflik kimi, daxili substansion birlikdən məhrum olan, təcrid edilmiş müxtəlif başlanğıcların sadə çoxluğu kimi təsəvvür etmək olmaz. Vətəndaş cəmiyyətinin məğzi birliyi onun çərçivəsində birgə həyatda ümumi səylə birləşən müxtəlif növ sosial qüvvələrin, institutların, təşkilatların, maraqlı qrupların və s.-in eyni zamanda mövcudluğudur.
Şəxsiyyətin, onun hüquq və azadlıqlarının qiymətləndirilməsinin tanınması, həmçinin şəxsiyyətin özünün cəmiyyət və onun digər üzvləri qarşısında məsuliyyətini də nəzərdə tutur.
B. Çiçerinin düzgün qeyd etdiyi kimi, “İnsan azadlığı şüurlu-mənəvi varlığın azadlığıdır. İnsanın öhdəlikləri olduğu kimi, hüquqları da var, yaxud əksinə, hüquqları olduğu kimi. öhdəlikləri də var: əgər o, hüquqlara malik azad varlıq kimi tanınmasaydı, ondan öz öhdəliklərinin icrasını tələb etmək də olmazdı. Bu hər iki başlanğıc bir-birini şərtləndirir”. Demək olar ki, hüquq anlayışının özündə azadlığa şamil edilən məhdudiyyətlər var. Bu məhdudiyyətin miqyasları əhəmiyyətli dərəcədə hüququ həyata keçirən dövlətin xarakterindən asılıdır. Amma burada bu marağın və onun reallaşma subyektinin təcəssümü kimi dövlətin zəruriliyi şübhəsizdir. Buna görə də Hegel tamamilə əsaslı olaraq dövləti bır-birinə zidd iki başlanğıcın – tamın maraqlarının və onu təşkil edən fərdlərin maraqlarının birləşdirilməsinin nəticəsi kimi nəzərdən keçirirdi.
“Hürriyyət”
Hürriyyət.-
2020.- 12-14 sentyabr. S. 10.