SONETLƏR
Heç
kimin sözünə
yoxdur etibar,
Heç
kimin sözünə
inanma əsla!
Ancaq tək özünə ümid bağla sən,
Ancaq özün
çalış min ehtirasla.
Özündən savayı yoxdur heç kimin
Dar gündə dayağın
təkcə özünsən.
Gecə-gündüz dağıt maneələri,
Hansı gündə olsan, elə o günsən.
Elə çalış, yarat namərdlər belə,
Sənə əl tutmağa məcbur olsunlar.
Elə yüksəklərdə pərvaz
eylə ki,
Sənin dostluğunla məğrur
olsunlar.
Sənin
bir yolun var: yeni zirvələr!
Onda harayına
oğullar gələr.
* * *
Bəli,
gəlib çıxdı
yaz,
Amma hələ
uşaqdır.
Qış dəlilik eyləyir
Əlində də bıçaqdır.
Hirslə
çıxıb özündən,
Söyür, meydan sulayır.
Gah qar səpir, gah yağış
Gah qurd kimi ulayır.
Gülləri qırıb tökür,
Sındırır budaqları.
Yol getməyə qoymayır
Qaytarır uşaqları.
Vaxtı
çoxdan bitsə də,
Hamıya gəlir hədə.
*
* *
Hər gecə mənim üçün
Nə qədər
qorxuludur.
Gecələr çox qədimdir,
Gecələr çox uludur.
Gündüz fəal, arxayın.
Çox mübariz olursan.
Gecələrsə köməksiz,
Həm də aciz olursan.
Gecələr dostlar uzaq
Düşmənlərsə yaxındır.
Çoxu
gözəgörünməz
Həm də axın-axındır.
Amma beyin oyaqdır
Düz danışan
qoçaqdır.
*
* *
QƏZƏL
Rəzalətlər sultanı sənlə sonacan varam,
Sən rahat olmayınca qapıları
açaram.
Adilərlə işim yox, müdriklər sirdaşıyam
Harda bir zirvə varsa, orda əbədi qaram.
Dılğırlar səltənəti, düşüb
bəxtimə neynim
Heç kimim yox, nəyim
yox, bəxtiyar bir naçaram.
Bütün gecələrimi qayğılarla
yatıram.
Min illik kilidlənmiş
qapılara AÇARAM.
Hələ ki qürubumun şəfəqində məsudam.
Görsəm göylər qaralır, baş götürüb qaçaram.
Nadanlar arasında ey Nicat, fəqir dərviş,
Qananlar məclisində
şaham, sultanam, çaram.
* * *
Harda dələduz varsa vəzifəylə şad
edib
Qulduru, rüşvətxoru
ömürlük azad
edib.
Düş ölkəyə gəz
axtar, bir kişi tapmaq
çətin,
Hamısını özünə qiyabi arvad edib.
Özgələrə kilsələr, məktəblər təmir
edir,
Özündə qalaları, evləri bərbad edib.
Küçədə üç-dörd
nəfər durub danışa bilməz,
Dincliyi qoruyan yox, polisi cəllad
edib.
Hər işi, hər qərarı tərsinə
həll eyləyib
Zöhhakı bir qəhrəman, Nəmrudu şəddad edib.
De bu qədər mövzunu harda tapa bilərdin,
Ey Nicat nə yazardın Kubəni Bağdad edib.
Əlisa Nicat
Hürriyyət.- 2020.- 12-14 sentyabr. S.
14.