Həsən Ənami: “Azərbaycanın
yaxın zamanda Qarabağı azad edəcəyinə
inanırıq”
Müasir Azərbaycan opera sənətinin istedadlı
oifaçılarından biri də əslən Təbrizdən
olan Həsən Enamidir. O, erkən ytaşlarından vocal
ifaçılığına meyilli olduğuna görə bu
yöndə peşəkar səviyyədə təhsil almaq
üçün Bakıya gəlmiş və burada Bakı
Musiqi Akademiyasında Azərbaycan vocal sənətinin dahi
ifaçısı Xuraman Qasımovanın sinfində təhsil
almışdır. Hazırda Kanadada yaşayan
soydaşımızın diaspora və digər məsələlərlə
bağlı fikirlərini öyrəndik.–
Həsən bəy, siz Bakıda bir sıra uğurlar əldə
etdiniz. Musiqi Akademiyasının vocal kursunda təhsil alan zaman ilk dəfə olaraq, gənc
ifaçının Dövlət Opera Teatrının səhnəsində
Koroğlu rolunu oynaması əsil möcüzə idi.
– Mənə
olan etimada görə görkəmli sənətkarlar Fərhad
Bədəlbəyliyə, Fidan və Xuraman Qasımovalara,
Aydın Əzimova və Arif Məlikova olduqca minnətdaram. Onların sayəsində Opera Teatrına ayaq
açdım. Ötən müddətdə Cüzeppe Verdinin “Riqoletto” operasında Mantua hersoqu,
Aida operasında Radames, “II Trovatoredə” Maniko, “Traviata”da Alfredo, “Toska”da
Kavaradossi, Giakomo Puccininin “Batterflay” operasında Pinkerton, “Bohema”da Rudolfo, Corc Bizetin
“Don Xose” operasında Karmen, Riqqero Lenonkavallo “Padliacci”
operasında Kanio”
Giakomo
Puccini, Pinkerton, (Madam Batterflay) və digər tamaşalarda
aparıcı rolları ifa etdim. Azərbaycan
milli operalarının demək olar ki, hamısında rollar
oynamışam.
Ramiz
Mustafayevin “Vaqif” tamaşasında Vaqif, Fikrət Əmirovun
“Sevil” operasında Balaş, Müslüm Maqomayevin “Şah
İsmayıl”ında Vəzir, Vasif Adıgözəlovun “Natəvan”
tamaşasında Xasay Xan rollarını ifa etmişəm.
– Milli Opera tarixində gənc vocal ifaçıları
arasında yaşına görə ilk fəxri adı da siz
aldınız.
–Sözün doğru Azərbaycan prezidenti tərəfindən
mənə əməkdar artist fəxri adının verilməsi
olduqca gözlənilməz bir hadisə idi. Çünki,
qanunla İran İslam Respublikasının vətəndaşı
sayılırdım. –Bu adı alana qədər
həm də çoxsaylı vocal festivallarının qalibi də
olmusunuz. –İlk dəfə “Bülbül” adına
1-ci Beynəlxalq vocal müsabiqəsində özümü
sınmaq üçün iştirak etdim və II yeri
qazandım. 1997-ci ildə
Vokalçıların Respublika Müsabiqəsində isə,
birinci yeri tutdum. 1988-ci ildə isə, dünyalarca məşhur
olan “Pyotr Çayskovski adına Beynəlxalq
Müsabiqə”nin diplomuna layiq görüldüm. Sən demə, mənim ifamı Bakıda əksər
peşəkar sənət adamları da təqib edirlərmiş.
Beləcə məni bir sıra dövlət tədbirlərinə
dəvət etməyə başladılar. Azərbaycan vocal sənətini Almaniya, Fransa,
BƏƏ, Ukrayna, Finlandiya, Türkiyə və digər
ölkələrdə dövlət xətti ilə təşkil
olunmuş tədbirlərdə iştirak etməyə
başladım. Opera və Balet
Tatrının solisti olmaqla yanaşı, həm də Dövlət
Simfonik Orkestrinin solisti olaraq fəaliyyət göstərmişəm.
–
Bakıda bu qədər imkanlar var idi. Bəs nədən
Kanadaya mühaciət etdiniz?
–
Çox səmimi deyəcəm. Mədəniyyət
nazirliyi və mədəniyyətlə bağlı dövlət
digər idarələrdə mənə üqarşı
açıq-aşkar qərəzli mövqelərdən
razı deyildim. Onlar ən çox
“rusdilli” kadrlarlqa işləməyi sevirdilər. Digər yandan isə, açıq şəkildə
bildirirəm ki, Azərbaycanda peşəkar səviyyədə
konsert salonları yoxdur. Halbuki, bu problem həll
etmək o qədər də çətin deyil. Peşəkar sənətçilərə deyil,
ucuz və bayağı şoulara daha çox önəm verən
məmurlar var ki, onlar sadəcə mədəniyyətə
deyil, həm də xalqımızın mədəni
düşüncə sisteminə sarsıdıcı zərbələr
vururlar. Mühüm dövlət tədbirlərini
belə, monopoliyaya alaraq, sənətlə heç bir ilgisi
olmayan, bütün telekanallardan düşməyən,
bayağıcasına cəmiyyətin mədəni baxımdan
zövqünü sapındıranlara daha çox
üstünlük verildiyi üçün, bu gün peşəkar
sənət adamlarının həyat tərzi olduqca
ağırdır. Bir həqiqəti də deyim, Azərbaycan
Dövlət Simfonik Orkestrində, Dövlət Kamaera Musiqisi
Orkestrində, Dövlət Estarada Orkestrində və Dövlət
Xalq Çalğı Alətləri Orkestrində o qədər
peşəkar musiqiçilər var ki, onların hər biri Azərbaycan
mədəniyyətinin qüruru sayıla biləcək şəxsiyyətlərdir.
Ancaq, onlar ölkəmizin mədəni həyatında
fəal olmalarına heç bir şərait yaradılmır.
Bu orkestrlər maraqlı və zəngin Azərbaycan
musiqisini dünya miqyasında turnelər təşkil etməklə
ölkəmizə milyonlar qazandıra bilərlər. Təbii olaraq, bu sıxıntılara dözə
bilmədim. Çox
çalışdım. Bəzən elə
olurdu ki, 3-4 yerdə çalışmaq məcburiyyətində
qalırdım. Çünki, artıq evil
idim. İki övladım dünyaya gəlmişdi.
Aldığım maaş və qonorarla ailəmi
dolandırmaq mümükn deyildi.
Bilmək olarmı həyat yoldaşınız kimdir?
–
Ömür-gün yoldaşım peşəkar piano
ifaçısı Nərminə Əfəndiyevadır.
Bakı Musiqi Akademiyasında təhsil alan
tanış olduq. Onun babaları Azərbaycanın
görkəmli maarifçiləri Məsud Şeyxzadə və
Camo Cəbrayılbəylidir. Həm sənətdə,
həm də həyatda bir-birimizi tamamlayırıq. Opera sənəti elə bir sahədir ki, orada
tamaşaya ayda iki dəfədən çox çıxmaq
olmaz. Səsini və fiziki
hazırlığını uzlaşdırmaq
üçün azından 15 gün zaman tələb olunur.
Ona görə də bizləri mədəniyyəti
dərk etməyən məmurlar anlamaq istəmirlər. Bu gün demək olar ki, Kanadada iştirak etdiyim
bütün konsertlərdə mənim yeganə müşahidəçim
həyat yoldaşımdır. O, pianoda necə həvəslə
çalırsa, mən də bu həvəslə ariyaları
və romansları ifa edirəm.
– Bu
gün faktiki olaraq, Kanadaya mühacirətə üz tutan
soydaşlarımızın əksəriyyəti
ziyalılardır. Bunun səbəbi nədir?
– İnsanlar üçün yaradılan şərait. Peşəkar
musiqiçi olmanı təsdiq edən sənədlərlə
yanaşı, həm də praktiki baxımdan sınaqdan
keçdikdən sonra bütün yaradıcılıq
imkanları da arxanca qoşa-qoşa gəlir. Məni ən çox sevindirən odur ki, indi Kanada
ölkəsinin bütün iri şəhərlərində
yaşayan və diasporumumuz təmsil edən peşəkar
musiqiçilərin musiqi kollektivləri var. Onlar ilin
repertuarını hazırlayır və növbəti ildə
Azərbaycan mədəniyyəti burada yaşayan bütün
xalqlara sevdirmək imkanı əldə edirlər. Şəxsən mən özüm neçə illərdir
bu praktika əsasında çalışıram. Taleyimdən də narazı deyiləm. İçimdəki nisgilim həm Təbrizin və həm
də məni sənət aləmində ustad dərsləri
aldığım Bakıdır.
– Kanadadakı Azərbaycan diaspora təşkilatları
ilə əlaqələrin necədir?
– Mən
hər zaman siyasətdən uzaq durmuşam. Çünki,
həm Təbrizdə, həm də Bakıda
yaşadığım illərdə siyasətçilərin
şəxsi iddiaları və intriqalarla dolu ilə həyat tərzi
məni təəccübləndiribdir. Sanki,
manyakmış kimi xarakter nümayiş etdirirlər. Milli diaspor məsələsində isə, heç
zaman arxa planda olmamışam. Diaspor əgər
ümummilli olay olaraq nələrisə gündəmə gətirir,
o zaman ən fəal şəxslərdən biri oluram. Mən heç vaxt istəməzdim ki, diaspora təşkilatlarımız
Azərbaycan Respublikasının taleyi ilə bağlı
proseslərdə iqtidar və ya müxalifətə
bölünsünlər. Diaspor təşkilatlarının
baş vəzifəsi ümummilli məsələlərlə
bağlı xalqımızın və dövlətimizin səsinə
çevrilməlidir. Kanadada Azərbaycan
diaspora təşkilatları mövcuddur. Bu
gün həmin təşkilatlar bir qədər rahat nəfəs
almağa başlayıblar.
– Bu nə
deməkdir?
– Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin keçmiş rəhbərliyi
bizimlə özlərinin siyasi maraqlarını təmin etmək
kursu ilə çalışmaq siyasətini
yürüdürdü. Şəxsən mən bu younların
heç birində iştirak etməmişəm. Bu gün durum bir qədər fərqlidir. Kim olursansa ol, Azərbaycan dövlətinin milli və
strateji maraqları çərçivəsində fəaliyyət
qurmağın yetər. Bizim kimdənsə
qrant almaq və qarşılığında isə, aksiyalara
qoşulmaq kimi siyasəti isə əsla qəbul etmirəm.
Xaricdəki hakimiyyət yönlü diaspora təşkilatlarını
keçmiş komitə rəhbərliyi bu xəstəliyə
elə alışdırıblar ki, hətta bu yaramaz əməllər
Kanadaya da gəlib çatıbdır. İndi-indi
həmin xəstəliyin qarşısının
alınmasına başlanılıb. İnsan
vətənini hansısa qrant layihəsi əsasında qorumaz.
Mən Kanadanın istənilən şəhərində
Azərbaycan dövlətinin maraqları ilə bağlı
keçirilən aksiyaların daimi
iştirakçısıyam. Bəlağətli
və siyasi görüşlü çıxış edə
bilmədiyim üçün əlimdən gələn digər
işləri görürəm. Ən
azından dörd nəfərlik ailə azvlərimlə həmin
aksiyalarda təmsil olunuram.
– 12
İyul Tovuz Hadisələri ilə bağlı
dünyanın 50-yə yaxın ölkəsində diaspora təşkilatlarımız
aksiyalar keçirdilər. Bir sənətçi
və vətəndaş olaraq bunları necə qiymətləndirirsiniz?
–
Müşahidələrim əsasında onu deyə bilərəm
ki, xaricdəki diaspora təşkilatlarımız və
özlərinin KİV-ni yaratmış şəxslər
dövlətçilik məsələsində bir araya gəldilər.
İnqtidarı sərt şəkildə gecə-gündüz
bilmədən suçlayan və ya ağlagəlməz təhqiramiz
ifadələr işlədənlərin həmin günlərdə
üzlərinə baxmaq bəs edərdi. İndi-indi
dərk edirlər ki, hakimiyyətə qarşı
çıxmaq və ya müxalif olmaq ayrı bir məsələdir.
Vətən mövzusunda isə, bütün
bunlar arxada qalmalıdır. Tovuz rayonu ərazisinin
işğal edilməsi dövlətin mövcudluğuna son
qoyulması deməkdir. Azərbaycanın
iqtisadi baxımdan dünyaya tək çıxış
yolunun düşmən əlində olmasına əsla sevinmək
olmaz.
– Sizin
konsertlərinizdə başqa xalqların nümayəndələrinin
çoxluq təşkil etdiyini bilirik.
– Əslində bizim milli musiqimizi canlı şəkildə
ifa etməklə konsertlərimizə təşrif gətirən
başqa xalqların nümayəndələri cuşa gəlirlər. Beləliklə
də Azərbaycan və mədəniyyəti ilə ciddi
şəkildə maraqlanmağa başlayırlar. Elə olub ki, konsertdən sonra, gəlib mənə
təşəkür bildirənlər olub. Sonradan həmin şəxslərlə ailəvi
dostluğumuz yaranıbdır. İndi həmin
insanlar Azərbaycan və Qarabağ məsələsində
bizimlə yan-yanadırlar. Onların arasında elələri
var ki, Azərbaycan adına keçirilən
aksiyalara qatılaraq bizə dəstək olduqlarını
nümayiş etdirirlər. Dünya dövlətlərini
və xalqlarını nə qədər bizlərə
inamlı olmalarını düzənləyə bilsək,
işğal olunmuş ərazilərimizlə problermlər
tezliklə öz həllini tapa bilər. Bu gün Azərbaycandakı
prosesləri müşahidə etdikdə görürük ki, ölkədaxili
ümummilli proseslərin inteqrasiyası artıq Qarabağ məsələsinin
tezliklə həll olunması üçün bir işarədir.
Biz əlimizdən gələn dəstəyi necə
var, eləcə də verəcəyik.
Hürriyyət.- 2020.- 15-16 sentyabr. S. 10.