İnsanları intihar etməyə
məcbur edən amillər nədir?
Aytən
Ələkbərova: “İradəsi möhkəm insanlar
bütün çətinliklərə dözür,
yaşayır, iradəsi zəif insanlar isə ən rahat
çıxış yolunu intiharda görürlər”
Səbinə
Bayramova: “Boşanma, maddi çətinlik, ailədaxili
münaqişələr, biznesdə, işdə, təhsildə
uğursuzluq və sevdiyi şəxslərlə evlənə
bilməmək intiharda görülən əsas səbəblərdəndir”
Paşa
Yaqub: “Ümumiyyətlə, intihar fikrində olan insanda, bir
qayda olaraq, övladlarına və yaxınlarına
qarşı sevgi hissi olmur”
Gülnar
Orucova: “İnsanların əksəriyyəti sadəcə,
özünə yüngül xəsarət verməklə
qarşıdakı tərəfi peşman etmək və ya
insanların özünə qarşı mərhəmətli
davranmasını təmin etmək üçün bu yola əl
atır”
Elnur
Rüstəmov: “İntihar riski yaşayanlar əsasən tənhalar,
müəyyən zərərli vərdişlərə aludə
olanlar, xroniki xəstəliyi və depressiyada olan
insanlardır”
Demək olar ki, hər gün intihar xəbəri
eşidirik. Biri özünü dənizə atır, biri
asır. İntihar xəbərlərini
diqqətlə izləsək görürük ki, özünə
qəsdlər intiharlar payız aylarında daha çox olur.
Ötən gün Nərimanov rayonu ərazisində
intihar edən ibtidai sinif müəllimi Naidə
İsayevanın özünə qəsd etməsi də yenidən
bizi intihar mövzusunu araşdırmağımıza vadar
etdi. Bəs insanları intihar etməyə
məcbur edən amillər nədir? Azərbaycanda
bu sahədə real durum necədir?
Psixoloq
Aytən Ələkbərova, iradəsi möhkəm
insanların bütün çətinliklərə
dözdüyünü, lakin iradəsi zəif insanların isə
düşdüyü bataqlıqdan çıxa bilmədiyini,
daha doğrusu çıxa bilməyəcəyini
düşünüb ən rahat çıxış yolunu
intiharda gördüklərini bildirdi: “Bu çox geniş
mövzudur. Mən bu haqda bacardıqca qısa
fikir bildirməyə çalışacam.
Əslində bu fikri də insanlarda cəmiyyət
yaradır, cəmiyyətin pis ağuşu dediyimiz uçurum
yaradır. Uşaqların, yeniyetmələrin intihar fikrinə
düşmələrinin də səbəbkarı çox
zaman valideyinlər, yaxud da cəmiyyətdir. İnsan o zaman artıq yaşamaq haqqında
düşünmür. Bəzən
ölümdən qorxan insanları iradəsiz insan hesab edirlər.
Mən bunun tam əksini düşünürəm.
Əksinə iradəsi güclü insanlar
ölümdən qorxur. Çünki onlar
özlərindən sonrakıları, yəni buraxıb getdiklərini
və o biri dünyasını düşünür. İradəsi möhkəm insanlar bütün
çətinliklərə dözür, yaşayır, iradəsi
zəif insanlar isə düşdüyü bataqlıqdan
çıxa bilməyib, daha doğrusu çıxa bilməyəcəyini
düşünüb ən rahat çıxış yolunu
intiharda görürlər. Bu isə
çıxış yolu deyil. Bu çətinlikləri
yaşayan insanlarla uzun müalicədən,
danışıqlardan sonra fikrindən daşındırmaq
mümkün olur. Ümumilikdə, sosial
çətinliklərə görə, intihar etmək istəyənlər
arasında gənclər üstünlük təşkil edir.
Əslində insan psixologiyasına görə,
konkret bir məsələnin üzərində dayanmaq olmur ki,
intihara təhrik edən problemi dəqiq bilək. İntihara doğru getmək depressiyaya
düşmüş bir insanın bədənində gedən
psixi pozğunluqdur. Həmin proses intihara doğru
aparır. Digər tərəfdən iradə zəifliyinə
qayıdırıq. İnsanın iradəsi
zəif olduğundan problemlərə daha tez təslim olur,
düşünür ki, intihar edib canını qurtaracaq.
Amma güclü insan intihar etməz, mübarizə
aparmağı üstün tutar. Güclü
insan rahatlıqla intihara cəhd etməz. Hər
bir insanın çətin anı olur. Amma
hər çətinlikdə intiharı yox, çətinliyə
güc gəlməyi düşünmək lazımdır ki,
intihar sizdən uzaqlaşsın. Bunu
özünüz bacarmırsınızsa, kömək olacaq
insanlara müraciət edin. Hər bir
çətinliyin arxasında intihar bizlərlə gizlənpaç
oynayır. Asanlıqla tapılıb intiharı
qalib etməyin. Elə gizlənin ki, sizi
tapa bilməyib, intizarda qalsın, əlacsız olub, sizdən əl
çəksin. Amma səbəbini bilmədiyimiz
halda, intihar edəni də qınamaq lazım deyil”.
Ümumrusiya
Professional Psixoterapiya Liqasının həqiqi üzvü, Eros
psixologiya mərkəzinin psixoloqu Səbinə Bayramova isə
qeyd etdi ki, depressiv hallara daha çox payız aylarında rast
gəlinir və intiharların başlıca səbəbi də
depressiyadır: “İntiharın müxtəlif səbəbləri
var. Bunlara şəxsin həddən çox yüklənməsi,
psixoloji zədə alması, əhval-ruhiyyəsinin
aşağı düşməsini misal gətirə bilərik.
Boşanma, maddi çətinlik, ailədaxili
münaqişələr, biznesdə, işdə, təhsildə
uğursuzluq və sevdiyi şəxslərlə evlənə
bilməmək intiharda görülən əsas səbəblərdəndir. Bunu deyim ki,
intihar edən şəxsdə intihardan öncə psixoloji
problemlər müşahidə olunur. Onlar
narkotikə və içkiyə qurşanırlar və daha
çox şəxsiyyət pozğunluğu müşahidə
edilir. Belə şəxsləri
gördükdə onların intihara meyilli şəxslər
olduğunu unutmamalı onlarla ehtiyatlı davranmalıyıq.
Bu, yalnış fikirdir. Əgər
ətrafınızda intihardan bəhs edən şəxslər
varsa, onları mütləq ciddiyə almalısınız.
Bəzən insanlar mənə müraciət
edir ki, yaxını intiar etmək istəyir amma psixoloq
yanına gətirə bilmir? Mənim tək
məsləhətim budur ki, həmin insanları psixoloq və
psixoterapevt yanına gəlməyə cəsarətləndirin.
Əgər şəxsdə depresiyanın əlamətləri
varsa yəni, özünü dəyərsiz, narahat hiss edirsə,
gün boyu yuxulu olursa, diqqət
dağınıqlığı, cinsi istəksizlik,
iştahsızlıq və ya həddən artıq yemək
yemək istəyi, ölüm və intihar düşüncələri
varsa, mütləq şəkildə mütəxəssisə
müraciət etmək lazımdır. Hətta
belə deyə bilərik ki, intihar edən kişilərin
sayı qadınlardan 3 dəfə daha çoxdur. Qadınlarda intihar cəhdlərinin çoxu baş
tutmur”.
Psixoterapevt
və elmi-lədun bilicisi Paşa Yaqub, intihar etmək istəyən
adamların öz planlarını, əsasən ən sakit
yerdə və ən sakit vaxtda həyata keçirdiyini dedi:
“İntiharlar depressiyadan yaranır. Əsasın
də payız fəslində daha çox müşahidə
olunur.
Fəsil dəyişkənliyi ilə əlaqədar sinir
sistemində dəyişikliklər baş verir. Yaz və
payız fəsillərində insanlarda sinir sistemləri
oyanır və müşhitə uyğunlaşa bilmir. Nəticədə insanda əsəb gərginliyi
yaranır. Bu da intiharların baş verməsinə
gətirib çıxarır. İntiharlar
neqativ enerjidən yaranır. Pis enerjilər
insanlara ötürülür. Ümumiyyətlə,
insanı yaşadan həyat eşqidir. İnsanın həyata
məhəbbəti olsa,nə qədər
çətinliyi olsa belə, o çətinliklərə
qalib gəlir. İnsan özünə
qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz
ağrıları, qəlbində sıxılmalar olur, yuxuya
gedərkən ayağı sanki boşluğa
düşür, yaxud yüksəklikdən
yıxıldığını hiss edərək oyanır.
Bəzi xəstələrdə gecələr
tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri
isə ətrafından kölgə keçdiyini, boş otaqdan
səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss
edir. Səbəbsiz əsəbləşir
və səbəbsiz ağlayır, içindəki dəhşətli
sıxıntı onu intihara sövq edir. Ümumiyyətlə,
intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və
yaxınlarına qarşı sevgi hissi olmur.
Bu hiss
onların qəlbindən silinir. Kompüterə
düşən virus fayl və proqramları necə silirsə,
neqativ enerji də insanın qəlbindəki məhəbbət
hissini, inam hissini elə silir. Bundan sonra
insan heç kəsi sevmir, əks cinsə məhəbbət
hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti
onu əsəbləşdirir. Əslində,
bütün bunlar fizikanın qanunlarına uyğun olaraq
baş verir və bu elmlə də aradan
qaldırılmalıdır.
İntiharı yaradan başlıca səbəb orqanizmdəki
(ruhdakı) sabitliyin pozulmasıdır. Yəni,
enerjinin “dəyişən cərəyan” formasına keçməsidir.
Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə,
insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir.
İntihar etmək istəyən adamlar öz
planlarını, əsasən ən sakit yerdə və ən
sakit vaxtda həyata keçirirlər. Əsasən
gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən
intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək
qoymaq olmaz. İntihar edənlər
üçün ilin hansı fəsli olması, havanın necə
olması o qədər də önəmli deyil. Ancaqonlaraxşamüstüdahaçoxsıxılırlar”.
Psixoloq
Gülnar Orucova isə insanların əksəriyyətinin
özünü öldürmək məqsədilə intihar
etmədiyini, sadəcə, özünə yüngül xəsarət
verməklə qarşıdakı tərəfi peşman etmək
və ya insanların özünə qarşı mərhəmətli
davranmasını təmin etmək üçün bu yola əl
atdığını vurğuladı: “İntihar etmək
heç də insanların davamlı
düşündüyü bir şey deyil. Bu, qəfil
insanın ağlına gəlir və həmin anda ona cəhd
edir.
İnsanların əksəriyyəti özünü
öldürmək məqsədilə intihar etmir. Sadəcə,
özünə yüngül xəsarət verməklə
qarşıdakı tərəfi peşman etmək və ya
insanların özünə qarşı mərhəmətli
davranmasını təmin etmək üçün bu yola əl
atır. Bəzi hallarda intihar edənlər
həyatı bizdən qat-qat çox sevən insanlar olur.
Sadəcə, o adamlar həmin anda
düşünürlər ki, içində olduqları
problemləri həll edə bilməyəcəklər. Bu gün ailələrdə əsas problemlərdən
biri də valideynlərin öz övladlarına sevgi göstərməməsidir.
11-16 yaş dönəmində uşaqlar sevgiyə
daha çox ehtiyac duyurlar. Çünki
valideynlər yeniyetməlik dönəmində
övladlarına bəzi qadağalar qoyurlar. Uşaqlar isə bunu sevgisizliklə əlaqələndirirlər”.
Psixologiya
və Konsultasiya Mərkəzinin psixoluqu Elnur Rüstəmov isə
dünyada intiharın əsas səbəbini iqtisadi faktorlarla əlaqələndirsələr
də, lakin yaşayış səviyyəsi yüksək olan
Avropa ölkələrinin intihar sayına görə ilk yerdə
getdiyini bildirdi: “İntihar prosesi yaxın 15 ildə
dünyanı narahat edən problemdir.
Dünyanın əksər ölkələrində
intihar hadisələri sürətlə artır. Bunun da bir
çox səbəbləri göstərilir. Düzdür, daha çox iqtisadi faktorları
göstərirlər. Amma iqtisadi göstəriciləri
yüksək olan ölkələr də intiharlar
müşahidə olunur. Şimali Avropa ölkləri yaşayış səviyyəsi
yüksək olan ölkələrdəndir. Lakin intihar hadisələrinə görə birinci
yerdə gedirlər. Bu baxımdan, son
dönəmlər intiharları psixoloji gərginlik və
narahatlıqla əlaqələndirirlər. Bizim ölkədə son vaxtlar psixoloji faktorlara
görə intihar hadisələri baş verir. Eyni zamanda şəxsin axtarmış olduğu
çıxış yoludur. Nə qədər
neqativ də olsa, bu bizim cəmiyyətimizdə baş verir.
İntihara səbəb olan faktorlar çoxdur.
İntihar riski yaşayanlar əsasən tənhalar,
müəyyən zərərli vərdişlərə aludə
olanlar, xroniki xəstəliyi və depressiyada olan
insanlardır. Ancaq təəssüflər
olsun ki, bu gün intiharın cavanlaşdığını
görürük.
Gənc insanlar, yeniyetmələr intihara meyl edirlər. Problemin
kökünə varsaq, bunların əksəriyyəti ailədaxili
münaqişələrdən qaynaqlanır. Məsələn,
ali məktəbə qəbullla
bağlı imtahanlarda bəzən görürsən ki,
valideyn övladının nə istədiyinin fərqinə
varmadan ona diktə etməyə çalışır. Valideyn özlüyündə bir yol cızır və
bunu mütləq bir şəkildə aşılamağa
çalışır. Sən bu ixtisas
üzrə təhsil almalısan və yaxud bu peşənin
sahibi olmalısan. Bütün bunlar yeniyetmədə
müəyyən məsuliyyətləri aşır. Yeniyetmə bu davranışlara əməl edə
bilməyəcəyini düşünərək intihara cəhd
edir. ncaq nəzərə almaq
lazımdır ki, intihar heç bir halda çıxış
yolu deyil. Sadəcə, problemdən
qaçmaqdır. Bir qisim ailələrdə
də intihara cəhd insanların diqqətini bu problemə
yönəltməkdir. Elələri özünü
öldürmək üçün bu aktı həyata
keçirmir. Onlar istəyir ki,
insanların diqqətini çəksin”.
Son olaraq qeyd edək ki, bütün dünya
intiharların qarşısının alınması istiqamətində
tədbirlər üzərində düşünür. Əsas tədbirlər
sırasında yenə də maarifləndirmə dayanır.
Bu işdə, ilk növbədə, vətəndaş
cəmiyyəti institutlarının, o cümlədən hər
bir fərdin üzərinə mühüm vəzifələr
düşür.
YƏHYA
Hürriyyət.-
2020.- 19-21 sentyabr. S. 5.