Vətəndaş
cəmiyyəti və demokratik dövlət modeli
“Vətəndaş cəmiyyəti” cəmiyyətin
xüsusi tipi, özünəməxsus sosial-iqtisadi, siyasi,
hüquqi təbiəti, inkişaf və yetkinlik səviyyəsi
olan cəmiyyət nəzərdə tutulur. Vətəndaş
cəmiyyəti həm də “dövlətsizləşmiş
cəmiyyət olub dövlət və hüququn tarixi
inkişafında müəyyən bir mərhələni təşkil
edir. Qeyri-dövlət münasibətlərinin məcmusu
olan bu cəmiyyətdə vətəndaşların
könüllü birləşmiş strukturları
mövcuddur və cəmiyyətə dövlətin müdaxiləsi
qeyri-mümkündür.Vətəndaş cəmiyyəti
insanların sosial, iqtisadi, dini, əxlaqi, mədəni
maraqlarının formalaşdığı,
reallaşdığı və müdafiə edildiyi sosial əlaqələr
sistemidir.Vətəndaş cəmiyyəti demokraiyanın təməli
deməkdir
18-19-cu illərdən başlayaraq “vətəndaş cəmiyyəti”
anlayışı insanların digər birlik formalarından
ayrıca öyrənilməyə başlanmışdır. Yeni dövrdən
başlayaraq Qərbdə vətəndaş cəmiyyəti
yaranmışdır. Bu cəmiyyətin gerçəkləşməsi
üç mərhələdən keçmişdir:
1. 16-17-ci
yüzillikləri əhatə edən birinci mərhələdə
vətəndaş cəmiyyətinin siyasi, iqtisadi və
ideoloji zəmini formalaşmışdır.
2. 18-19-cu
yüzillikləri əhatə edən bu mərhələdə
vətəndaş cəmiyyəti xüsusi mülkiyyətə,
azadlıq və liberal-demokratiyaya əsaslanan ictimai münasibətlər
şəraitində inkişaf edir. Bu dövrdə
suveren, hüquqi, demokratik dövlət, parlament yaranır, vətəndaş
cəmiyyəti üzvlərinin hüquq və
azadlıqları qorunur.
Vətəndaş cəmiyyətinin inkişafında
3-cü mərhələ müasir dövrü – 20-ci
yüzili və 21-ci yüzilin ilkin çağını əhatə
edir. Bu dövrdə vətəndaş cəmiyyəti və
hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət
ideyası, milli dövlət ümumbəşəri sərvətə
çevrildi. Siyasi plüralizm, söz,
fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata
keçirildi.
Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi,
demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin
siyasi cəmiyyətin alternativi və əksi kimi
yarandığını iddia edənlər də var. Vətəndaş
cəmiyyəti dar mənada “mülki cəmiyyət” kimi də
qeyd olunur. Mülki cəmiyyət dedikdə,
qeyri-dövlət quruluşu, dövlətin müdaxiləsinə
məruz qalmayan və bərabərhüquqlu adamların cəmiyyəti
başa düşülür. Burada azad,
sahibkarlıq, təşəbbüskarlıq mühiti hakimdir.
20-ci yüzilin sonlarında Şərqi Avropa və
postsovet məkanında baş verən köklü dəyişikliklər,
totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını
vətəndaş cəmiyyətinin təşkil etdiyi
hüquqi dövlət quruculuğu gedişində qanunun
aliliyi, hamının qanun qarşısında bərabərliyi,
hüquqi mədəniyyət və və hüquqi
savadlılıq dərəcəsinin yüksək olması
gerçəkləşir.
Azərbaycanda vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğunun özünəməxsusluğu
ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili
qarşılıqlı tərəfləri kimi
özünü göstərir. Vətəndaş cəmiyyəti
üçün birgə yaşayış qaydalarını
özündə əks etdirən vətəndaş cəmiyyəti
etikası formalaşır.
Vətəndaş cəmiyyətində dövlətdən
fərqli olaraq tabeçilik əlaqələr deyil,
üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu
insanların əməkdaşlıq və sağlam rəqabət
münasibətləri üstünlük təşkil edir,
ictimai həyatda, kompromis və konsensus, dövlət üzərində
ictimai nəzarət hökm sürür.
Vətəndaş
cəmiyyətinin social əhəmiyyəti
Vətəndaş
cəmiyyətinin struktur elementləri sahələrə
görə aşağıdakı kimi təsnif edilir:
İqtisadi
sahədə qeyri-dövlət müəssisələri,
birliklər, aksioner təşkilatları, korporasiyalar,
sahibkarlıq, təşəbbüskarlıq və digər
könüllü birliklər və qeyri-dövlət
sosial-iqtisadi əlaqələr və s. Vətəndaş cəmiyyətinin
sosial-siyasi sahəsində struktur elementlərini belə təsnif
etmək olar: ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar
və hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər
(kilsə, sinaqoq və s.), sosial qruplar, siniflər, müstəqil
məhkəmələr, təhlil sistemi, müstəqil
kütləvi informasiya vasitələri, ictimai
özünüidarə orqanları və s. Bu sahədə
sosial konfliktlərin həlli, vətəndaşların
maraqları konstitusiya və qanunlar vasitəsilə
qeyri-zorakı və sivil formada tənzimlənir, konsensus
mühiti yaranır.
Vətəndaş
cəmiyyətinin mənəvi sahəsinə bu elementləri
aid etmək olar:
a) söz, fikir azadlığı, vicdan
azadlığı,
b) sərbəst toplaşmaq azadlığı, məlumat
azadlığı,
c) yaradıcılıq azadlığı, öz
mövqeyini açıq ifadə etmək azadlığı,
d) yaradıcı, elmi birliklərin müstəqilliyi
və dövlətdən asılı olmaması və s.
Vətəndaş
cəmiyyətinin bu prinsipləri xüsusi əhəmiyyətə
malikdir:
1.
İqtisadi azadlıq, müxtəlif mülkiyyət
formaları, bazar münasibətləri.
2.
İnsan və vətəndaşların təbii
hüquqlarının qeyd-şərtsiz tanınması və
qorunması.
3. Qanun
qarşısında hamının bərabərliyi.
4.
Demokratik və legitim hakimiyyətin mövcudluğu.
5.
Hüquqi, demokratik, sosial, sivil dövlətin
formalaşması.
6. Siyasi,
ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu.
7.
Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat,
söz, fikir azadlığı.
8.
Dövlətin şəxsi və ictimai həyata müdaxilə
etməməsi, vətəndaş və dövlətin
qarşılıqlı vəzifələri, məsuliyyət
və öhdəlikləri.
9. Milli
barışıq, sinfi konsensus, kompromis,
qarşılıqlı əməkdaşlıq.
10. Şəxsiyyətin
ləyaqətli həyatını təmin edən səmərəli
sosial siyasət.
Vətəndaş cəmiyyətin əsas subyekti insan və
dəyərlər sistemidir. Bu cəmiyyətin əsas məqsədi
şəxsiyyətin tələbatlarını ödəmək,
mənafeyini və hüquqlarını qorumaqdır.Hüquqi
dövlətdə demokratik proseslər
Vətəndaş cəmiyyəti və hüquqi dövlətin
arasındakı qarşılıqlı münasibətlərdən
danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin
üfüqi əlaqələrə və əksinə,
çevrilməsi prosesi baş verir. Dövlət
strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin
qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti
strukturları – parlament və siyasi partiyalar dövlət
strukturlarına çevrilir.
Demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti
və hüquqi dövlət arasında sıx
qarşılıqlı əlaqə yaranır, totalitar rejimlərdə
isə dövlət cəmiyyəti özünə tabe edir,
ictimai və şəxsi həyata müdaxilə edir. Vətəndaş
cəmiyyətində insanlar azadlıq əldə edir,
mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi
yetişir.
Vətəndaş cəmiyyəti yalnız yetkin
hüquqi dövlət şəraitində geniş fəaliyyət
göstərir. Bu cəmiyyətin formalaşması
zamanı bütün sahələrdə sivilizasiyalaşma
baş verir. Vətəndaş cəmiyyətinin
hüdudlarına gəldikdə, o, bir tərəfdən
mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən
hüquqi dövlət, demokratiya və vətəndaşların
ictimai fəallığı ilə sıx bağlıdır.
Sosial
dövlət ən üstün siyasət modeli kimi
Close-up of
business document in touchpad lying on the desk, office workers sitting in the
background
Vətəndaş cəmiyyəti sosial, sosiomədəni
və mənəvi sahələrin fəaliyyətini
onların təkrar fəaliyyətini onların təkrar
istehsalını, nəsillərdən-nəsillərə
ötürülməsini təmin edir. Burada dövlətdən
ayrı və müstəqil ictimai təsisatlar və
münasibətlər mövcuddur ki, xüsusi maraqların
reallaşması və müdafiəsi üçün şərait
yaradır.
Vətəndaş cəmiyyəti bəşəriyyətin
ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosial və
siyasi qüvvələr, dövlət və xüsusi maraqlar
arasında ziddiyyətlər və münaqişələr də
baş verir. Bu münaqişələr aradan
qaldırılır, həll edilir və konsensus, kompromis
yaranır.
Beləliklə,
vətəndaş cəmiyyəti vətəndaşın
suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna,
azad sahibkarlığa yerli özünüidarəçiliyə,
parlamentarizmə, insanların könüllü birləşməsi
birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə,
azad rəqabətə, əməkdaşlığa, müxtəlif
mülkiyyət formalarına, konsensus və kompromisə,
özünütəşkilə və sinergetik
başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin
uyğunlaşdırılmış fəaliyyətinə,
qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan,
yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir.
Qərb
dünyasında təşəkkül tapan və indi
dünyanın bütün demokratik ölkələrində
formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin
uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət
“cənnət” axtarışının gerçəkləşdiyi,
həyata keçdiyi ümumbəşəri sərvət,
ümumdünya fenomeni olub insanlığın ədalətli,
azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq
haqqını təsdiq edir. Bu cəmiyyəti
qurmaq bütün bəşəriyyətin əzəli, əbədi,
müqəddəs məqsədidir.
Azərbaycanda müxtəlif sahələrdə dinamik
inkişaf ilə yanaşı xoşagəlməz halların
mövcudluğu da təkzib olunmazdır. Əsas olan
odur ki, xoşagəlməz halların qarşısının
alınmasında ciddi addımlar atılır. Obyektivliyi, aşkarlığı və şəffaflığı
təmin etmək məqsədilə, artıq əksər
strukturlarda vətəndaş cəmiyyətinin ayrılmaz
parçası olan “İctimai Nəzarət Şuraları” fəaliyyət
göstərir. İctimai nəzarət
idarəetmə sahəsində faydalıdır. Bu o deməkdir ki dövlətin idarə
olunmasında vəzifəsindən asılı olmayaraq hər
bir vətəndaş iştirak edə bilir. Yaranmış münbit vəziyyyət şəffaflığın
təminatçısıdır.
Ölkə başçısı tərəfindən cəmiyyətdə
baş verən neqativ hallara qarşı mübarizənin
gücləndirilməsi, həmçinin vətəndaşlara
üzləşdikləri problemlər barədə çəkinmədən
Prezidentə məktub yazmaq barədə
çağırışı etməsi ictimai rəydə
geniş əks-səda doğurub. İnsanlar hiss edir ki, mənfi hallara
qarşı mübarizə birbaşa dövlət rəhbərinin
nəzarəti altında aparılır və bu onları
ictimai maraqların müdafiəsində daha fəal və təşəbbüskar
olmağa sövq edir. Ölkə prezidentinin
ictimai nəzarətin effektiv təşkili, milli
maraqlarımızın daha fundamental şəkildə qorunmasi
üçün ictimai nəzarətin gücləndirilməsini,
bu baxımdan vətəndaşların və media
qrumlarının aktivliyini tövsiyyə edir. Prezident
bununla bağlı ictimai nəzarətin zəruriliyini
xüsusi qeyd edir: “İctimai nəzarət olmadan korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizədə
qalib gələ bilmərik. İnstitusional tədbirlər
görülür, islahatlar aparılır və bu mübarizə
geniş ictimai dəstəyə malikdir. Ancaq
bu dəstək daha fəal olmalıdır.
Hürriyyət.-
2020.- 19-21 sentyabr. S. 11.