Ağadadaş Qurbanov və Cəfər Cabbarlı
dramaturgiyası
1944-cü
il yanvar
ayının 18-də M.Haşımovun
quruluşunda ilk dəfə
olaraq C.Cabbarlının
“Aydın” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının səhnəsində
tamaşaya qoyuldu və əsərin baş qəhrəmanı
olan Aydın obrazı Ağadadaş Qurbanova tapşırıldı.
Akademik Milli Dram Teatrında “Aydın” əsəri 1922, 1923, 1924, 1926, 1929, 1940-cı ildə Abbasmirzə Şərifzadə, Aleksandr
İvanov, Aleksandr Tuqanov, Əlihüseyn Rzayev, Adil İsgəndərov
kimi rejissorlar tərəfindən tamaşaya
qoyulmuş, Aydın obrazına Abbasmirzə Şərifzadə, İsmayıl
Hidayətzadə, Ələsgər
Ələkbərov kimi
görkəmli aktyorlar
səhnə həyatı
vermişlər. Şübhəsiz ki, A.D.Qurbanov Aydını ifa edən bütün iştirakçıları görmüşdü,
onun bu obraz
haqqında tam təsəvvürü
var idi.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
ilk dəfə idi ki, Cəfər Cabbarlı dramaturgiyasına
müraciət edirdi. Yəqin ki,
teatr A.D.Qurbanov kimi bir aktyorun
imkanlarını nəzərə
alaraq “Aydın” əsərinə müraciət
etmişdir. Aydın obrazı
da A.D.Qurbanovun yaradıcılığında ilk C.Cabbarlı qəhrəmanı
idi.
Gənc Tamaşaçılar Teatrının
o dövr ki, tarixində “Aydın” qədər zəhmət tələb edən tamaşa olmamışdır. Başqa teatrlarda
olduğu kimi bu teatrda da
C.Cabbarlı dramaturgiyası
Azərbaycan teatrının
yaradıcılığında əsas rol oynamış,
aktyorların yaradıcılıq
potensialının inkişafına
təkan vermişdir.
Aydın obrazına səhnə həyatı vermək Ağadadaş Qurbanovun çoxdan ki, arzusu idi. Artıq bu
rolu ifa etməyin vaxtı gəlib çatmışdı.
Bu obrazı yaratmaq
üçün aktyorda
kifayət qədər
bacarıq və istedad var idi.
Tamaşanın uğuru Aydın və Gültəkin rollarını ifa edən (A.D.Qurbanov, F.Sultanova) aktyorlardan asılı idi. A.D.Qurbanov Abbasmirzə
Şərifzadənin yaratdığı
Aydın obrazının
vurğunu idi. O,
hələ 16 yaşı
olarkən, 1927-ci ildə
Bakı dənizçilik
klubunun dram dərnəyinin
rəhbəri olduğu
zaman “Aydın” əsərində bir səhnəni tamaşaya qoymağa cəhd etmişdisə də, istəyinə nail ola bilməmişdi. İndi isə A.D.Qurbanovun həm təcrübəsi
və həm də böyük istedadı Aydını ifa etmək üçün tam hazır
idi. Aydından əvvəl A.D.Qurbanov bir neçə klassik əsərlərdə
baş və əsas rollarda (Klenervan “Kapitan Qrantın uşaqları”,
Molla İbrahimxəlil
(“Molla İbrahimxəlil
kimyagər”), Xlestakov
(“Müfəttiş”), Hacı
Qəmbər (“Yağışdan
çıxdıq, yağmura
düşdük”), Karl Moor (“Qaçaqlar”)) uğurla çıxış etmişdir.
Aydın
isə xarakter, üslub və janr baxımından fərqli bir obraz idi. Bu baxımdan Aydını
tamaşaçılara təqdim
etmək üçün
daha ciddi çalışmaq lazım
idi. A.D.Qurbanov obrazı yaradıcılıq
təxəyyülündən keçirərək onun xarakterik xüsusiyyətlərini
tapır. İfa
etdiyi personajı Gültəkinlə (F.Sultanova),
Surxayla (J.Dadaşov), Dövlət bəylə
(M.Əlizadə) və
başqa iştirakçılarla
münasibətini müəyyən
etmiş, bundan sonra aktyor Aydın
rolu üzərində
yaradıcılıq işinə
başlamışdı.
“Bütün həyatı və varlığı ilə rola bağlı
olan A.D.Qurbanov bir an belə
onu xəyalından çıxarmır. Aktyor özü
söhbət edir ki, “Aydın roluna hazırlaşırdım.
Bir gün evdən çıxıb teatra gedirdim. Bütün yol uzunu mən Aydın idim. Ağadadaş olduğumu tamamilə
unutmuşdum. Birdən qolumdan
tutub “A yoldaş o nar çirklidir”-deyən bir nəfər məni fikrimdən ayırdı.
Demə mən “Aydın” olduğum üçün
küçəyə tullanmış
bir nar qabığını
əlimə alıb ağzıma aparmaq istəyirəmmiş”. Tibb işçisi
T.Orucova deyir ki, “Mən A.D.Qurbanovun
həyat yoldaşı
Kübra ilə dostluq edirdim. Bir gün evlərinin yanından keçərkən
Ağadadaşın danışa-danışa
ağladığını gördüm. Bərk qorxdum.
Ürəyim yarpaq kimi əsirdi, ayaqlarım elə bil ki,
yerə mıxlanmışdı.
Axır ki, bir təhər
yeriyib otağa girdim. Otaqda Ağadadaşdan başqa kimsə yox idi. 3-4 dəfə “Ağadadaş”-deyə çağırdım.
O, mənə cavab vermir, qəribə sözlər söyləyib
ağlayırdı. Sözlər
mənə tanış
gəlirdi. Ancaq Ağadadaş elə
ürəkdən ağlayırdı
ki, bir bədbəxtlik
üz verdiyinə şübhə etmək mümkün deyildi. Nə vaxt ona qoşulub,
göz yaşı tökdüyümdən özümün
də xəbərim olmayıb, Sonra da mən Ağadadaşı
Aydın rolunda görəndə də onun keçirdiyi faciə qarşısında
göz yaşımı
saxlaya bilməyib ağlayırdım”.” (İ.Kərimov).
Aydın obrazının klassik ifaçılarında Abbasmirzə
Şərifzadə və
Ələsgər Ələkbərovdan
söhbət düşəndə,
Ağadadaş Qurbanovun
da adı bu cərgədə iftixarla çəkilir. Onun Aydını
Azərbaycan teatr tarixində öz yeri olan səhnə
qəhrəmanıdır.
A.D.Qurbanov Aydın obrazını üzərində dərində
düşünmüş, təhlil etmiş, ona yaradıcı müstəvisində yanaşaraq,
təbii, inandırıcı
bir obraz yaratmağa nail olmuşdur. Aydının bu ifası öz
yeniliyi ilə diqqəti cəlb edirdi. A.D.Qurbanovun ifa etdiyi Aydın təbiət etibarilə romantik, ehtiraslı, dəmir iradəyə malik idi. Bu sadaladığımız
müsbət keyfiyyətlərin
sonu nəticəsiz idi. Ona görə ki,
cəmiyyət ayrı,
xəyalında qurduğu
romantika ilə yaşayırdı. O, azadlığın
nə olduğunu düzgün başa düşmədiyi üçün,
mübarizəsi də
dəqiq deyildi. Nəticədə aktyor Aydının
yaşadığı cəmiyyətin
tələblərini qəbul
etmir, daxilən sınır və məhv edilir. A.D.Qurbanovun böyük istedadla ifa etdiyi Aydının
faciəsini onun acizliyində yox, cəmiyyətdə görürdü.
O, dövr ki, cəmiyyət dağılmayınca,
Aydın kimi düşünən insanlara
həyatda yer ola bilməzdi,
ağıllı insanlar
məhv edilməli idi.
Tamaşanın ilk səhnələrində yumşaq
qəlbə, ülvi hisslərə, böyük
ideyalarla yaşayan Aydın-A.D.Qurbanov getdikcə
dəyişir və faciəsinin səbəbini
başa düşür.
Yanğın səhnəsində (IV səhnə)
Aydın-A.D.Qurbanov meyitlərin
arasında dalğın
vəziyyətdə gəzinir
və birdən dayanır. Nəzərlərini bir nöqtəyə
dikib düşünür.
Məzlum bir görkəmlə, yavaşdan:
“Hara? Hara qaçacağam ki, altunun qara
heykəli öz iti dişləri, qanlı pəncələrilə
qarşıma çıxmasın,
hara qaçacaqsan ki, güclülərin ağır yumruğu qara məzar daşı kimi üzərimə enməsin?”-dediyi sözlər onun yaşadığı
cəmiyyətə protesti
idi.
“Daramaturq S. Rəhman, A.D.Qurbanovun ifasında Aydının üçüncü
və dördüncü
pərdələrdə böyük
təsir qüvvəsinə
malik olduğunu söyləyir. Xalq artisti, rejissor
S.Dadaşov, A.D.Qurbanovun
Aydın rolunu xatırlayaraq deyir ki, “mən “Aydın” da (Aydın-A.M.Şərifzadə) Surxayı oynamışam.
A.D.Qurbanovun oyunu mənə
o qədər təsir
edirdi ki, özümü ağlamaqdan
saxlaya bilməyib, tez-tez çölə çıxırdım. Ağadadaş orijinal bir Aydın
oynayırdı. Bu Aydının faciəsi insanları ağladır və onların qəlbində kapitalizm dünyasına qarşı
nifrət hissini alovlandırırdı” (İ.Kərimov).
Tamaşanın final səhnəsini A.D.Qurbanov xüsusi məharətlə
ifa edirdi. O, otaqda
təkdir, lampanı yandırır, Gültəkinin
divardan asılmış
portretini düzəldir.
Lakin hiss olunur ki, Aydın-A.D.Qurbanov acdır. Zəhər içmiş Gültəkin
otağa daxil olur, divana yıxılır.
Ayıdın-A.D.Qurbanovun Gültəkinə dikilmiş gözləri, uzaq xəyallara gedir. Bu düşüncələr
içərisində onun
kədərli üzünə
sevinc yayılır.
Ona elə gəlir ki, Gültəkini sevdiyi ilk günlərə
qayıdır. Birdən
çöhrəsi tutqunlaşır,
Gültəkinin can verdiyini
görür. Yaşadığı mühit Aydının həyat işığını
söndürür.
“… A.D.Qurbanovun Aydını tamamilə yeni, orijinal, qüvvətli təsirə
malik idi. Lakin təəssüflə qeyd
etmək lazımdır
ki, tamaşa pedaqoji cəhətdən düzgün həll edilməmişdi. Bir sıra
ciddi nöqsanları da var idi.
Burada fəhlələrin dövlətbəylərə
qarşı mübarizəsi
yaxşı göstərilməmiş,
zavod səhnəsi layiqincə qurulmamışdı
(IV pərdə-İ.A.). Bunun əksinə olaraq kazino səhnəsi (III pərdə-İ.A.) bütün
genişliyi və çılpaqlığı ilə
əks olunmuşdu” (İ.Kərimov).
İ.Kərimov öz tədqiqatlarında
qeyd edir ki, “Aydın” tamaşasına 1945-ci il mart ayının
13-də ictimai baxış
oldu və sonra müzakirədə Səməd Vurğun, Süleyman Rüstəm, Sabit Rəhman çıxış edərək
nöqsanları qeyd etdilər. Səbəb isə o idi
ki, tamaşadakı məhəbbət səhnələrinə
geniş yer verilib, əsas fikir və ideya
ikinci plana keçib. Qeyd edirdilər ki,
Azərbaycan Gənclər
Teatrında belə tamaşaların göstərilməsi
yol verilməzdi, pedaqoji cəhətdən düzgün deyil. Buna görə tamaşanın
oynanılmasına məsləhət
görülmədi.
(adrı var)
İmran AXUNDOV,fəlsəfə doktoru
Hürriyyət.- 2020.-
22-23 sentyabr. S. 14.