“Təzyiqlərə baxmayaraq, sözümü
mikrofonsuz dünya
ictimaiyyətinə çatdırdım”
Sabir Rüstəmov: “Təşkilatçılar
və erməni diplomatlar sinəmdəki Azərbaycan gerbi və kürəyimdə Azərbaycan sözünü
görəndə, imkan
vermədilər ki, sualımı verim”
“Təşkilatçılar və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan
gerbi və kürəyimdə Azərbaycan
sözünü görəndə,
imkan vermədilər ki, sualımı verim. Təşkilatçılara da bildirmişdim
ki, Azərbaycan heyəti bura provokasiya etməyə gəlməmişdi. Orada Azərbaycan
heyətindən bir xanım iştirak edirdi. O sadəcə
rus vətəndaşı
idi. Mən ondan xahiş etdim ki, səfirə
sual versin. Sual verdi
ki, cənab səfir, ömür boyu Qarabağ Azərbaycanın əzəli
torpağı olub, siz o torpaqlardan valideynlərimizi qovubsunuz.
Bəs buna nə deyə bilərsiniz?…” Bunu “Hürriyyət”ə Qərbi Azərbaycan Gənclər Təşkilatı
idarə heyətinin üzvü, Çində
təhsil alan,
Prezident mükafatçısı
Sabir Rüstəmov bildirib.
O, bu sözləri Rusiyanın Pyatiqorsk şəhərində keçirilən
“Maşuk-2019” Şimali Qafqaz
Gənclər Forumunda
erməni diplomatların
provokasiyası zamanı
başına gələnləri
danışarkən deyib.
Nəticədə ermənilərin təxribatıyla üzləşən
Sabirin Rusiyaya girişi qadağan edilir və “qara siyahı”ya daxil edilir. Adı “qara siyahı”ya daxil edilmiş gənc diplomat bugünlərdə
Rusiya saytının yaydığı 76 nəfərlik
siyahıya daxil edilmiş gənclərdəndir.
– Siyasətçilərdən ölkəmizdə
ən sevdiyiniz kimdir?
– Ən sevdiyim siyasətçi Heydər
Əliyevdir. Çünki Ulu öndər
həm Azərbaycanda,
həm də bütün MDB ölkələrində,
dünyada tanınmış
siyasətçilərdəndir. Mən onun daxili və
xarici siyasətdə atdığı addımları
çox bəyənirəm.
Onun hakimiyyətdə olduğu
dövrdə ölkəmizin
inkişaf və tərəqqisinin əsası
qoyuldu. Bu gün onun siyasətini
cənab prezident İlham Əliyev layiqincə davam etdirir. Onun həm daxili,
həm də xarici siyasətini bəyənirəm. Daha sonra
Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanın siyasətini
bəyənirəm. Çox ağıllı
və uzaqgörən
siyasətçidir. Bu
dediyim siyasətçilərdən
nümunə götürmək
olar.
– Sizcə, beynəlxalq əlaqələr üçün
xarici dil vacibdirmi?
– Dil biliyi mütləqdir.
İlk öncə öz ana dilini mükəmməl
bilməli, daha sonra xarici dil
öyrənməlisən. Bu gün rus
və ingilis dili beynəlxalq dil hesab olunur.
Bu dillərin hər ikisini bilmək üstünlük
göstəricisidir.Yaxşı tərcüməçilərə isə daim ehtiyac
var. Amma gənc
diplomat, gənc siyasətçi
beynəlxalq tədbirdə
özü xarici dildə danışsa daha məqsədəuyğun
olar. Cənab prezidentimizi misal
göstərək. O, bütün beynəlxalq tədbirlərdə xarici
dildə səlis və gözəl nitqlə çıxışlar
edir. Həmçinin beynəlxalq əlaqələrdə
öz tarixini, mədəniyyətini və
adət-ənənənlərini bilmək vacibdir. Çünki Azərbaycanı xaricdə təmsil edən şəxs bunlara digər millətlərə də
çatdırlmalıdır. Düşünürəm ki, gələcəyin
diplomatı ünsiyyətcil
olmalıdır.
– Hansı azərbaycanlı
yazıçıların əsərlərini
oxuyursunuz?
– Azərbaycanın köhnə
yazıçı və
şairlərinin də
əsərlərini oxuyuram.
Nizami Gəncəvinin “Xəmsə”sini
oxumuşam. Cəlil Məmmədquluzadə,
Mirzə Fətəli
Axundov, Məhəmməd
Füzuli, Nəsimi və digərlərinin əsərlərini oxumuşam.
Azərbaycanın zəngin ədəbiyyatı
var. Bu gün gənclər
vaxtlarını düzgün
dəyərləndirməlidir. Sosial şəbəkələrdə yazıçılarımızı, memarlarımızı, şəhidlərimizi
təbliğ etməliyik.
Biz bunları bir gün deyil,
hər gün yada salıb və davamlı olaraq təbliğat işləri aparmalıyıq.
Sosial şəbəkələrdə Qarbağ mövzusu birinci olmalıdır.
– Gənclərin kitab oxumaq məsələsi illərdir ki, problemli qalır. Sizcə, kitab seçimi düzgün deyil, yoxsa oxumaq istəmirik?
– Doğru vurğuladınız.
Bu gün bəzi
gənclər kitab oxumurlar. Texnologiyanın inkişafı gənclərdə
kitaba marağı azaldıb. Gənclərimizin əksəriyyəti heç texnologiyadan da düzgün istifadə etmir. Sanki özlərinə fayda verəcək şeylərdən qaçırlar.
Kitab oxumaq dünyagörüşümüzü
artıra biləcək
ən sadə variantdır. Həmçinin gənclərimizə muzey
və teatrlara mütəmadi olaraq getməyi məsləhət
görürəm. Əsərlərimizi, tamaşalarımızı yaxşı
bilməliyik ki, digər ölkələrin
içərisində layiqincə
təbliğ edə bilək.
– Hazırda orduda təlim toplanışlarına
çağırış həyata keçirilir. Bəs, siz könüllü olaraq ordu sıralarına
yazılmısız?
– Bəli, mən də könüllü olaraq ordu sıralarına
yazılmışam. Azərbaycan gənci
olaraq, Ali Baş Komandanımızın əmrini
gözləyirəm. İnanıram ki, hər bir
Azərbaycan kişisi
bu əmri səbirsizliklə gözləyir.
Tez bir zamanda bizim
şəhidlərimizin adını
daşıyan işğal
olunmuş ərazilərimizdə
məktəblər və
küçələr açılacaq.
Bayrağımız Xankəndində,
Şuşada dalğalanacaq.
– Basketbol üzrə ölkəmizi təmsil etmisiniz. Sizcə, ölkəmizdə idman sahəsində irəliləyiş varmı?
– Bu gün ölkədə idman sahəsi günü-gündən inkişaf
edir. Lakin çox təəssüf
ki, bu inkişafı
basketbol sahəsinə
aid etmək olmaz.
Bu sahədə gənclərə nə maddi, nə də mənəvi cəhətdən lazım
olan diqqət ayrılır. Məşq zalları
azdır, forma təmin
edilmir, məvacibin azlığı da oyunçunu ruhdan salır. Yaxşı oyunçular ya
ölkəni tərk edir, ya da
basketboldan uzaqlaşırlar.
Təəssüf ki, ən yaxşı məşqçilərdən
biri Elxan Əliyev də işdən uzaqlaşdırıldı.
Digər
idman növlərinə
daha çox diqqət edilir. Məsələn, güləş,
boks kimi
idman növlərini deyə bilərik. Azərbaycanda keçirilən yüksək səviyyəli
idman tədbirləri ölkədə idman olan diqqətin bariz nümunəsidir.
İdman
tədbirlərinin özü
elə beynəlxalq əlaqələrin bir növüdür. Ümid edirəm
ki, Azərbaycanda basketbok idman növünə də diqqət ayrılacaq və inkişaf edəcək.
– Rusiyaya girişinizə qadağa qoyulmuşdu. Qadağa götürülübmü?
– Xeyr, hələ də “qara siyahı”dayam.
Mənə Rusiya hava limanında “qara siyahı”ya düşməyim
barədə deyilmişdi.
Rusiyanın Pyatiqorsk şəhərində
keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumunda erməni diplomatlar provokasiyaya əl atıb. Bizə təşkilatçılar bildirməmişdilər ki,
qonaq qismində kimlər gələcək.
Ayın
11-i bildik ki, qonaq qismində iştirak edənlərdən
biri də Ermənistanın Rusiyadakı
səfiridir. Mən erməni
səfir iştirak edən panelə özümü yazdırdım
və o paneldə iştirak etdim. Ermənistan səfiri danışmağa
başlayandan 15 dəqiqə
sonra “Qarabağ ömür boyu erməni torpağı olub və burada
azərbaycanlılar yaşamayıb.
Həmişə də erməni torpağı olacaq” deyə, bildirdi. Təşkilatçılar
və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan
gerbi və kürəyimdə Azərbaycan
sözünü görəndə,
imkan vermədilər ki, sualımı verim. Təşkilatçılara da bildirmişdim
ki, Azərbaycan heyəti bura provokasiya etməyə gəlməmişdi. Orada Azərbaycan
heyətindən bir xanım iştirak edirdi. O sadəcə
rus vətəndaşı
idi. Mən ondan xahiş etdim ki, səfirə
sual versin. Sual verdi
ki, cənab səfir, ömür boyu Qarabağ Azərbaycanın əzəli
torpağı olub. Siz o torpaqlardan valideynlərimizi
qovubsunuz. Bəs buna
nə deyə bilərsiniz?” Erməni
səfir Azərbaycanın
heç vaxt kompromisə getmədiyini,
daha sonra Azərbaycanın vandalizmlə
məşğul olduğunu,
erməni kilsələrini
dağıtdığımızı dedi.
– Mediada yazılan xəbərlərə görə, ayağa
qalxıb və uca səslə erməni səfirinə suallarını ünvanlamısınız…
– Təzyiqlərə baxmayaraq,
mən dözə bilmədim və ayağa durdum. Mikrofonsuz öz sözümü dünya ictimaiyyətinə
çatdırdım. Bildirdim ki, 25 ildən çoxdur Qarabağımızı
işğal ediblər.
Bir milyondan çox azərbaycanlı doğma
yurdundan didərgin düşüb. Daha sonra
BMT-nin qətnamələrini
zaldakıların diqqətinə
çatdırdım. Bütün bunları danışanda,
mənim üzərimə
erməni qadınları
hücuma keçməyə
başladı. Məqsədləri isə mənim sözümü kəsmək
və danışmağa
icazə verməmək
idi. Sonra erməni jurnalistə
müsahibə verdim.
(ardı var)
Sabir Rüstəmov
Müsahibəni
apardı: YƏHYA
Hürriyyət.- 2020.- 24-25 sentyabr. S.
5.